Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   67   68   69   70   71   72   73   74   75

 
220
Qafqazda apardığı araşdırmalar zamanı Azərbaycanın mis yataqlarında 135 
qədim mədən yerinin olduğunu müəyyənləşdirmişdir. A.A.İessenin Cənubi 
Qafqazda ayırdığı 5 metallurgiya rayonunun ikisi Azərbaycan ərazisindədir.  
Son Tunc dövründə Azərbaycanda metallurgiya və metalişləmə sənətinin 
yüksək inkişafı çox sayda müxtəlif formalı tunc əşyaların mövcudluğu ilə təsdiq 
olunur. Aşkar olunmuş arxeoloji materialların bir
    
                                             
  
                                 Şəkil 95. Kolanı nekropolunun bəzək əşyaları 
 
 


 
221
 
qrupunu silahlar təşkil edir. Silahlar balta, xəncər, nizə ucları, ox ucları, tunc 
yabalardan ibarət müxtəlif qruplara bölünür.  
           Arxeoloji  abidələrdən aşkar olunmuş tunc tapıntıların  əksəriyyəti bəzək 
əşyalarından ibarətdir. Onları baş, sinə, bel, qol və ayaq bəzəkləri kimi müxtəlif 
qruplara bölmək olar. Baş  bəzəkləri dingələr, dairəvi lövhələr, sırğalar, saç 
boruları və asmalardan ibarətdir. 
 
 
 
 
 
                                  Şəkil 96. Kolanı nekropolu. Bəzək əşyaları  
 
 
 


 
222
Tədqiqatçı K.X.Kuşnaryeva tökmə qolbaqları yalnız bəzək  əşyası kimi 
qəbul etməyərək, göstərir ki, onlardan, həmçinin «pul vahidi» kimi də istifadə 
edilmişdir. Onların çəkiləri müxtəlifdir. Dvindən tapılmış qolbaqlar 617 və 636 
qram, Qərbi Azərbaycanda Lalvar abidəsindən tapılan 8 ədəd qolbağın hər biri 
560 qramdır. 
 
 
 
                  Şəkil 97. Xocalı-Gədəbəy mədəniyyətinə aid tunc əşyalar 
 
 
Xocalı-Gədəbəy mədəniyyəti abidələrindən aşkar olunan tunc kəmərlər 
yüksək sənətkarlıqla hazırlanmaları ilə  fərqlənir. Xocalı  və  Мingəçevirdən 
tapılan belə kəmərlərin bəzəmə motivi zəngindir. 
Tuncdan hazırlanmış bəzək əşyalarının bir qrupu muncuqlardan ibarətdir. 
Forma etibarı ilə onlar şarşəkilli və silindrikdir. Bundan başqa qızıl, qalay və 
dəmirdən hazırlanmış muncuqlara da rast gəlinir. 
Bu dövrdə  bəzək  əşyalarının çoxluğu, onların mürəkkəb konfiqurasiyası 
bəzək  əşyalarının hazırlanması ilə  məşğul olan xüsusi sənətkarların mövcud 
olduğunu göstərir. Ümumiyyətlə, bu dövrdə metal istehsalının artması  və 
şaxələnməsi metalişləmə  sənətinin müəyyən sahələr üzrə ixtisaslaşmasını  tələb 
edirdi. Belə ixtisaslaşma olmadan, yüksək keyfiyyətli məhsul istehsal etmək 
mümkün deyildir. Aşkar olunan arxeoloji materiallar Son Tunc dövründə tunc 
metalurgiyasının ən yüksək inkişaf dövrü keçirdiyini göstərir. 
Son Tunc dövrü mədəniyyətlərinin mənşəyi və xronologiyası. Qeyd 
olunduğu kimi, Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti boz 
və qara rəngli keramikanın geniş yayılması ilə xarakterizə edilir. Bu dövrdə boz 


 
223
rəngli keramika Orta Tunc dövründə boyalı qabların hegemon olduğu cənub 
rayonlarına da yayılaraq, üstünlük təşkil edir. Vaxtilə, Şimal-Qərbi İran (Cənubi 
Azərbaycan) və Azərbaycanda boz rəngli keramikanın yayılması irandilli 
əhalinin yayılması ilə bağlanmışdır. Lakin boz rəngli keramikanın yerli 
köklərinin olduğunu nəzərə alan bəzi tədqiqatçılar bu fikirdən imtina etmiş və öz 
fikirlərini yeni dəlillərlə isbat etməyə çalışmışlar. Bu baxımdan 
М.N.Poqrebovanın fikri diqqətəlayiqdir. O, Gəncəçay rayonunda at dəfnləri, 
ağac konstruksiyalar və yandırma adəti ilə  fərqlənən kiçik bir qrup abidəni 
ayıraraq, onları irandillilərlə bağlamışdır. Daha sonra, o, belə bir fikir irəli 
sürmüşdür ki, irandilli əhali Azərbaycanda uzun müddət qalaraq yerli əhalinin 
mədəniyyətini qəbul etmiş və onu özü ilə Şimal-Qərbi İrana aparmışdır. 
М.N.Poqrebovanın nəzəriyyəsi düzgün olsa belə, onun öz fikirlərindən 
göründüyü kimi, kiçik bir qrup yerli əhalinin mədəniyyətinə  təsir etməmiş, 
əksinə, onun mədəniyyətini qəbul etmişdir. Digər tərəfdən Gəncəçay rayonunun 
sözü gedən abidələri kompleks halda nəzərdən keçirilməmişdir. Ümumiyyətlə, 
Azərbaycanla qonşu olan şimal ərazilərə müəyyən əhali qrupunun gəldiyini qəbul 
etmək mümkündürsə də söylənməlidir ki, bu əhali qrupu yerli əhali ilə qarışaraq 
assimilyasiya olunmuşdur.  Əksinə, bəzi tədqiqatçıların gəlmə  əhalinin yalnız 
irandillilər olduğu və yerli əhalinin irandilliləşdirilməsi haqqında fikirləri doğru 
deyildir. 
Xəzərin cənubunda yerləşən bir qrup abidənin  Şərqi Zaqafqaziya ilə 
bilavasitə bağlı olması haqqında  М.N.Poqrebovanın irəli sürdüyü fikirlər də 
doğru deyil. Çünki, М.N.Poqrebovanın özünün də qeyd etdiyi kimi, bu iki 
regionun maddi-mədəniyyəti, tamamilə bir-birindən fərqlənir və söhbət yalnız 
müəyyən iqtisadi-mədəni əlaqələrin mövcudluğundan gedə bilər. 
М.A.Hüseynova Son Tunc və Erkən Dəmir dövründə  dəfn adətinə, 
keramikanın xarakterinə və coğrafi mövqeyinə görə fərqlənən üç qrupun olduğu-
nu göstərmiş  və bunların müəyyən etnik qruplarla bağlılığını qeyd etmişdir. O, 
bu etnik qruplar içərisində xurritlərin üstünlük təşkil etdiyini göstərmişdir. 
Qeyd edək ki, Azərbaycan  ərazisində  qədim dövrdə yayılan tayfaların 
etnik mənsubiyyəti ilə bağlı irəli sürülən fikirlərdə xeyli subyektivlik vardır. 
R.Qasımovanın apardığı araşdırmalar təsdiq edir ki, Мezolit dövründən 
başlayaraq Son Tunc dövrünədək Azərbaycanda yaşayan  əhali aborigenlərdən 
ibarət olmuşdur. Azərbaycan əhalisi, əsasən, Azərbaycan türklərinin antropoloji 
tipini təmsil edən kaspi tipindən ibarət olmuşdur. 
Fikrimizcə, Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda yayılan 
arxeoloji mədəniyyət, bilavasitə, Kür-Araz mədəniyyətinin davamıdır. Bu 
məsələnin öyrənilməsi xüsusi araşdırma tələb etsə  də,  əldə olan faktlar, lazımi 
nəticələr çıxarmaq üçün yetərlidir. Hər  şeydən  əvvəl Son Tunc dövrü 
keramikasının forması  və hazırlanma texnikası, bir çox hallarda Kür-Araz 
mədəniyyəti keramikasına bənzəməkdədir. Digər tərəfdən, yuxarıda qeyd edildiyi 
kimi, Orta Tunc dövründə Azərbaycanın cənub rayonlarında boyalı qabların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə