136
Íèòãèí ìöíàñèáëèéè ö÷öí ìèñàëëàð âÿ ñèòàòëàð åëÿ ñå÷èëìÿëèäèð êè, êîíêðåò äèë ñèòóàñèéàëàðûíûí, ÿäÿáè
öñëóáëàðûí, çÿðóðè ñþç âÿ èôàäÿëÿðèí èøëÿäèëìÿ ãàíóíàóéüóíëóüó íÿçÿðÿ àëûíñûí.
Íèòãèí ìöíàñèáëèéèíè øÿðòëÿíäèðÿí àìèëëÿð è÷ÿðèñèíäÿ àøàüûäàêûëàð äàùà þíÿìëèäèð: 1) Ìþâçóíóí (ôèêðèí)
ìÿçìóíóíà óéüóí äèë ìàòåðèàëûíûí ñå÷èëìÿñè; 2) Äèë âàñèòÿëÿðèíèí íèòãèí ìÿãàì âÿ øÿðàèòèíÿ óéüóíëóüó; 3) Íèòã
öñëóáóíäàí àñûëû îëàðàã äèë âàñèòÿëÿðèíèí ìÿãñÿäÿóéüóíëóüó; 4) Äèë ìàòåðèàëûíûí íàòèãèí øÿõñèééÿòèíÿ, éàøûíà,
ñàâàäûíà, äöíéàýþðöøöíÿ, ñÿíÿòèíÿ óéüóíëóüó.
N TQ N RAB TƏL L Y . Íèòã ïðîñåñèíäÿ ÿýÿð ñþçëÿð éåðëè-éåðèíäÿäèðñÿ, cöìëÿëÿð äöçýöí ãóðóëìóøñà,
ìþâçó ðàáèòÿëè, ÿëàãÿëè øÿêèëäÿ øÿðù îëóíóðñà, äåìÿëè, èíôîðìàñèéà âåðÿí èôàäÿ åòäèéè ôèêðè éàõøû áèëèð, îíóí
ìàùèééÿòèíè ùÿðòÿðÿôëè äÿðê åäèð. Áu âàõò ùàäèñÿíèí, ôàêòûí èçàùîëóíìà àðäûcûëëûüû ìÿíòèãÿ ÿñàñëàíûð.
Öìóìèééÿòëÿ, àðäûcûëëûãëà øÿðù îëóíàí ìàòåðèàë éàõøû àíëàøûëûð, ìÿíèìñÿíèëèð.
Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını
gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu
özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir:
1. Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini –haqqında danışacağı (və ya
yazacağı) əşyanı, hadisəni, əhvalatı və s.-ni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər
şə
rhçi beynəlxalq aləmdə baş verən hadisəni, onu doğuran səbəbləri özü yaxşı bilmir, aydın təsəvvür etmirsə,
həmin hadisənin nə ilə nəticələnəcəyi proqnozunu verə bilmirsə, onun söhbəti, şübhəsiz ki, dinləyici üçün
qənaətləndirici ola bilməz. Başqa bir misal. Əgər müəllim təhlil edəcəyi bədii əsəri oxumayıb, onun haqda
başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu, lazımi effekti verə bilməz.
137
2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.
Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi
Azərbaycan dilinin orfoqrafiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla
şə
rh etməlidir.
1) Orfoqrafiya haqqında məlumat, orfoepiya anlayışı
2) Orfoqrafik qaydalara əməl olunmasının vacibliyi.
3) Orfoqrafiyanın orfoepiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri.
4) Azərbaycan dili orfoqrafiyasının tarixi, onun formalaşması və inkişafı.
5) Müasir Azərbaycan dili orfoqrafiyasının əsas qaydaları:
a) saitlərin təsnifatı;
b) samitlərin təsnifatı;
c) bəzi qrammatik formaların yazılış qaydaları.
Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, asan başa düşülür. Əks halda
nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır.
3. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas
məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. Onun nəzərində tutduğu
məsələdə ikinci dərəcəli fikirlər əsas fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb
gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə
nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici
belə söhbətdən tez can qurtarmağa çalışır.
4. Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin
keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir. Natiq məlum olanları şərh etdikdə belə onları öz dili –
ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.
138
N TQ N OR J NALLIĞI. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur,
bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki,
bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı
amillərlə daha çox bağlı olur:
1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.
2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.
3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.
4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam
etdirmək.
5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə
istifadə edə bilmək.
6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü,
zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması.
Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən
(məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s.; müxtəlif üslubi priyomlar – sözlərin
təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi
təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir. Həmin vasitələrdən nitqdə istifadə bacarığına
yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti
baxımından daha yararlı və münasib söz və ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri
gəldikcə istifadə etməyə çalışmalıdır. Volterin təbirincə desək, “adamlar yaxşı yazıçıları mütaliə etdikcə, yaxşı
danışmağa vərdiş edirlər”.
Dostları ilə paylaş: |