Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

 
214
abidələrindən at əsləhəsi də tapılmışdır. Onların içərisində yüyənlər diqqəti cəlb 
edir. Çünki bu tapıntılar atın  əhilləşdirildiyini və ondan minik vasitəsi kimi 
istifadə olunduğunu göstərən tapıntılardandır. 
Tədqiqatçıların bir qrupu Qafqazda atın  əhilləşdirilməsinin hind-
avropalılarla bağlı olması, habelə onların gəlişindən əvvəl, burada əhilləşdirilmiş 
atlardan minik vasitəsi kimi istifadə edilmədiyi kimi, qeyri-elmi fikirlər irəli 
sürmüşlər. Qeyd etdiyimiz kimi, at Azərbaycanda qədim dövrlərdən 
əhilləşdirilmiş və şübhəsiz ki, ondan minik vasitəsi kimi də istifadə olunmuşdur. 
Bu baxımdan, М.N.Poqrebovanın Gəncəçay rayonunun at dəfnləri ilə fərqlənən 
qəbirlərini irandillilərə aid etməsi yanlışdır. Hər şeydən əvvəl qeyd edək ki, atın 
əhilləşdirilməsi və atla bağlı inamlar müxtəlif xalqlarda özünəməxsus 
xüsusiyyətlərə malik olmuşdur. Heç bir xalq, atçılığın inkişafı üçün, hind-
avropalılara borclu deyil. Digər tərəfdən, mədəni dünyanın  ən mühüm 
nailiyyətlərini hind-avropalılara bağlamağa çalışan tədqiqatçıların fikirləri çox 
hallarda subyektiv xarakter daşımaqla arxeoloji faktlarla təsdiq olunmur. Odur ki, 
atçılığın Azərbaycan  ərazisində yerli zəmində meydana gəldiyini və inkişaf 
etdiyini söyləmək daha doğrudur. 
Şübhəsiz ki, bu dövrdə heyvandarlığın digər sahələri də inkişaf etmişdir. 
Lakin onlarla bağlı arxeoloji dəlillər olduqca azdır. Fizuli şəhəri yaxınlığında, 
Köndələnçayın sağ sahilində A.A.İvanovski tərəfindən tədqiq edilən 5 №-li 
kurqanda iki dəvə skeletinə rast gəlinməsi, bu heyvanların ictimai həyatda 
müəyyən rolunun olduğunu göstərir. Şərq ölkələrində yük daşımaq üçün istifadə 
edilən bu heyvanların, yarımköçəri və köçəri həyat keçirən tayfaların həyatındakı 
rolu böyük olmuşdur. Digər tərəfdən, bəlli olduğu kimi, dəvə karvanları ticarət 
əlaqələrində əvəzsiz rol oynamışdır. 
Son Tunc və Erkən Dəmir dövrünün təsərrüfatında  əsas istehsal sahələri 
ilə  bərabər, yardımçı  təsərrüfatların da müəyyən rolu olmuşdur. Ovçuluq, 
balıqçılıq, yığıcılıq belə  təsərrüfat sahələrindəndir. Qayaüstü rəsmlərdə  və gil 
qablar üzərindəki təsvirlərdə ovçuluğa geniş yer verilməsi, heç də  təsadüfi 
deyildir. 
Arxeoloji abidələrdən aşkar edilən toxuculuq alətlərindən görünür ki, bu 
dövrdə toxuculuq təsərrüfatın müəyyən bir sahəsini təşkil etmişdir. Ola bilsin ki
toxuculuğun müəyən sahələri ev sənətkarlığı  çərçivəsindən kənara çıxaraq, 
müstəqil istehsal sahəsi kimi formalaşmışdır. 
Son Tunc və Erkən Dəmir dövründə iqtisadiyyatın inkişafı, sənətkarlığın 
müxtəlif sahələri üzrə ixtisaslaşmasını  dərinləşdirmiş, mübadilənin artmasına, 
tayfalar arasında sosial differensasiyanın güclənməsinə  səbəb olmuşdur. 
Tədqiqatlar zamanı, aşkar olunmuş  qəbir abidələrinin zəngin avadanlığına görə 
bir-birindən fərqlənməsi,  şübhəsiz ki, qəbilə üzvləri arasında güclənən  əmlak 
bərabərsizliyi ilə bağlıdır. 
İqtisadiyyatın  əsas sahələrindən biri olan dulusçuluq başlıca olaraq 
keramika məmulatına  əsasən öyrənilmişdir. Azərbaycanın Son Tunc dövrü 


 
215
keramikası ilə bağlı arxeoloji ədəbiyyatda müxtəlif fikirlər irəli sürülmüşdür. 
Tədqiqatçılar Son Tunc dövrünə aid Xocalı-Gədəbəy keramikasını müxtəlif 
qruplara bölərək, xarakterizə etmişlər. Bu dövrün keramikasının xarakteris-
tikasına keçməzdən  əvvəl, bir qədər fərqli görünən Naxçıvan qrupunun 
keramikası üzərində dayanmaq fikrindəyik. 
Naxçıvan ərazisində aşkar olunan Son Tunc dövrü keramikasını iki qrupa 
ayırmaq olar. Birinci qrupa Araz çayı  və Naxçıvançay vadisində yerləşən I 
Kültəpə, II Kültəpə, Şahtaxtı, Qalacıq, Yurdçu yaşayış yerləri və onlara aid olan 
nekropolların keramikası daxildir. Bu abidələrdə Son Tunc dövrü keramikası 
müəyyən dəyişikliyə  uğramaqla, Orta Tunc dövrü keramikasının davamı kimi 
ortaya çıxmışdır. Bu qrupa daxil olan abidələrin keramikasında Orta Tunc dövrü 
üçün xarakterik olan boyalı qabların inkişafı davam etmişdir. Bu qrupun 
xarakterik qab formalarından biri uzun axıdacağı olan çayniklərdir. 
Bu tip qablar Urmiya hövzəsi və  Zəngəzur üçün də xarakterikdir. Onlar 
Azərbaycanın digər abidələrindən aşkar olunmamışdır. Naxçıvanda çaynik tipli 
qabların boyalıları da geniş yayılmışdır. Boyalı çayniklər Naxçıvan nekropolu, 
Şortəpə  və  Qızılburundan  əldə edilmişdir. Son Tunc dövrünə aid çayniklərin 
birinin gövdəsi mərkəzi hissədə sarı  rənglə boyanmış, onun üzərindən paralel 
xətlərlə  məhdudlaşdırılan torlu üçbucaqlarla naxışlanmışdır. Boyasız çayniklər 
boz və qara rəngdə yaxşı bişirilmişdir. Onların üzəri cızma və basma ornamentlə 
naxışlanmışdır.  Şahtaxtı  və  Şortəpədən aşkar olunan çaynik tipli qablar incə 
bəzəmələri ilə fərqlənirlər. 
Bu dövrün xarakterik qab formalarından biri Xocalı-Gədəbəy 
mədəniyyətini özündə əks etdirən, göbələkşəkilli çıxıntıları olan küpə və çölmək 
tipli qablardır. Onlar boz rəngdə, bəzəməsiz, ya da dalğaşəkilli cızma bəzəmələrə 
malikdir. Belə qablar I Kültəpə, Kükü, Yurdçu, Qızılburun və digər abidələrdən 
bəllidir. Konusvari gövdəli küpə tipli qablar bu dövrdə daha geniş yayılmışdır. 
Şahtaxtı nekropolundan aşkar olunan bu tip qabların bir qismi boyalı, bir qismi 
isə boyasızdır. Onların boyalı nümunələri Culfa nekropolundan da bəllidir. 
Qabarıq, konusvari gövdəyə malik olan kasa tipli qabların bir qrupu 
konnelyur ornamentlidir. Bu tip qablar Şəhtaxtı və I Kültəpədən bəllidir.  
Göründüyü kimi, boyalı qablarla xarakterizə olunan Naxçıvan qrupunun 
gil məmulatında Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika 
formaları, xüsusilə göbələkşəkilli çıxıntısı olan çölmək və küpələr ortaya çıxır. 
Мaraqlıdır ki, Naxçıvan abidələrində bu tip qabların boyalılarına da rast gəlinir. 
Qeyd edək ki, boyalı keramikanın aşkar olunduğu qəbir abidələrində insan 
skeletinin qalıqlarına rast gəlinməmişdir. Lakin bunun əksinə olaraq, qəbirlərdə 
xırdabuynuzlu heyvan və quş sümüklərinə  təsadüf edilmişdir. Bu baxımdan, 
Qızılburun nekropolu istisnalıq təşkil edir. Belə ki, bu nekropoldakı  qəbirlərdə 
kollektiv dəfnetmə adətinin olduğu müəyyən edilmişdir. 
Naxçıvan  ərazisində  aşkar olunan ikinci tip keramika Xocalı-Gədəbəy 
mədəniyyəti üçün xarakterikdir. Onların komplekslərində indiyədək boyalı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə