Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   2   3   4   5   6   7   8   9   10   ...   75

 
26
çaxmaqdaşı  əvvəlcədən qəlpələnərək hazırlanır və vurma səthi yaradılırdı. 
Мustye dövründən fərqli olaraq Üst Paleolit lövhələrinin qoparılması üçün zərb 
alətindən və nukleusla zərb alətinin arasına qoyulan xüsusi alətdən istifadə 
olunurdu. Araya qoyulan  vasitəçi alətlər sığın, maral və cüyür buynuzundan 
hazırlanırdı. Lövhələrin hazırlanması olduqca mürəkkəb bir proses idi. Burada 
vasitəçi alətin qalınlığı, onun nukleusun kənarından hansı  məsafədə qoyulması, 
zərbə bucağı  və  zərbənin gücü xüsusi əhəmiyyətə malik idi. Qəlpələr 
qoparıldıqdan sonra daşın nüvəsi prizmatik nukleus şəklində qalırdı. Bıçaqşəkilli 
lövhələrin uzunluğu 5-10 sm, eni 2-3 sm olurdu. Prizmatik nukleuslardan 
qoparılan lövhələr  əmək alətlərinin çeşidini artırmağa imkan verirdi. Onlardan 
müxtəlif növlü qaşovlar, kəsicilər, itiuclular, dəlici və kəsici alətlər hazırlanırdı. 
Lövhələrin hazırlanma texnikasında dəyişiklik olduğu kimi, onların sonradan 
işlənməsində  də  dəyişiklik baş vermişdi. Bu dövrdə  əmək alətlərinin 
hazırlanmasında basma retuş adlanan yeni texnikadan istifadə edilmişdir. Əmək 
alətlərinin istifadə olunma məqsədindən asılı olaraq onun ucu, yaxud yanları 
daşdan, ya da sümükdən hazırlanmış sıxac vasitəsi ilə düzəldilirdi. Sıxac vasitəsi 
ilə lövhələrin ucundan, yaxud kənarlarından pulcuqlar qoparılır, ona lazım olan 
forma verilir, onların kənarı itilənir və daha möhkəm olurdu. 
Üst Paleolit dövründə  əmək alətlərinin hazırlanmasında yeni materialdan 
istifadə edilməsi mühüm hadisələrdən biri idi. Sümükdən hazırlanmış itiuclular, 
qarpunlar, külünglər, miniatür deşikli iynələr Üst Paleolit dövründə geniş 
yayılmışdı. 
Azərbaycanın Üst Paleolit düşərgələrində aparılan qazıntılar zamanı 
yaşayış binalarının qalıqları  aşkar edilməmişdir. Araşdırmalara  əsaslanaraq 
demək olar ki, bu dövrdə mağaralarla yanaşı, qayaaltı sığınacaqlardan və qazma 
tipli evlərdən də istifadə edilmişdir. 
Üst Paleolit dövründə müəyyən arxeoloji komplekslərlə  fərqlənən 
arxeoloji mədəniyyətlər yaranır. Lakin Azərbaycanda Üst Paleolit düşərgələri az 
öyrənildiyindən onları müəyyən  ərazilər üzrə qruplaşdırmaq və vahid arxeoloji 
mədəniyyətdə birləşdirmək mümkün deyil. 
Arxeoloji araşdırmalar bu dövrdə  ağıllı insanın formalaşması prosesinin 
başa çatdığını göstərir. Ovçuluğun geniş inkişafı kişilər və qadınlar arasında 
əmək bölgüsünün yaranmasına səbəb olur. Kişilər ovla məşğul olur, qadınlar isə 
ocağı qoruyur, yığıcılıqla, paltar tikməklə, uşaqların tərbiyəsi, təsərrüfatın idarəsi 
ilə  məşğul olurdular. Bu dövrdə mühüm əhəmiyyəti olan cəhətlərdən biri də 
qəbilə daxilində nikahın istisna olunması və ekzoqamiyanın yaranmasıdır. Qrup 
nikahın xarakterik olduğu cəmiyyətdə qohumluq qadın xətti ilə aparıldığından 
qadınların cəmiyyətdə rolu artmış, qəbilə icması yaranmışdı. Qəbilələr arası 
nikah münasibətlərinin inkişafı müxtəlif qəbilələrin birləşməsinə, yeni ictimai 
təşkilatın-tayfanın yaranmasına səbəb olurdu. Tayfa bir neçə qohum qəbiləni 
birləşdirirdi. Tayfa ekzoqamiyanın nəticəsində yaransa da, lakin onun əhəmiyyəti 
yalnız qohumluq əlaqələri ilə  məhdudlaşmırdı. Tayfanın öz ərazisi və ov yeri 


 
27
olurdu. Ümumi əmək fəaliyyəti,  əmək vərdişlərinin formalaşması  və geniş 
əlaqələr sayəsində böyük mədəni birliklər yaranırdı. 
      
 
                  
Şəkil 16. Orta Şurtanın əmək alətləri(Kəlbəsər) 
 
Üst Paleolit dövründə meydana gələn nailiyyətlər sonrakı dövrlərdə 
inkişaf etdirilmiş  və günümüzədək gəlib çatmışdır. Bu dövrdə  əmək alətləri 
təkmilləşdirilmiş, geyim və  mənzil tikintisi  mənimsənilmişdi ki, bunsuz 
bəşəriyyətin gələcək inkişafını təsəvvür etmək olmazdı. 
 
 
 
 
 
                              МEZOLİT DÖVRÜ 
 
 


 
28
Təqribən 12 min il bundan əvvəl  Üst Paleolit dövrü Мezolit dövrü ilə 
əvəz olunmuşdur. Bu dövrdə buzlaqların əriməsi və havaların istiləşməsi iqlimin 
dəyişməsinə, insanların məişətində  və  təsərrüfatında müəyyən dəyişikliklərin 
yaranmasına səbəb olmuşdur. Kontinentin Avropa hissəsində buzlaqların əriməsi 
Cənubi Qafqaz və Azərbaycanda da iqlimə müəyyən təsir etmişdir. 
Azərbaycanda  Мezolit dövrü başlıca olaraq Qobustan abidələri  əsasında 
öyrənilmişdir. Bakı  şəhərindən 60 km aralıda yerləşən Böyükdaş, Kiçikdaş  və 
Cingirdaş dağlarının  ətəklərinə iri əhəngdaşı parçaları  səpələnmişdir. Dağdan 
qoparaq aşağıya doğru sürüşən daş  yığınlarının arasında bəzən qayaaltı 
sığınacaqlara rastlanır. Dağın  ətəyinə  səpələnmiş bu əhəngdaşı parçalarının 
üzərində  və  sığınacaqların divarlarında xeyli rəsmlər çəkilmişdir. Böyükdaş 
dağındakı qayaaltı sığınacaqlarda aparılan qazıntılar zamanı müəyyən olmuşdur 
ki, buradakı təsvirlər Neolit və Мezolit dövrünün sonuna aid maddi-mədəniyyət 
qalıqları ilə örtülmüşdür. Qobustan təsvirlərinin  ən qədimləri daş üzərində 
qazılmış, əlində ox və kaman tutan, bəzən isə əl-ələ tutaraq rəqs edən vəziyyətdə 
təsvir olunan siluet insan təsvirləri və  vəhşi öküzlərin kontur qravüralarından 
ibarətdir. Araşdırmalar Qobustan təsvirlərində qədim insanların totem və ovsunla 
bağlı ideoloji təsəvvürlərinin  əks olunduğunu təsdiq edir. Bu təsvirlərdə  qədim 
insanların həyat tərzi və məşğuliyyəti aydın şəkildə əks olunmuşdur. 
Qobustanda Firuz düşərgəsində aparılan tədqiqatlar zamanı  aşkar olunan 
qəbir abidələri xüsusilə maraqlıdır. Tədqiqat zamanı Firuz düşərgəsindən 12 
insan skeleti aşkar olunmuşdur. Qəbir abidələrindən aşkar olunan qədim 
insanların kəllə sümüklərinin öyrənilməsi onların müasir azərbaycanlıların ulu 
babaları olduğunu göstərmişdir. 
Arxeoloji tədqiqatlar Qobustanda çaydaşı  və  əhəngdaşıından hazırlanmış 
əmək alətlərinin üstünlük təşkil etdiyini göstərir.  Əmək alətləri həmçinin 
çaxmaqdaşı  və sümükdən hazırlanmışdır. Qobustanın  Мezolit düşərgələrindən 
çoxlu heyvan sümükləri də tapılmışdır. Tapıntılar qədim qobustanlıların 
həyatında ovçuluğun  əsas yer tutduğunu göstərir. Onlar vəhşi at, vəhşi qulan, 
vəhşi uzunqulaq, öküz, maral və başqa heyvanlar ovlamışlar.  
Damcılı mağarasından aşkar olunan, Мezolit dövrünə aid edilən  əmək 
alətləri çaxmaqdaşı  və obsidiandan hazırlanmışdır. Onlar arasında həndəsi 
formalı, gəzli, üçkünc, trapesbiçimli kəsici alətlər, bıçaqlar, isgənələr, bizlər və s. 
vardır. 
Мezolit dövrünə aid abidələrdən aşkar olunan əmək alətləri bu dövrdə 
mikrolit alətlərin istehsalı texnikasının mənimsənildiyini göstərir. Bu dövrün 
mühüm yeniliklərindən biri əmək alətlərinin hazırlanmasında qoşma texnikasının 
tətbiqi idi. Əmək alətlərinin, məsələn: xəncərin, bıçağın, nizə ucunun əsası 
ağacdan, ya da  sümükdən hazırlanır, onlarda daş lövhəcikləri keçirmək üçün 
oyuqlar açılırdı.  İti daş lövhələr həmin yarıqlara keçirilərək bərkidilirdi. 
Мikrolitlərin meydana çıxması  Мezolit dövrü üçün xarakterikdir. Onların 
ölçüləri 1-2 sm olurdu. Мikrolitlər çaxmaqdaşından, yaxud yaxşı  qəlpələnən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə