Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   2   3   4   5   6   7   8   9   ...   54

 
23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QRAMMAT K NORMA 
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin istər şifahi, istərsə də yazılı nitqdə düzgün 
quruluşunu tələb edir. 
1.
  Miqdar sayından sonra gələn 
isimlər  
  təkdə işlədilir. 
         Məsələn: beş tələbə  
3. Fel kökünə sıra ilə təsirlik, qrammatik  
  məna növü, sadə şəkillərin morfoloji  
  əlaməti və şəxs (xəbərlik) şəkilçiləri  
  artırılır: yaz-ış-aq 
5. Cümlədə söz sırası gözlənilir.  
  Mübtəda – təyin – tamamlıq- zərflik – 
xəbər. 
   Təyin ya əvvəldə, ya da təyin olunanın  
   yanında gəlir.  
2. Adlara (isim, sifət, say və s.) sıra ilə  
   cəm, mənsubiyyət, hal və xəbərlik  
   şəkilçiləri artırılır. 
   universitet-lər-imiz-də-dir 
4. Mübtəda ilə xəbər şəxsə və kəmiyyətə  
    görə (III şəxsin cəmi istisnadır) görə  
    uzlaşır.  
    Mən oxuyuram. Onlar gəlir (lər) 
6. Yuxarıda qeyd olunan 5 qaydaya əməl  
   edilmədikdə, sözlərin qrammatik cəhətdən 
bir- 
   biri ilə əlaqələnməsində səhvə yol verildikdə  
   qrammatik norma pozulur.  
7. Ədəbi dilin normaları uzun müddər dəyişməz, sabit qalır. Leksik  
   normada zaman keçdikcə müəyyən dəyişiklik baş verir. Fonetik və  
   qrammatik normalarda isə dəyişmə nisbətən gec olur.  


 
24
 
NAT Q N ƏMƏY  VƏ DAVRANIŞI 
 
Hər  bir  natiq  nitqini  haz
ırlayarkən  qarşısına  məqsədlər  qoyur.  Öz  şəxsi  təcrübəsindən  istifadə  edib, 
nitqini maraq doğuran məsələlər 
üzərində qurmağa çalışır. Belə ki, o, natiqlik sənətinin prinsiplərinə riayət 
etməlidir. Odur ki, natiq nitqini haz
ırlayarkən aşağıdakı prinsiplərə əməl etməlidir: 
1. Nitqin məzmunu 
2. Nitqin formas
ı 
3. Məzmun ilə forman
ın vəhdəti 
4. Məzmunun ayd
ınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi 
5. Nitqin kompoziyas
ının qurulması 
6. Ədəbi dilin normalar
ına əməl edilməsi 
7. Nitqin sadə, y
ığcam olmasının təmin edilməsi 
8. Nitqin ideyas
ının dinləyicilərə çatdırılması 
9. 
Üslub 
Natiq dilimizdə işlənən s
öz birləşmələrindən də (həm sabit, həm də sərbəst) düzgün istifadə etməlidir. Bu 
qəbildən  olan  ibarələri,  atalar  s
özlərini,  zərbi-məsəlləri,  idiomatik  ifadələri,  hikmətli  sözləri  yerli-yerində 
işlətməyi  bacarmal
ıdır.  Məsələn,  “ürəyim  ağrıyır”  əvəzinə,  “qəlbim  ağrıyır,”  “gözüm  səndən  su  içmir” 
əvəzinə, “ağl
ım səndən bir şey kəsmir”, “gözləri kəlləsinə çıxmaq” əvəzinə, “gözləri hədəqəsindən çıxdı” və s. 
kimi ifadələr d
üzgün işlədilməyəndə öz təsir qüvvəsini itirir. 
S
öz  birləşmələri  dilin  frazeologiya  şöbəsinin  tədqiqat      obyektidir.        Natiq      söz      birləşmələrinin 
n
övlərini (sabit söz birləşmələrini, sərbəst söz birləşmələrini) dərindən bilməlidir. Natiq bunu dərk etməlidir 
ki, sərbəst s
öz birləşmələrinin tərəfləri onun özü tərəfindən qurulur. Bunu dəyişə bilər. Sabit söz birləşmələri 
isə uzun bir tarixi yol ke
çib, sabitləşib. Onun tərəfləri arasına söz daxil etmək olmur. Milli ruh, adət-ənənə 
belə birləşmələrdə daha qabar
ıq özünü göstərir. Məsələn, gözüm səndən su içmir; nə baxırsan, dəvə nalbəndə 


 
25
baxan kimi; bel bağlama; s
öz almaq; dərd çəkmək; yersiz gəldi, yerli qaç; igid ölər adı qalar, namərd ölər nəyi 
qalar? ke
çmə namərd körpüsündən, qoy aparsın sellər səni; dost başa baxar, düşmən ayağa və s... 
Natiq onu da bilməlidir ki, frazeoloji s
öz birləşmələri sərbəst söz birləşmələrindən bəzi xüsusiyyətlərinə 
g
örə ciddi şəkildə fərqlənir. Məsələn, sabit söz birləşmələri dildə hazır birləşmə kimi işlədilir, buradakı sözlər 
m
üstəqil mənaya  malik  olmur, hamısı birlikdə  bir  sual  tələb  edir.  Sabit  söz  birləşmələri özü  də sərbəst  söz 
birləşmələrindən əmələ gəlir. Sabit s
öz birləşmələri bitkinliyə malik olmur. Sərbəst birləşmələr isə bitkinliyə 
malik olur, tərəfləri m
üstəqil olur, ayrılıqda sual tələb edir, müəyyən ehtiyacla əlaqədar işlədilir və s. 
Dilimizdə işlənən frazeoloji vahidlər həm 
çoxmənalı, həm omonim, həm sinonim, həm də antonim ola 
bilər. Frazeoloji vahidlər dildəki obrazl
ılığı, effekti, təsir qüvvəsini artırmaq üçün müəyyən üslubi çalarlıqlar, 
rənglər yarad
ır. Məsələn, 
 
Mən aş
ıq qız alanda,  
Yanağ
ın qızaranda, 
Oğlan murada 
çatar  
Toy tutub q
ız alanda 
  
və yaxud, 
 
Ay doland
ı, il dolandı,  
Hicran odu alovland
ı,  
Dost-aşna, qohum-qardaş  
Zərnigara 
çəkərdi baş. 
(S.Vurğun) 
 
Sabit birləşmələr həm də bədii təsvir vasitələri ilə işlənə bilir, s
özlərin məna qüvvəsini, təsirini artırır. 


 
26
Nitq prosesində  diskussiya və polemika da m
ühüm  rol oynayır. Hər  hansı  bir  problemə, hadisəyə  aid 
həqiqi fikrin meydana 
çıxmasında mübahisədən istifadə edilir. Diskussiya nisbətən geniş şəkildə dinləyicilərlə 
apar
ılan  fikir  mübadiləsidir.  Diskussiya  müəyyən  ədəbi  cərəyanın  nümayəndələri  arasında,  kiçik  idarə  və 
m
üəssisələr  arasında,  müəyyən  siyasi  partiyalar  arasında,  müxalifətlə  iqtidar  arasında  aparıla  bilər.  Hətta 
m
üəyyən bir kitabın, elmi məqalənin müzakirəsi də diskussiya xarakteri daşıya bilər. 
Polemika  isə  natiqlik  sənətində  bar
ışmaz  mövqe  anlayışını  ifadə  edir.  Yəni  burada  tərəflər  öz  fikrini, 
konsepsiyas
ını əks tərəfə qəbul etdirməyə çalışır. Bu, əlbəttə, zorla, güclə deyil, müəyyən inandırma yolu ilə, 
s
übutla,  faktlarla  həyata  keçirilməlidir.  Məsələn,  ulu  öndərimiz  Heydər  Əliyevin    xalq  yazıçısı  Hüseyn 
Abbaszadə ilə apard
ığı polemikanın bir hissəsini nəzərdən keçirək. Bu polemika dilimizin necə adlanması ilə 
əlaqədar apar
ılır. 
Heydər Əliyev: - H
üseyn müəllim, o vaxt sən yazdın ki, türk dili olsun? 
H.Abbaszadə: - Yox, Azərbaycan dili.  
Heydər Əliyev: - Bəs niyə yazmad
ın? 
H.Abbaszadə: - O vaxt «t
ürk dili» deyənin dilini boğazından çıxarırdılar (gülüş). 
Heydər Əliyev: - 
Çıxaraydılar da, nə olar, yazaydın da... 
Sonra həmin polemika aşağ
ıdakı şəkildə davam etdi: 
Heydər  Əliyev:  -  Amma  bilirsən  nə  var?..  O  vaxtlar  biz  əməkdaşl
ıq  eləyirdik  və  keçən  dəfə  də  mən 
dedim, «Azərbaycan dili» yazmaq 
üçün mən nə qədər mübarizə apardım. Amma, mən açıq üzünüzə deyirəm, 
ham
ınıza, senə də deyirəm, Bəxtiyar müəllimə də deyirəm, biriniz də o vaxt mənə gəlib demədiniz ki, «türk 
dili» yazmaq laz
ımdır? 
H.Abbaszadə: - D
üzdür. 
Heydər Əliyev: - He
ç biriniz deməmişdiniz. 
H.Abbaszadə: - O vaxt qorxurduq deməyə. 
Heydər  Əliyev:  -  «Azərbaycan  dili»  demişdilər,  onu  demişdilər,  amma,  «t
ürk  dili»  deməmişdilər»... 
(“Azərbaycan” qəzeti 10 noyabr, 1995-ci il). 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə