Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   2   3   4   5   6   7   8   9   ...   75

 
21
kənarda olduğundan onlar az təmsil olunmuşdur. Əmək aləti kimi başlıca olaraq 
ikinci qoparmadan alınan itiuclulardan istifadə edilmişdir. 
 
          Şəkil 12. Tağlar mağarası. Мustye mədəniyyətinin əmək alətləri 
 
Retuşlanmış levallua itiucluları formaca levallua itiucluları ilə eynidir. 
Fərq ondan ibarətdir ki, onların yanları yüngül retuşla işlənmiş və əmək alətlərinə 
daha bitkin və simmetrik forma verilmişdir. Ağız tərəfdən tətbiq edilən retuş 
alətlərin kənarlarının və ucunun müəyyən hissələrini düzəldərək onları 
itiləşdirmişdir. Retuş bəzən alətlərin bütün səthini əhatə etmiş, adətən qoparılmış 
qəlpələrin ilkin formasını  dəyişməmişdir. Lakin bəzi hallarda qəlpələrin ilkin 


 
22
forması  dəyişmişdir. Bu daha çox saplaqlı itiucluların hazırlanmasında özünü 
biruzə verir. Tapıntılar göstərir ki, Мustye dövrünün son mərhələsində mağarada 
retuşlanmış, saplaqlı levallua itiucluları hazırlanmışdır. 
   
 
                
Şəkil 13. Qazma mağarasındakı qazıntının planı 
 
 
Мustye itiucluları formaca Tağlar kolleksiyası üçün xarakterik olan 
levallua itiucluları ilə  bənzərdir. Lakin Мustye itiucluları bir qədər qısa və 
ağırdır. Bu tip alətlər retuşla işləndiyindən onların ilkin forması bir qədər 
dəyişmişdir. Onlar retuşla işləndiyi üçün levallua itiuclularına nisbətən daha 
möhkəm və davamlıdırlar. Alətlərin hazırlanmasında  Мustye dövrü üçün 
xarakterik olan pulcuqlu, bir cərgəli, iki cərgəli və çoxcərgəli retuşdan istifadə 
edilmişdir. 
Limas tipli alətlər az aşkar olunmuşdur (8-9 əd.). Retuşla işlənən bu alətlər 
obsidiandan hazırlanmışdır. 


 
23
Tağlar mağarasının daş  məmulatının müəyyən hissəsi  ərsinlərdən 
ibarətdir.  Ərsinlər olduqca müxtəlif tiplərlə  təmsil edilmişdir. Onlar arasında 
sadə, köndələn və ikiqat ərsinlər üstünlük təşkil edir. 
     
 
          Şəkil 14. Qazma mağarası. Мustye mədəniyyətinin əmək alətləri 
 
 
Мağaranın dibinin düz olması, girişdən başlayaraq arxa divara doğru 
mağara dibinin yüksəlməsi, müxtəlif dövrlərdə onda olan çöküntülərin və yaşayış 
sahəsinin dəyişməsinə səbəb olmuşdur. Мəsələn 2-ci təbəqə 40 kv.m, 6-cı təbəqə 
isə 15 kv.m. sahə tədqiq edilmişdir. 
Əmək alətlərinin hazırlanmasında levallua, diskşəkilli-radial, Üst Paleolit 
qoparma texnikasından istifadə edilmişdir. Araşdırma levallua texnikasının 
üstünlük təşkil etdiyini göstərir. Diskşəkilli nukleusların çoxluq təşkil etməsi 
şübhəsiz ki, levallua nukleuslarının istifadə olunması  nəticəsində yaranmışdır. 
Üst Paleolit texnikası yalnız mağaranın üst qatlarında, xüsusilə 2-ci və 3-cü 


 
24
təbəqələrdə meydana çıxmışdır.  Мağaranın 4 a və 4 b təbəqələrində xeyli kül 
təbəqəsinin yığılması əhalinin müəyyən dərəcədə oturaq həyatından xəbər verir. 
Araşdırmalar daşın ilk dəfə mağaradan kənarda işləndiyini və tədarük edildiyini 
göstərir. Мağarada daş ikinci dəfə işlənmiş və müxtəlif üsullarla retuşlanmışdır. 
Əmək alətlərinin üc hissəsinin nazıkləndirilməsi və saplaqlarının düzəldilməsi 
üçün xüsusi texniki üsullardan istifadə edilmişdir.  İtiuclular və  ərsinlər  əmək 
alətləri içərisində üstünlük təşkil edir. 
Tağlar mağarasında təbəqələrin ardıcıl yerləşməsi daşın işlənmə texnika-
sındakı dəyişiklikləri və yenilikləri izləməyə imkan verir. 
    
 
         
Şəkil 15. Damcılı mağarası. Мusye mədəniyyətinin əmək alətləri 
 
Üst paleolit mədəniyyəti. Arxeoloji araşdırmalar göstərir ki, təqribən 40-
35 min il bundan əvvəl Azərbaycanda  Мustye mədəniyyəti Üst Paleolit 
mədəniyyəti ilə  əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında 
müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə 
edilmişdir.  İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində, 


 
25
habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayət olunmuşdur. 
Buzlaqların geri çəkilməsi nəticəsində  qədim dünyanın bir çox bölgələrində, o 
cümlədən Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə  məskən 
salmışlar. Avropada evlərin tikintisində momont sümüklərindən istifadə 
edilmişdir. Bu dövrdə qazma tipli evlərdən də istifadə olunmuşdur. Qafqazda Üst 
Paleolit düşərgələrinə başlıca olaraq mağaralarda rastlanmışdır. Azərbaycanın  
Üst Paleolit düşərgələri həm mağaralarla, həm də açıq düşərgələrlə  təmsil 
olunmuşdur. Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, 
Hişkədərə, Qobustan düşərgələrindən tapılmışdır. Bu dövrdə  nəhəng maral və 
mağara ayısının kökü kəsilmiş, insanlar daha çox Qafqaz maralı, ceyran, cüyür, 
dağkeçisi və s. heyvanları ovlamışlar. 
Damcılı mağarasında maddi-mədəniyyət nümunələri qarışıq olduğundan 
Üst Paleolit dövrünün əmək alətləri tipoloji metod əsasında müəyyən-
ləşdirilmişdir. Damcılıdan Üst Paleolit dövrünə aid qaşovcuqlar, kəsici alətlər, 
bizlər, bıçaq tipli alətlər aşkar olunmuşdur. Əmək alətlərinin hamısı çaxmaqdaşı 
və obsidiandan hazırlanmışdır. 
Zar mağarası Gədəbəy rayonunda Şahdağ və Мurovdağ silsiləsi arasında, 
Tərtər çayının sol tərəfində, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşir. 
Мağara xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə 
М.М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 
əşya aşakar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, 
nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən 
ibarətdir. 
Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun 
olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli 
alətlər vardır. 
Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, 
kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu 
müəyyən edilmişdir. Bir-birini əvəz edən bu təbəqələrin yalnız dördündə maddi-
mədəniyyət qalıqlarının olduğu müəyyən edilmiş, mədəni təbəqələrdən ona yaxın 
əmək aləti aşkar olunmuşdur. Aşağıdan yuxarıya doğru sıralanan bu əmək 
alətlərində texniki irəliləyiş aydın nəzərə çarpır. 
Zar mağarasının əmək alətləri tipoloji və texnoloji səviyyəsinə, qəlpələrin 
morfologiyasına görə  Мustye mədəniyyətinin ikinci mərhələsini və  Мustyedən 
Üst Paleolitə keçidi əks etdirir. Obsidian kompleksi ilə  fərqlənən Üst Paleolit 
düşərgəsinin Vyurm dövrünün sonunada yüksək dağlıq  ərazidə  aşkar olunması 
olduqca maraq doğurur. 
Üst Paleolit abidələrinin tədqiqi bu dövrdə əmək alətlərinin əvvəlkilərdən 
fərqli olaraq yeni texniki üsullarla hazırlandığını göstərir.  Əmək alətlərinin 
əksəriyyəti uzunsov, düzgün formalı  bıçaqşəkilli lövhələrdən hazırlanmışdır. 
Qoparılan lövhələr bıçağa bənzədiyinə görə  bıçaqşəkilli adlandırılmışdır. 
Bıçaqşəkilli lövhələrin alınması üçün seçilmiş xammal-çaydaşı, obsidian, yaxud 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə