Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   58   59   60   61   62   63   64   65   ...   75

 
198
iribuynuzlu və  xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Dəfn ritualı 
hədsiz dəbdəbəsi və böyüklüyü ilə diqqəti cəlb edir. 
Qəbir avadanlığı olduqca zəngindir. Onlar orjinal formalı  və naxışlı gil 
qablar, tunc baltalar, müxtəlif at yüyənləri, isgənə, zireh lövhələri, ox ucluğu, 
nizə ucluğu, at bəzəkləri və s. əşyalarla təmsil edilmişdir. Üzərində insan 
təsvirləri olan sümük yüyənlər, fil dişindən bəzək əşyaları, qızıl düymələr, qızıl 
toqqa,  şirli gil qab yüksək bədii zövqlə hazırlanması ilə  fərqlənir. Tapıntılar 
arasında  şüşədən düymələr, muncuqlar, pasta, tunc və serdolikdən hazırlanmış 
bəzəklər, orijinal formalı  mərmər toppuz da vardır. Arxeoloji materialların 
təhlilinə əsasən Borsunlu kurqanı e.ə. XII- XI əsrlərə aid edilmişdir. 
Bu rayonda Xocalı-Gədəbəy mədəniyyətinin  ən yaxşı öyrənilmiş 
abidələrindən biri Xocalı  kəndi yaxınlığındakı Tunc dövrü qəbiristanlığıdır. 
Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunmuşdur. Bu 
kurqanlarda tək və kollektiv dəfnlər olmuşdur. Bəzi kurqanlarda yandırma adəti 
də qeydə alınmışdır. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik 
olan keramika, silah və bəzək əşyaları aşkar edilmişdir. Xocalıda tədqiq edilən 11 
№- li kurqan, xüsusilə  əhəmiyyətli nəticələr vermişdir. Bu kurqandan Assur 
padşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır.  İ.İ.  Мeşaninov bu 
muncuğu e.ə. VIII əsrə aid etmişdir. Lakin, son zamanlar tədqiqatçılar bu 
muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII 
əsrin əvvəlinə aid etməyə meyillidirlər. 
Xocalı  qəbiristanlığından başqa, Dağlıq Qarabağ  ərazisində Arçadzor- 
Dovşanlı, Ballıca, Sırxavənd, Axmaxi kəndləri yaxınlığında Emil Resler 
tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Dovşanlıda 1 və 2 №-li kurqanlarda 
kollektiv dəfnlər olmuşdur. Skeletlərin ətrafından tunc xəncər, ox ucluqları, balta, 
hərbi yaba, bıçaq, qızıl muncuqlar, xeyli miqdarda boz rəngli gil qab aşkar 
edilmişdir. Dağlıq Qarabağdakı abidələrin bir qrupu Y.İ.Hümmel, 
A.A.İvanovski,  İ.М.Cəfərzadə, T.Passek və B.Latınin tərəfindən tədqiq 
edilmişdir. Bu qrupa daxil olan Bəyimsarov, Borsunlu, Sarıçoban kurqanlarının 
tədqiqində H.F. Cəfərov, F.R.Мahmudov, T.İ.Axundov iştirak etmişdir.   
Xocalı nekropolunun böyük daş kurqanları (№ 7,11,14,19- 21). Arçadzor-
Dovşanlıda 1 və 2 №- li, Axmaxidə 1- 5 №- li, Ballıqayada 1 №- li, Qarabulaqda 
91 №- li kurqan dəfn adətinin zənginliyi ilə fərqlənir. Onlar üçün böyük kurqan 
təpəsi, qəbir kamerasının mürəkkəb quruluşu, ağac konstruksiyalardan istifadə 
olunması, qəbir kamerasının və skeletlərin qırmızı oxra ilə boyanması, at 
sümüklərinə rast gəlinməsi, kollektiv dəfn, xeyli miqdarda silah və at əsləhəsinin 
olması xarakterikdir. Bəzi kurqanlarda uzadılmış skeletlərin  ətrafında, oturmuş 
vəziyyətdə olan insan skeletlərinə də təsadüf olunmuşdur. Bu əlamətlərinə görə
Qarabağ qrupunun abidələri ilə Gəncəçay rayonunun abidələri arasında yaxınlıq 
görünür. Dəfn adətini aydınlatmaq məqsədilə onların bəzisi haqqında  ətraflı 
məlumat vermək fikrindəyik. 


 
199
  
   
  Şəkil 91. Dağlıq Qarabağ abidələrinin maddi-mədəniyyət nümunələri 
 
 
Arçadzor-Dovşanlıdakı 1 №- li kurqanın altında daş tipli qutu qəbirdə 4 
insan skeleti aşkar olunmuşdur. Qəbrin üzəri 5 daş plitə ilə örtülmüşdür. 
Skeletlərin biri qəbrin cənub-şərqində,  əlləri yanına uzadılmış  şəkildə  dəfn 
olunmuşdur. Onun ayağının yaxınlığında kauri ilə doldurulmuş küpə  aşkar 
olunmuşdur. Skeletin başında tunc çələng olmuşdur. Skeletin ikisi isə  qərb 
divarın künclərində qeydə alınmışdır. Onların birinin qadına aid olduğu zənn 
edilir. Onun başında tunc təbəqədən hazırlanmış baş  bəzəyi olmuşdur. Digər 2 
skeletin başında dəbilqə olduğu güman edilir. 
Burada tədqiq edilən 2 №- li kurqanın altında üç qəbir aşkar olunmuşdur. 
Onların biri qazıntı sahəsindən kənarda qaldığından, öyrənilməmişdir. I «a» 


 
200
qəbrində insan skeleti, onun başında diadema, ətrafında at kəlləsi, qaban dişləri
tunc halqa və serdolik muncuqlar aşkar edilmişdir. Skeletin sağ çiyni 
yaxınlığında qofre edilmiş kiçik küpə  aşkar olunmuşdur.  Мaraqlıdır ki, bu 
qəbirdəki skeletin ağzına qızıl tozu doldurulmuşdur. 
Kurqandakı II «v» qəbrində başsız bir insan skeleti, tunc və daşdan 
əşyalar, gil qab parçaları, at əsləhəsi tapılmışdır. Qəbirdə, həmçinin at, it və quş 
sümüklərinə rast gəlinmişdir. 
Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli 
olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur. 
Axmaxidəki 1 №- li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri 
uzanmış, üçü isə oturmuş  vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın 
qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış, 
səkkizi isə oturmuş  vəziyyətdə olmuşdur. Oturmuş  vəziyyətdə  aşkar olunmuş 
skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir. 
A.A.İvanovskinin Köndələnçayın sağ sahilində  tədqiq etdiyi 5 №- li 
kurqandan 3 insan və 2 dəvə skeleti aşkar olunmuşdur. Skeletlərin  ətrafından 
tunc silah, qızıldan  əşyalar, gil qablar tapılmışdır. Həmin arxeoloji materiallar 
Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterikdir.  
Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin bir qrupu Gədəbəy 
bölgəsinində yerləşir. Bu qrupa Daşkəsən, Xaçbulaq, Gədəbəy, Qazax və Şamxor 
rayonlarının arxeoloji abidələri daxildir. Bu qrupa aid yaşayış yerləri qəbir 
abidələri ilə müqayisədə azlıq təşkil edir. 
Sarıtəpə  yaşayış yeri Qazax şəhərinin cənub-şərqində yerləşir. Yaşayış 
yerində 1956-cı ildə  İ.H.Nərimanov tərəfindən tədqiqat işlərinə başlanmışdır. 
Aşkar olunan arxeoloji materiallar əhalinin məşğuliyyəti və həyat tərzi haqqında 
məlumat verir. Sarıtəpədə qeydə alınan yaşayış binaları uzunsov, dördkünc 
formalıdır. Binaların divarları çay daşları ilə hörülərək, gil məhlulu ilə 
möhkəmləndirilmişdir. Divarların içərisi və evlərin döşəməsi gillə suvanmışdır. 
Arxeoloji tədqiqatlar zamanı yaşayaş yerindən Xocalı- Gədəbəy mədəniyyəti 
üçün xarakterik olan tunc bəzək əşyaları, boz və qara rəngli iri təsərrüfat küpləri, 
üzəri cızma naxışlı məişət qabları, yanmış taxıl və üzüm dənləri, xırdabuynuzlu 
və iribuynuzlu heyvan sümükləri əldə edilmişdir. Yaşayış yerindən aşkar olunan 
heyvan başlıqlı tunc qolbaqlar, dairəvi və düzbucaq formalı gil möhürlər diqqəti 
cəlb edir. Bu möhürlərin aşkar olunması, Son Tunc dövründə xüsusi mülkiyyətin 
mövcudluğunu təsdiq edən faktlardan biridir. Yaşayış yeri aşkar olunan arxeoloji 
materiallar  əsasında e.ə. II minilliyin sonu, I minilliyin əvvəlinə aid  edilir. 
 Babadərviş yaşayış yeri Qazax şəhərindən 2 km qərbdə, Ağstafaçayın sol 
sahilində yerləşir. Abidənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə