Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   67   68   69   70   71   72   73   74   75

 
226
keramika Ön Asiya abidələrində e.ə. XVI-XV əsrlərdə meydana gəlir. Onların 
bəzisi ağ pasta ilə örtülmüşdür.  Şərqi Gürcüstanda bu tip keramikanın ortaya 
çıxması e.ə. II minilliyin ortalarına aiddir. 
Мingəçevir və Qazaxbəylidən  əldə edilən, tiyəsinin ortasında iki deşiyi 
olan tunc xəncərlər Xocalı-Gədəbəy mədəniyyətinin ilk mərhələsinə- e.ə. XIV-
XIII əsrlərə aid edilir. 
Xocalı-Gədəbəy mədəniyyətinin ikinci dövrü e.ə. XII-XI əsrlərlə 
tarixləndirilir. Bu dövrə Araçadzor, Axmaxi, Ballıqaya, Qarabulaq kurqanları, 
Gədəbəy daş qutularının bir qrupu daxildir. М.A.Hüseynova bu dövrə aid dörd 
keramika tipi müəyyən etmiş  və onların üçünün yerli zəmin  əsasında inkişaf 
etdiyini göstərmişdir. Qarabağ  və  Gədəbəy zonasının abidələri ikinci qrup 
keramikanın üstünlük təşkil etməsi ilə  fərqlənir. Bu dövrə aid Gəncəçay 
abidələrində  ağ inkrustasiyalı keramika üstünlük  təşkil etməkdə davam edir. 
Gillikdağ və Lüləlidə ağ inkrustasiyalı keramikanın əvvəlki dövrə nisbətən xeyli 
sadələşdiyi nəzərə çarpır. 
Bu dövrə aid abidələrdən aşkar edilmiş konusvari başlığı olan yastı tiyəli 
xəncərlər e.ə. XIII-XII əsrlərə aid edilmişdir. 
Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri 
əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup 
keramikanın mövcudluğu ilə xarakterizə edilir. Lakin bu dövrdə, ikinci qrupa 
daxil olan keramikada ağ inkrustasiyalı  bəzəmələr meydana çıxır. Bu dövrə, 
həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir. 
Naxçıvan ərazisində aşkar olunan Xocalı-Gədəbəy tipli arxeoloji abidələr 
e.ə. II minilliyin sonu, I minilliyin əvvəlləri ilə tarixləndirilmişdir. Onlar daş qutu 
qəbirlərlə, kollektiv dəfn adəti ilə, boz rəngli keramika və zəngin tunc əşyalarla 
xarakterizə edilirlər. Abidələrin tarixləndirilməsi üçün, başlıca olaraq, keramika 
məmulatı, bəzən isə konusvari başlıqları olan tunc xəncərlər əsas tutulmuşdur. 
Qeyd olunduğu kimi, Naxçıvanın ikinci qrup arxeoloji abidələri üçün 
boyalı qablar xarakterikdir. Şahtaxtı, Yurdçu daş qutuları, Qızılburun və Culfa 
nekropolları belə abidələrdəndir. Bu abidələr onlar üçün xarektirik olan gil 
məmulatı  və tunc əşyalarla birlikdə e.ə. XIV-XI əsrlərə aid edilir. Bu 
komplekslərin tarixləndirilməsi üçün çaynik və  qədəh tipli qablardan, həmçinin 
digər diaqnostik nümunələrdən istifadə edilmişdir. Bu baxımdan, yanları hər iki 
tərəfdən içəri batıq olan kasalar diqqətəlayiqdir. Gövdəsinin hər tərəfi bəzəməli 
olan bu tip qablar yalnız Son Tunc dövrü abidələri üçün xarakterikdir. 
Naxçıvanın Son Tunc dövrü abidələrinin tarixləndirilməsi üçün dəqiq 
stratiqrafiya verən I və II Kültəpə kimi yaşayış yerlərinin mühüm əhəmiyyəti 
vardır. Bu abidələrin stratiqrafiyası Son Tunc dövrünü e.ə. II minilliyin ikinci 
yarısına aid etməyə imkan verir. Hər iki yaşayış yerinin Son Tunc və Erkən 
Dəmir dövrünə aid üst təbəqəsində Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik 
olan keramika meydana çıxır. V.H.Əliyev bu keramikanın ortaya çıxmasını e.ə. 
XIV əsrə aid edir. 


 
227
Cənubi Qafqazda, o cümlədən Naxçıvanda meydana çıxan müdafiə 
tikintilərinin bir qisminin tarixləndirilməsi mübahisəlidir. Bu abidələrin 
bəzisində, məsələn Qazançı qalasında Orta Tunc dövrünə aid boyalı qabların 
tapılması ilə bağlı olaraq bir qrup tədqiqatçı onları Orta Tunc dövrünə aid 
etmişdir. Lakin Naxçıvanın bu tip arxeoloji abidələrində geniş  tədqiqatlar 
aparılmamışdır.  Мəlum olduğu kimi, Azərbaycan  ərazisində yayılan siklop 
tikintiləri tədqiqatçılar tərəfindən e.ə. II minilliyin sonu, I minilliyin əvvəli ilə 
tarixləndirilmişdir. Bu tikintilərin xarakterik cəhəti onların bərkidici məhlul 
olmadan tikilməsidir. Bu xüsusiyyət Naxçıvan abidələrində  də izlənməkdədir. 
Fikrimizcə, Naxçıvanda qala tipli müdafiə tikintilərinin meydana gəlməsi 
Azərbaycanın digər analoji abidələri ilə həmdövrdür. Bu baxımdan, Çalxanqala, 
Qazançı qalası, Vayxır qalasının qala divarlarının tikilməsi tarixini e.ə. II 
minilliyin ortalarına və ikinci yarısına aid etmək olar. Oğlanqala yaşayış yerində 
aparılan qazıntılar buradakı müdafiə tikintilərinin e.ə. IX əsrdən qədimə 
getmədiyini göstərir. 
Ümumiyyətlə, aparılan araşdırmalar nəticəsində, Azərbaycanda Son Tunc 
dövrünü e.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirən tədqiqatçılar arasında fikir 
birliyinin olduğu bəlli olur. 
İctimai quruluş, mədəni  əlaqələr, inamlar.  Yuxarıda deyildiyi kimi
Azərbaycanda sinifli cəmiyyətin formalaşması  İlk Tunc dövrünə aiddir. Qeyd 
etmək istərdik ki, Azərbaycanın cənub rayonlarında sinifli cəmiyyətin tez 
yaranması,  şimal rayonlarda isə gecikməsi haqqında arxeoloji və tarixi 
ədəbiyyatda mövcud olan fikir, bizcə, doğru deyil. Çünki, Tunc dövrünün 
arxeoloji abidələrinin öyrənilməsi göstərir ki, nəinki Tunc, hətta Eneolit dövrün-
dən başlayaraq Azərbaycanın  şimalında və  cənubunda yaşayan tayfalar eyni 
iqtisadi, siyasi quruluşa malik olmuşdur.  
Son Tunc və Erkən Dəmir dövründə iqtisadiyyatın ahəngdar inkişafı, 
sinifli cəmiyyətdə mövcud olan sosial ziddiyyətləri və  bərabərsizliyi daha da 
artırmışdır. Arxeoloji abidələrin tədqiqi bu dövrdə köçəri və yarımköçəri 
maldarlığın surətlə inkişaf etdiyini göstərir.  Şübhəsiz ki, maldarlığın inkişafı 
əmlak bərabərsizliyini gücləndirmiş  və  sənətkarlığın inkişaf etməsinə  səbəb 
olmuşdur. Təsadüfi deyil ki, bu dövrdə metallurgiya və metalişləmə  sənəti 
əvvəlki dövrlərə nisbətən yüksək inkişafı  və çoxsahəli xarakterdə olması ilə 
fərqlənir. 
Cəmiyyətdə meydana gələn bu dəyişikliklər, hər  şeydən  əvvəl arxeoloji 
abidələrin arxitekturası  və topoqrafiyasında da özünü göstərmişdir. E.ə. II 
minilliyin sonu, I minilliyin əvvəli ilə tarixləndirilən siklop tikintilər, məhz belə 
abidələrdəndir. Yuxarıda qeyd olunduğu kimi, onların tədqiqi, bu abidələrdən üç 
məqsədlə-daimi yaşayış, mühafizə və heyvanların qorunması məqsədi ilə istifadə 
olunduğunu göstərir. Bu dövrdə tayfalarının  ətrafı möhkəmləndirilmiş yaşayış 
yerlərində yaşamasına baxmayaraq, güclü basqınlar zamanı  əlçatmaz dağlarda 
inşa edilən qalalara da ehtiyac duymuşlar. Bu qalalardan yalnız düşmən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə