Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

 
212
yerində  aşkar olunan oraq dişlərinin aşkar olunma vəziyyəti onların aypara 
şəklində düzüldüyünü göstərir.  Şübhəsiz ki, oraq dişləri aypara formalı  ağac 
əsaslara bərkidilmişdir. Lakin ağac əsaslar çürüdüyündən, bu günümüzədək gəlib 
çatmamışdır. Tuncdan hazırlanmış oraqlar Gədəbəy abidələrindən aşkar 
edilmişdir. 
Əmək alətlərinin bir qrupu taxılın döyülməsi və üyüdülməsi ilə bağlıdır. 
Xanlar yaxınlığındakı 2 №-li kurqandan aşkar olunmuş  ağac vəl, bir tərəfinə 
prizmatik daşlar keçirilən iki eyni formalı parçadan ibarətdir. Forma etibarı ilə, o 
indi Azərbaycanın dağlıq rayonlarında istifadə olunan vəllərə bənzəyir. Bu alətin 
tapılması Son Tunc dövründə, taxıl döyümündə  qədim  ənənəvi üsullara yanaşı, 
vəllərdən də istifadə olunduğunu göstərir. 
Taxılın üyüdülməsi üçün dən daşlarından istifadə olunmuşdur. Alt və üst 
daşlarından ibarət olan bu alətlər, formaca Tunc dövrünün əvvəlki 
mərhələlərində istifadə olunan alətlərdən fərqlənmirlər. Alt dən daşlarının işlək 
tərəfi qayıqşəkilli, üst dən daşlarının işlək tərəfi isə düzdür. 
Taxılın saxlanması üçün təsərrüfat quyularından və küplərdən istifadə 
edilmişdir. Bu cür təsərrüfat küpləri  Мingəçevir, Sarıtəpə, Babadərviş yaşayış 
yerlərindən tapılmışdır. Sarıtəpə yaşayış yerində təsərrüfat küplərinin saxlandığı 
ərzaq anbarları da olmuşdur. Yaşayış yerlərindəki təsərrüfat küplərinin 
içərisindən taxıl və üzüm çəyirdəyinin qalıqları, taxıl quyularında isə darı 
qalıqları  aşkar olunmuşdur. Xocalı kurqanlarından tapılan təsərrüfat küplərinin 
birinin qulpunda buğda təsviri vardır. 
Bu dövrün təsərrüfatının geniş inkişaf etmiş sahələrindən biri də 
üzümçülükdür. Yaşayış yerlərindən aşkar olunan təsərrüfat küplərinin içərisində 
üzüm çəyirdəklərinə rast gəlinməsi, bu dövrdə  şərab istehsalının da inkişaf 
etdiyini göstərir. Sarıtəpə yaşayış yerində tapılan  şərab tuluğu, üzümçülüyün 
inkişafını göstərən nadir tapıntılardan biridir. Üzümçülüyün inkişafını, eyni 
zamanda, qədim yaşayış yerlərinin  ətrafından aşkar olunan üzüməzən daşlar da 
sübut edir. Üzüməzən daşlara Naxçıvan ərazisində daha çox rast gəlinmişdir. 
Arxeoloji qazıntılar zamanı aşkar olunan buğda növləri М.М.Yakubsiner 
və  İ.Мustafayev tərəfindən təyin edilmişdir. Onların arasında yumşaq buğda 
(Tritcum vulqare), bərk buğda (Triticum durum Dest) və digər buğda növləri 
(Tritcum aestivum, triticum comraktum) vardır.  Мüxtəlif arpa növlərindən 
(Hordeum sativum) də istifadə edilmişdir. Yuxarıdakı  fəsillərdə qeyd edildiyi 
kimi, Azərbaycan qədim zamanlardan əkinçilik mədəniyyətinin mərkəzi 
olmuşdur. Azərbaycanın dağlıq zonalarında yabanı buğda, arpa və darı növlərinin 
olması, habelə, ərazinin əlverişli təbii coğrafi mövqeyi əkinçilik mədəniyyətinin 
erkən meydana çıxmasını və formalaşmasını təmin etmişdir. Son Tunc dövründə 
artıq əkinçilik müstəqil istehsal sahəsi kimi mövcud olmuşdur. 
Son Tunc dövrü təsərrüfatının geniş yayılmış formalarından biri maldarlıq 
olmuşdur. Arxeoloji tədqiqatlar, Azərbaycan ərazisində hələ İlk Tunc dövründən 
başlayaraq, maldarlığın  əkinçilikdən ayrıldığını  və yarımköçəri maldarlığının 


 
213
formalaşdığını göstərir. Son Tunc dövründə  şübhəsiz ki, maldarlıq müstəqil 
təsərrüfat sahəsi kimi mövcud olmuşdur. Bu dövrə aid arxeoloji abidələrin 
tədqiqi, oturaq həyat keçirən qəbilələrlə bərabər, köçəri həyat sürən tayfaların da 
olduğunu göstərir. Bu qəbilələrə aid mövsümi yaşayış yerlərində mədəni təbəqə 
olduqca az yığılmışdır.  Şübhəsiz ki, bu, insanların köçəri həyat tərzi ilə bağlı 
olmuşdur. Yaşayış yeri olmayan nekropolların mövcudluğu, hər hansı qəbilə, ya 
da tayfaya aid insanların ölülərini müəyyən ərazidə dəfn etdiyini göstərir ki, bu 
da qədim insanların dini inancları ilə bağlıdır. 
Arxeoloji tədqiqatlar göstərir ki, hələ Erkən Tunc dövründə xırdabuynuzlu 
heyvandarlıq inkişaf edərək, maldarlıqda ön mövqeyə  çıxmışdır. Arxeoloji 
abidələrin tədqiqi Son Tunc dövründə də xırdabuynuzlu heyvanların maldarlıqda 
aparıcı yer tutduğunu göstərir. Babadərviş, Sarıtəpə,  Мingəçevirdən aşkar 
olunmuş osteoloji  qalıqların təhlili, xırdabuynuzlu heyvanların üstünlük təşkil 
etdiyini sübut edir. Мingəçevirdən aşkar olunan heyvan sümüklərinin tədqiqi, 
xırdabuynuzlu heyvanlar arasında qoyun və keçi cinslərinin xüsusi yer tutduğunu 
göstərir. Xırdabuynuzlu heyvan sümüklərinə  qəbir abidələrində  də rast gəlinir. 
Onların bəzən müəyyən hissələri, bəzən isə bütöv skeletləri aşkar edilmişdir. 
Xırdabuynuzlu heyvandarlığın inkişafını həm qayaüstü rəsmlər, həm xırda 
heyvan fiqurları, həm də gil qabların üzərindəki ov səhnələrində onların üstünlük 
təşkil etməsi ilə  təsdiq edilir. Şübhəsiz ki, bu xırdabuynuzlu heyvanların 
maldarlıqda önəmli rolu və insanların məişətində onların böyük əhəmiyyəti ilə 
bağlıdır. 
Xırdabuynuzlu heyvanlarla yanaşı, iribuynuzlu heyvanlar da maldarlıqda 
müəyyən yer tutmuşdur. Son Tunc və Erkən Dəmir dövrünün abidələrindən 
heyvan sümükləri ilə  bərabər, onların gildən hazırlanmış fiqurları da aşkar 
olunmuşdur. A.A.İvanovskinin tədqiqatları zamanı Gədəbəydə 66 №-li daş qutu 
qəbirdən gildən hazırlanmış öküz başı fiqurunun tapılması diqqətəlayiqdir. Bu 
fiqurun realist görkəmi, onun ritual xarakterli olduğunu göstərir.  Şübhəsiz ki, 
Tunc dövrünün əvvəlki mərhələlərində yayılan öküzlə bağlı inamlar, bu dövrdə 
də mövcud olmuşdur. 
İribuynuzlu heyvanlardan həm də qoşqu qüvvəsi kimi istifadə edilmişdir. 
Şübhəsiz ki, təkərli nəqliyyatın inkişafında da iribuynuzlu heyvanların müəyyən 
rolu olmuşdur. Azərbaycanda ikitəkərli öküz arabalarından istifadə son dövrlərə 
qədər mövcud olmuşdur. Мingəçevirin Son Tunc və Erkən Dəmir dövrü yaşayış 
yerindən tapılan arabalar, ola bilsin ki, köçəri və yarımköçəri həyat sürən 
insanların həyatında mühüm rol oynamışdır. 
Bu dövrün heyvandarlığında atçılıq da mühüm yer tutmuşdur. Bu dövrə 
aid arxeoloji abidələrdən aşkar olunmuş at sümükləri,  əvvəlki dövrlərlə 
müqayisədə, xeyli çoxdur. At sümükləri xüsusilə qəbir abidələrindən tapılmışdır. 
Şübhəsiz ki, atla dəfnetmə adəti ata olan inamla bağlı olmuşdur. Azərbaycanın 
Son Tunc və Erkən Dəmir dövrünə aid kurqan tipli abidələrindən bütöv at 
skeletləri, ya da  at sümükləri aşkar olunmuşdur. At sümükləri ilə bərabər, qəbir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə