Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   55   56   57   58   59   60   61   62   ...   75

 
186
qalasında olduğu kimi, burada da arxeoloji materiallara rast gəlinməmişdir. 
Ehtimal ki, qaladan daimi yaşayış yeri kimi deyil, təhlükə yarandıqda müdafiə 
məqsədilə istifadə edilmişdir. 
Çalxanqala üzəri yastı olan sıldırım qayalığın cənub tərəfində tikilmiş, 
yalnız bir divardan ibarətdir. Yaşayış yerinin bu hissəsi təbii cəhətdən müdafiə 
olunmadığından, müdafiə divarına ehtiyac duyulmuşdur. Şərq-qərb istiqamətində 
olan bu divarın uzunluğu, təqribən 350- 360 metrdir. Divarın qərb ucu yüksək bir 
qayalıqla, şərq ucu isə sıldırım qayalıqla birləşir. Qala divarı düz biçimdə deyil
yerin relyefinə uyğun olaraq inşa edilmiş, içəridən və çöldən çıxıntılarla 
möhkəmləndirilmişdir. Divarın qalınlığı 2,3-2,7, hündürlüyü isə 2,5-2,7 metr 
arasındadır. İlk dövrlərdə divarın daha hündür olduğu güman edilir. Çalxanqala 
müdafiə divarının ən mühüm xüsusiyyəti, divarların müəyyən məsafədə xaricə və 
içəriyə doğru çıxıntılı biçimdə inşa edilməsidir.  
Qalanın biri cənub-qərbdə, digəri isə cənub-şərqdə olan iki qapısı vardır. 
Cənub-qərbdəki qapının eni 2,4-2,5, hündürlüyü isə 3,1 metrdir. Qapının üzəri 
bütöv bir sal daşla qapalı olmuşdur. Qapı girişi hər iki tərəfdən kontrforslarla 
möhkəmləndirilmişdir. Qala divarının iç tərəfində divara birləşən üçotaqlı bir 
binanın qalıqları var. Düzbucaqlı formada olan binaların divarının qalınlığı 1- 1,2 
m arasındadır. 
Qala divarlarının cənub tərəfində, təpənin  ətəyində  də dördkünc planlı 
evlərin qalıqları vardır. Daş  təməl üzərində tikilən bu binaların içərisi torpaqla 
dolmuşdur. Ola bilsin ki, onların üst hissəsi çiy kərpicdən inşa edilmişdir. 
Arxeoloji materiallara rast gəlinmədiyindən və arxeoloji qazıntı  işləri 
aparılmadığından, Çalxanqalanın dövrünün müəyyənləşdirilməsi, olduqca 
çətinləşir. Qala divarlarını  hələlik e.ə. II minilliyin ortalarına və ikinci yarısına 
aid etmək olar. Bununla bağlı aşağıda geniş məlumat verəcəyik.  
Naxçıvan  ərazisində yerləşən üçüncü tip yaşayış yerləri mövsümi 
xarakterlidir. Bu tip yaşayış yerləri sırasına I Kükü, II Kükü, Külüs, Qarnıyarıq, 
Şamlar yaşayış yerlərini aid etmək olar. Başlıca olaraq, Şahbuz rayonu ərazisində 
qeydə alınan bu yaşayış yerlərində  həyat mövsümi xarakterli olduğundan, 
mədəni təbəqə az yığılmışdır. Yer səthində toplanan daş  yığınları, hər halda, 
təməli daşdan olan tikintilərin olduğuna işarə edir. Lakin yaşayış yerlərinin 
bəzilərində tikinti qalıqlarına rast gəlinmədiyindən, onların planını müəyyən 
etmək mümkün deyildir. Dördkünc planlı tikinti qalıqlarına II Kükü yaşayış 
yerində rast gəlinmişdir. İri həcmli daşlardan inşa edilən bu evlərin sahəsi bəzən 
35 m

- ə çatır. Böyüklüyünə görə bu evləri Çalxanqalanın ətəyində rast gəlinən 
binalarla müqayisə etmək olar. 


 
187
 
 
Şəkil 84. Erkən Dəmir dövrünə aid boyalı qablar. 
           1, 2, 3, 5, 6 - Culfa, 4, 7, 8 - Qızılburun 
 
 
 
Bu yaşayış yerlərində aparılan yoxlama xarakterli araşdırmalar mədəni 
təbəqənin yığılmadığını göstərmişdir. Yerüstü materiallar yalnız gil qab 
parçalarından və daşdan hazırlanmış əmək alətlərindən ibarətdir. 


 
188
Qarnıyarıq yaşayış yeri Şahbuz rayonunun Kolanı  kəndi yaxınlığında, 
Naxçıvançayın sol sahilində, dağ silsiləsinin çaya doğru uzanan hündür çıxıntısı 
üzərində yerləşir. Мədəni təbəqə uzun müddət təbii aşınmaya məruz qaldığından 
tamamilə dağılmışdır. Yerüstü materiallar çəhrayı  və boz rəngli gil qab 
parçalarından, daşdan hazırlanmış əmək alətlərindən ibarətdir. 
 
       Şəkil 85. Kolanı nekropolunun Xocalı-Gədəbəy tipli silahları 
 
 
Yaşayış yerinin cənub tərəfində Kolanı nekropolu yerləşir. Nekropol iki 
terrasdan ibarət uzunsov, ensiz təpənin üzərində salınmışdır. Qəbirlər daş qutu 
tipli olub əsasən dördkünc, bəziləri isə oval formalıdır. Qəbirlər yanlarda iri sal 


 
189
daşlarla qurulmuşdur. Bəzi qəbirlərin divarları çay daşları  və qaya parçaları ilə 
hörülmüşdür. Onların üzəri bir neçə iri sal daşla qapadılmışdır. Kolanı 
nekropolunun qəbirləri üçün, başlıca olaraq, kollektiv dəfnlər xarakterikdir. 
Lakin, bəzi qəbirlərdə insan skeletinə rast gəlinməmişdir. Kolanı nekropolundan 
aşkar olunan arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik 
olan xüsusiyyətlərə malikdir. 
 
               
 
                     Şəkil  86. Qazxan nekropolunun Xocalı-Gədəbəy  
                                    tipli keramikası (Şərur rayonu) 
 
 
II Sarıdərə nekropolu kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. III 
Sarıdərə nekropolu  ikincidən  şərq tərəfdə, Quruçay vadisinin sağ  kənarında 
yerləşir. Bu nekropoldakı  qəbirlərin yeddisi V.B.Baxşəliyev tərəfindən tədqiq 
edilmişdir. Qəbirlər daş qutulardan ibarət olub, yanlarda iri sal daşlarla qurulmuş
üzəri daş plitələrlə örtülmüşdür. Bəzi qəbirlərin divarları çay daşları ilə 
hörülmüşdür. Nekropoldakı bütün qəbirlər üçün kollektiv dəfnlər xarakterik 
olmuşdur. Qəbirlərin birində it skeleti, ikisində isə dələ kəlləsi aşkar olunmuşdur. 
Şübhəsiz ki, bu, həmin heyvanlara olan inamla bağlı olmuşdur. Tədqiq edilmiş 
qəbirlərdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan gil qablar və xeyli 


 
190
tunc  əşya aşkar olunmuşdur. Tapılmış materiallar e.ə. XII- X əsrlərə aid 
edilmişdir. 
Haqqıxlıq nekropolu Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs 
çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979- cu ildə 
V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri 
aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif 
tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla 
qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal 
daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii 
aşınma nəticəsində üzə çıxmış və dağılmışdır. 
1990- cı ildə bu nekropoldakı  qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən 
tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş 
qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı 
Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə  əks etdirir. 
Arxeoloji materiallara əsasən, nekropolu e.ə. II minilliyin sonu - I minilliyin 
əvvəllərinə aid etmək olar. 
Bayəhməd nekropolu  Culfa rayonunun Bayəhməd kəndindən cənub- 
qərbdə yerləşir. Nekropol hündür təpənin dağ çayına enən yamacındadır. Tikinti 
işləri görülən zaman təsadüfən aşkar olunan nekropolda 1989-1991- ci illərdə 
V.B.Baxşəliyev tərəfindən tədqiqat işləri aparılmış  və dörd qəbir abidəsi 
öyrənilmişdir. Qəbirlər daş qutu tipli olub, yanlarda iri sal daşlarla qurulmuş
üzəri böyük yastı daşlarla örtülmüşdür. Qəbirlər üçün kollektiv dəfn adəti 
xarakterik olmuşdur. Aşkar edilmiş gil məmulatı, tunc silah və  bəzək  əşyaları 
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Arxeoloji materiallara əsasən, 
nekropolu e.ə. I minilliyin əvvəllərinə aid etmək olar. 
Bayəhməd kəndi yaxınlığında ikinci nekropolun yeri təyin edilsə də, orada 
tədqiqat aparılmamışdır. Bu nekropoldan yerli əhali tərəfindən toplanan tunc 
əşyalar e.ə. I minilliyin əvvəlləri üçün xarakterikdir. 
Culfa nekropolu dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılmışdır. 
Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində 
saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII- IX 
əsrlərə aid edilir. 
Xalı-Keşan nekropolu Ordubad rayonunda Sabikənd yaxınlığında, 
Xaraba-Gilanın qərb tərəfində yerləşir.Nekropol üçün qurbangahları olan daş 
qutu tipli qəbirlər xarakterikdir. Nekropolun tədqiqi zamanı çəhrayı və boz rəngli 
keramika məmulatı, tunc silah və  bəzək  əşyaları  aşkar olunmuşdur. Bəzi 
qəbirlərin kompleksində rastlanan boyalı qablar Boyalı qablar mədəniyyətinin 
son dövrü üçün xarakterikdir.  
Xaraba-Gilan  ərazisində yerləşən  Мərdangöl nekropolundakı  qəbir 
abidələrinin quruluşu Xalı-Keşanla bənzərdir. Qəbir abidələrinin tədqiqi zamanı 
aşkar edilmiş keramika boz və  çəhrayı  rəngli qablarla təmsil edilir. Boya ilə 
naxışlanmış qablar azdır. Tədqiqatlar zamanı, həmçinin, dəmir  əşyaların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə