Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   45   46   47   48   49   50   51   52   ...   75

 
158
liavis) sümükləri aşkar edilmişdir. Üzərliktəpənin heyvandarlığında başlıca yer 
iribuynuzlu heyvanlara məxsus olmuş, burada yarımköçəri maldarlıq hökmran 
mövqe tutmamışdır.  Şübhəsiz ki, burada maldarlığın oturaq forması daha çox 
inkişaf etmişdir. 
Yaşayış yerlərindən aşkar olunan osteoloji materialların təhlili bu dövrdə 
xırdabuynuzlu heyvanların üstünlük təşkil etdiyini göstərir. II Kültəpədə aparılan 
tədqiqatlar zamanı qoyun (Ovis), keçi (Capra), inək, öküz (Bos taurus), donuz 
(Sus domestika), at (Equs Caballus) sümükləri aşkar olunmuşdur. 
Мaldarlığın inkişafı,  əkinçiliyə nisbətən daha çox izafi məhsul  əldə 
edilməsinə, sərvətin müəyyən qrup adamların  əlində toplanmasına imkan 
yaratmışdır. Bu, son nəticədə  əmlak bərabərsizliyinə  gətirib çıxarmışdır. Tayfa 
başçılarına aid zəngin qəbirlərin meydana çıxması, şübhəsiz ki, bununla bağlıdır. 
Bu dövrdə heyvandarlığın müəyyən sahəsini də atçılıq təşkil etmişdir. 
Мuğanda  Əliköməktəpəsindən aşkar olunan at sümükləri, atın hələ Eneolit 
dövründə əhliləşdirildiyini göstərir. 
Üzərliktəpə, II Kültəpə  və  Şahtaxtıdan xeyli at sümüyünün aşkar olun-
ması, Qobustan rəsmlərində,  Şahtaxtı  və II Kültəpə boyalı qablarında atlı 
təsvirləri olması atçılığın yüksək inkişaf səviyyəsində olduğunu və  qədim 
tayfaların həyatında mühüm rol oynadığını göstərir. 
Arxeoloji tədqiqatlar zamanı  aşkar olunan dulusçuluq emalatxanasının 
qalıqları, dulus kürələri, gil qabların istehsalında tətbiq olunan əmək alətləri, 
müxtəlif formalı  və naxışlı gil qablar Orta Tunc dövründə dulusçuluğun 
sənətkarlıqda başlıca sahələrindən biri olduğunu göstərir. 
Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji 
materialların  əksəriyyəti gil məmulatı ilə  təmsil olunmuşdur. Gilinin rənginə, 
tərkibinə  və  bəzəmə texnikasına görə, onları bir-birindən fərqlənən iki böyük 
qrupa bölmək olar. Çəhrayı  rəngdə bişirilmiş birinci qrup keramika məmulatı 
üçün boyama bəzəmələr xarakterikdir. Bu tip keramika Azərbaycan 
arxeologiyasında Boyalı qablar mədəniyyəti adı ilə tanınmışdır.  İkinci qrup 
keramika boz və qara rəngli, bəzən basma naxışlı qablarla xarakterizə olunur. Bu 
tiplərin yayılma arealının nəzərdən keçirilməsi göstərir ki, boyalı qablar, başlıca 
olaraq, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri üçün xarakterik olmuşdur. 
Azərbaycanın digər regionlarında isə, əsasən ikinci qrupa aid etdiyimiz qara cilalı 
cızma və basma ornamentli qablar geniş yayılmışdır. Burada boyalı qablara az 
rast gəlinmişdir. Azərbaycanın Orta Tunc dövrü mədəniyyətinin formalaşmasının 
xarakterini müəyyən etmək üçün, hər iki qrupa daxil olan gil məmulatının ətraflı 
təhlil edilməsi vacibdir. 
Qeyd etdiyimiz kimi, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri, 
başlıca olaraq, boyalı qablarla xarakterizə edilir. Naxçıvan arxeoloji abidələrinin, 
xüsusilə II Kültəpənin stratiqrafiyasına  əsasən, Orta Tunc dövrünün boyalı 
qabları 4 mərhələyə bölünmüşdür.  İlk mərhələ üçün monoxrom boyalı qablar 
xarakterikdir. 


 
159
II Kültəpənin Orta Tunc dövrü təbəqəsinin alt qatlarından bəlli olan bu tip 
qablar, qırmızı üzərinə qara rənglə  çəkilmiş düz və dalğalı  xətlərlə 
naxışlanmışdır. II Kültəpənin bu mərhələyə aid qabları küpə  və badya tiplidir. 
Ağız kənarı geri qatlanan küpələrin boğazı qısa, gövdəsi qabarıq və simmetrikdir. 
Badya tipli qabların ağzı bir qədər içəri yığılmışdır. Gövdəsi çiyin hissədə 
qabarıq olub, oturacağa doğru getdikcə daralır. 
Bu mərhələ üçün xarakterik olan qablar Göytəpənin D təbəqəsində
Haftavantəpənin VI C, VI B təbəqəsində də aşkar olunmuşdur. Göytəpənin erkən 
mərhələyə aid D təbəqəsindəki qabların bir qrupu qırmızı üzərinə qara və  ağ 
rənglərlə çəkilmiş ornamentlərlə naxışlanmışdır. Qırmızı boya üzərinə ağ rənglə 
çəkilmiş naxışlar II Kültəpə keramikasında da qeydə alınmışdır. 
İkinci mərhələ üçün daha təkmil və mürəkkəb kompozisiyalı boyalı qablar 
xarakterikdir. Onların başlıca ornamental motivləri dairələrlə tamamlanan sınıq 
xətlər, romb, üçbucaqların arasına çəkilən kiçik dairələr, bəzən isə insan, quş və 
heyvan rəsmlərindən ibarətdir. Bu motivdə naxışlanmış qablar Göytəpənin D 
təbəqəsində, Haftavantəpənin VI C,  VI B təbəqəsində, I Kültəpənin üçüncü 
təbəqəsində, II Kültəpədə, Nəhəcir, Yaycı, Çalxanqala, Şahtaxtı  və digər 
abidələrdən məlumdur. 
İkinci mərhələyə aid olan monoxrom boyalı qabların  əksəriyyəti küpə, 
kasa və çölməklərlə  təmsil olunmuşdur. Olduqca müxtəlif tipləri olan qablar 
narın qum qarışığı olan gildən hazırlanaraq, yaxşı bişirilmişdir.  
E.ə. II minilliyin ikinci rübündə boyalı qabların istehsalında böyük irəli-
ləyiş nəzərə çarpır. Bu dövrdən etibarən, polixrom boyalı qablar geniş yayılmağa 
başlayır. Gil qablar yüksək bədii zövqlə  bəzənməsi ilə  fərqlənirlər. Naxışlar 
qabların gövdəsinin yuxarısını əhatə edən narıncı-sarı və ağ fon üzərinə, başlıca 
olaraq qara, qırmızı, bəzən isə qəhvəyi, ağ və yaşıl rənglə çəkilir. 
Polixrom boyalı qablar Cənubi Qafqazda və Azərbaycanda, başlıca olaraq 
Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələrindən aşkar edilmişdir. 
Azərbaycanın digər rayonlarında, Gürcüstanda polixrom qablar tək-tək 
nümunələrlə  bəllidir. Bunun əksinə olaraq Şərqi Anadoluda polixrom qablar 
geniş  şəkildə yayılmışdır. Bu mərhələ üçün xarakterik olan polixrom boyalı 
qablar I Kültəpədən, II Kültəpədən, Göytəpənin D və C təbəqələrindən, 
Haftavantəpənin VI və    V  təbəqəsindən, Dinkatəpənin IV təbəqəsindən aşkar 
olunmuşdur. Yaşayış yerlərindən başqa, polixrom boyalı qablar, həmçinin 
Naxçıvan ərazisindəki Şahtaxtı, Qızılburun və Naxçıvan nekropolundan da əldə 
edilmişdir. Bu mərhələyə aid boyalı qablar küpə, kasa, badya və çölməklərlə 
təmsil olunmuşdur. 
Qızılburun nekropolundan aşkar olunmuş küpə tipli qabların biri zəngin 
bəzəməsi ilə  fərqlənir. O əsasən həndəsi ornamentlə naxışlanmışdır. Naxışlar 
başlıca olaraq aşağıdan və yuxarıdan düz xətlərlə  məhdudlaşdırılmış torlu 
üçbucaqlardan ibarətdir. Üçbucaqların arasında boş qalmış sahəyə bir yerdə 
həndəsi fiqurlar, digər yerdə isə rəqs edən qadın və kişi şəkli çəkilmişdir. Qara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə