Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   42   43   44   45   46   47   48   49   ...   75

 
152
Qəbirdə qoyun skeleti, iribuynuzlu heyvan sümükləri, tunc xəncər, boru dəstəkli 
tunc nizə ucu və gil qab parçaları aşkar olunmuşdur. Qablardan birinin üzərində 
qırmızı boya izləri qalmışdır. Qəbirdən aşkar olunan xəncər tiyəsi və boru 
dəstəkli nizə ucluğunun tipoloji analizi bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid 
etməyə imkan verir. 
Kromlexlə  əhatə olunmuş 17 №-li kurqanda qəbir kamerası  cənub-
qərbdən şimal-şərqə doğru qazılmış, üzəri 1 ədəd yastı daşla örtülmüşdür. Skelet 
sol böyrü üstə, bükülü vəziyyətdə aşkar olunmuşdur. Skeletin ətrafından bir ədəd 
çəhrayı  rəngli çölmək, boz rəngli bir kasa və bir küpə  əldə edilmişdir. Aşkar 
olunmuş materiallar Böyükdaş yaşayış yerinin materialları ilə  bənzər 
olduğundan, bu kurqan Orta Tunc dövrünün ilk mərhələsinə aid edilmişdir. 
Мuğan düzündə, Azərbaycanın cənub-şərqində Orta Tunc dövrünə aid 
yaşayış yerləri az öyrənilmişdir. 
Мişarçay yaşayış yeri Cəlilabad şəhərindən 1,5 km şimal-şərqdə, eyni adlı 
çayın sahilində yerləşir.  Мişarçayın alt təbəqəsi Kür-Araz mədəniyyətinə, onun 
üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür-
Araz təbəqəsindən fərqli olaraq (4,5 m) Orta Tunc dövrü təbəqəsinin olduqca az 
yığılması, bu dövrdə yaşayış yerində  həyatın yarımköçəri maldarlığa 
əsaslandığını göstərməkdədir. Yaşayış yerinin bu təbəqəsindən daş  və sümük 
əmək alətləri, keramika məmulatı  aşkar olunmuşdur. Keramika məmulatı 
morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa 
qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış  mətbəx qabları 
daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu 
qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr 
fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmışdır. Gövdəsinin 
yuxarı hissəsi və çiyni cızma üsulu ilə  həndəsi motivdə naxışlanmışdır. 
Boğazının altında yolkaşəkilli ornament, ondan altda isə ştrixlənmiş üçbucaqlar 
yerləşdirilmişdir. 
İkinci qrupa boz və qara rəngli nazik divarlı keramika daxildir. Onların 
gilinə narın qum qatılmış, yaxşı sığallanmış və parıldayanadək cilalanmışdır. Bu 
qrupa daxil olan qablar arasında incə  cızma bəzəməli, konnelyur ornamentli 
küpələr diqqətəlayiqdir. Bu qrupdakı keramikanın naxışlanmasında cızma xətlər 
və nöqtələrin kominasiyasından geniş istifadə edilimşdir. Gil qabların naxışlanma 
motivi Trialeti, Üzərliktəpə  və Lçaşen keramikası ilə  bənzərlik təşkil edir. Bu 
qrupa daxil olan bikonus formalı qablar, üfiqi qulaqcıqları olan kasalar, üçayaqlı 
qablar xüsusilə fərqlənirlər. F.R.Мahmudov Мişarçay yaşayış yerinin Orta Tunc 
dövrü təbəqəsindən aşkar edilən və Kür-Araz mədəniyyətinin son mərhələsi üçün 
xarakterik olan, dekorativ elementlərə malik keramikanı e.ə. III-II minilliklərin 
qovşağına aid etmişdir. 
Cəfərxanlı yaşayış yeri Cəlilabad rayonunun eyniadlı kəndi yaxınlığında, 
İncəçayın sağ sahilində yerləşir. Yaşayış yerinin yerləşdiyi  ərazinin dəfələrlə 
şumlanması abidənin dağılmasına və planının itməsinə  səbəb olmuşdur. 


 
153
Arxeoloji tədqiqatlarla, yaşayış yerinin 2 hektardan artıq sahəni  əhatə etdiyi 
müəyyən edilmişdir. Yaşayış yerinin bəzi hissələrində gil qatları, daş  və çiy 
kərpicdən tikinti qalıqları görünməkdədir. Kəşfiyyat qazıntıları ilə daşdan əmək 
alətləri və keramika məmulatı aşkar olunmuşdur. 
Yaşayış yerindən aşkar olunmuş keramika üç qrupa bölünür. Birinci qrupa 
daxil olan küpə, çölmək və banka tipli qablar cilalama üsulu ilə, həndəsi motivdə 
naxışlanmışdır. Bəzi qabların gövdəsi konnelyur ornamentlidir. İkinci qrupa sarı-
qəhvəyi rəngli, qaba hazırlanmış qalın divarlı qablar daxildir. Gilinin tərkibinə 
qum və  çınqıl qatılan bu qabların  əksəriyyəti uzun boğazlı, genişağızlı 
küpələrdir. Qabların boğazı  çəpinə  çərtmələr və sünbülşəkilli ornamentlə 
naxışlanmışdır. Üçüncü qrupa monoxrom boyalı qablar daxildir. Onlar qırmızı 
rəng üzərindən qara rənglə lanmışdır. 
Yaşayış yerinin dövrünün müəyyənləşdirilməsində Orta Tunc dövrünün 
erkən mərhələsində meydana çıxan və Kür-Araz mədəniyyəti ilə bağlantılı olan 
dirsəkşəkilli qulplar əhəmiyyətlidir. Bəzi qulpların yuxarı hissəsi zoomorf 
fiqurlarla tamamlanır. Aşkar olunmuş materiallar Cəfərxanlı yaşayış yerini e.ə. 
III-II minilliklərin qovşağına aid etməyə imkan verir. 
Azərbaycanın şimal-şərqində Orta Tunc dövrünə aid arxeoloji abidələr az 
öyrənilmişdir. Bu regionda Orta Tunc dövrü yaşayış yerləri Quba rayonunda 
İbrahimxəliltəpə, Xaçmaz rayonunda Sərkərtəpə, Borispoltəpə kimi abidələrlə 
təmsil edilməkdədir. Aşkar olunmuş arxeoloji materiallar daş  əmək alətləri və 
keramika məmulatı ilə xarakterizə olunur. Bu yaşayış yerlərinin keramikası 
başlıca olaraq qonur və boz rəngli sığallanmış qab parçalarından ibarətdir. Bəzi 
qabların üzəri cızma və yapma ornamentlə naxışlanmışdır. 
Tapıntılar arasında sümükdən bizlər, iynələr, cilalayıcı alətlər, oraq dişləri 
və metal əşyalar da əhəmiyyət kəsb edir.  
Azərbaycanın  şimalında yerləşən abidələr qrupuna Şəkidə  Əyriçay 
vadisində yerləşən Küdürlü kurqanları da daxildir. Küdürlüdə  aşkar olunan 
səkkiz kurqan e.ə. II minilliyin birinci rübbünə aid edilmişdir. Kurqanlarda arxası 
üstə, bükülü vəziyyətdə  dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Tədqiqatlar 
zamanı qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. 
İlk Tunc dövrü yaşayış yerlərinin bir neçəsində  həyatın e.ə. II minilliyin 
ortalarına qədər davam etməsi bu ərazidə Orta Tunc dövrü tayfalarının 
məskunlaşdığını göstərir. Yaşayış  məskənlərinin azlığı bir tərəfdən regionun az 
öyrənilməsi ilə bağlıdırsa, digər tərəfdən də ehtimal ki, Orta Tunc dövründə 
burada həyatın yarımköçəri maldarlığa bağlanması ilə  əlaqədardır. Regionun 
arxeoloji abidələri başlıca olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. 
Orta Tunc dövrünə aid yaşayış yerlərinin bir neçəsi özündən  əvvəlki  İlk 
Tunc dövrü məskənlərində salınmışdır. Bunların sırasına I Kültəpə, II Kültəpə, 
Şortəpə, Göytəpə, Qordlartəpə, Haftavantəpə kimi abidələr daxildir. Bu yaşayış 
yerləri öz topoqrafik xüsusiyyətlərinə görə,  İlk Tunc dövrü yaşayış yerlərindən 
fərqlənmirlər. Onlar gur sulu çayların sahilində,  əkinçilik və maldarlıq üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə