Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə54/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   46   47   48   49   50   51   52   53   54

 
181
monoloqdan, dialoqdan və poliloqdan istifadə edilir. Bəzən isə məruzələr, m
ühazirələr, çıxışlar, hətta bədii 
əsərlər (pyeslər, dram əsərləri) yaz
ılı şəkildə verilməsinə baxmayaraq, xalqa, kütləyə daha yaxşı çatdırılmaq 
üçün şifahi şəkildə təqdim olunur. Çünki yazılı nitqin imkanları məhduddur. 
b)  fadə nizam
ına görə də nitq yenə də iki cür olur:  
1. Mənsur nitq və ya nəşr şəklində ifadə olunan nitq; 
2. Mənzum nitq və ya nəzm şəklində ifadə olunan nitq. 
Nəsrlə ifadə olunan nitq roman, povest, n
övella, məqalə, oçerk, reportaj, nağıl, dastan və s. şəklində ola 
bilər. 
Nəzm  əsərlərində  isə  heca,  ahəngdarl
ıq,  qafiyə,  şerin  təqti  forması  və  s.  əsas  götürülür.  Mənzum  nitq 
nizama sal
ınmış nitqdir, burada kənara çıxmaq mümkün olmur. Nəsr də, nəzm də, həm yazılı, həm də şifahi 
ola bilir. Lakin son d
övrlərdə yazılı mənzum nitq yalnız bədii ədəbiyyatda işlədilir. Əvvəllər isə bu nitqdən 
riyaziyyat, fəlsəfə, qrammatika və hətta l
üğətlərin yazılmasında istifadə olunur. 
Onu da qeyd edək ki, hər bir şəxsin xarakteri, ağl
ı, dünyagörüşü, düşünmə qabiliyyəti müxtəlif olduğu 
kimi, nitqi də başqalar
ından fərqlənir. Bu fərq isə fərdi üslubların yaranmasına səbəb olur. 
 
 
ДАНЫШЫГ ЕТИКАСЫ  ВЯ НИТГ ЕТИКЕТЛЯРИ 
 
fadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam, 
səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər 
rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret 
resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin 
dilin  müqəddəsliyini  qorumaq,  onun  ədəbi  dil  kimi  daha  da  püxtələşməsi  və  səlisləşməsi  naminə  yazıda  və  nitq 
prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək 
hamının şərəfli vəzifəsidir. 
Məlum olduğu kimi, insanlara məxsus ümumi mədəniyyət müxtəlif komponentlərin məcmusundan ibarətdir. 
Mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biri də nitq mədəniyyətidir. Biz nitq mədəniyyəti anlayışına 


 
182
danışıq  mədəniyyəti  ilə  yanaşı,  yazı  mədəniyyətini  də  daxil  edirik.  Əgər  hər  hansı  bir  şəxs  öz  fikrini  nitq 
mədəniyyətinin  yuxarıda  sadalanan  on  bir  komponentinin  dialektik  vəhdəti  əsasında  ifadə  edə  bilmirsə,  həmin 
şə
xsin özünü mədəni adam adlandırmağa heç bir mənəvi haqqı yoxdur. 
Hər bir xalqın cəmiyyət üzvləri arasındakı müraciət etiketləri həmin xalqın ümumi mədəniyyətinin bir 
hissəsidir. 
nsanlar arasındakı ünsiyyət bir-birinə müraciətdən başlanır. Müraciət forması isə müraciət edənlə müraciət 
olunan arasındakı münasibətdən asılıdır. Hətta bu asılılıq o dərəcədədir ki, ünsiyyətin başlanması və inkişafı 
müraciətlə müəyyənləşir. 
Mədəni nitqin etiketləri 
Adamlar  onları  əhatə  edənlərlə  ünsiyyətdə  müxtəlif    məqsədlərlə  əksəriyyətin  işlətdiyi  bir  sıra  ifadələrdən 
istifadə edirlər ki, onların böyük bir qismini mədəni  danışığın etiketləri təşkil edir. Vaxtilə monarx saraylarında, 
diplomatik  dairələrdə  və  s.  davranış  qaydaları  “etiket”  adlanırdı.  Hal-hazırda  hər  hansı  bir  cəmiyyətdə  qəbul  
edilmiş  davranış  və  nəzakət  formalarına  da  “etiket”  deyilir.  Xalqımızın  milli  təfəkkürünə,  etnoqrafiyasına, 
ə
nənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat 
yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. 
Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn 
rəngarəng ifadələr tez-tez işlədilir. 
Elmi  dilçilikdə  sözün  bir  neçə  vəzifəsi  olduğu  göstərilir:  a)  adlandırma  (nominativ);  b)  ünsiyyət 
(kommunikativ); v) müraciət (apelyativ). 
Öz tarixi inkişafına görə müraciət növlərini belə qruplaşdırmaq olar: a) ailə-qəbilə daxilində müraciətlər; b)  
xalq dilində müraciətlər, milli dildə müraciətlər. 
Nitqlə
  ünsiyyətə  başlamazdan  əvvəl  natiq  müraciət  etiketlərindən  istifadə  edir.  Bunu  nəzərə  alaraq, 
ümumiyyətlə, Azərbaycan dilinin ədəbi müraciət, danışıq etiketləri haqqında bir neçə söz demək lazım gəlir: 
1.
  Kömək etmək, qulluq göstərmək məqsədilə:  cazə verin kömək edim; 


 
183
Siz  əziyyət  çəkməyin,  bunu  mən  edərəm;  Qulluğunda  olum;  Sizə  kömək  etmək  lazımdır?;  Köməyə  ehtiyacınız 
varmı?;  Mən  sizi  eşidirəm;  Cavab  verməyə  tələsməyin,  bir  qədər  fikirləşin;  Sizi  narahat  edən  nədir?;  Sizə  nə 
kömək edə bilərəm?; Nə buyurursunuz? və s. 
 
2.
 
ş
  gördürmək,  soruşmaq,  üzrxahlıq  etmək  məqsədilə:  nciməyin,
 
sizə  zəhmət  verəcəyəm;  əgər  mümkünsə
zəhmət olmasa; Buyruq olmasın; vaxtınız varsa; imkanınız olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirə
danışın;  Lütfən söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.   
3.
  Məmnun  olmaq  məqamında:  Razıyam;  Etiraz  etmirəm;  Sizinlə  şərikəm;  Xoşuma  gəlir;  Çox  şadam; 
Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş üstə; göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim 
üçün böyük şərəfdir; Allah köməyin olsun; Tanrı sənə yar olsun. 
4.
  Etiraz etmək, razılıq verməmək məqamında: Bu, məni təmin etmir;
 
Etirazımı bildirirəm; Etiraz edirəm; Sizin 
fikrinizlə  şərik  deyiləm;  Mən  başqa  cür  düşünürəm;  Bağışlayın,  bu  məsələdə  sizinlə  razı  deyiləm;  Bu,  mənim 
xoşuma gəlmir; Belə etməyin; Bu, ürəyimcə deyil və s.   
5.
  Təskinlik  vermək,  razı  salmaq  məqamında:  Bir  qədər  ətraflı  düşünün;  Əsəbiləşməyin;  Darıxmayın;  cazə 
verin danışım;  mkan verin fikrimi izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, 
qismət belə imiş və s.   
6.
 
ntizama  dəvət,  məzəmmət etmə: Sizdən  bu  hərəkəti  gözləməzdim;
 
Belə hərəkət  sizə  yaraşmaz;  Siz  adınıza 
layiq  hərəkət etməlisiniz;  Danışığınıza  fikir  verin;  Allah  xatirinə  razı  olun;  Nəzakətli  olun;  Çalışın  ki,  başqaları 
sizdən razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s.   
7.
  Qarşılama məqamında: Xoş gördük; Nə gözəl təsadüf; Xoş gəlmişsiniz; Lap vaxtında gəlmişsiniz; Həmişə 
siz gələsiniz; Sizin gəlişinizə şadam; Sizi arzulayırıq; Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz var olsun və s. 
8.
  Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz; Buyurun qonağımız olun və s. 


 
184
9.
  Vidalaşma məqamında:   Sizi  səbirsizliklə  gözləyirik; Salamat qalın;
 
Zəhmət  çəkdiniz;  Sizə  əziyyət  verdik; 
Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; Allah amanında; Eviniz abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir 
daha evimizdə görsək, şad olarıq; Allah yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s.   
10.
  Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən;
 
Minnətdaram; Həşey üçün minnətdaram; 
Təşəkkür edirəm; Sizə zəhmət verdim; Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun;  Allah sizdən razı 
olsun; Allah köməyin olsun; Biz bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox 
sağ olun; Afərin, mərhaba;  Allah səni dərd-bəladan uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox 
görməsin; Qəm, kədər sizdən uzaq olsun; Səni Allah saxlasın və s.   
11.
  crası  hər  hansı  bir  səbəbdən  mümkün  olmayan  işin  müqabilində:
 
Çox    sağ  olun;  Sizə  zəhmət  verdim; 
Ə
ziyyət çəkdiniz; Nə etmək olar, siz bacardığınızı etdiniz və s. 
12.
  Arzu-istək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın;
 
Uğur  olsun;  Xoşbəxt  olun;  şiniz  avand 
olsun; Allah işinizə fərəc versin; Allah sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan; 
Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz mübarək; Yeni dərs iliniz mübarək; 
Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri 
eləsin;  Allah  imdadına  çatsın;    Ananın  südü  sənə halal  olsun;  Əlin-qolun  var  olsun;  Üzün  ağ, başın uca  olsun; 
Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah iltifatını artıq eləsin;  lahi, mərhəmətinə min şükür və s. 
13.
  Hal-əhval  tutmaq  məqamında:  Əhvalınız    necədir?  Necə  dolanırsınız?;Güzəranınız  necədir?;  Xanımınız 
necədir?; Həyat yoldaşınız necədir?; Özünüzü necə hiss edirsiniz? və s. 
14.
  Öyrənmək  məqsədilə  verilən  suala  cavab  məqamında:  Buyurun,  soruşun;  Lütfən  buyurun;  Sizə 
məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim üçün xoşdur; Bu, mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib 
sizə deyərəm; Bir dəqiqə gözləyin, öyrənim; Cavabım sizi qane etdimi? Daha nəyi bilmək istəyirsiniz?; Bağışlayın,  
bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram; Yaxşı tanımıram; Xeyr, bilmirəm. 


 
185
15.
  Əzizləmə,  yalvarış  məqsədilə:  “Canım  qurban”,  “baş  üstə”,  “Göz
 
üstə  yerin  var”,  “qurban  olum”, 
“quzum”, “sonam”, “dilbərim”, “ağrın alım”, “canım qurban”, “başına dönüm” və s. 
16.
  Danışmağa başlamaq məqamında:  cazənizlə fikrimi bildirim. Mənə söz verdiyiniz üçün minnətdaram. Məni  
dinlədiyiniz üçün təşəkkür edirəm və s. 
17.
  Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında: Bu məsələyə hazır deyiləm. Sizin fikrinizə 
şə
rikəm. Məsələ mənə aydındır. Bu barədə söhbət açmağa ehtiyac duymuram. 
18.
  Məsləhət vermək  məqamında: Bunları nəzərə alsanız, yaxşı olar. Bu, sizin xeyrinizədir. Bu, sizə başucalığı 
gətirər. Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz və s. 
19.
  Məsləhəti qəbul etmək  məqamında: Dediklərinizlə razıyam. Bunlar mənim xeyrimədir. Faydalı məsləhətiniz 
üçün çox sağ olun. Sizin bu xeyirxah məsləhətinizi heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam 
ki, dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s.   
20.
  Telefonla  danışanda;  Zəng  edəndə:  Alo,  sabahınız  (axşamınız,  hər  vaxtınız)  xeyir  olsun.  Bağışlayın,  mə
kiminlə danışıram? Sizi narahat edən Kamilədir. Bilmək istəyirəm... Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun. 
Bağışlayın,  vaxtınızı  aldım.  Deyəsən,  sizi  yordum.  Təşəkkür  edirəm.  Minnətdaram.  Zəngə  cavab  verəndə:  Alo, 
salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa bir qədər ucadan danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu 
saat çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun! 
21.
  Süfrə  etiketləri:  “Bismillah”,  “Bərəkətli  olsun”,  “Allah  bol  eləsin”,  “Nuş  olsun”,  “Buyurun”,  “Çox  sağ 
olun”. 
 
Íèòã åòèêåòëÿðè þç íîðìàëàðû äàõèëèíäÿ èíêèøàô åäèð, òÿêìèëëÿøèð. Áóýöíêö ýÿíж íÿñèë ìöðàжèÿò 
ãàéäàëàðûíà, ìöõòÿëèô õàðàêòåðëè õÿáÿðëÿðè ÷àòäûðìà, äèíëÿìÿ, ñîðóøìà, жàâàá âåðìÿ âÿ ñþùáÿòÿ ãîøóëìà 
ìÿäÿíèééÿòèíÿ äÿðèíäÿí éèéÿëÿíìÿëèäèð. Ýÿíжëÿð ùÿìèøÿëèê éàääà ñàõëàìàëûäûðëàð êè, öíñèééÿòÿ ýèðìÿê, 


 
186
èíôîðìàñèéà âåðìÿê âÿ àëìàã íèòã ìÿäÿíèééÿòèíèí, èíñàíûí öìóìè ìÿ-äÿíèééÿòèíèí òÿðêèá ùèññÿñèäèð, áóíëàðû áèëìÿê 
âÿ ðèàéÿò åòìÿê ùÿð áèð øÿõñèí áîðжóäóð. 
 


 
187
 
 
N TQ VƏRD ŞLƏR  VƏ BACARIQLARI 
 
Ünsiyyət  aktının    iştirakçılarının    vərdiş  və  bacarıqlar  sistemini  «sosial-
psixoloji  göstəricilər»,  bəzən  isə  «kommunikativ  səlahiyyətlilik»  adlandırırlar. 
Ekvivalentlik  təşkil edən bu iki anlayışın başlıca mahiyyəti ünsiyyət  prosesində 
qarşı  tərəfi duymaq, onun emosional durumuna və davranış tərzinə uyğun ünsiyyət 
formaları seçmək yolunun müəyyənləşdirilməsidir. 
Nitq  bacarığı,  yəni    insanın  öz  nitqini    sərbəst  qurması  və  onu  idarə  edə 
bilməsi  özbaşına    baş  verən  proses  deyildir.  Nitq  bacarığı  ardıcıl  şəkildə  və 
məqsədyönlü  formada,  planlı  qaydada    və  özü  də  bütün  istiqamətlərdə    inkişaf 
etdirilməlidir.  Bu  o  deməkdir  ki,  nitq  bacarıqlarının  formalaşması  da  prosesdir. 
Özü də çoxpilləli prosesdir. Bu proses məktəb skamyasından, qrammatik və leksik 
bilgilərin  qazanılmasından  başlanıb  nitq  mədəniyyəti  səviyyəsində  gerçəkləşir. 
Odur  ki,  nitq  bacarığı    linqvistik  və  ekstralinqvistik  faktorların  təsiri  altında 
formalaşan bacarıq (qabiliyyət) formasıdır. 
Beləliklə,  nitq  fəaliyyətini  bacarıqda  axtarırıqsa,  bilməliyik  ki,  hər  bir 
bacarığın  əsasında  vərdiş  və  yaxud  vərdişlər  durur.  Vərdişlər  və  bacarıqlar  
qarşılıqlı bağlılığı olan anlayışlardır. 
 
 
 


 
188
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
189
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
190
 
 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə