Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

 
208
həyatında meydana gələn dəyişikliklər və xarici işğal təhlükəsi ilə bağlı 
olmuşdur. 
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Son Tunc dövrü arxeoloji 
abidələrinin bir qismi Orta Tunc dövrü abidələrinin üzərində salınmışdır. Qeyd 
olunduğu kimi, bu yaşayış yerləri  əkinçilik və maldarlıq üçün əlverişli 
mövqelərdə olmuşdur. Onların  əksəriyyətinin mövqeyi strateji cəhətdən də 
əlverişlidir. Bu baxımdan, Naxçıvan qrupuna daxil olan Qalacıq və  Şahtaxtı 
yaşayış yerlərinin  ərazisi, bütün Şərur düzünü və Araz vadisini nəzarətdə 
saxlamağa imkan verir. Son Tunc dövründə tayfalararası ziddiyyətlərin, xarici 
basqın təhlükəsinin çoxaldığı bir zamanda, bu yaşayış yerlərinin əhəmiyyəti daha 
da artmışdır. 
Qeyd olunduğu kimi, bu dövrdə daimi yaşayış yerləri ilə  bərabər, 
yarımköçəri maldarlığın inkişafını  təmin edən mövsümi yaşayış yerləri də 
meydana çıxmışdır. Bu yaşayış yerlərinin hamısı çay kənarlarında, su 
mənbələrinin və ticarət yollarının nəzarətdə saxlanılması üçün əlverişli 
mövqelərdə yerləşmişdir. Naxçıvanda bu tip abidələr sırasına Şamlar, Qarnıyarıq, 
Külüs, Kükü və b. yaşayış  yerləri aiddir.  
Gəncəçay rayonunun yaşayış yerləri ovalıqda, strateji cəhətdən  ətraf 
əraziyə hakim mövqelərdə salınmışdır. Bu ərazidə 1 №-li yaşayış yerinin əlverişli 
mövqeyi, ondan uzun müddət yaşayış məntəqəsi kimi istifadə olunmasına şərait 
yaratmışdır. Qeyd edilməlidir ki, Gəncəçay rayonunda yaşayış yerlərinin azlığı 
və  mədəni təbəqənin cüzi yığılması, bu dövrdə  həyatın yarımköçəri maldarlığa 
əsaslanması ilə bağlı olmuşdur. Dağlıq və ovalıq zonanın qovşağında yerləşən bu 
ərazi yarımköçəri maldarlıq və əkinçilik üçün olduqca əlverişli olmuşdur. 
Qazax rayonunda yerləşən yaşayış yerləri də  təbii və strateji mövqedə 
olmaları ilə  fərqlənirlər. Bu ərazinin  əkinçilik və yarımköçəri maldarlıq üçün 
əlverişli olması,  şübhəsiz ki, qədim insanların diqqətini çəkmişdir. Ağstafaçay 
vadisində olan münbit torpaqlar və yaxınlığındakı bol otlaqlar Son Tunc dövrü 
insanlarının oturaq və yarımköçəri həyat tərzini təmin etmək baxımından əlverişli 
olmuşdur. Bu ərazidə digər ərazilərə nisbətən yaşayış yerlərinin daha çox qeydə 
alınması bununla bağlıdır. 
Əsasən e.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirilən müdafiə tikintiləri 
topoqrafik baxımdan diqqəti cəlb edir. Qeyd edildiyi kimi, bu dövrdə müdafiə 
istehkamlarının bir qrupundan yaşayış yeri kimi istifadə  
 
olunmuşdur. Naxçıvan abidələrində Orta Tunc dövründə inşa edilmiş müdafiə 
divarları, ehtimal ki, Son Tunc dövründə  də  bərpa edilərək istifadə edilmişdir. 
Qalacıq, Şahtaxtı, II Kültəpə belə yaşayış yerlərinə aid edilə bilər. Şübhəsiz ki, 
bu dövrdə ətrafı möhkəmləndirilmiş yaşayış yerləri müdafiə baxımından əlverişli 
olmadığından, təbii cəhətdən müdafiə olunan yüksək dağlıq zonalarda qalalar 
salınmışdır. Naxçıvanda Çalxanqala, Vayxır qalası  və Qazançıqala belə 


 
209
abidələrdəndir. Onlar arasında Çalxanqala təbii mövqeyinə görə 
fərqlənməkdədir. 
Çalxanqala təbii qayalıq üzərində, həm də düşmən gözündən uzaq bir 
mövqedə salınmışdır. Odur ki, müdafiə baxımından olduqca əlverişlidir. Belə ki, 
düşmənə birbaşa qalaya hücum etmək imkanı verilməmişdir. Qalanın giriş yolu 
dik yamaclar və qayalıqlardan keçdiyindən, düşmənin hücumunu xeyli 
çətinləşdirir. Lakin qalanın içərisində yaşayış binasına aid tikinti qalıqları 
olduqca azdır. Onun mərkəzi hissəsində  mədəni təbəqəyə  və arxeoloji 
materiallara rast gəlinmir. Qalanın yerləşdiyi  ərazi bütün Cəhri çayı vadisini 
nəzərdə saxlamağa və hücum təhlükəsinin qarşısını almağa imkan verir. 
Naxçıvançayın sol sahilində, təbii qayalıq üzərində yerləşən Vayxır qalası 
da olduqca əlverişli mövqedədir. Naxçıvançay vadisindən qalanın mövqeyi 
alınmazdır. Bu istiqamətdə qala təbii cəhətdən müdafiə olunduğundan, divar 
çəkilməmişdir. Divarlar qalanın dağ silsiləsinə birləşən və  zəif müdafiə olunan 
hissələrindəndir. Bu prinsiplə tikilən qala, düşmən gözündən yayınmağa və bütün 
çay vadisini nəzarətdə saxlamağa imkan verir. Çalxanqalada olduğu kimi, burada 
da, qalanın içərisində yaşayış binasının qalıqlarına rast gəlinməmişdir. Arxeoloji 
materiallar, yalnız forma verməyən gil qab parçalarından ibarətdir. Arxeoloji 
materialların azlığı  və yaşayış binasının olmaması, qaladan düşmən hücumları 
zamanı sığınacaq məqsədi ilə istifadə olunduğunu göstərir. 
Qazançı qalasının yerləşdiyi ərazi təbii baxımdan Vayxır qalasına bənzəsə 
də, o daha əlverişli mövqeyə malikdir. İki çayın qovşağında, təbii cəhətdən 
müdafiə olunan mövqedə yerləşən qala,  əlavə olaraq müdafiə divarları ilə 
möhkəmləndirilmişdir. Burada arxeoloji materiallara digər qalalara nisbətən daha 
çox rastlanır. Lakin qalanın içərisində yaşayış binaları azdır. Qala divarlarının 
tikinti texnikasında olan müxtəliflik, onların ayrı-ayrı dövrlərdə tikildiyini və 
bərpa edildiyini göstərir. Qalanın olduqca böyük sahəni  əhatə etməsindən 
görünür ki, buradan yalnız yerli əhalinin deyil, həm də heyvanların sığınması 
üçün də istifadə edilmişdir. 
Azərbaycanın  şimal rayonlarında yerləşən siklop tikintiləri adlandırılan 
qalalar, qeyd olunduğu kimi üç qrupa bölünürlər: yaşayış yeri kimi istifadə 
olunanlar; müdafiə  məqsədi ilə istifadə olunanlar; heyvanların sığınması  və 
saxlanması üçün istifadə olunanlar. Yaşayış yeri kimi istifadə olunan qalalar
başlıca olaraq, strateji cəhətdən  əlverişli mövqelərdə yerləşdirilmiş  və müdafiə 
divarı ilə  əhatə olunmuşdur.  İkinci və üçüncü qrupa daxil olan qalalar, təbii 
baxımdan, dağların əlçatmaz, düşmən diqqətindən yayınan və alınması çətin olan 
mövqelərdə yerləşdirilməklə, müdafiə divarı ilə də əhatə olunmuşdur. Hər üç tip 
qalada müdafiə divarları yerin relyefinə uyğun inşa edilmişdir. 
Son Tunc dövrünün yaşayış binaları və müdafiə tikintiləri inşa texnikasına 
görə bir-birindən fərqlənir. Naxçıvan ərazisində yaşayış binaları yerüstü olmaqla 
əsasən düzbucaqlı formada tikilmişdir. Binaların yalnız daş  təməlləri salamat 
qalmışdır. Onlar iki sıra çay daşı, ya da qaya parçalarından hörülərək, arası kiçik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə