Microsoft Word Azərbaycanda felsefi fikir



Yüklə 47,67 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü47,67 Kb.
#12259
növüYazı


Azərbaycanda fəlsəfi fikir 

Azərbaycan  fəlsəfi  fikirin  formalaşması  bir  neçə  mərhələdən  keçmişdir  ki, 

bunlardan  biri  də  orta  əsrlər  fəlsəfəsidir.  erkən  Orta  əsrlərdə  yanğın,  müharibə, 

siyasi və dini münaqişələr nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə 

aid  fəlsəfi  fikrin  tam  zənginliyi  ilə  təsvir  və  tədqiqinə  imkan  vermir.  Buna 

baxmayaraq,  əldə  olan  məlumatlar  aşağıdakı  qənaətə  gəlmək  üçün  əsas  verir: 

qədim  dövr  və  erkən  Orta  əsrlərdə  Azərbaycanın  mədəni  irsində  fəlsəfi 

problemlərin  qoyuluşu  və  şərhi  metodları,  fəlsəfi  kateqoriyalardan  –  mövcudat, 

başlanğıc, son, maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, Xeyir və Şərdən, 

onların  qarşılıqlı  əlaqələrindən  bəhs  edilməsi  Azərbaycan  fəlsəfəsini  Qədim  dövr 

dünya  fəlsəfi  fikrinin  ayrılmaz  hissəsi  kimi  səciyyələndirir.  Bu  mülahizəni  qədim 

yunan filosofları, tarixçiləri, eləcə də orta əsr və yeni dövr mənbələri də təsdiqləyir. 

Qədim  dövrdə  və  erkən  Orta  əsrlərdə  varlığın  atomlardan  yaranması,  maddi  və 

qeyri-maddinin, Xeyir və Şərin, işıq və zülmətin ziddiyyəti və vəhdəti, Allahın işıq 

və  həqiqətlə  eyniləşdirilməsi,  idrakın  dəyərləndirilməsi  tərzi,  sosial  ədalət  və 

utopik  xoşbəxt  cəmiyyət  haqqında  təsəvvür  və  nəzəri  mülahizələr  Azərbaycanda 

fəlsəfi fikrin təşəkkülü və inkişafının ideya əsaslarını təşkil etmişdir. 

Azərbaycan  fəlsəfi  fikrinin  inkişafında  VII-X  əsrlər  özünəməxsus  mərhələ 

olmuşdur.  Bu  dövrdə  artıq  fəlsəfi  fikrin  təməl  cərəyanları  formalaşmış,  ölkədə 

fəlsəfənin  sonrakı  inkişafı  xristian  və  İslam  mədəniyyətləri  məcrasında  davam 

etmişdir.  Eramızın  I  əsrindən  Şimali  Azərbaycanda  (Albaniyada)  mövcud  olan 

xristianlığın artıq IV əsrdə dövlət dini elan edilməsilə Azərbaycanın mənəvi həyatı 

və  fəlsəfəsi  yunan-Roma  mədəni-mənəvi  arealı  və  bilavasitə  Qüdslə  bağlanır. 

Alban  fəlsəfəsi  haqqında  müəyyən  məlumatı  Musa  Kalankatuklunun  “Albanların 

tarixi”  əsəri  verir.  Burada  həm  də  Albaniyada  qnostisizm  fəlsəfəsi  və  dualizm 

təmayüllü çoxsaylı bidətçi ideoloji cərəyanlar və onların nümayəndələrinin olması, 

onların  Aluenin  baş  kilsəsi  tərəfindən  lənətləndirilməsi,  Nerses  Bakurun  və 

“filosofların  şöhrəti”  kimi  tanınan  yepiskop  Karin  Teodorosun  erməni  katolikosu 

Eliya tərəfindən təqibi, Nerses Bakurun zəngin kitabxanasının çayda batırılması və 

onun  xəlifə  Əbdülməlikin  əmri  ilə  edama  məhkum  edilməsi  haqqında  məlumat 

verilir.  Həmin  mənbədə  alban  şairi  Dəvdəkin  Cavanşirin  ölümünə  yazdığı 

ortodoksal  xristianlıqdan  fərqli,  hikməti  tərənnüm  edən  və  yunan  mifologiyası  ilə 

bağlı elegiyası haqqında məlumat verilir. Bu dövrlərdə, həmçinin alban ilahiyyatçı-

filosofları Sünikli Petros (VI əsr) və Sünikli Petros (VIII əsr) yaşayıb yaratmışlar. 

www.behruzmelikov.com



Sünikli  Stepanos  Davidin  “Fəlsəfənin  tərifi”  və  Porfirinin  “Giriş”  əsərlərinə 

yazdığı şərhlərlə tanınır. 

Alban  mədəni  abidələrinin,  əlyazmaları  kitabxanalarının  dəfələrlə  erməni 

katolikosatının  təşəbbüsü  ilə  siyasi  maraqlar  naminə  qəsdən  məhv  edilməsi  (suda 

batırılması,  yandırılması)  faktı  hazırda  alban  fəlsəfi  əsərlərinin  Ermənistan, 

Gürcüstan və Qüdsün monastır kitabxanalarında axtarılmasına əsas verir. 

Folklor  və  Orta  əsr  yazılı  abidələri  həmin  dövrdə  Azərbaycanda  türkdilli 

etnosun  bütpərəstliklə  yanaşı,  şamanlığa  və  vahid  Göy  Tanrıya  inamı  haqqında 

məlumatlar  verir.  Qədim  və  erkən  orta  əsr  Azərbaycan  türklərinin  sosial-mədəni 

həyatı  və  xüsusən  dili,  dini,  əxlaqi  norma  və  dəyərləri  haqqında  nisbətən  geniş, 

obyektiv  təsəvvür  yaradan  abidə  və  əsasən  Azərbaycan  reallığını  əks  edən  türk 

xalqlarının müştərək eposu “Kitabi-Dədə Qorqud”dur. 

VII-X  əsrlərdə  Azərbaycana  İslam  dininin  gəlməsi  və  möhkəmlənməsi,  və 

ölkənin  İslam  mədəni  bölgəsinə  fəal  daxil  olması  Azərbaycan  fəlsəfi  fikrinin  bu 

dövrdə  inkişafının  islam  dini  ilə  çoxçalarlı  əlaqələrinə  imkan  yaratdı.  Zaman 

keçdikcə,  ölkəyə  Quranın  zahiri  və  batini  şərhinə  əsaslanan  İslam  mədəni 

bölgəsinin  çoxsaylı  ideoloji  cərəyanları  da  daxil  olur  və  burada  Azərbaycan 

mütəfəkkirlərinin  simasında  öz  yerli  təmsilçilərini  tapırlar.  Müxtəlif  cərəyanların 

nümayəndələri  nəzəri-fəlsəfi  mövqelərini  Quran  ayələri  ilə  əsaslandırmağa  cəhd 

göstərirdilər.  Bu  meyil  regionda  yayılmış  mötəzililik,  ismaililik,  sufilik  və  s. 

cərəyanlar  üçün  səciyyəvi  olmuşdur.  Quranda  və  çoxsaylı  İslam  ideoloji 

cərəyanlarında  əsas  problem  Xaliq  (Allah)  və  məxluq  münasibətidir.  Bu 

münasibətin  şərhindən  asılı  olaraq  müxtəlif  təlimlərin  fəlsəfi  baxımdan  idealist, 

monoteist,  dualist,  panteist  və  ya  materialist  təmayülü  müəyyən  edilirdi.  Qeyri-

ortodoksal cərəyanlar Allahın Quranda həqiqət kimi təqdimini, onun canlı olması, 

vəchi  haqqında,  insanın  Allaha  qayıtması  və  Onunla  görüşməsi,  astral  hadisələrə, 

idraka  münasibət,  İlahi  nur,  təqdir,  cəza,  Allah  qorxusu,  maddi  nemətlərə 

münasibət  və  s.  məsələləri  ehtiva  edən  surələrin  ezoterik  şərhini  verir,  bir  sıra 

hallarda  məntiq  və  dövrün  elmi  və  fəlsəfi  fikrinə  müvafiq,  ortodoksal  yönümdən 

fərqli, panteistik vəhdət əl-vücud fəlsəfəsini yayır və nəticədə, Azərbaycanda İslam 

bölgəsi  mənəvi-mədəni  məkanının  ziddiyyətlərlə  dolu  ideologiyasını  inkişaf 

etdirirdilər. 

VII–VIII  əsrlərdə  ilahiyyat  fəlsəfəsi  inkişaf  etməyə  başlayır.  İslamın  fəlsəfi 

şə

rhi  ilahiyyatçıların  birbaşa  vəzifəsinə  çevrilir.  Buna  baxmayaraq,  həmin 



vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu. 

www.behruzmelikov.com




O  dövrdə  Azərbaycanda  ortodoksal  fəqihlərdən  Əhməd  ibn  Harun  Bərdici, 

Məkki  ibn  Əhməd  Bərdəi,  Musa  ibn  İmran  Səlmasi  və  başqaları  məşhur  idilər. 

Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azərbaycanda 

görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər 

Həmədani  Bağdadi,  Əbubəkr  Məhəmməd  ibn  Ömər  ibn  Abdulla  Bərdəi,  Əbusəid 

Ə

hməd Bərdəi və b. idi. Bu dövrdə İslam mədəni bölgəsində Şərq və qədim yunan 



fəlsəfəsinə,  xüsusən  neoplatonizmə  əsaslanaraq  idealizmlə  panteizmi  özündə 

birləşdirən  özünəməxsus  batinilik  fəlsəfəsi  mövcud  idi.  Bu  fəlsəfi  təlimi 

Azərbaycan filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim Əli ibn Cəfər və 

b. yayırdılar. VIII–X əsrlərdə İslam bölgəsində, o cümlədən Azərbaycanda daxilən 

ziddiyyətli,  lakin  əksər  hallarda  fəlsəfi  dünyagörüşündə  panteizm,  sosial 

baxışlarında  demokratizm,  etik  görüşlərində  humanizm  və  varlığa  dialektik 

yanaşma  ilə  fərqlənən  mistik  ismaililik  və  sufilik  sosiomədəni  cərəyanları  ilk 

inkişaf  dövrlərini  keçirirdilər.  Sufiliyin  fəlsəfi  dünyagörüşünün  əsasında  fəlsəfi 

kateqoriya kimi eşq, ismaililiyin əsasında isə real və irreal idrakın vəhdəti dururdu. 

Sufiliyin  fəlsəfəsini  bu  dövrdə  Əbü-l  Fərəc  Əbü-l  Vahid  Varasani  Təbrizi,  Əbu 

Saib Həmədani, Əli ibn Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil edirdi. 

Orta  əsr  mənbələrində  ideya  kökləri  qədim  Şərq  və  yunan  fəlsəfəsinə  aparan 

ismaililiyin  İslamı  inkar  edərək  zərdüştiliyin  bərpasına  cəhdindən  bəhs  edirlər. 

İ

smaililiyin Azərbaycanda yayılması haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai 



və  b.  məlumat  verirlər.  Mənbələrə  görə  ismaililik  fəlsəfəsi  təbiət  elmlərinin 

nailiyyətləri  və  “İxvan  əs-Səfa”  ensiklopediyasının  yaranması  ilə  bağlıdır.  Bu 

ensiklopediyanın  ideoloqu  azərbaycanlı  alim  və  filosof  Əbü-l-Həsən  Əli  Harun 

oğlu Zəncani idi. 

VIII–X  əsrlərdə  ölkənin  sosial  və  mədəni  həyatında  xristianlığa  qarşı 

yönəlmiş  pavlikianlıq  bidəti  və  İslamı  tamamilə  inkar  edən  xürrəmi-babəki 

ideologiyaları  mövcud  idi.  İki  dünya  dininə  və  eyni  zamanda  sosial  zülmə  qarşı 

yönəlmiş  pavlikianlıq  və  xürrəmi-babəki  ideologiyalarının  fəlsəfi  və  sosial 

görüşlərinin  təməl  prinsipləri  Azərbaycanın  Qədim  dövr  ideoloji  cərəyanları 

zərvanilik,  zərdüştilik,  manilik  və  məzdəkiliyin  fəlsəfi  və  sosial  ideyalarından 

qaynaqlanırdı.  Xeyir–Şər,  işıq–zülmət  başlanğıclarının  vəhdət  və  mübarizəsi, 

insanın mistik kamilləşməsi yolu və Allahın insanda təcəssümü haqqında ideyalar 

həmin  cərəyanların  dualizm  səciyyəli  dünyagörüşünün  əsas  prinsiplərini  təşkil 

edirdi.  Sonradan  pavlikian  və  xürrəmi-babəki  ideologiyalarının  özləri  də  xristian 

və İslam mənəvi-mədəni ideologiyaları üçün qaynağa çevrildilər. 

www.behruzmelikov.com




Ş

amanizm,  zərdüştilik,  qədim  yunan,  xristian  və  İslam  mədəni  bölgələrinin 

fəlsəfi ənənələrini özündə sintezləşdirərək inkişaf etdirən VII-X əsrlər Azərbaycan 

fəlsəfəsi  XI–XIII  əsrlərdə  həm  Azərbaycan  mədəniyyətinin  İntibahına,  həm  də 

bütövlükdə  İslam  bölgəsi  mənəvi  mədəniyyətinin,  o  cümlədən  fəlsəfəsinin 

İ

ntibahına  zəmin  yaradan  qaynaqlardan  olmuş  və  sonrakı  dövrlərdə  bu 



mədəniyyətlərin fəal üzvi hissəsi kimi tanınmaqda davam etmişdir. Digər tərəfdən, 

XI–XII  əsrlərdə  ölkənin  iqtisadi  (feodal  münasibətlərin  inkişafı,  pul  rentasının 

yayılması, iqtisadi cəhətdən yüksək inkişaf etmiş iri şəhərlərin mövcudluğu), siyasi 

(müstəqil  Şirvanşahlar,  Şəddadilər,  Rəvvadilər  dövlətlərinin  yaranması,  Ön  Asiya 

və  Şərqin  digər  bölgələri  ilə  müxtəlif  növ  əlaqələr),  sosial  (daxili  və  xarici  sosial 

zülmə qarşı arasıkəsilməz mübarizə, Beyləqanda 1110-cu ildə xalq hakimiyyətinin 

yaranması)  və  mənəvi-mədəni  (ərəb  və  fars  dilləri  ilə  yanaşı  türk  dilinin  elitar 

ə

dəbi  dil  kimi  qəbulu)  sahələrində  vəziyyət  və  onun  unikal  mənəvi-mədəni  irsi, 



başqa  sözlə,  ölkədaxili  potensial  imkanlar  Azərbaycanda  İntibahın  baş  verməsinə 

şə

rait  yaradırdı.  Azərbaycan  və  bütövlükdə  İslam  Şərqi  fəlsəfəsində  İntibah  yerli 



fəlsəfi  irsin  qədim  yunan  fəlsəfi  irsi  ilə  sintezi  əsasında  inkişaf  edərək,  sonradan 

Qərb  və  Şərq  fəlsəfəsinin  inkişafı  üçün  zəmin  oldu.  Azərbaycan  fəlsəfi  fikrinin 

İ

ntibahı  təbiətşünaslıq  elmlərinin,  təhsilin,  ədəbiyyat,  memarlıq,  musiqi,  musiqi 



nəzəriyyəsi və s. mənəvi mədəniyyət sahələrinin yüksəlişi və ölkənin dünya fəlsəfi 

təlimlərini bəhrələndirən fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi idi. 

XI–XII  əsrlərdə  Azərbaycanda  fəlsəfəni  elmi  nailiyyətlərlə  birləşdirərək 

fəlsəfi mövzuları (dialektikanı, kateqoriyaları, qnoseoloji problemləri və s.) tədqiq 

edən Şihabəddin Marağayi, Əbu Səid Urməvi, Əbusəd Təbrizi, Abdulla Urməvi və 

b. filosoflar məlumdurlar. 

XI–XII  əsrlərdə  Azərbaycanda  batinilik,  ismaililik  və  sufilik  cərəyanlarının 

yayılması  sürətlənir.  Həmin  cərəyanların  fəlsəfi  ideyaları  ölkədə  həm  mənəvi 

mədəniyyətin,  həm  də  sosial  həyatın  müxtəlif  sahələrinə  fəal  təsir  göstərmişdir. 

Ə

sasən,  XI–XII  əsrlərdən  başlayaraq  adı  çəkilən  cərəyanların  nəzəri  təlimləri, 



Sovet dövrü istisna olmaqla, Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrində geniş yer 

tutmuşdur. Azərbaycanda əsrlər boyu ezoterik fəlsəfi təlimlər və ilk növbədə, sufi 

fəlsəfəsinin  nəzəri  əsasları  haqqında  əsərlər  yazmış  alim-mütəfəkkirlər  olmuşlar. 

Onların  əksəriyyəti  dünyəvi  təhsil  almış  və  fəlsəfi  problemlərə  əsasən  vəhdət  əl-

vücud adı altında tanınan və dünya fəlsəfi düşüncəsi üçün universal fenomen olan 

panteizm  mövqeyindən  yanaşmışlar.  Onlar  Allahın  və  ilahiləşdirilmiş  varlığın 

sirlərinin irrasional dərkinə üstünlük versələr də, bir çox hallarda varlığın rasional 

www.behruzmelikov.com




dərkini inkar etməmiş, mədəniyyət tarixində dünyəvi elmlərin dərin bilicisi kimi də 

tanınmışlar.  XI–XII  əsrlərdə  Azərbaycanda  qeyri-ortodoksal  sufilik  fəlsəfəsinin 

yaradıcıları dünya mədəniyyəti tarixində tanınmış Baba Kuhi Bakuvi (948–1050), 

Eynəlqüzat  Miyanəci  (1099–1131),  Əxi  Əbü-l-Fərəc  Zəncani  və  mötədil  sufiliyin 

yaradıcılarından  olan  Şihabəddin  Əbuhəfs  Ömər  ibn  Məhəmməd  Sührəvərdi 

(1145–1234)  və  b.  fəlsəfi  irsi  olmuşdur.  Eynəlqüzat  Miyanəci  sufi  fəlsəfəsinin 

nəzəri  əsaslarını  İbn  Ərəbidən  əvvəl  “Həqiqətlərin  seçilmişləri”,  “Əsaslar”, 

“Aşiqlərin  sevinci və  təşnələrin bidəti”  və  s.  əsərlərində vermişdir.  Dini  fəlsəfəyə 

zidd olduğuna görə, o, arasıkəsilməz təqiblərdən sonra 1131-ci ildə 32 yaşında dərs 

dediyi mədrəsədə edam edilmişdir. 

Azərbaycan  fəlsəfi  fikri  XI-XII  əsrlərdə  sufi  fəlsəfəsinin  radikal  yönümü  ilə 

seçilən  nümayəndələri  ilə  yanaşı,  mötədil  sufiliyin  nəzəriyyəçiləri  ilə  də  təmsil 

olunmuşdur. İslam Şərqində özünün mötədil sufilik məktəbini yaradan Azərbaycan 

filosofu Əbu Həfs Sührəvərdi olmuşdur. Sührəvərdi Şərqdə sufizmin dərsliyi kimi 

qəbul edilmiş “Mərifətlərin töhfələri” əsərində sufiliyin bidətə aparan panteizmini 

ə

l-Qəzalidən əvvəl islah edərək onu ortodoksal İslam teologiyası ilə bağlamağa və 



barışdırmağa  cəhd göstərmiş,  dövrünün mədəniyyət  tarixinə peripatetik  fəlsəfənin 

və hər cür bidətə aparan ideyaların qatı əleyhdarı kimi daxil olmuşdur. Azərbaycan 

filosofu Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154–91) dünya mədəniyyətində 

məşhur işraqilik fəlsəfəsinin banisidir. Bu fəlsəfi təlim onun “İşraq fəlsəfəsi”, “Nur 

heykəlləri”,  “İşıq  haqqında  risalə”  və  s.  əsərlərində  şərh  olunur.  Qədim 

Azərbaycan,  Şərq  və  yunan  fəlsəfəsindən  qaynaqlanan,  peripatetizmin 

rasionalizmini,  sufilərin  fəlsəfi  baxımdan  əhəmiyyətli  olan  varlığın  vahid 

substansionallığı  haqqında  ideyasını  və  dini  təsəvvürlərin  avtoritarlığını  özündə 

birləşdirən Sührəvərdi təlimi bu gün də Şərq və Qərb fəlsəfə tarixçilərinin diqqətini 

cəlb edir. 

Orta  əsrlərdə  Şərqin  və  Azərbaycanın  İntibah  mədəniyyətində  müxtəlif  növ 

təfsirlər  də  məlum  idi.  Çoxaspektliliyi  ilə  seçilən  təfsirlər  dil,  bədiilik,  üslub, 

fəlsəfə,  elm,  bir  sözlə,  təfsir  obyektinin  məzmun  və  formasını  aça  bilən  bütün 

məqamların  professional  şərhini  əhatə  edərək  bütövlükdə  məlum  hermenevtik 

yanaşma  metoduna  uyğun  idi.  Bu  növ  təfsirlər  içərisində  Azərbaycan  klassik 

mədəniyyətinin  nümayəndələri  Xətib  Təbrizi  və  Yusif  Xoylunun  ərəb  filosofu 

Ə

bül-Əla  əl-Məərrinin  “İlk  qığılcım”  poemasına  verdikləri  təfsirlər  xüsusi  yer 



tutur.  Bu  təfsirlər  poemanın  fəlsəfi  aspektdən  şərhinin  dərinliyi  və  müfəssəlliyinə 

www.behruzmelikov.com




görə  sonralar  hər  iki  təfsirçinin  fəlsəfi  dünyagörüşünün  tədqiqi  üçün  imkan  və 

zəmin yaratdı. 



www.behruzmelikov.com

Yüklə 47,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə