Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   50   51   52   53   54   55   56   57   ...   75

 
171
qara cilalı basma və cizgi naxışlı qablar, lokal xüsusiyyətlərinə görə fərqlənirlər. 
Bu mədəniyyət, başlıca olaraq, Cənubi Qafqazın şimal rayonlarında yayılmışdır. 
Cənubi Qafqazın cənub rayonları, xüsusilə Naxçıvan-Urmiya hövzəsi və 
Şərqi Anadolu üçün xarakterik olan boyalı qabların genezisi ilə bağlı müxtəlif 
fikirlər irəli sürülmüşdür. Arxeoloji ədəbiyyatda «Van-Urmiya boyalıları», 
«Trialeti mədəniyyəti», «Təzəkənd mədəniyyəti», «Naxçıvan mədəniyyəti» və 
başqa adlarla tanınan Orta Tunc dövrü mədəniyyətinin mənşəyi ilə bağlı 
tədqiqatçılar arasından yekdil fikir yoxdur. Boyalı qablar mədəniyyətinin Kür-
Araz mədəniyyətindən törəməsi haqqında söylənən fikirlər bizcə, doğru deyildir. 
Kür-Araz mədəniyyətindən tamamilə  fərqlənən boyalı qablar mədəniyyəti bu 
bölgədə məskunlaşan yerli tayfaların yenidən yüksəlişi ilə bağlı olmuşdur. 
Orta Tunc dövrünün boyalı qabları forma və naxışlanmasına görə İranda 
Suz, Cənubi  Мesopotomiyada Cəmdət-Nəsr, Anadoluda Keban bölgəsinin 
Eneolit keramikası ilə bağlanır. Lakin, Eneolit dövrü ilə Orta Tunc arasında 
mövcud olan Kür-Araz mədəniyyətində boyalı qablara heç rast gəlinməmişdir. 
Ehtimal ki, Eneolit dövründən başlayaraq, lokal xüsusiyyətlərini saxlayan boyalı 
qablar Orta Tunc dövründə yenidən canlanmışdır.  Şübhəsiz ki, gələcək 
tədqiqatlar bu məsələni daha da aydınlaşdırmağa imkan verəcəkdir.  
Araşdırmalar göstərir ki, Cənubi Qafqazda Orta Tunc dövrü boyalı 
qablarının Sevan-Üzərlik mədəniyyəti adlandırılması və bu mədəniyyətin Ararat 
vadisində ortaya çıxması haqqında tədqiqatçıların fikri olduqca yanlışdır. 
Bildirdiyimiz kimi, K.X.Kuşnaryevanın bu qrupa daxil etdiyi abidələr, başlıca 
olaraq, nekropollarla təmsil olunmuşdur. Bu qrupa aid edilən Üzərliktəpə yaşayış 
yerində boyalı qablar gil məmulatının yalnız 2 %-ni təşkil edir. Qeyd edilməlidir 
ki, Üzərliktəpə, Sevan hövzəsi və Ermənistanın digər yerləri üçün xarakterik olan 
bəzəmə stili Naxçıvandan, xüsusilə II Kültəpədən yayılmışdır. 
K.X.Kuşnaryeva Trialeti mədəniyyətinə aid abidələrdən boyalı qabların 
əldə edilməsini  əsas tutaraq, bu mədəniyyətin Trialetidən Van, Naxçıvan və 
Urmiya hövzəsinə yayıldığını irəli sürmüşdür. Lakin qeyd edilməlidir ki, boyalı 
qablar Trialeti mədəniyyəti üçün xarakterik deyildir. Trialetidə yüzlərlə kurqanın 
yalnız bəzisində boyalı qablar aşkar olunmuşdur. Bu mədəniyyət, başlıca olaraq, 
qara cilalı, cizgi bəzəməli gil məmulatı ilə xarakterizə edilir. Xüsusilə, qeyd 
edilməlidir ki, Cənubi Qafqazda yayılan tək stil monoxrom boyalı qabların 
əksinə olaraq, Naxçıvanda və Urmiya hövzəsində boyalı qabların müxtəlif 
mərhələləri izlənmişdir. Cənubi Qafqazın digər yerlərindən fərqli olaraq, bu 
regionda boyalı qablar Erkən Dəmir dövrünədək davam etmişdir. Şübhə yoxdur 
ki, Cənubi Qafqazda Orta Tunc dövrü boyalı qablarının başlıca istehsal 
mərkəzləri Urmiya hövzəsi və Naxçıvanda yerləşmişdir. Bu regiondan boyalı 
qablar Cənubi Qafqazın digər bölgələrinə, o cümlədən Azərbaycanda Gəncəçay 
rayonuna və Мil düzünə yayılmışdır. 
Naxçıvan-Urmiya hövzəsi və  Şərqi Anadoluda məskunlaşan tayfa 
birliklərinə aid olan boyalı qabların dövrləşdirilməsi ilə bağlı müxtəlif fikirlər 


 
172
irəli sürülmüşdür. Boyalı qabların tarixləndirilməsi üçün Urmiya hövzəsində 
yerləşən Göytəpə, Haftavantəpə, Naxçıvanda I Kültəpə  və II Kültəpə yaşayış 
yerlərinin mühüm əhəmiyyəti vardır. Bu yaşayış yerlərində aparılan qazıntılar 
zamanı boyalı qabların müxtəlif inkişaf mərhələləri aydın  şəkildə izlənmişdir. 
O.H.Həbibullayev I Kültəpənin stratiqrafiyasına əsaslanaraq, boyalı qabları 4 tipə 
bölmüşdür. Birinci tipə aid edilən monoxrom boyalı qablar, e.ə. XVII-XVI, 
ikinci tip e.ə. XVI-XIV, üçüncü tip e.ə. XIV-XI, dördüncü tip e.ə. X-VIII əsrlərə 
aid edilmişdir. 
V.H.Əliyev də, eyni zamanda, II Kültəpənin stratiqrafiyasına əsaslanaraq, 
Orta Tunc dövrünün boyalı qablarını dörd mərhələyə bölmüş, birinci mərhələni 
e.ə. XX-XIX, ikinci e.ə. XVIII-XVII, üçüncü e.ə. XVII-XVI, dördüncü isə e.ə. 
XV-XIV əsrlərə aid etmişdir. 
Biz abidələrin stratiqrafiyasına və son araşdırmalara  əsaslanaraq boyalı 
qabların başlanğıc mərhələsini e.ə. III minilliyə aid etmişik. Bu, bir tərəfdən Kür-
Araz mədəniyyətinin tarixləndirilməsi, digər tərəfdən isə Naxçıvan- Urmiya 
qrupuna daxil olan yaşayış yerlərindən alınan kömür analizlərinin nəticələri ilə 
bağlıdır. Göytəpə yaşayış yerinin D təbəqəsi Barton-Braun tərəfindən e.ə. 2400-
2000-ci illərə, C təbəqəsi isə e.ə. II minilliyin birinci yarısına aid edilmişdir. 
Haftavantəpənin altıncı təbəqəsinin C-14 tarixləndirilməsinə əsasən, VI C 
təbəqəsi e.ə. 2200-2000-ci, Erkən VI B təbəqəsi e.ə. 1900-1550-ci, Son VI B 
təbəqəsi isə e.ə. 1600-1450-ci illərə aid edilmişdir. 
II Kültəpənin Orta Tunc dövrünə aid ikinci təbəqəsinin üst laylarından 
götürülmüş kömür analizi e.ə. 1800-cü ili göstərmişdir. 


 
173
 
                     Şəkil 79. Boyalı qablar mədəniyyətinin erkən mərhələsinin     
                                     keramika məmulatı 
 
 
Orta Tunc dövrü boyalı qablarının daha erkənə aid olduğunu sübut edən 
faktlardan biri də, boyalı qablarla eyni kompleksdə aşkar olunan metal  
əşyaların qədim tarixə malik olmasıdır. Belə ki, N.V.Fyodrovun kolleksiyasına 
daxil olan Qızılburun xəncərləri, iynələri, habelə, Çalxanqala  


 
174
kurqanlarının materialları öz yaxın bənzərlərini Yaxın  Şərqin e.ə. III minilliyə 
aid abidələrində tapır. 
 
Şəkil 80. Boyalı qablar mədəniyyətinin ikinci mərhələsinin keramika məmulatı 
 
 
Söylənən faktlara əsaslanaraq, Azərbaycanda Orta Tunc dövrünün 
başlanğıcını e.ə. III minilliyin ikinci yarısına, ya da sonlarına aid etmək olar. 
Buna əsaslanaraq, Orta Tunc dövrünün  erkən mərhələsinə aid monoxrom boyalı 
qabları e.ə. 2300-1900-cü illərlə tarixləndirmək mümkündür. Мonoxrom boyalı 
qabların ardınca gələn polixrom boyalı qabların ilk nümunələri Göytəpə  və II 
Kültəpədən aşkar olunmuşdur. Onlar qırmızı üzərinə qara, qırmızı ya da ağ 
rənglə çəkilmiş xətlərlə naxışlanmışdır. Qeyd etmək lazımdır ki, Göytəpədə rast 
gəlinən bəzi motivlər hələlik Naxçıvanda aşkar olunmamışdır. Polixrom boyalı 
qabların bir qrupu, qabların mərkəzi hissəsini  əhatə edən sarı-ağ boya üzərinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə