Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   36   37   38   39   40   41   42   43   ...   75

 
132
Nəhəcir yaşayış yeri Naxçıvan  şəhərindən 30 km şimal-şərqdə, Culfa 
rayonunun eyni adlı kəndi ərazisində yerləşir. Yaşayış yeri Nəhəcir dağının ətəyi 
boyunca cənub-şərq istiqamətində uzanır. Yerüstü materiallar içərisində Orta 
Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika ilə bərabər, bu dövrə aid boyalı 
qablar, həmçinin Orta əsr materialları da tapılmışdır. Təbii aşınma nəticəsində 
Nəhəcir yaşayış yerində meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti 
qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxmışdır. 
Yaşayış yerində  mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Abidənin 
üzərindən toplanan materiallar həvənglər, dəstələr, dən daşları, oraq dişləri, 
monoxrom boyalı qablardan ibarətdir. 
Nəhəcir nekropolu yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol 
şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir 
kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü 
əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də 
qalmaqdadır. Nekropoldakı  qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır. 
Nekropoldakı kromlexlərdən birinin tədqiqi  
göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir 
nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə  və kasa tipli 
qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı 
həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur. 
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndi yaxınlığında, Araz 
çayının sol sahilində yerləşir. Abidə yer səviyyəsindən 1,5-2 metr hündürlükdə 
yerləşən oval təpədən ibarət olub, sahəsi 1500 m
2
-dir. 1936-cı ildə 
Ə.K.Ələkbərov  Şortəpədə  kəşfiyyat xarakterli qazıntı  işləri aparmışdır. Qazıntı 
işləri 3 metr dərinliyədək davam etdirilmişdir. Yaşayış yerində İlk, Orta və Son 
Tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir. Abidənin 
Orta Tunc dövrünə aid təbəqəsindən sadə  və boyalı qablar aşkar olunmuşdur. 
Abidə geniş qazıntı  işləri ilə öyrənilmədiyindən, onun planı    və tikintilərin 
xarakteri haqqında elmi fikir söyləmək çətindir. 
Şortəpə nekropolu yaşayış yerinin cənub-qərbində yerləşir. 1939-cu ildə 
bu ərazidə kanal qazılarkən nekropol dağıdılmış, buradan xeyli monoxrom boyalı 
qablar aşkar edilmişdir. Başlıca olaraq küpə, çölmək və kasa tipli qablardan 
ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Мuzeyində 
saxlanılır. Qəbirlərin forması və dəfnlər haqqında heç bir məlumat qalmamışdır. 
Yuxarıda qeyd etdiyimiz kimi, ikinci qrupa daxil olan yaşayış yerlərində 
mədəni təbəqə az yığılmış, bəzilərində isə  yığılmamışdır. Yerüstü materiallar  
arasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı qablar, dən daşları, sürtgəc 
və digər maddi mədəniyyət nümunələri qeydə alınmışdır. Bu qrupa daxil olan 
yaşayış yerlərinin bəzisinin yaxınlığında Orta Tunc dövrünə aid böyük nekropola 
rast gəlinmişdir. Belə abidələrdən biri Kükü yaşayış yeridir.  
Kükü yaşayış yeri eyni adlı kəndin girəcəyində, Küküçayın sağ sahilində 
yerləşir. Yaşayış yeri nalşəkilli formaya bənzəyən iki təpədən ibarətdir. Abidənin 


 
133
üzərində daş  yığınlarına, bəzi yerlərdə daşdan tikilmiş divar qalıqlarına 
rastlanmışdır. Yerüstü materiallar arasında çəhrayı  və boz rəngli keramikaya, 
daşdan hazırlanmış müxtəlif əmək alətlərinə rast gəlinmişdir. 
Kükü nekropolu yaşayış yerinin şimal-şərqində, Kükü kəndinin içərisində 
yerləşir. Nekropoldakı qəbirlər kurqanlardan ibarətdir. Bu kurqanlardan ikisi yol 
çəkilərkən dağıdılmışdır. Dağıdılmış kurqanlar V.B.Baxşəliyev tərəfindən tədqiq 
edilərək, nəşr olunmuşdur. Kurqanaltı  qəbirlər küncləri dəyirmiləşdirilmiş 
dördkünc formalı torpaq çaladan ibarət olmuşdur. Qəbir avadanlığını örtən 
torpaq üzərində nazik kül qatına rastlanmışdır.  Мərasimdən sonra qəbirin üzəri 
nəhəng torpaq kurqanla örtülmüşdür. Qəbirlərdə insan skeleti qeydə 
alınmamışdır. Birinci qəbirdən bir böyük monoxrom boyalı küpə  və xeyli 
miqdarda boz, qara rəngdə bişirilmiş, cilalanmış  və  cızma ornamentlə 
naxışlanmış  gil qablar aşkar edilmişdir. Kükü nekropolundakı 2-ci qəbirdə bütöv 
öküz skeletinə  təsadüf edilmişdir.  İkinci qəbirdən yalnız boz rəngli gil qablar 
aşkar olunmuşdur. Onların bir qismi naxışlıdır. Kükü nekropolu e.ə. III minilliyin 
sonu və II minilliyin əvvəllərinə aid edilir. 
Sarıdərə yaşayış yeri Şahbuz rayonunun Qızıl Qışlaq kəndindən cənub-
qərbdə, Küküçayın sağ sahilində, hündür təbii təpənin üzərində yerləşir. Sahəsi 
1500 m
2
-dir. Yaşayış yerində  mədəni təbəqə qeydə alınmamışdır. Orta Tunc 
dövrünə aid yerüstü materiallar dən daşları, həvənglər, dəstələr, monoxrom 
boyalı və sadə qab parçalarından  ibarət olmuşdur. 
Sarıdərə yaşayış yerinin yaxınlığında üç nekropol qeydə alınmışdır. Bu 
nekropollardan biri Orta Tunc dövrünə aiddir. Nekropol yol çəkilərkən, demək 
olar ki, tamamilə dağıdılmış, qəbirlərin formasını  və  dəfn adətini izləmək 
mümkün olmamışdır. Qəbir avadanlığından yalnız üç ədəd çəhrayı  rəngli kasa 
tipli qab qalmışdır. Onlar naxışsız olub, üzəri yaxşı sığallanmışdır. 
Kərki  yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar 
dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parça-
larından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar Orta Tunc dövrünə 
aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən 
ibarətdir.  
Kərki nekropolu  yaşayış yerinin yaxınlığında yerləşir. Qəbirlər daş qutu 
tipli olub, yanlarda iri daşlarla tikilmiş, üstü böyük sal daşlarla qapadılmışdır. 
Bəzi qəbirlərin  ətrafında kromlexlərə  təsadüf olunur. Aşınma nəticəsində  bəzi 
qəbirlər üzə  çıxmış  və dağıntıya məruz qalmışdır. 1979-cu ildə nekropolun 
ərazisində  təsərrüfat işləri görülərkən, dağılmış  qəbirlərdən tapılan materiallar 
Naxçıvan Dövlət Tarix Мuzeyinə verilmişdir. Onlar monoxrom boyalı küpə və 
kasa tipli qablardan ibarətdir.  
Quyuludağ  yaşayış yeri Babək rayonunun Мəzrə  kəndindən  şimalda 
yerləşir. Yaşayış yeri hündür dağın ətəyində salınmışdır. 1999-cu ildə burada  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə