Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   57   58   59   60   61   62   63   64   ...   75

 
194
ağ  rəngli maddə ilə doldurulmuşdur. Bu qəbirlərdən tuncdan hazırlanmış 
xəncərlər, bıçaqlar, baltalar, ox ucları aşkar edilmişdir. 
 
 
                      Şəkil 89 Мingəçevir. 63 № - li qəbirin materialları  
 
 
63  №- li torpaq qəbir 1950- ci ildə  tədqiq edilmişdir. Bu qəbirdən yaxşı 
vəziyyətdə qalmış müxtəlif tunc, xüsusən mis bəzək  əşyaları tapılmışdır. Saxsı 
qablar küpə, xeyrə, dolçalardan ibarətdir. Buradan Aralıq dənizi hövzəsində 
yayılmış balıqqulağından və  şüşəvari materialdan hazırlanmış müxtəlif 
muncuqlar da tapılmışdır. V.P.Fomenko qəbirin Xocalı-Gədəbəy mədəniyyətinə, 
e.ə. IX- VII əsrlərə aid olduğunu demişdir.  


 
195
Q.İone  Мingəçevir qəbirlərini iki arxeoloji qrupa bölərək, birinci qrupu 
e.ə. XIII-IX, ikincini isə e.ə. X-VIII əsrlərə aid edir. Birinci qrup qəbirlərin 
materialları Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirir. 
 
                      Şəkil 90. Gəncəçay rayonundan tapılmış tunc əşyalar 
 
 
Gəncəçay rayonunun arxeoloji abidələrinin bir qrupu qəbir abidələrindən 
ibarətdir. Onlar kurqan və daş qutularla təmsil olunmuşdur. Kurqanlar şərqdə 
Gəncə çayından Küryək çayınadək olan düzənlik və dağətəyi zonada, qərbdə isə 
Gəncə  və Qoşqar çayları arasındakı  ərazidə yerləşir. V.A. Skinder Gəncədən 
Çovdara qədər uzanan 30 km- lik ərazidə  qədim qəbiristanlığın olduğunu 
göstərmişdir. Kurqanlara Gəncəçay rayonundan qərbdə, Şamxor çayının düzənlik 
hissəsində də rast gəlinmişdir. 


 
196
Xarici görünüşünə görə dairəvi, oval və konusvari olan kurqanların 
hündürlüyü 2,5 metrə çatır. Onların bəzisi qumdan, bəzisi çay daşlarından, bəzisi 
isə çay daşları ilə qum qarışığından düzəldilmişdir. Kurqanların bəziləri bir-birini 
əvəz edən torpaq və daş qatlarından ibarətdir. Bəzi hallarda kurqanların oturacağı 
bir, ya da iki sıra daşdan düzəldilmiş kromlexlə əhatə edilmişdir. 
Kurqanaltı qəbirlər dördkünc formalı torpaq qəbirlərdən ibarətdir. Qəbirlər 
dəfndən sonra torpaq, ya da daşla doldurulur, üzəri sal daşla, ya da taxta parçaları 
ilə örtülürdü. Bəzən qəbirlər taxta lövhələrlə bir neçə mərtəbəyə bölünür və hər 
qatda dəfn aparılırdı. Bəzi hallarda dəfn yalnız aşağı mərtəbədə aparılır, yuxarıda 
isə  qəbir avadanlığı  və qurban kəsilmiş heyvanlar yerləşdirilirdi. Kurqanaltı 
qəbirlərin sayı olduqca müxtəlifdir. Onların sayı 2-10 arasındadır. E. Reslerin 
Bayan kəndi yaxınlığında açdığı kurqanda 18 qəbir aşkar olunmuşdur. 
Gəncəçay rayonundakı kurqanların xarakterik cəhətlərindən biri, onlarda 
qurbangahların olmasıdır. Qurbangahlar kurqanın təpəsində, ya da onun altında 
xam torpaqda düzəldilmişdir. Qurban yerləri bəzən möhrədən, bəzən isə daşdan 
düzəldilmişdir. Bəzi qurbangahlar dördkünc formalı çuxurlardan ibarət olub, 
üzəri sal daşlarla örtülmüşdür. Gəncə kurqanlarının bir qrupu üçün kollektiv 
dəfnlər xarakterik olmuşdur. 
Gəncə və Xanlar yaxınlığında yerləşən kurqanların bəzisində skeletin sarı, 
ya da qırmızı rənglə boyandığı qeydə alınmışdır. Y.İ.Hümmel tərəfindən Xanlar 
yaxınlığında tədqiq edilmiş 1 №- li kurqanın mərkəzi qəbrin divarları  qırmızı 
rəngə boyanmışdır. 
Tədqiqatçıların fikrinə görə, Gəncəçay rayonunun kurqanlarında rast 
gəlinən xarakterik hallardan biri, ölülərin «parçalanmış» halda dəfn edilməsidir. 
Qəbirlərdə skelet sümüklərinin çatmamısı, kəllənin ayrıca dəfn edilməsi, alt 
çənənin kəllədən ayrılması onların parçalanmış vəziyyətdə dəfn edilməsi ilə izah 
edilmişdir. 
Gəncəçay rayonunun dağlıq hissəsində yerləşən daş qutu tipli qəbirlər 
«parçalanmış skeletlər»in olması ilə xarakterizə edilir. Qəbirlərdəki «parçalanmış 
skeletlər» çox ehtimal ki, kollektiv dəfn adəti ilə bağlı olmuşdur. Çünki, təkrar 
dəfn zamanı  əvvəlki skeletlər bir tərəfə  yığıldığından, sümüklər qarışmış, o 
cümlədən skeletin çənə sümüyü ayrılmışdır. Bu faktın mövcudluğu, hələ 
B.A.Kuftin tərəfindən də söylənmişdir.  
Y.İ.Hümmelin Xanlar yaxınlığında öyrəndiyi 7 №- li kurqanda skeletin 
baş tərəfinə tısbağa qoyulduğu müəyyən edilmişdir. Bu dəfn adəti Мingəçevirin 
torpaq qəbirlərində də qeydə alınmışdır. 
Gəncə rayonundakı kurqanların bir qrupu üçün ağac konstruksiyalar, 
yandırma adəti və at skeletinin qoyulması xarakterikdir. Gəncədən qərbdə 
yerləşən 3 №- li kurqanda 3,48 x 1,63 x 2 metr ölçüdəki qəbirin üzəri ağac 
tirlərlə örtülmüşdür. Tirlər odun təsirindən yanmışdır. Qəbrin  şimal-qərb 
küncündə insan skeletinin qalıqları, cənub-qərbində isə at skeleti olmuşdur. 
Gəncə  ətrafındakı düzənlikdə yerləşən 4-12 №- li kurqanlarda da belə  dəfn 


 
197
adətindən istifadə olunmuşdur. Bu kurqanlar üçün kurqanın oturacağında, ya da 
materikdən bir qədər yuxarıda daşdan qurulmuş kromlexlərə  təsadüf olunur. 
Kurqanların üzərində daşla doldurulmuş torpaq çuxurlar, ya da daşdan 
düzəldilmiş piramidalar vardır. Kurqanların hamısında ağac konstruksiyalar 
aşkar olunmuşdur. Bəzi kurqanlarda ağac konstruksiyalar iki, ya da üç qat 
olmuşdur. 4 №- li kurqanda üst örtük tamamilə yanmış, yalnız ağacların torpağa 
basdırılmış ucları qalmışdır. 
Qeyd olunduğu kimi, bu tip kurqanlarda yandırma adəti müəyyən rol 
oynamışdır. 8 və 11 №- li kurqanlarda ölünün yandırıldığı  aşkar olunmuşdur. 
Qəbirlərin bir neçəsində tonqal birbaşa qəbirin üzərindəki ağac örtükdə 
yandırılmışdır. Kurqanların altısında at skeleti aşkar olunmuşdur. 7 №- li 
kurqanda isə beş at skeleti aşkar edilmişdir. E. Reslerin verdiyi məlumata görə, 
11  №- li kurqanda insan skeleti at skeletinin üzərində olmuşdur. Digər 
kurqanlarda yalnız at sümüklərinə rast gəlinmişdir. Kurqanlardan at skeletindən 
başqa, qaban dişləri, keçi kəlləsi, qoyun və quş sümükləri də aşkar edilmişdir. 
Zurnabad  asfalt yolundan şərqdə  aşkar olunan 1 №- li kurqanın mərkəzi 
qəbrinin divarları, hər tərəfdə 12 ağac dirəklə qurulmuş  və  qırmızı  rənglə 
boyanmışdır.  Мərkəzi hissədə yerləşən daş qutu tipli qəbirdə bir insan skeleti, 
onun ətrafında isə müxtəlif yerlərdə altı insan və üç at skeletinə rast gəlinmişdir. 
Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidələrin bir qrupu 
 
Qarabağda yerləşir. Qarabağın Son Tunc dövrünə aid yaşayış yerləri başlıca 
olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Üçtəpə, 
Rəsultəpə, Böyüktəpə, Göytəpə, Qaratəpə  və digər yaşayış yerləri daxildir. 
Üçtəpə yaşayış yerində A.A.İessenin apardığı araşdırmalar zamanı qazma tipli, 
düzbucaqlı  və ya oval formalı yaşayış evlərinin qalıqları  aşkar olunmuşdur. 
H.F.Cəfərov tərəfindən qeydə alınaraq tədqiq edilən Qaratəpə yaşayış yerindən 
e.ə. II minilliyin sonuna aid olan iki tikinti qatı  aşkar olunmuşdur. Tədqiqat 
zamanı bu yaşayış yerindən dördkünc bürclərlə möhkəmləndirilmiş müdafiə 
divarının qalıqları  aşkar olunmuşdur.  Мüdafiə divarı daş özül üzərində çiy 
kərpicdən inşa edilmişdir. Qarabağın yaşayış yerlərindən aşkar olunan keramika 
məmulatı boz rəngdə olub müxtəlif motivli ornamentlə, o cümlədən göbələkvari 
çıxıntılarla naxışlanmışdır.  
Borsunluda  tədqiq edilən Son Tunc dövrü kurqanlarının biri qəbilə 
başçısına aid edilmişdir. Bu kurqanın altında sahəsi 256 m

 olan böyük qəbir 
kamerası qeydə alınmışdır (32 x 8 x 4). Qəbrin üzəri iki, üç, bəzi yerlərdə isə 
dörd qat ağac dirəklərlə örtülmüşdür. Onların arasında qalın qamış döşəmə 
olmuşdur. Arxeoloji qazıntılardan kurqanın qarət edildiyi ehtimal olunur. 
Qəbirdə dünyəvi və dini hakimiyyəti  əlində  cəmləşdirən tayfa başçısı  dəfn 
edilmişdir. Tayfa başçısı tunc və  qızıl mıxlarla, tunc lövhələr bərkidilmiş  ağac 
döşəmə üzərində  dəfn edilmişdir. Onun doqquz nəfərdən ibarət qulluqçusu və 
qoruyucuları olmuşdur. Qəbirdən zəngin bəzəməli səkkiz at skeleti, habelə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə