Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   56   57   58   59   60   61   62   63   ...   75

 
191
parçaları, tuncdan hazırlanmış  bəzək  əşyaları, xeyli miqdarda muncuq aşkar 
olunmuşdur. Мuncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər 
də vardır. 
Naxçıvan mədəniyyəti ilə bənzər olan Son Tunc və Erkən Dəmir dövrünə 
aid maddi-mədəniyyət qalıqları  Zəngəzurda və Urmiya hövzəsində  də qeydə 
alınmışdır. Haftavantəpənin  beşinci və dördüncü, Göytəpənin  B və A, 
Qordlartəpənin  «üst» təbəqələri bu dövrə aid material vermişdir. Urmiya 
hövzəsinin arxeoloji abidələrindən aşkar olunan materiallar tipoloji cəhətdən 
Naxçıvan materialları ilə yaxındır. 
Son Tunc və Erkən Dəmir dövründə Naxçıvan-Urmiya qrupunun arxeoloji 
abidələrində  mədəni təbəqə  əvvəlki dövrlərə nisbətən az yığılmış, yaxud heç 
yığılmamışdır. Bu dövrdə, yaşayış yerləri məlum olmayan nekropollar ortaya 
çıxır. Şübhəsiz ki, bu faktlar həmin dövrdə həyatın köçəri maldarlıqla bağlanması 
ilə əlaqədar olmuşdur. 
Xocalı-Gədəbəy mədəniyyətinin arxeoloji abidələri. Azərbaycanda Son 
Tunc və Erkən  Dəmir dövrü abidələrinin  böyük bir qismi Xocalı-Gədəbəy 
mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Həmin 
dövrə aid yaşayış yerləri içərisində geniş tədqiq edilən abidələrdən biri Gəncəçay 
vadisindəki 1 №- li yaşayış yeridir.  
                    
 
               Şəkil 87. Xanlar rayonu.  1 № - li yaşayış yerinin planı 
 
 
Bu yaşayış yeri Xanlar şəhərindən cənubda, Gəncəçayının sol sahilində 
yerləşmişdir. Yaşayış yerinin sahəsi 3 hektara yaxındır. Burada aşkar olunan 
evlər iki qrupa bölünmüşdür. Birinci qrupa uzunsov formalı tayfa evləri daxildir. 
Arxeoloji araşdırmalar göstərir ki, belə evlərdən tunc dövrünün müxtəlif 


 
192
mərhələlərində istifadə olunmuşdur. Son Tunc dövründə istifadə olunan 58 №- li 
ev arakəsmə divarla dörd hissəyə bölünmüşdür. Binanın şərq divarında 1-ci və 4-
cü otağa açılan qapı yeri müəyyən edilmişdir. Digər otaqların qapı yeri aşkar 
olunmamışdır. Ola bilsin ki, onlar döşəmədən bir qədər yuxarıda olmuşdur. Bu 
yaşayış yerində Son Tunc dövrünə aid binaların  əksəriyyəti kiçik həcmli 
yarımqazma tipli evlərdir. Bu binaların qalıqları Y.Hümmel tərəfindən tədqiq 
edilmişdir. Yaşayış yerindəki 54 №- li evin qarşısında çay daşları ilə hasarlanmış 
böyük həyətin olduğu müəyyən edilmişdir. Evlərin tikintisində çay daşlarından 
istifadə olunmuşdur. Tikinti zamanı balıqbeli texnikası  tətbiq edilmişdir. Bu 
texnikadan Azərbaycanda, o cümlədən Gəncə  və Naxçıvanda geniş istifadə 
edilmişdir. 
Evlərin divarı müxtəlif qalınlıqdadır. Bəzən torpağın bərk olduğu yerlərdə 
divarlarda daş hörgüdən istifadə edilməmişdir. 55 və 56 №- li evlərin qərb 
divarlarında daş hörgü yoxdur. Evlərin divarı və döşəməsi ağ gillə suvanmışdır. 
Qapı yerləri, başlıca olaraq, döşəmə  səviyyəsində, bəzən isə ondan bir qədər 
yuxarıda qoyulmuşdur. Qapı girişlərinin eni 1 m-dir. Həcmcə böyük olan 
evlərdən biri arakəsmə divarla iki hissəyə bölünmüşdür. Bu evdə qapı yerinə rast 
gəlinməmişdir. 
Gəncəçay rayonunda Y.Hümmel tərəfindən tədqiq edilən 2 №-li yaşayış 
yeri Lüləli dərəsində yerləşir. O, 1 №-li yaşayış yerinin yaxınlığındadır. Bu 
yaşayış yerindəki binaları yer səthində olan əlamətlərinə görə müəyyən etmək 
mümkün olmuşdur. Onlar düzbucaqlı, ya da dairəvi formalı olub, yarımqazma 
tiplidir. 1 №- li yaşayış yerindən fərqli olaraq, evlərin divarları daş hörgü ilə 
möhkəmləndirilməmişdir. Burada qeydə alınan yüzə yaxın evdən yalnız beşi 
təmizlənib, öyrənilmişdir. Evlərin içərisində kül və kömürlə dolmuş ocaq yerləri, 
divarlar boyunca yerləşən dirək oyuqları  aşkar olunmuşdur. Evlərdən aşkar 
olunan materiallar heyvan sümüklərindən, qara rəngli gil qab parçalarından 
ibarətdir. Gil qablar arasında ağ inkrustasiyalı olanlar da vardır. 
1  №- li yaşayış yeri 2 №- li yaşayış yeri ilə müqayisədə arxeoloji 
materiallarla daha zəngindir. Buradan tunc, sümük, əqiq, pasta və b. 
materiallardan hazırlanmış  bəzək  əşyaları, tunc bıçaqlar, gil qablar aşkar 
olunmuşdur. Aşkar olunmuş arxeoloji materialların əksəriyyətini keramika təşkil 
edir. Gil qablar arasında, çiynində göbələkşəkilli çıxıntılara və qulp bənzər 
çıxıntılara rast gəlinir. Qablar forma və hazırlanma texnikasına görə müxtəlifdir. 
Aşkar olunmuş materiallar 1 №- li yaşayış yerini e.ə. II minilliyin sonu və I 
minilliyin əvvəlinə aid etməyə imkan verir. 
Мingəçevirdəki 1 №- li yaşayış yeri  Kür çayının sağ sahilində yerləşir. 
Aparılan tədqiqatlar zamanı 10-a yaxın yaşayış binasının qalığı öyrənilmişdir. 
Buradakı yarımqazma tipli binalar düzbucaqlı planda olub, ikiotaqlıdır. Binaların 
divarları və döşəməsi saman qatılmış palçıqla suvanmışdır. 


 
193
Araşdırmalar göstərir ki, 1 №-li yaşayış yeri yanğın nəticəsində  sıradan 
çıxmışdır. Tədqiqatlar zamanı evlərin içərisindən kül yığınları, heyvan 
sümükləri, gil qab parçaları aşkar edilmişdir. 
 
        
 
                       Şəkil 88. Xanlar kurqanlarının keramikası 
 
Мingəçevir kurqanları  həcmcə müxtəlifdir. Tək dəfnlərlə xarakterizə 
edilən kurqanlardan tunc xəncərlər, ox ucları, at yüyənləri, hərbi baltalar, yabalar, 
zərif naxışlı qolbaqlar, sırğalar, düymələr və digər tunc əşyalar  əldə edilmişdir. 
Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. 
Zəngin qəbir avadanlığı  və at skeleti ilə müşayiət olunan kurqanların tayfa 
başçılarına aid olduğu güman edilir. 
Мingəçevirdə  tədqiq edilən torpaq qəbirlər üçün sağ, ya da sol böyürü 
üstə, bükülü vəziyyətdə dəfn edilən skeletlər xarakterikdir. Bu qəbirlərdən aşkar 
olunan arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Boz və qara 
rəngdə bişirilmiş gil qabların üzəri həndəsi motivdə bəzənmiş, naxışların içərisi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə