Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

 
29
digər daşlardan xüsusi sıxaclar vasitəsi ilə qoparılırdı. Мikrolitlər həndəsi formalı 
olurdular.  Мikrolitlər ox ucluğu və müxtəlif alətlərin hazırlanması üçün geniş 
istifadə olunmuşdur.  Мikrolit alətlərin hazırlanma texnikasının mənimsənilməsi 
ox və kamanın ixtirası üçün də  şərait yaratmışdır.  Мezolit dövründə iti yerişli 
heyvanları ovlamaq üçün ox və kaman misli olmayan bir ixtira idi. Ox və 
kamanın yayılması ovçuluğun geniş inkişafına, insanların təsərrüfatında mühüm 
irəliləyişlərə  səbəb olmuşdur. Tədricən yığıcılıq və ovçuluq kimi mənimsəmə 
təsərrüfatından istehsal təsərrüfatına-  əkinçilik və maldarlığa keçidin əsası 
qoyulmuşdur.  Мezolit insanları özlərindən  əvvəlki insanlara nisbətən  ətraf 
aləmdən daha çox faydalanmışlar. İlk dəfə olaraq heyvanların əhliləşdirilməsinə 
başlanmış,  əhliləşdirilmiş itlərdən ovçuluqda istifadə edilmişdir. Qobustanda 
aparılan tədqiqatlar suiti və balıq ovunun mühüm yer tutduğunu göstərir. 
 
 
 
 
                                   Şəkil 17. Qobustan qaya təsvirləri 
 
 
 
 
 
 
 
 
 
                               NEOLİT DÖVRÜ 
 
 
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VII-VI minilliklərdə Мezolit dövrü 
Neolit dövrü ilə  əvəz olunmuşdur.  Əgər daş dövrünün əvvəlki mərhələlərinin 


 
30
müəyyən olunmasında daşın işlənməsi texnikası  əsas götürülürdüsə, Neolitdə 
bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. 
Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız Neolit 
və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə 
Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Anazağa, Firuz, 
Böyükdağ), Naxçıvan Kültəpəsində, Xanlar, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı 
Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi 
bu dövrdə    insanların açıq düşərgələrdə  məskən saldığını, oturaq həyat 
keçirdiyini göstərir. Yaşayış yerlərinin  əkinçilik və maldarlıq üçün əlverişli 
mövqelərdə yerləşməsi istehsal təsərrüfatının formalaşması ilə bağlı olmuşdur. 
Qobustandan aşkar olunan toxayabənzər alətlər, sürtgəclər, oraq dişi kimi istifadə 
olunan mikrolit lövhələr istehsal təsərrüfatının  əsas sahələrindən biri olan 
əkinçiliyin inkişafından xəbər verir. Qədim qobustanlılar toxaları başlıca olaraq 
çay daşlarından hazırlamışlar. Onlar düşərgəyə gətirdikləri yastı uzunsov, bir ucu 
enli daşları hər iki üzdən qəlpələr qoparmaqla işləmişlər. Əmək alətlərinin işlək 
tərəfi istifadə  nəticəsində cilalanmışdır. Sürtkəc və  dən daşlarının tapılması, 
nəinki dənli bitkilərin  əkildiyini, həm də onların yaşayış yerlərində emal 
edildiyini deməyə əsas verir. Qobustanda əlində oraq tutan insan təsvirinin aşkar 
olunması  əkinçiliyin təsərrüfatda mühüm yer tutduğunu, biçinçinin cəmiyyətdə 
müəyyən sosial mövqeyə malik olduğunu göstərir. Təsərrüfatın müəyyən 
sahəsini təşkil edən balıq ovunda qayıqlardan istifadə edilmişdir. Qayıqlar 
ağacların içərisinin oyulması ilə və ya  qamışdan hazırlanmışdır. 
Əmək alətlərinin tipoloji analizi göstərir ki, mikrolitlərin bir qismindən 
ovçuluq və balıqçılıqda istifadə olunan silahlar hazırlanmışdır. Bu məqsədlə nizə 
ucları  və qarpunlardan da istifadə olunmuşdur.  Şübhəsiz ki, sahilboyu ərazidə 
yaşayan qobustanlıların təsərrüfatında balıqçılıq mühüm yer tutmuşdur. 
Qobustan abidələrinin tədqiqində  İ.М.Cəfərzadənin, C.N.Rüstəmovun, 
F.М.Мuradovanın və digər alimlərimizin mühüm xidmətləri olmuşdur. 
C.Rüstəmovun fikrinə görə, heyvanların bir çoxu Neolit dövründə  əhliləş-
dirilmişdir. Heyvanların  əhliləşdirilməsi istehsal təsərrüfatının mühüm sahə-
lərindən biri olan heyvandarlığın inkişafının əsasını təşkil etmişdir. 
Neolit dövrünün ən mühüm yeniliklərindən biri dulusçuluq və toxu-
culuğun meydana gəlməsidir. Qobustan və I Kültəpədən aşkar olunan keramika 
nümunələri gil qablarının hörmə üsulu ilə hazırlandığını  və olduqca kobud 
olduğunu göstərir. 
Neolit dövründə  əvvəlki texniki üsullardan da istifadə edilmişdir. Qəlpə-
ləmə  və  sıxma retuş bu dövrdə  əmək alətlərinin hazırlanmasında mühüm rol 
oynamışdır. Bu dövrdə insanlar daşın deşilməsi və cilalanması texnikasına 
yiyələnmişlər ki, bu da təsərrüfatda və  məişətdə mühüm yeniliklərə  səbəb 
olmuşdur. Daş alət  əvvəlcə  qəlpələnir, ona lazımi forma verilir, sıxma retuşla 
işlənir və cilalanırdı. Cilalanmış və deşik açılmış daş baltalardan ağac emalında 
istifadə olunmuşdur ki, bu da mənzillərin tikilməsini təkmilləşdirməyə imkan 


 
31
vermişdir. I Kültəpənin Neolit təbəqəsindən aşkar olunan tikinti qalıqları bu 
dövrdə dördkünc formalı, yerüstü mənzillərin tikintisinin mənimsənildiyini 
deməyə əsas verir. I Kültəpə evləri başlıca olaraq möhrədən tikilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                              ENEOLİT DÖVRÜ 
 
 
Eneolit dövrü e.ə. VI-IV minillikləri  əhatə edir. Bu dövrdə mis emalının 
və metalişləmənin  əsası qoyulmuşdur. Azərbaycanın mis yataqları ilə  zəngin 
olması  və bu ərazidə mis külçəsinə rastlanması mis emalının erkən meydana 
gəlməsi və inkişafı üçün şərait yaratmışdır. Eneolit dövründə iqtisadiyyatın 
inkişafı  əhali artımına səbəb olmuş, yaşayış üçün əlverişli olan yeni ərazilər 
məskunlaşdırılmışdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə