Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   65   66   67   68   69   70   71   72   ...   75

 
216
qablara rastlanmamışdır. Çaynik tipli qablar isə, olduqca azdır. Şərur rayonunda 
bu qrupa daxil olan qəbir abidələri dağılmış  vəziyyətdə qeydə alındığından, 
onların dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Lakin, Şahbuz 
rayonunda tədqiq olunan Sarıdərə, Kolanı, Haqqıxlıq, Culfa rayonundakı 
Bayəhməd nekropolları üçün kollektiv dəfnlərlə müşayiət edilən daş qutu 
qəbirlər xarakterikdir. Bu abidələrdən aşkar olunan gil məmulatı, başlıca olaraq, 
boz və qara rəngdə bişirilərək, cızma xətlərdən ibarət həndəsi ornamentlərlə 
naxışlanmışdır. Qabların az bir qrupunu yaxşı cilalanmış, basma naxışlı qablar 
təşkil edir. Başlıca formalar küpə, kasa, qədəh, nimçə, çölmək tipli qablardan 
ibarətdir. Qədəh tipli qablar və konus gövdəli, nimçə tiplilər xüsusilə geniş 
yayılmışdır. Qabların bir qrupunu silindrik lüləyi olan kasa tipli qablar təşkil edir. 
Çaynik tipli qablar olduqca azdır. 
Bu tip qabların aşkara çıxarıldığı arxeoloji komplekslər Xocalı-Gədəbəy 
mədəniyyəti üçün xarakterik olan tunc əşyalarla müşayiət olunur. Onların 
arasında tunc xəncərlər, ox ucluqları, bilərzik, asma, pilək, üzük, sırğa, quş 
fiqurları  və digər  əşyalar vardır. Aşkar olunmuş arxeoloji materiallar e.ə. II 
minilliyin sonu və I minilliyin əvvəlində Xocalı-Gədəbəy mədəniyyətinin 
Naxçıvanda geniş yayıldığını göstərir. Naxçıvan ərazisində qeydə alınan Xocalı-
Gədəbəy mədəniyyətinə aid abidələr istər dəfn adəti, istərsə  də arxeoloji 
materiallarına görə, Gədəbəy qrupunun abidələrinə daha çox bənzərdir. Gəncəçay 
hövzəsi üçün xarakterik olan zəngin bəzəməli qablara, o cümlədən ağ 
instruksiyalı gil məmulatına burada az rastlanır.  
Azərbaycanın şimal rayonlarında yayılan və arxeoloji ədəbiyyatda Xocalı-
Gədəbəy mədəniyyəti adı ilə tanınan keramika məmulatı  М.A.Hüseynova 
tərəfindən üç qrupa bölünərək xarakterizə edilmişdir. Birinci qrupa əldə 
hazırlanmış, boz və qara rəngli, cilalanmış, ya da cilasız qablar daxildir. Onlar 
həndəsi motivli, ağ maddə doldurulmuş qazma ornamentlə naxışlanmışdır. 
Bəzəmələr arasında stilizə edilmiş heyvan fiqurları da vardır. 
İkinci qrupa daxil olan qablar, dulus dəzgahında hazırlanmış, boz, boz-sarı 
və  çəhrayı  rəngli keramika ilə  təmsil olunmuşdur. Bu qrup üçün təkqulplu, 
uzunboğaz küpə tipli qablar xarakterikdir. Gil qablar, başlıca olaraq, cızma 
xətlər, bəzən isə basma ornamentlə naxışlanmışdır. Bu qrupa hündürdayaqlı 
qablar da daxildir. 
Üçüncü qrup keramikanın xarakterik cəhəti, gil qabların xaricdən 
parıldayanadək cilalanması və konnelyur ornamentlə naxışlanmasıdır. 
Gəncəçay zonasının qəbir abidələri üçün, başlıca olaraq, birinci qrup 
keramika xarakterikdir. Onlar boz-qara rəngli, cilalanmış, cızma naxışlı  və  ağ 
inkrustasiyalı qablarla təmsil edilmişdir. Bu abidələrdən aşkar olunan ikinci qrup 
keramika sarı-boz və qonur rəngli olması ilə  fərqlənir. Nazik divarlı, lakin 
möhkəm olan gil məmulatının naxışlanmasında basma ornament və  rəngdən də 
istifadə edilmişdir. Onlar bəzən qırmızı və qara rənglə başdan-başa boyanmışdır. 
Yüksək keyfiyyətli bişirilmiş, konnelyur ornamentli keramikaya bu zonada az 


 
217
rastlanmışdır. Qarabağ və Gədəbəy qrupunun  qəbir abidələrində hər üç qrup aid 
qablar aşkar olunmuşdur. Lakin burada ikinci qrupa aid gil qablar üstünlük təşkil 
etdiyi halda, birinci qrup qablar azdır. 
Yaşayış yerlərinin keramikası qəbir abidələrinin materiallarından müxtəlif 
formalı qabların olması  və ikinci qrup keramikanın üstünlük təşkil etməsi ilə 
fərqlənir. 
Hər qrupa daxil olan keramika özünəməxsus formaya malikdir. Birinci 
qrup keramika üçün müxtəlif formalı kasalar, piyalələr, çölməklər və küpələr 
xarakterikdir. 
İkinci qrupa daxil olan keramika birincidən gilinin rənginə, hazırlan-
masına, forma və ornamentinə görə  fərqlənir. Bu qrupa daxil olan qabların 
əksəriyyəti bikonik və silindrik-konik formalı kasalardan və küpələrdən ibarətdir. 
Kasaların hamısı yüksək keyfiyyətli gildən dulus çarxında hazırlanmış, üzərləri 
yaxşı cilalanmışdır. Gil qablar qara və  qırmızı  rəngli zolaqlarla naxışlanmışdır. 
Bu tip kasalar Gəncəçay rayonunda və  Gədəbəy qrupunun arxeoloji 
abidələrindən aşkar olunmuşdur. 
Üçüncü qrup keramika az miqdarda tapılmışdır. Başlıca olaraq yüksək 
keyfiyyətli bişirilmiş bu qablar, qara rəngdə yaxşı cilalanmışdır. Onlar yuvarlaq 
gövdəli, uzunsov oturacaqlı, bəzən isə hündürayaqlıdır. Gövdəsinin konnelyur 
ornamentlə naxışlanması, zoomorf qulplarla birlikdə onlara xüsusi gözəllik verir. 
Arxeoloji abidələrdən aşkar olunan keramika məmulatının təhlili göstərir 
ki, onlar gilinin tərkibinə, keyfiyyətinə, rənginə və hazırlanma texnikasına görə 
bir-birindən fərqlənən üç qrupa bölünür. Keramikanın tipoloji təsnifatı 
formalarda meydana gələn xronoloji dəyişikliyi izləməyə də imkan verir. 
Araşdırmalar göstərir ki, Gəncəçay rayonunda yayılan keramikanın 
xarakterik xüsusiyyətlərindən biri qabların naxışlanmasında ağ inkrustasiyanın 
istifadə olunmasıdır. Arxeoloji araşdırmalar, Xocalı-Gədəbəy mədəniyyəti 
çərçivəsində bu tip qabların, başlıca olaraq, Gəncəçay vadisində  və Xanlar 
rayonunda geniş yayıldığını, digər rayonlarda isə az rastlandığını göstərir. 
Ağ inkrustasiyalı keramikanın mənşəyinin müəyyən edilməsində, gil 
qabların bəzəmə motivinin və naxışlanma texnikasının araşdırılması, olduqca 
əhəmiyyətlidir. Bu tip qabların naxışları 
həndəsi ornamentlərin 
kompozisiyalardan ibarətdir. Bəzi qabların yalnız çiyin hissəsi, digərlərinin isə 
bütün gövdəsi naxışlanmışdır. Bu keramikanın xarakterik cəhətlərindən biri də 
həndəsi ornamentlə  bərabər insan, heyvan və quş  rəsmlərindən istifadə 
edilməsidir. 
Heyvan rəsmləri arasında maral, keçi, it, quş, bəzi hallarda qaban və zubr 
təsvirlərinə rast gəlinir. Qeyd etmək lazımdır ki, təsvir edilən heyvan rəsmləri 
həndəsi fiqurların birləşdirilməsi ilə yaradılmışdır. Lakin bəzən real təsvirlər də 
meydana çıxır. 
Daha çox rastlanan quş  rəsmləri də  həndəsi fiqurların birləşdirilməsi ilə 
yaradılmışdır. Başlıca olaraq suda üzən qaz və qu quşları  təsvir edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə