Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   40   41   42   43   44   45   46   47   ...   75

 
148
Günəştəpə yaşayış yerində  aşkar olunan qəbirlər də tamamilə 
dağıdıldığından onların formasını  və  dəfn adətini müəyyən etmək mümkün 
olmamışdır. Boz və qara rəngli kasa tipli qablar basma ornamentlə naxışlan-
mışdır. Bu tip ornamentli keramika məmulatı Quruçay və Köndələnçay vadisinin 
abidələri üçün xarakterikdir. 
Qarabağ  mədəniyyətinin qəbir abidələri başlıca olaraq Borsunlu 
kupqanları ilə təmsil olunmuşdur. Borsunlu nekropolunda tədqiq olunan 1 №-li 
kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc 
formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər 
maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. 
Gəncə-Qazax zonasında Orta Tunc dövrünə aid aydın stratiqrafiya verən 
yaşayış yerinə rast gəlinməmişdir. Bu regionda aşkar olunan qəbir abidələrinin 
materialları Мil-Qarabağ zonasının dulusçuluq məmulatı ilə bənzərlik təşkil edir. 
Babadərviş yaşayış yerinin Orta Tunc dövrü təbəqəsindən aşkar olunan 
qəbir düzgün olmayan, ucları  dəyirmiləşdirilmiş dördkünc formaya malikdir. O 
şərq-qərb istiqamətindədir. Qəbrin qərb tərəfində dağınıq halda olan insan 
skeletinin  qalıqları aşkar olunmuşdur. Şərq tərəfdə iribuynuzlu heyvan balasının 
skeleti və bu heyvana aid lülə sümüyü aşkar olunmuşdur. Qəbrin cənub divarı 
boyunca gil qablar və tunc xəncər tiyəsi qoyulmuşdur. 
Bu qəbirdən aşkar olunan üç ədəd qara cilalı qab çəhrayı astarlı olmaqla, 
naxışlanma motivi və formasına görə Azərbaycanın həmdövr materiallarından 
fərqlənir. Onların naxışlanmasında iki sıra cızma xətdən və yapma 
ornamentlərdən istifadə olunmuşdur. Qəbirdən  əldə edilmiş, kobud hazırlanmış 
qablar Üzərliktəpə, II Kültəpə  və Çalxanqala kurqanlarından aşkar edilmiş 
materiallarla bənzərdir. Bu qəbir e.ə. XVI əsrə aid edilmişdir. 
Şamxor  (Şəmkir) rayonunun Keçili kəndi yaxınlığında H.P.Kəsəmənli 
tərəfindən tədqiq olunan 5 №-li Keçili torpaq qəbiri tamamilə dağıdıldığından 
onun formasını  və  dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Bükülü 
vəziyyətdə olan skelet şimal-qərb istiqamətində olmuşdur. Onun şimal tərəfdə 
olan kəlləsinin ətrafından dörd gil qab aşkar edilmişdir. Qara cilalı qabların çiyin 
hissəsi basma ornamentlə naxışlanmışdır. Bu qablar bəzəmə texnikasına görə 
Üzərliktəpə materialları ilə oxşardır. Analoji materiallar əsasında Keçili qəbiri 
e.ə. XVII-XVI əsrlərə aid edilmişdir. 
Şamxor-Gədəbəy şose yolunun yaxınlığında yerləşən nekropolda 1983-cü 
ildə  tədqiq edilən 4 №-li kurqan Orta Tunc dövrünün son mərhələsinə aid 
material vermişdir. Torpaqda qazılmış qəbir keramikası kromlexlə əhatə edilmiş 
və torpaq kurqanla örtülmüşdür. Kurqan örtüyünün altında kül layı içərisində 
uşaq skeletinə, onun ətrafında saplaqlı tunc xəncər və Orta Tunc dövrü üçün 
xarakterik 3 gil qab aşkar olunmuşdur. Bundan aşağıda aşkar olunan qəbir 
kamerasında yanmış sümüklər dəfn edilmişdir. Buradan obsidiandan hazırlanmış 
bıçaq tipli alət də tapılmışdır. Kurqan e.ə. XVII-XVI əsrlərə aid edilmişdir. 


 
149
Xaçbulaq kurqanları. Orta Tunc dövrünə aid kurqanların bir qrupu 
Daşkəsən rayonunda, Xaçbulaq yaylağında yerləşir. Xaçbulaqdakı 1 №-li kurqan 
Qoşqarçayın sol sahilində, Zağalı  kəndinin müasir qəbirstanlığından  şərqdə 
yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal- cənub 
istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas 
qəbiri  İlk Tunc dövrünə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan 
küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyündə, 
1,45 və 1,7 metr dərinlikdə  aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir. 
Torpaqda qazılmış  qəbirin forması müəyyən edilməmişdir. Birinci qəbirdəki 
skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü 
vəziyyətdə  dəfn edilmişdir. Skeletin ayaq tərəfinin yaxınlığında iribuynuzlu 
heyvan sümüklərinə, ağac kömürünə rast gəlinmişdir. Kəllənin  ətrafından qara, 
qəhvəyi, çəhrayı  rəngli cızma naxışlı gil qablar, daş toppuz, borudəstəkli nizə 
ucluğu, obsidian və çaxmaqdaşından ox ucluqları, tunc xəncər aşkar olunmuşdur. 
İkinci qəbirdən şimal-qərb və cənub-şərq istiqamətində, bükülü vəziyyətdə 
çürümüş insan skeleti, onun ayaqlarının yaxınlığında isə  xırdabuynuzlu heyvan 
skeleti aşkar olunmuşdur. Heyvan skeleti kömür qalıqlarının arasında idi. İnsan 
və heyvan skeletlərinin ortasında gil qab parçalarına rast gəlinmişdir. Bu 
qəbirlərdən aşkar olunan gil qabların bənzərləri Üzərliktəpə, Qaraköpəktəpə, 
Babadərviş və II Kültəpədən məlumdur. 
1959-cu ildə, Xaçbulaq yaylağında, «Hamamdüzü» adlanan yerdə üç 
kurqan tədqiq edilmişdir ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Həmin 
kurqanlardan birincisi dairəvi olub, diametri 8,6, hündürlüyü 0,6 m-dir. Qəbir 
kamerası kurqanın cənub tərəfində  aşkar edilmişdir. Qəbirin üzərini örtən daş 
kurqan götürülərkən, obsidian parçalarına və kömür qalıqlarına rast gəlinmişdir. 
Kurqanın altında yerləşən torpaq qəbirin ölçüləri 2,9 x 1,3 x 0,8 m-dir. Qəbir 
kamerası  şimal-qərbdən cənub-şərqə doğru yönəlmişdir. Skelet olduqca pis 
qaldığından, onun yalnız lülə sümüklərinə  və dişlərinə aid qalıqlar aşkar 
olunmuşdur. Qəbirdən müxtəlif muncuqlar və saç üçün spirallar, 16 ədəd qara və 
boz rəngli gil qab aşkar olunmuşdur. Bu kurqanın materialları Üzərliktəpənin 
ikinci qrup keramikası ilə bənzərdir. Aşkar olunmuş materiallara əsasən, kurqan 
e.ə. II minilliyin ortalarına aid edilmişdir. 
Kurqanın ikinci əsas qəbrindən uzunluğu 33 sm olan dördtilli süngü tipli 
nizə ucu tapılmışdır. Arxeoloq H.P.Kəsəmənli həmin nizə ucunu Zaqafqaziya və 
Ön Asiyadan tapılmış analoji nizə ucları ilə müqayisə edərək, e.ə. III minilliyin 
sonlarına aid etmişdir. 
Xaçbulaqda tədqiq olunan Orta Tunc dövrünə aid digər kurqan 1962-ci 
ildə açılmışdır. Həmin kurqan əvvəlkinin yaxınlığında yerləşir. Kurqanın 
hündürlüyü 1,8, diametri 15 m olmuşdur. Onun örtüyü çay daşlarından 
qurulmuşdur. Kurqan örtüyünün altından cənub-şərq tərəfdə qara rəngli torpaq 
qatı, tunc nizə ucluğu, gümüş düymə  və qara rəngli gil qab parçaları  aşkar 
olunmuşdur. Bu təbəqədən altda yerləşən qəbir kamerasının uzunluğu 1,6, eni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə