Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

 
168
Qapıcıq zirvəsi dəniz səviyyəsindən 3905 m yüksəklikdədir. Dağın cənub 
ətəyinə  səpələnmiş metamorfizləşmiş tuf parçalarının təbii aşınma nəticəsində 
hamarlanan səthinə  qədim insanların həyat tərzini və düşüncəsini  əks etdirən 
təsvirlər çəkilmişdir. Gəmiqaya rəsmləri ilk dəfə 1969-cu ildə  qeydə alınmışdır. 
    
                                 Şəkil  77. Мaral təsviri (Gəmiqaya) 
 
 
1969-1971-ci illərdə  Gəmiqayanın cənub  ətəyində Qaranquş, Nəbiyurdu, 
Camışölən yaylaqlarında, dəniz səviyyəsindən 3500-3700 m yüksəklikdə 
V.H.Əliyev tərəfindən yüzlərlə qayaüstü şəkil aşkar olunmuşdur. 2001-2005-ci 
illərdə aparılan araşdırmalar zamanı Gəmiqayada iki mindən artıq qayaüstü təsvir 
qeydə alınmışdır. Qayaüstü rəsmlər arasında ov səhnələri, xüsusilə diqqəti cəlb 
edir.  Şəkillərin bir qrupunda kəməndlə, ya da torla tutulan dağ keçilərinin 
təsvirləri verilmişdir. Cüt-cüt verilən dağ keçilərinin bir qrupu qarşı-qarşıya 
yerləşdirilmişdir. Ola bilsin ki, bu, heyvanların döyüş  səhnəsini  əks etdirir. 
Təsvirlər arasında vəhşi heyvanların (canavarın) keçilər üzərinə hücum səhnəsi 
də vardır. 
Qayaüstü rəsmlər arasında öküz, maral, pələng təsvirlərinə də rast gəlinir. 
At, köpək və fantastik heyvanların ayrıca təsvirləri Gəmiqaya rəsmləri arasında 
müəyyən yer tutur. Bəzi heyvanlar həndəsi fiqurların birləşdirilməsi ilə 
yaradılmışdır. Belə təsvirlərə boyalı qablar üzərində də rast gəlinmişdir. 
 


 
169
 
                   Şəkil 78. Gəmiqayada parçalama səhnəsinin təsviri 
 
 
Gəmiqaya qayaüstü təsvirləri arasında insan rəsmləri mühüm yer tutur. 
Onlar, başlıca olaraq, incə xətlərlə çəkilmiş siluet təsvirlərdən ibarətdir. Onların 
başı yuvarlaq, ayaqları bir-birindən aralı, ya da dizdən bükülü halda, əlləri 
yuxarıya qaldırılmış vəziyyətdə təsvir edilmişdir. Şəkillər arasında insan və keçi 
təsvirləri, kollektiv ov səhnələri diqqəti cəlb edir. İnsanların başı üzərində təsvir 
olunan keçi şəkilləri ehtimal ki, totemizmlə bağlıdır. 
Şəkillərin bir qrupu kollektiv rəqs səhnələrindən ibarətdir. Bu səhnələrdən 
birində başına buynuzlu maska taxan insan təsvirinə, digərində isə üçbarmaqlı 
insan təsvirinə rastlanmışdır. Tədqiqatçılar bu təsvirləri qədim insanların mifoloji 
təsəvvürləri ilə bağlayırlar. 
Gəmiqayada, həmçinin ritual yallı  rəqsinin təsvirinə  də rastlanır.  Мəlum 
olduğu kimi, qoşa rəqs təsvirinə  Qızılburundan tapılan polixrom boyalı qab 
parçası üzərində  də  təsadüf olunmuşdur. Qeyd etmək lazımdır ki, Naxçıvan, 
xüsusilə Şərur bölgəsi indi də müxtəlif yallı rəqsləri ilə tanınmaqdadır. 
Gəmiqaya rəsmləri arasında araba təsvirləri, lövbər, üçdişli yaba, dairə və 
göy cisimlərinin təsviri müəyyən yer tutur. Bəzən göy cisimləri heyvanlarla eyni 
kompozisiyada verilmişdir.  Şübhəsiz ki, bu təsvirlər qiymətli incəsənət 


 
170
nümunələri olmaqla bərabər, həm də  qədim insanların dünyagörüşünü, o 
cümlədən mifologiyasını özündə əks etdirmişdir. 
Azərbaycanın qayaüstü təsvirləri arasında Qobustan təsvirləri mühüm yer 
tutur. Tunc dövründə qayaüstü rəsmlərin həcmi,  əvvəlkilərə nisbətən kiçilmiş, 
lakin heyvanların realist təsviri saxlanmışdır. Bu dövrdə ovçuluğun insanların 
həyatında mühüm yer tutması, Qobustan təsvirlərində  də  əks olunmuşdur. 
Qobustanda təsvir olunan piyada, ya da atlı ovçular ox və kaman, üçdişli yaba, 
nizə və kəməndlə silahlanmışdır. 
Qobustan qayalarında, Yazılıtəpə  və Böyükdaşda e.ə. III-II minilliyə aid 
edilən ov səhnələri realist, dinamik və ifadəli təsviri ilə  fərqlənir. Burada, 
həmçinin yüksək sənətkarlıqla təsvir edilmiş maral rəsmlərinə də rast gəlinir. 
Qobustanda qeydə alınan insan fiqurları  Gəmiqayada olduğu kimi 
sxematikdir. Onlar anfasdan, ritual rəqs və hərəkət vəziyyətində təsvir edilmişdir. 
Təsvirlər arasında iki kişinin mübarizəsi diqqəti cəlb edir. Böyükdaşda qaya 
üzərində qazılan yallı  rəqsi xüsusi yer tutur. Rəqs iki sırada yerləşdirilmiş 
insanlar tərəfindən ifa edilir. Bu rəsmlər e.ə. III-II minilliyə aiddir. Qobustanda, 
həmçinin e.ə. II minilliyə aid edilən köpək və şir rəsmləri də vardır. 
Kəlbəcərdə qaya təsvirləri Zalxagöl, Qaragöl, Pəriçınqıl, Taxta, 
Ayıçınqıllı, Lilpar, Gelinqaya və Sarımsaqdərəsində qeydə alınmışdır. Təsvir-
lərin bir qrupu Q.S.İsmayılov tərəfindən tədqiq olunmuşdur. Qaya təsvirləri 
təsərrüfat-məişət və ritual xarakterlidir. Bu təsvirlərdə Azərbaycanın qədim 
faunası öz əksini tapmışdır. Rəsmlər arasında araba təsvirləri, Göy cisimlərinin 
təsvirləri və müxtəlif tamğalar da vardır. Təəssüf ki, Kəlbəcər təsvirləri geniş 
şəkildə araşdırılaraq nəşr edilməmişdir. 
Tunc dövrünə aid edilən qayaüstü rəsmlər qədim sənətkarların yüksək 
bədii zövqünü, insanların dünyagörüşünü, məşğuliyyətini və  ətraf mühiti əks 
etdirməklə tariximizin öyrənilməsi üçün qiymətli mənbədir. 
 
    Orta Tunc dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın  Şərq         
mədəniyyətləri arasında yeri və xronologiyası. Arxeoloji materialların 
əksəriyyətini təşkil edən keramika məmulatı, Orta Tunc dövrü mədəniyyətinin 
genezisi və xronologiyasının müəyyən edilməsi üçün olduqca əhəmiyyətlidir. 
Yuxarıda qeyd olunduğu kimi, Orta Tunc dövrünün keramikası lokal 
xüsusiyyətləri ilə fərqlənir. Keramika məmulatı, başlıca olaraq, iki böyük qrupa 
ayrılır. Birinci qrupa çəhrayı rəngdə, yaxşı bişirilmiş boyalı, ikinciyə isə boz-qara 
rəngli, basma və cizgi naxışlı qablar daxildir. Hər iki qrupa aid gil məmulatının 
Azərbaycanda yayılma arealı, yuxarıda göstərilmişdir. Qeyd etmək lazımdır ki, 
boz və qara rəngli keramikanın Kür-Araz mədəniyyəti  əsasında formalaşdığı, 
tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Orta Tunc dövrünün başlanğıc mərhələsi 
üçün xarakterik olan forma və  bəzəmə motivləri Kür-Araz mədəniyyətinin son 
mərhələsində ortaya çıxmışdır. Boz və qara rəngli, cilalı keramika Orta Tunc 
dövründə  Cənubi Qafqazın və Azərbaycanın  əksər hissəsini  əhatə etmişdir. 
Lakin, qeyd edildiyi kimi, nəinki Cənubi Qafqazda, hətta Azərbaycanda yayılan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə