Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

 
201
 
                        Şəkil 92. Sarıtəpə yaşayış yerinin materialları 
 
 
mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Aşkar edilmiş 
arxeoloji komplekslər dördkünc formalı evlər, təsərrüfat quyuları, təsərrüfat 
küpləri, müxtəlif məişət əşyaları, gil möhürlər, manqallar, tuncdan ox ucluqları, 
öküz heykəlciyi və dəmir məmulatından ibarət maddi-mədəniyyət nümunələri ilə 
xarakterizə olunur. 
Babadərviş  qəbirləri.  Babadərvişdə, IV yaşayış yerində Son Tunc və 
Erkən Dəmir dövrünə aid dörd qəbir tədqiq edilmişdir. Qəbirlərdən tunc bilərzik, 
müxtəlif qablar aşkar edilmişdir. Qəbirlər Q.S.İsmayılov və V.H.Əliyev 
tərəfindən tədqiq olunmuşdur. 


 
202
Töyrətəpə  yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır. 
Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə 
aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti 
üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə 
suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər 
və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast 
gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır. 
Şamxor rayonunun Seyfallı  kəndi  yaxınlığındakı yaşayış yeri 1939- cu 
ildə Y.İ.Hümmel tərəfindən kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. 
Tədqiqatlar nəticəsində  dən daşları, obsidian alətlər və qara rəngli gil qab 
parçaları  aşkar olunmuşdur. Yaşayış yeri e.ə. II minilliyin sonu, I minilliyin 
əvvəllərinə aid edilir. 
Yastıtəpə yaşayış yeri Qazax rayonunda, Ağstafa dəmiryol stansiyasından 
1 km şimal-qərbdə, çox da hündür olmayan təpə üzərində yerləşir. 1957-1961-ci 
illərdə burada aparılan arxeoloji tədqiqatlar zamanı xeyli miqdarda gil qab 
parçaları, dən daşları, gil möhürlər və  təsərrüfat küpələrinin qalıqları  əldə 
edilmişdir. Yastıtəpə yaşayış yerinin boz və qara rəngli keramikası Xocalı-
Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Aşkar olunmuş arxeoloji materiallar 
əsasında, yaşayış yeri e.ə. I minilliyin əvvəllərinə aid edilmişdir. 
Qazax rayonu ərazisində yuxarıda göstərilən yaşayış yerlərindən başqa 
Nadirbəytəpəsi, Göyərçintəpə, Arançıtəpələri  və s. abidələr də qeydə alınmış, 
lakin, Nadirbəytəpəsi istisna olmaqla, qalanları arxeoloji tədqiqatlarla geniş 
öyrənilməmişdir. 
Gədəbəy bölgəsinin arxeoloji abidələrinin bir qismi qəbir abidələri ilə 
təmsil olunmuşdur. Onlar, başlıca olaraq, kurqanlar və daş qutularla təmsil olun-
muşdur. Kurqanlara Xaçbulaq və Bayan kəndi yaxınlığında rast gəlinmişdir. 
Xaçbulaq kurqanları Daşkəsən rayonunda, Qoşqarçayın yuxarısında 
yerləşir. H.P.Kəsəmənli bu kurqanları 3 qrupa bölür: 1. Kollektiv dəfnlərlə 
xarakterizə olunan kurqanlar; 2. Tək qəbirli kurqanlar; 3. Ağac örtüklü kurqanlar. 
1960-cı ildən başlayaraq arxeoloq H.P.Kəsəmənli tərəfindən kollektiv dəfnlərlə 
müşayiət olunan kurqanların bir qismi tədqiq edilmişdir. 
1  №-li kurqanın hündürlüyü 3,05 m olmuşdur. Kurqan əsasən torpaqdan 
düzəldilmişdir. Burada 37 qəbir aşkar olunmuşdur. Onların əksəriyyəti daş qutu 
tipli olmuşdur. Bütün bu qəbirlər Son Tunc dövrünə- e.ə. XIII-XII əsrlərə aid 
edilmişdir. 
2  №-li kurqan Qoşqarçayın sağ sahilində, 1 №-li kurqandan 100 m 
cənubda yerləşir. Burada 1962-ci ildə qazıntı  işləri aparılmışdır. Kurqanın 
diametri 15, hündürlüyü 1,55 m olmuşdur. E.ə. XIII-XII əsrlərə aid edilən 
kurqandan 9 qəbir aşkar edilmişdir ki, onlardan da 7-si daş qutu tipli olmuşdur. 


 
203
 
                    Şəkil 93. Xaçbulaq daş qutularının materialları 
 
 
3  №-li kurqanın diametri 15, hündürlüyü 1,6 m olmuşdur. Kurqan 
«Pristavlıq» adlanan ərazidə  aşkar olunmuşdur. Bu kurqan da e.ə. XIII-XII  
əsrlərə aid edilmişdir. Kurqan üçün kollektiv dəfn xarakterik olmuşdur. 
4  №-li kurqan 1901-ci ildə E.A.Resler tərəfindən tədqiq olunmuşdur. 
Qora-Persaqa adlanan kurqan Qoşqarçayın sağ sahilində, Bayan kəndinin 
cənubunda yerləşir. Kurqanın altında olan 18 qəbirdən 15-i daş qutu tipli 
olmuşdur. Daş qutuların hamısı qapaq daşları ilə örtülmüşdür. Qəbirlərin 
bəzisinin dibinə  ağ  rəngli gil, bəzisinə isə  çınqıl döşənmişdir. Daş qutuların 
içərisi qumla doldurulmuşdur. Buradakı 2 №-li qəbirdə yanmış sümük, kül və 


 
204
kömürlə dolu olan gil qaba (urna) rast gəlinmişdir. Skeletlər bükülü vəziyyətdə, 
böyrü üstə, ya da üzü üstə basdırılmışdır. 
Xaçbulaq kəndinin  ətrafında «Çoban Abdulla yurdu» adlanan ərazidə 
diametri 15-20, hündürlüyü 1,5-2,5 metr olan qrup halında kurqanlar yerləşir. 
Onlardan birində aparılan qazıntılar zamanı 2 daş qutu qəbirdə sağ böyrü üstə 
uzadılmış, bükülü vəziyyətdə olan skeletlər və arxeoloji materiallar aşkar 
olunmuşdur.  Kurqan e.ə. XII-XI əsrlərə aid edilmişdir. 
H.P.Kəsəmənli tərəfindən ikinci qrupa aid edilən, tək dəfnlə xarakterizə 
olunan kurqanlara Xaçbulaq, Çovdar, Seyidkənd və Balçılıda rast gəlinmişdir. 
Bu qrupa aid kurqanlar E.A.Resler və  İ.М.Cəfərzadə  tərəfindən tədqiq 
edilmişdir. 1938-ci ildə İ.М.Cəfərzadə tərəfindən 2 kurqan öyrənilmişdir. 
Daşkəsən rayonunun Seyidkənd yaxınlığında olan kurqanların daş qutuları 
böyük sal daşlardan qurulmuşdur. Burada 1901-ci ildə E.A.Resler tərəfindən tək 
dəfnlərlə xarakterizə olunan 4 kurqan öyrənilmişdir. Onların üçü daş qutu tipli, 
biri ağac örtüklü torpaq qəbir olmuşdur. E.A.Resler qeyd edir ki, bu qəbirlər xalq 
arasında «qəbri-ur-rus» (nəhənglər qəbiri) adlanır. O, bu ərazidə bir neçə belə 
«nəhənglər» qəbrinə rast gəldiyini yazır. Daş qutuların ikisinin döşəməsinə  də 
daş piltələr döşənmişdir. Seyidkənd kurqanlarında oturmuş  vəziyyətdə skeletlər 
də  aşkar olunmuşdur. Seyidkənd daş qutularının Xocalı-Gədəbəy mədəniyyəti 
üçün xarikterik olan keramikası qara rəngli, gövdəsinin yuxarısında böyük 
novlarla naxışlanan, qaba hazırlanmış qablardan ibarətdir. 
Balçılıda 1901-ci ildə E.A.Resler tərəfindən tək qəbirlərlə xarakterizə 
edilən bir neçə kurqan qeydə alınmışdır ki, onlardan da üçü tədqiq edilmişdir. 
Birinci kurqanın hündürlüyü 2,75, ikincininki isə 2,10 metr, birinci kurqandakı 
qəbrin uzunluğu 2,74, eni 1,00, dərinliyi 1,66 metr olmuşdur. 
E.A.Resler apardığı  tədqiqatlardan belə  nəticəyə  gəlinmişdir ki, 
kurqanların  ən aşağı hissəsində - əsas qəbirdə ölən adamın atı, silahı, qəbir 
avadanlığı ilə, ondan üst qatda vəhşi və ev heyvanları, öz sahibkarına qulluq edən 
qullar dəfn edilmişdir. Yuxarı qatda tonqal yandırılmış, oraya daş tökülmüş  və 
kurqan düzəldilmişdir. 
Xaçbulaq kurqanlarının materialları  Gədəbəy və  Gəncəçay zonasında gil 
məmulatının formasında mövcud olan ümumiliyi müəyyən etməyə imkan verir. 
Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə 
fərqlənir. Burada uzadılmış  vəziyyətdə  dəfn adətindən tutmuş, kəllənin altına 
kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə
həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş 
skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı 
olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı  və sadə qablar aşkar 
olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə