Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   48   49   50   51   52   53   54   55   ...   75

 
166
qərbdə, Duzdağda aşkar olunan qədim duz mədənləri bunu bir daha sübut edir. 
Hələ keçən  əsrin ikinci yarısında Duzdağdan tapılmış daş  çəkiclərin duz 
çıxarılması üçün istifadə olunduğu K.A.Nikitin tərəfindən söylənmişdir. 
1897-ci ildə  İ.S.Polyakovun Duzdağda apardığı arxeoloji kəşfiyyat işləri 
zamanı xeyli miqdarda daş  çəkic aşkar olunmuşdur. Onun fikrinə görə, bu daş 
çəkiclərdən duzun parçalanması üçün istifadə olunmuşdur. 
1967-ci ildə Duzdağın cənub ətəyində aparılan inşaat işləri zamanı qədim 
şaxtanın girişi aşkar olunmuşdur. Şaxtadan xeyli miqdarda daş çəkic, o cümlədən 
30 kq ağırlığında daş kürz tapılmışdır. Çox güman ki, bu alətlərdən duzun 
parçalanması və çıxarılması üçün istifadə olunmuşdur. 
1976-cı ildə müasir tunel tikilərkən Duzdağda qədim duz mədəni aşkar 
olunmuşdur. Bu mədən olduqca mürəkkəb plana malikdir. Qədim tunelin 
uzunluğu 70 m, eni 6-20 m, hündürlüyü 10-15 m-dir. Tunel müxtəlif ölçülü 10 
salondan ibarətdir. Bu salonların ən böyüyündə duzdan kəsilmiş 5 sütun vardır. 
Onlar mədənin divarları ilə tağ  şəklində birləşir.  Мədənin divarları ustalıqla 
işlənərək, hamarlanmışdır. Salonların bəzisinin divarlarında his izləri, bəzisində 
isə ocaq qalıqları qalmışdır. Duz laylarının arasında yerləşən meqrel təbəqələrə 
çalınmış  ağac pazların qalıqları, duzun hansı üsulla çıxarılması haqqında 
məlumat almağa imkan verir. 10 №-li zalda divarın dibində uzunluğu 3-5 m olan 
səki,  şübhəsiz ki, mədənçilərin dincəlməsi və oturması üçün nəzərdə 
tutulmuşdur. 5-ci zalda qrup halında rastlanan vertikal xətlər diqqəti cəlb edir. 
İşarələrin yerləşmə ardıcıllığının müşahidəsi onluq say sisteminin mövcudluğunu 
göstərir. Ən böyük qrupda hər birində 10 işarə olan 5 sıra vardır. Ehtimal ki, bu 
işarələr çıxarılan duzun miqdarını, ya da şaxtada işlənən günlərin sayını göstərir. 
Tunelin cənub tərəfində daş  çəkiclər, maral buynuzu, ağac və samandan 
hörülmüş ip qalığı aşkar olunmuşdur. Buradan həmçinin iki qara cilalı gil qab da 
əldə edilmişdir. Tuneldən tapılmış daş çəkiclər, maral buynuzundan hazırlanmış 
alətlər, I Kültəpə və II Kültəpə yaşayış yerlərindən bəllidir. Bu alətlər həm qədim 
duz mədəninin tarixləndirilməsi, həm də duzun çıxarılma üsullarını müəyyən 
etmək baxımından  əhəmiyyətlidir.  Мüəyyən edilmişdir ki, buynuz alətlərlə duz 
layları arasındakı meqrel təbəqəsi təmizlənmiş, sonra yaranan boşluqlara ağac 
pazlar çalınaraq duz parçaları qoparılmışdır. 
Araşdırmalar göstərir ki, qədim dövrdə duzun çıxarılması üçün, başlıca 
olaraq,  şaxta və tunellərdən istifadə olunmuşdur.  Əldə edilən arxeoloji 
materiallara əsasən qədim Orta Tunc dövrünə aid mədənlər e.ə. III-II minilliklərə 
aid edilmişdir. Qeyd etmək istəyirik ki, 2006-2007-ci illərdə V.B.Baxşəliyev, 
Catherine  Мarro və S.H.Aşurovun rəhbərliyi ilə aprılan araşdırmalar zamanı 
Eneolit və Erkən Tunc dövrünə aid xeyli keramika və əmək alətləri tapılmışdır. 
Мədəniyyət və incəsənət. Orta Tunc dövründə Azərbaycanda yaşayan 
qədim tayfaların mədəni inkişafında da xeyli irəliləyişlər olmuşdur. Bu 
irəliləyişlər düzgün və mürəkkəb arxitekturası olan yaşayış binaları  və müdafiə 
sistemlərinin tikilməsində, yüksək zövqlə hazırlanmış gil məmulatı  və metal 


 
167
əşyalarda özünü daha aydın göstərməkdədir. Bu dövrün mənəvi xüsusiyyətinin 
öyrənilməsində gil qablar üzərindəki təsvirlərin böyük əhəmiyyəti vardır. Qədim 
tayfaların min illərdən bəri formalaşan ideologiyası ilə bağlı olan bu təsvirlər, 
həm də yüksək sənət  əsərləridir. Bu baxımdan, boyalı qabların üzərində rast 
gəlinən rəsmlər diqqətəlayiqdir.  İlk mərhələdə qabların üzəri qırmızı boya ilə 
örtülərək, anqoblanmış, qara rənglə yüksək zövqlə naxışlanmışdır. Naxışlar, 
başlıca olaraq, həndəsi motivdədir. Naxışlanma motivinə görə mürəkkəb 
kompozisiyaya malik olan Şortəpə,  Şahtaxtı, Yaycı monoxrom boyalı qabları, 
xüsusilə fərqlənir. Həndəsi ornamentlər arasında verilən quş və heyvan rəsmləri 
olduqca realistik olmaqla, yüksək sənətkarlığın məhsuludur. Bu mərhələyə aid 
boz-qara rəngli gil qablar da yüksək zövqlə naxışlanmışdır. Bunların arasında 
Üzərliktəpə yaşayış yeri və Kükü kurqanlarından aşkar olunan nümunələr 
naxışların orijinallığı ilə diqqəti cəlb edir. 
Polixrom rənglərlə boyama Orta Tunc dövrü mədəniyyətinin xüsusi 
mərhələsini təşkil edir. Bu dövrdə qabların gövdəsinin mərkəzi hissəsi ağ-sarı 
rənglə boyanaraq, qara və  qırmızı  rənglə naxışlanmışdır. Bu mərhələyə aid 
qabların naxışlanmasında həndəsi ornamentlər və  rəqs səhnələrindən istifadə 
edilmişdir. 
Orta Tunc dövrünün son mərhələsində qabların naxışlanmasında daha 
mürəkkəb kompozisiyalardan istifadə olunmuşdur.  Şahtaxtı  və II Kültəpədən 
aşkar edilmiş polixrom boyalı qablar ornamental motivin mürəkkəbliyi ilə 
fərqlənirlər. Onların naxışlanmasında həndəsi fiqurlarla bərabər, realist heyvan 
fiqurlarından da istifadə olunmuşdur. Naxışlar paralel xətlərlə  məhdudlaşdırılan 
üç qurşaqda verilmiş, təkrarolunmaz gözəllik yaradılmışdır. İstər Şahtaxtı, istərsə 
də II Kültəpənin polixrom boyalı qablarında rast gəlinən sxematik, ya da mifik 
insan və heyvan təsvirləri qədim insanların dünyagörüşünü əks etdirir.  
Orta Tunc dövrü təsviri sənətinin  əsas növlərindən biri də qayaüstü 
rəsmlərdir. Bu dövrdə qayaüstü təsvirlərin geniş  ərazilərə yayılmasını 
tədqiqatçılar yarımköçəri və köçəri maldarlığın inkişafı ilə bağlamışlar. 
Azərbaycanda qayaüstü rəsmlərə yüksək dağlıq ərazilərdə (Gəmiqaya, Kəlbəcər, 
Göyəm dağları) və ovalıqlara yaxın dağ  ətəklərində (Qobustan, Abşeron) 
rastlanmışdır. 
Orta Tunc dövrünün təsviri incəsənəti üçün siluet insan və heyvan 
rəsmləri və müxtəlif simvolik işarələr xarakterikdir. Bu baxımdan, Gəmiqayada 
aşkar olunan qayaüstü təsvirlər diqqəti cəlb edir. Gəmiqaya kiçik Qafqaz sıra 
dağlarının ən yüksək zirvəsi olan Qapıcığın mifik adıdır. O Ordubad şəhərindən 
60 km şimalda, Tivi və Nəsirvaz kəndləri arasında yerləşir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə