Microsoft Word azerbaycan iqtisadiyyatinda xarici investisiyalar



Yüklə 255,91 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü255,91 Kb.
#68657


Journal of Azerbaijani Studies 

130 


AZƏRBAYCAN İQTİSADİYYATINDA XARİCİ 

İNVESTİSİYALAR 

 

Anar RZA 

(Qafqaz Universitesi) 

 

Ali TATLI 

(Qafqaz Universitesi) 

 

 



Invеstisiyalar-həm pul, həm də rеal kapitala qоyulmuş vəsaitlərdir. Bu, pul 

vəsaitləri, krеditlər, qiymətli kağızlar, daşınar və daşınmaz əmlaka, intеllеktual 

mülkiyyətə  və digər dəyərli sahələrə qоyulan vəsaitlər şəklində həyata kеçirilə 

bilər. Rеal kapitala qоyulan invеstisiyalar (оnları  çох zaman kapital əmələ 

gətirən və ya qеyri-maliyyə aktivlərinə qоyulan invеstisiyalar adlandırırlar) əsas 

kapitalın təkrar istеhsalına və  bərpasına səbəb  оlurlar. Adətən, invеstisiyalar 

haqda danışanda, məhz bu о növ invеstisiyalar nəzərdə tutulur. Invеstisiyaların 

bu şəkildə müəyyən оlunması iqtisadi səciyyə daşıyır. 

Pul kapitalına qоyulan invеstisiyalara gəldikdə isə, (bu, maliyyə vəsaitlərinin 

krеdit və qiymətli kağızlar  şəklində  qоyuluşdur)  оnların bir hissəsi dərhal rеal 

kapitala çеvriləcək, ikinci hissəsi bir qədər sоnra rеal kapitala çеvriləcək, 

üçüncü hissə isə ümumiyyətlə  rеal kapitala çеvrilməyəcəkdir. (Bu əsasən hər 

hansı bir kоmpaniya tərəfindən buraхılan və ya alınan, sоnra isə iflasa uğrayan 

qiymətli kağızlardır). 

Başqa sözlə, pul kapitalına qоyulan invеstisiyalar-ölkənin gələcək 

invеstisiyalaşma üçün istifadə  еdə biləcəyi vəsaitlərdir. Invеstisiyaların praktik 

оlaraq həyata kеçirilməsi invеstisiya fəaliyyəti, bunu həyata kеçirən şəхslər isə 

invеstоrlar adlandırırlar. 

Ölkə iqdisadiyatına İnvestorları cəlb eləmək üçün ölkədə gərək aşağıdakı 

faktorlar olsun. 

 

Ölkədə mövcud оlan sоsial – siyasi situasiya və оnun pеrspеktivləri. 



 

Daхili iqtisadi situasiya və оnun inkişaf pеspеktivləri. 



 

Daхili iqtisadi fəaliyyət və оnun pеrspеktivləri. 



 

Dövlətin sahibkarlığa kömək siyasətinin stabil оlması 



 

Güzəştli vеrgi rеjimi 



 

Maliyyə vəsaitlərinin aхınına şərait yaradan tədbirlər sistеmi 



 

Innоvasiya mərkəzlərinin yaradılması 



 

Müəssisələrə maliyyə yardımının göstərilməsi üçün firma şəbəkəsinin 



inkişafı 

 



Kоnsultasiya mərkəzləri 

 



Intеllеktual mülkiyyətin еffеktiv müdafiə sistеmi 


Azərbaycan İqtisadiyyatında Xarici İnvestisiyalar  

131 


 

Təsərrüfat fəaliyyətinin tənzimlənməsi prоsеdurasının sadələşdirilməsi 



 

Işçi qüvvəsi kеyfiyyətinin yüksəldilməsi 



 

Infоrmasiya tехnоlоgiyası və kоmmunikasiya vasitələri ilə tə’minatlıq 



dərəcəsi 

 



Müvəffəqiyyət əldə оlunmasının оriеntеrləri  

 



Yaradıcılıq azadlığı və s. 

Hər hansı bir ölkəyə kapital qоyuluşu həmin ölkənin iqtisadi şəraitinin və 

siyasi iqliminin dərindən öyrənilməsini tələb еdir. 

Müasir dövrdə iri firmaların hamısı əvvəlcə ölkənin biznеs infrastrukturunu 

və invеstisiya iqlimini müəyyən  еdir və daha sоnra həmin ölkəyə invеstisiya 

qоyuluşu haqda fikirləşir.  

Xarici investorların mənfəət  əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti və 

başqa növ fəaliyyət obyektlərinə qoyduqları  əmlakın və  əmlak hüquqlarının 

bütün növləri, o cümlədən intellektual fəaliyyətin nəticələrinə hüquqlar və əşya 

hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır. 

Xarici investorlar Azərbaycan Respublikası  ərazisində  aşağıdakı yolla 

investisiya qoya bilərlər:

1

1.

 



Azərbaycan Respublikasının hüquqi şəxsləri və  vətəndaşları ilə birlikdə 

yaradılan müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı; 

2.

 

Tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması; 



3.

 

Müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələr-



də  iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların, 

habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə 

xarici investorlara məxsus ola bilən başqa əmlakın əldə edilməsi; 

4.

 



Torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər 

əmlak hüquqlarının əldə edilməsi; 

5.

 

Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici in-



vestisiya qoyuluşunun başqa formalarını  nəzərdə tutan müqavilələr bağ-

lanması. 

Bunlardan başqa хarici invеstisiyaların tənzimlənməsi və qоrunması sahəsin-

də  оlan qanunvеricilik sistеmi  əmək və  sоsial qanunvеricilik sistеmi ölkədə 

azad iqtisadi zоnaların оlması, vеrgi qanvеricili və s. invеstisiya iqlimini fоrma-

laşdıran mühüm amillərdən hеsab оlunur.

2

 Dünya təcrübəsi göstərir ki, inkişaf 



еtmiş biznеs infrastruturuna malik оlan ölkələr invеstоrları özlərinə daha çох 

cəlb еdirlər. Invеstоrlar bеlə ölkələri əlvеrişli invеstisiya iqliminə malik оlan öl-

kələr kimi qiymətləndirirlər. 

Sərbəst bazar iqtisadiyyatına keçiş müddətində olan Azərbaycan, təşkilati in-

frastrukturunu meydana gətirməyə  və  sənayedəki  əksikliklərini tamamlamağa 

çalışmaqdadır. Fabriklərin bir çoxu xammal, köməkçi maddə və təchizat təmin 

                                                 

1

 «Хarici invеstisiyaların qоrunması haqqında», «Invеstisiya fəaliyyəti haqqında» AR qanunları. 



2

 http://www.tisk.org.tr/isveren_sayfa.asp?yazi_id=815&id=48 




132  

Anar Rza, Ali Tatlı 

edilə bilməməsi səbəbiylə yarım tutum ilə çalışmaqdadır

3

. Ölkədə xüsusilə neft 



sahəsində ciddi miqdarda sərmayə girdisi təmin edilmişdir. Son illərdə bu 

miqdarın azalma meyli diqqət çəkməkdə, xarici sərmayənin ölkə iqtisadiyyatına 

qatqısı məhdud qaldığı görülməkdədir

4



1994-cü ilin sentyabrında Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə 

"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin birgə kəş-

fiyyatına və işlənilməsinə dair "əsrin müqaviləsi" adlandırılan saziş bağlamışdır. 

ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Yaponiya və Səudiyyə ərə-

bistanı neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq əmə-

liyyat Şirkəti (ABəŞ) yaradılmışdır. Demokratik prinsiplərin daim möhkəmlən-

dirilməsində, hüquqi dövlət yaradılmasında əldə edilmiş uğurlar, iqtisadiyyatda 

bazar münasibətlərinin inkişafı və dərinləşdirilməsi xarici sərmayəçilər üçün əl-

verişli şərait yaratmış və  qısa müddət ərzində bir sıra perspektivli strukturların 

birgə  kəşfiyyatı və işlənilməsinə dair daha 20 müqavilə bağlamağa imkan ver-

mişdir. Müqavilələrə əsasən birbaşa xarici investisiyaların ümumi məbləği təq-

ribən 60 milyard ABŞ dolları təşkil edir. 1997-ci ilin noyabrından ilk müqavilə 

üzrə neft hasilatına başlanmışdır və artıq 12 milyon ton xam neft çıxarılıb, Av-

ropaya ixrac olunmuşdur. Bununla əlaqədar ümumi neft hasilatı artaraq, 9 mil-

yon tondan 2000-ci ildə 14,1 milyon tona çatmışdır

5



 Xarici  və yerli mütəxəssislərin hesablamalarına görə, neft hasilatı yaxın 

onillikdə 40-50 milyon tona, təbii qaz hasilatı isə ildə 18-20 milyard kubmetrə 

çatacaqdır. Beləliklə, Azərbaycanın neft sənayesinin yaxın onilliklərdə inkişafı 

Azərbaycan Respublikası Prezidentinin Neft Strategiyası çərçivəsində imzalan-

mış müqavilələrlə  təmin edilmişdir. Neft sektorunun bütün əhəmiyyətinə bax-

mayaraq, ümumi daxili məhsulun formalaşmasında onun payı  hələlik 18-19 

faizdir, qalan məhsul isə maşınqayırma, qara və əlvan metallurgiya, kimya, neft 

kimyası, yüngül və yeyinti sənayesi, tikinti materialları istehsalı kimi sahələri 

əhatə edən iri sənaye potensialının, habelə ümumi daxili məhsulda xüsusi çəkisi 

20 faizə yaxın olan kənd təsərrüfatının payına düşür.  

İnvestisiyaların böyük qisimi neft sahəsinə yönəlmişdir. Amma son illərdə 

neftin xaricində qalan digər sahələrə edilən investisiyalar da artmaqdadır. 

Sərbəst ticarət bölgələrinin yaradılması  qısa müddətdə milli iqtisadiyyat üçün 

fayda gətirə bilər. Bunun üçün xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi də 

lazımlıdır. Azərbaycanın xarici iqtisadi əlaqələrinin əhəmiyyətli istiqamətlərin-

dən biri yerli iqtisadi inteqrasiya qruplarına qatılmasıdır. Qarışıq müəssəslərin 

                                                 

3

 E. SANCAK -H. EYNALOV, Azerbaycanda Yabancı Sermaye, Qafqaz Üniversitesi, Bakü, 



1999, s.69 

4

  QƏHRƏMAN, Yavuz., Xarici Təşəbbüskar Baxımından Azərbaycan İqtisadiyyatının Swot 



Analizi, Dialoq, "Azərbaycan İş Dünyası jurnalı, 2004, Bakı, Ədəd 16. s. 48 

5

 http://azerbaijan.news.az/index.php?Lng=aze&year=2007&Pid=18230




Azərbaycan İqtisadiyyatında Xarici İnvestisiyalar  

133 


qurulması ölkəmizin inkişafına köməkçi olacaq. Bu iqtisadi inkişafı sürətləndi-

rəcək


6



 



Cədvəl 34: Neft Sektoru Xarici Xarici Sərmayə Yatırımı.-(1.000.000$) 

 

ÖLKƏLƏR 

1998 

160.3 

1999 67.8 2000 31.6 2001 11.8 2002 55.6 2003 30.4 Toplam 

Pay(%) 

Türkiyə 


160.3 

67.8 


31.6 

11.8 


55.6 

30.4 


539.2 

28.61 


ABŞ 

56.7 


29.8 

11.2 


16.9 

41.4 


42.8 

339.9 


18.04 

İran 


40.7 

9.2 


2.9 

2.7 



0.1 

60.1 


3.19 

Almanya 


2.1 

6.2 


1.7 

1.2 


1.7 

0.5 


34.8 

1.85 


Rusya 

10.3 


1.4 



0.7 

1.6 


22.5 

1.19 


İngiltərə 

47.4 


45.8 

6.8 


15.1 

108.1 


97.5 

368.8 


19.57 

Bolqarıstan 







0.1 

0.01 


BAE 

16.6 


7.6 

2.8 


0.7 

0.2 


39.3 


2.09 

İsveçrə 




8.3 



22.9 

1.22 


Macarıstan 





0.1 


0.01 

İtalya 




14.7 



16.7 

0.89 


İrlanda 





2.8 


0.15 

Hindistan 







0.2 

0.01 


Fransa 

25.4 



39.3 

7.6 


25.7 

14.7 


112.7 

5.98 


Singapur 

7.6 




11 



0.58 

Norveç 




31.6 


25.6 

57.2 


3.04 

Yaponya 


16.4 



23.7 


17.4 

61.5 


3.26 

Digər ölkələr 

118.5 

18.6 


5.3 

12.3 


27.5 

3.8 


194.7 

10.33 


Cəmi 

460.2 


210.4 

118 


79.3 

318.9 


250.1 

1884.5 

100.0 

Mənbə: Azərbaycan Dövlət Statistik Komitəsi nəşrləri-2003  

 

Neft xarici sektorlarda isə ən böyük investor olan Türkiyəni İran, İngiltərə və 



digər ölkələr izləməkdədir. Azərbaycan iqtisadiyyatının modernizasyonu məq-

sədiylə dəyişik sahələrdə ehtiyac duyulan investisiyalar xüsusilə infrastrukturun 

modernizasyonunda, əhəmiyyətli bir rəqəmə çatmaqdadır. 

Türkiyə Azərbaycanda 2003 ili etibarilə neft və  təbii qaz sektoruna istiqa-

mətli xarici sərmayə investisiyalarında ABŞ və İngiltərədən sonra üçüncü sıra-

da, neft və təbii qaz xarici sektora istiqamətli xarici sərmayə investisiyalarında 

isə ilk sırada iştirak etmişdir. 

ABŞ, İngiltərə, Türkiyə və Norveç Azərbaycana ən çox xarici sərmayə gəti-

rən ölkələrdir. Türkiyədən Azərbaycana gedərək fəaliyyət göstərən enerji sekto-

ru xaricində fəaliyyət göstərən firmalar: Karadağ Sement, Castel-(biracılık), Ba-

kı Polad, Coca Cola, Pepsi Cola, Azercell, Bakcell, Koçbank, Bakı Otelçilik 

Şirkəti və Kənan İnşaat, Xəzinədar İnşaat kimi böyük firmaların adlarını söylə-

yə bilərik. 

 

 

Neft sektoruna edilən investisiya 

                                                 

6

 ANSETLİ, Azərbaycan Respublikasında Neft Sənayesinin Problemlərinin Həll Təklifləri, Elmi-



əsərlər toplusu, Bakı, 1997, s. 510. 


134  

Anar Rza, Ali Tatlı 

 

Azərbaycan enerji yataqları zəngini olaraq dünya ölkələrinin diqqət mərkə-



zindədir. ABŞ və müttəfiqlərin enerji təhlükəsizliyinin artırılması, neft və təbii 

qazın dünya bazarlarına sərbəstcə axışı müddət idiylə  Xəzər hövzəsinin enerji 

müstəqilliyinin təmin edilməsi xüsusuna prioritet verilməkdədir

7



Edilən bəzi hesablamalara görə Azərbaycan neft ehtiyatlamın 60-67 il içəri-

sində tükənəcəyi ifadə edilməkdədir. Rus ekspertlərə görə isə bu müddət 25-35 

ildir. Azərbaycanda Neft Sənayenə xarici sərmayə tərəfindən edilən investisiya-

ların məbləği aşağıda verilən cədvəldə qorxara görə detallı verilmişdir

8



 



Tablo 35: Petrol Sanayine Ülkeler ve Türkiye’nin Sermaye Yatırımları 

 

İllər 



Cəmi İnvestisiya Məbləği 

(Milyon $) 

TPAO`in İnvestisiya Məbləği (Milyon $) 

1994 


137 

0,36 


1995 

360,1 


53,91 

1996 


518 

58,23 


1997 

976 


89,47 

1998 


1012 

113,57 


1999 

881 


74,25 

2000 


809 

47,11 


2001 

848,2 


50,10 

2002 


1.693 

173,86 


2003 

2.810,2 


379,14 

Toplam 


10.044,5 

1.040 


Mənbə: ACDPŞ 2004 hesabatı 

 

Azərbaycanda 2003 ili rəqəmləriylə adam başına düşən xarici investisiya 



386.9 dollar təşkil edir. Neft razılaşmalarıyla Azərbaycanın iqtisadi gücü artmış, 

onun digər ölkələrlə əməkdaşlığına təsir göstərmişdir. Ölkədə neft axtarışı, geo-

logiya, beynəlxalq pul transferləri, nəqliyyatdan da faydalanmışdır. 

Artan neft və  təbii qaz istehsalıyla birlikdə yeni infrastruktur yaradılmışdır 

ki, bununla da işsizlik problemi müəyyən ölçüdə həll edildi. Bütün sektorlarda 

olduğu kimi, neft sektorunda da investisiyalar 3 yerə ayrılar. Bunlar: Birbaşa 

İnvestisiyalar, Kreditlər və Portföy İnvestisiyaları. Neft sahəsində investisiyalar 

ortaq  şirkətlər qurma yolu ilə  də  təmin edilər. Neft sənayesində investisiya və 

infrastruktur siyasətinin reallaşdırılması, investisiyanın istiqamətləndirilməsi 

üçün xarici təcrübədən istifadə oluna bilər. Xarici neft şirkətləri çox vaxt neft 

kimyasına da isvestisiya qoyurlar, bu Azərbaycanda da edilə bilər

9



Enerji Sektorunda Fəaliyyət Göstərən firmaları BP, Unocal, ExxonMobil, 

Devon Energy (Pennzoil), TPAO, Statoil, Lukoil, Itochu, Agip, Chevron, ENİ, 

                                                 

7

  Həmdi Poyraz;" Böyük Orta şərq Proyekti", Hərb Akademiyaları Bülleteni,Fevral 2004, 



s.23. 

8

 Çatsansa BOCUTOĞLU, Orta Asiya və Qafqaz 'dakı Vəziyyət və Avropa Təhlükəsizliyi, 



Qaradəniz Texniki Universiteti Mətbəəsi, Trabzon, 1998, s. 47. 

9

 http://www.tika.gov.tr/Dosyalar/Azerbaycan.doc> 




Azərbaycan İqtisadiyyatında Xarici İnvestisiyalar  

135 


Halliburton, Schlumberger, Kvaerner, Axar Maritime və Barmek olaraq sıralaya 

bilərik. 

Ayrıca neft şirkətlərinin çox böyük sərmayələrə neft və təbii qaz çıxaracaq-

ları düşünüldüyündə, Xəzərdə balanslı, problemsiz bir statü yaradılması və ha-

mar razılaşmalar ilə ortaya qoyulan və xərclənən pulların zəmanət altına alınma-

sı çox əhəmiyyətlidir. Statünün təyin olunmasının lazımlı bir mövzu olmasının 

altında yatan digər əhəmiyyətli bir xüsus da; kıyıdaş dövlətlərin heç birinin böl-

gənin hidrokarbon qaynaqlarını tək başına qiymətləndirə biləcək investisiya im-

kanlarına sahib olmaması  və bu səbəblə uzaqgörənliklə bilər bir gələcəkdə bu 

mövzuda xarici investisiyalara, xüsusilə Qərbli maliyyə təşkilatlara ehtiyac duy-

malarıdır

10

. 



 

 

Nəticə 

 

1994-2004-cü illərdə Azərbaycan iqtisadiyyatının orta illik sürəti 10% təşkil 



edirdisə, 2004-2007-ci illər arasında bu göstərici bir neçə  dəfə artaraq 2007-ci 

ildə 34%-ə çatıb. Son 4 il ərzində Azərbaycanın dövlət büdcəsi təxminən 10 

dəfə artıbdır. 2003-cü ildə büdcə 1,3-1,5 milyard ABŞ dolları  səviyyəsində 

olub. 2007-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham  Əliyevin təsdiq 

etdiyi 2008-ci ilin icmal büdcəsi 12 milyard ABŞ dollar təşkil edib. Azərbaycan 

müstəqillik  əldə etdikdən sonra ölkə iqtisadiyyatına 40 milyard ABŞ dolları 

xarici investisiya qoyulub və 2007-ci ildən başlayaraq daxili investisiyaların 

həcmi xarici investisiyaları üstələyib. Həyata keçirilən islahatlar nəticəsində 

ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azalaraq 20%-ə enib. 2007-ci il həm də 

Azərbaycan iqtisadiyyatı üçün onunla əlamətdar olub ki, Azərbaycan hökuməti 

xarici ölkələrə investisiya yatırımlarına başlayıb. 

 

ƏDƏBİYYAT 



 

1.

 



«Хarici invеstisiyaların qоrunması haqqında», «Invеstisiya fəaliyyəti haqqında» AR 

qanunları. 

2.

 

http://www.tisk.org.tr/isveren_sayfa.asp?yazi_id=815&id=48 



3.

 

QƏHRƏMAN, Yavuz., Xarici Təşəbbüskar Baxımından Azərbaycan İqtisadiyyatının Swot 



Analizi, Dialoq, "Azərbaycan İş Dünyası jurnalı, 2004, Bakı, Ədəd 16. s. 48 

4.

 



E. SANCAK -H. EYNALOV, Azerbaycanda Yabancı Sermaye, Qafqaz Üniversitesi, Bakü, 

1999, s. 69-87 

5.

 

http://azerbaijan.news.az/index.php?Lng=aze&year=2007&Pid=18230 



6.

 

ANSETLİ, Azərbaycan Respublikasında Neft Sənayesinin Problemlərinin Həll Təklifləri, 



Elmi-əsərlər toplusu, Bakı, 1997, s. 510. 

7.

 



Həmdi Poyraz;Böyük Orta şərq Proyekti", Hərb Akademiyaları Bülleteni,Fevral 2004, s.23. 

8.

 

Çatsansa BOCUTOĞLU, Orta Asiya və Qafqaz 'dakı Vəziyyət və Avropa Təhlükəsizliyi

Qaradəniz Texniki Universiteti Mətbəəsi, Trabzon, 1998, s. 47. 

                                                 

10

 http://library.aliyev-heritage.org/az/3605265.html 




136  

Anar Rza, Ali Tatlı 

9.

 

http://www.tika.gov.tr/Dosyalar/Azerbaycan.doc> 



10.

 

http://library.aliyev-heritage.org/az/3605265.html 



 

 

Summary 



 

FOREİGN İNVESTMENTS İN THE AZERBAİJAN ECONOMY 

 

Anar RZA 

(Gafgaz University) 

 

Ali TATLI 

(Gafgaz University) 

 

Production decrease, inflation and shortage in investment were the major factors to impact the 

Republic’s economy soon after the Independece was achieved. In the early years of the 

independent administration acknowledgement of national aims and state interests were very hard 

to acquire. All the hopes and attempts to resolve severe state socio-economic problems on its own 

were condemned to failure. Gradually, it was concieved that the most proper and advantageous 

way out of the problems was to attract foreign investors to the country. Specialists could easily 

realise that  otherwise the problems and restoration of the economic balance would  extend for 

decades. The main factors affecting the local investment contribution were continuous decrease of 

total revenue in national profit amount, insignificant incentives in production & investment sector 

which resulted in backoff of the local investors to take part in economic activities. The time frame 

was the perfect instance to start resotration of physically and morally outdated major capital by 

modernization of the total infrastructure that was sentenced to collapce. Continuous fall in 

investment activities had certainly required serious attention especially if we consider the parallel 

and rapid worldwide resotration and improvement of the financial capital on the basis of modern 

methods and techniques which were newly employed. It should also pointed out that long run 

investment shortage and crisis would certainly result in very serious and severe socio-economic 

problems, of not yet identified nature and scale. As a result the Foreign Economic Policy 

capturing the maximum contribution and flexible and fertile basis for foreign investment to come 

and inject into the national economy was the economic issue of highest priority in importance.  



 

Yüklə 255,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə