Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   38   39   40   41   42   43   44   45   ...   75

 
141
 
 
                                     Şəkil 71. Havtavantəpə. Orta Tunc dövrü 
 


 
142
Ç.A.Barney tərəfindən qazılıb, öyrənilmişdir. Yaşayış yerində müəyyən 
edilən səkkiz mədəni təbəqə içərisində daha çox İlk Tunc, Orta Tunc və Erkən 
Dəmir dövrü daha yaxşı  tədqiq edilmişdir. Yaşayış yerinin Orta Tunc dövrünə 
aid edilən VI təbəqəsi –VI C, Erkən VI B və SonVI B olmaqla üç tikinti qatına 
ayrılmışdır. 
Yaşayış yerinin zirvəsində salınan qazıntı sahəsində öyrənilən VI C 
təbəqəsi, İlk Tunc dövrü təbəqəsinin üzərində yerləşir. Qalınlığı 1 metr olan bu 
layda düzgün təbəqələşməyə rast gəlinməmişdir. Lakin buna baxmayaraq, bu 
tikinti qatında üç mərhələnin olduğu qəbul edilmişdir. Tədqiqat zamanı bir neçə 
təsərrüfat quyusu və bəzi yerlərdə daş yığıntısı aşkar olunmuşdur. Düzgün tikinti 
qalıqlarının qeydə alınmaması bu tikinti qatının uzunmüddətli olmadığını 
göstərir. 
Yaşayış yerinin şərqində aparılan qazıntı sahəsində izlənən Erkən VI B 
təbəqəsində  səkkiz mərhələ olduğu müəyyən edilmişdir. Birinci və ikinci 
mərhələyə aid üç bina qalığı qeydə alınmışdır. Yeddinci, səkkizinci mərhələdə bu 
divarlar dağılmışdır. Bu tikinti qatının sonu yanğınla başa çatmışdır. Erkən və 
Son VI B təbəqəsinin materialları  М.Edvards tərəfindən tədqiq edilərək, nəşr 
olunmuşdur. 
Bizim fikrimizcə, abidənin Erkən VI B təbəqəsinin keramikası arasında 
İlk Tunc dövründən Orta Tunc dövrünə keçid mərhələsi üçün xarakterik olan qab 
formaları vardır. М.Edvards onları e.ə. 1900-1550-ci illərə aid etmişdir. 
Son VI B mərhələsinə aid tikinti qatı, başlıca olaraq, yaşayış yerinin cənub 
və şərq ətəklərində aparılan qazıntı sahələrində izlənmişdir. Bu tikinti qatında daş 
təməl üzərində tikilmiş  kərpic divarlar aşkar olunmuşdur. Haftavantəpənin VI 
təbəqəsində tikinti qalıqları yaxşı qalmasa da, buradan Orta Tunc dövrünə aid 
zəngin maddi-mədəniyyət qalıqları, o cümlədən dən daşları, müxtəlif alətlər, tunc 
iynələr, muncuqlar, heyvan fiqurları, sümük və gil iy başlıqları aşkar edilmişdir. 
Tapıntıların  əksəriyyəti gil məmulatı ilə  təmsil olunmuşdur. Aşkar edilmiş 
keramika, başlıca olaraq boyalı qablardan ibarətdir. VI C təbəqəsinin gil 
məmulatı,  əsasən, monoxrom boyalıdır. Erkən VI B təbəqəsində monoxrom 
boyalı qablarla yanaşı, polixrom boyalı qablara da rast gəlinmişdir. Son VI B 
təbəqəsində polixrom boyalı qablar üstünlük təşkil etsə  də,  əvvəlki dövrlərdən 
məlum olan monoxrom boyalı qablar da aşkar olunmuşdur. 
Haftavantəpənin C 14 metodu ilə tarixləndirilməsi aşağıdakı  nəticələri 
vermişdir: VI C təbəqəsi- e.ə. 2200-2000, Erkən VI B – e.ə. 1900-1550, Son VI 
B – e.ə. 1600-1450-ci illəri göstərmişdir. 
Qordlartəpə  yaşayış yerində Orta Tunc dövrünə aid arxeoloji materiallar 
abidənin  şərq  ətəyində aparılmış  kəşfiyyat qazıntısı zamanı  aşkar edilmişdir. 
Qazıntı sahəsi kiçik olduğundan, burada aşkar olunan tikinti qalıqları  və gil 
məmulatı haqqında geniş məlumat verilməmişdir. Yaşayış yerinin üst hissəsində 
aparılan qazıntılar zamanı isə Orta Tunc dövrünə aid materiallar Dəmir dövrü 
təbəqəsinin materialları ilə qarışıq halda aşkar edilmişdir. 


 
143
Yaşayış yerində aparılan kəşfiyyat qazıntısı zamanı  əldə edilmiş maddi- 
mədəniyyət qalıqları «üst», «orta», «alt» olmaq üzrə, üç təbəqəyə ayrılmışdır. 
Orta Tunc dövrünə aid edilən orta təbəqə e.ə. 2300-1300-cü illərə aid edilmişdir. 
Bu təbəqədən çəhrayı  və qara rəngdə bişirilmiş, cilalı gil qab parçaları  aşkar 
olunmuşdur. Çəhrayı  rəngdə bişirilən qablar arasında monoxrom və polixrom 
boyalı keramika üstünlük təşkil edir. 
Göytəpə yaşayış yerində Orta Tunc dövrü təbəqəsi İlk Tunc, Son Tunc və 
Erkən Dəmir dövrü təbəqələrinin arasında yerləşir. Göytəpənin Orta Tunc 
dövrünə aid təbəqəsi D və C olmaq üzrə iki dövrə bölünmüşdür. Lakin qəbul 
edilmişdir ki, bu dövrlər eyni mədəniyyətin müəyyən mərhələlərini əks etdirir. 
Göytəpənin D təbəqəsi I, III, IV və VIII qazıntı sahələrində aparılan 
arxeoloji tədqiqatlarla öyrənilmişdir. Burada daş  təməl üzərində  aşkar olunan 
kərpic divar müdafiə divarı kimi xarakterizə edilmişdir. Bu divarın yaxınlığında, 
yenə  də daş  təməl üzərində  kərpicdən tikilmiş iki binanın və ocağın qalıqları 
aşkar olunmuşdur. Orta Tunc dövrünə aid gil məmulatı başlıca olaraq dördüncü 
qazıntı sahəsində  aşkar olunmuş, D və C olaraq iki mərhələyə ayrılmışdır. 
Burada qeydə alınan və müdafiə tikintisi kimi xarakterizə edilən divarın eni 1,85, 
hündürlüyü 0,45 metrdir. 
Göytəpənin Orta Tunc dövrünə aid gil məmulatı  çəhrayı  və  qəhvəyi 
rəngdə bişirilmiş, boyasız və boyalı gil qab parçaları ilə təmsil olunmuşdur. İlk 
dövrlərə aid edilən boyalı qablar çəhrayı rəng üzərinə qara, qırmızı, ya da yalnız 
ağ boya ilə  çəkilmiş ornamentlə naxışlanmışdır. Daha sonrakı  mərhələdə  gələn 
boyalı qablar, gövdənin yuxarısına ağ-sarı  rəngdə  çəkilmiş zolaq üzərində qara 
və  qırmızı  rənglə naxışlanmışdır.  Ən geniş yayılmış motivlər, içərisi tamamilə 
doldurulmuş torlu ya da nöqtəli üçbucaq və romb düzümləridir. 
Barton Braun Göytəpənin D təbəqəsini e.ə. 2400-2000-ci illərə, C 
təbəqəsini isə e.ə. II minilliyin birinci yarısına aid etmişdir. 
Dinkatəpə yaşayış yeri Urmiya gölünün şimal-qərbində, Qadar çayının sağ 
sahilində yerləşir. Yaşayış yerində geniş arxeoloji qazıntı  işləri 1966-1968-ci 
illərdə R.H.Dyson tərəfindən aparılmışdır. Yaşayış yerində Orta Tunc, Son Tunc 
və Erkən Dəmir, həmçinin Orta əsrlərə aid mədəni təbəqə  aşkar olunmuşdur. 
Dinkatəpənin Orta Tunc dövrü təbəqəsi iki hissəyə ayrılmışdır. Abidənin IV A-C 
adlandırılan təbəqələrində yalnız Xabur keramikasına rast gəlinmişdir. Bu 
təbəqədən üstdə yerləşən IV D təbəqəsindən Naxçıvan və Urmiya hövzəsinin 
Orta Tunc dövrü üçün xarakterik olan polixrom boyalı qablar əldə edilmişdir. 
Yaşayış yerindən tapılmış boyalı qablar çölmək və kasa tiplidir. Onların 
gövdəsinin yuxarı hissəsi ağ-sarı boya üzərinə  qırmızı  və qara rəngdə  çəkilmiş 
torlu romb və üçbucaqlarla naxışlanmışdır. Yaşayış yerinin IV D təbəqəsində heç 
bir tikinti qalığına rastlanmamışdır. Bu təbəqə tədqiqatçılar tərəfindən e.ə. 1600-
1450-ci illərə aid edilmişdir. 
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, I Kültəpə, II Kültəpə, 
Haftavantəpə, Göytəpə kimi yaşayış yerlərində Orta Tunc dövrünə aid mədəni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə