Microsoft Word azerbaycanda ticaret dinamikasi ve manelerin adambasina dusen xerci doc



Yüklə 182,79 Kb.
Pdf görüntüsü
tarix04.04.2018
ölçüsü182,79 Kb.
#35822


  

 

 

 

 

 

 

F

REE 

M

INDS 

A

SSOCIATION 

 

A

ZAD 

D

ÜŞÜNCƏLƏR 

A

SSOSIASIYASI 

 

www.azadliqciragi.org

  

 

 

 

 

 

T

ədqiqat: 

 

 

Azərbaycanda Ticarət Dinamikası və  

Ticarət Məhdudiyyətlərinin Adambaşına Düşən Xərcləri  

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



Bu tədqiqatın həyata keçirilməsində Vaşinqtonda yerləşən “ATLAS” Đqtisadi Tədqiqatlar Fondunun 

(

www.atlasnetwork.org



) müstəsna rolu olub. Eyni zamanda, tədqiqata öz töhfəsini vermiş Azad Đqtisadiyyata 

Yardım Đctimai Birliyinin Sədri cənab Zöhrab Đsmayıla təşəkkürümüzü bildiririk. Təqdiqatı Ayxan Nəsibli 

hazırlanmışdır. 

 

 



 

Bakı - 2011


 



 

 

M

ÜNDƏRICAT



 

Giriş: ........................................................................................................................................... 2 

1. Gömrük siyasəti və normativ-hüquqi baza ..................................................................... 4 

2. Xarici ticarətin dinamikası..................................................................................................... 7 

2.1 İdxal və ixracın ümumi strukturu............................................................................... 7 

2.2 Regional ticarət əlaqələri ............................................................................................ 10 

3. Real vəziyyət və xərclər .................................................................................................... 13 

3.1 İdxal baryerlərinin forması və növləri...................................................................... 13 

3.2 Adambaşına düşən xərc ............................................................................................. 17 

4. Nəticələr və növbəti addımlar: ........................................................................................ 18 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 



Giri



ş: 

Azad ticarət anlayışı və onun müsbət təsiri bir çox keçid dövlətləri üçün anlaşılmaz 

olaraq  qalır.  Keçid  dövrü  və  inkişaf  etməkdə  olan  ölkələr  üçün  xarici  ticarətin  

liberallaşması bir çox cəhətdən faydalıdır: insanların alıcılıq qabiliyyətinin artırılması, 

sahibkarlığın inkişafı, iqtisadiyyatın diversifikasiyası və s. Buna əlavə olaraq, Dünya 

Ticarət  Təşkilatına  (bundan  sonra  DTT)  üzv  olma  prosesində  azad  ticarətə  doğru 

addımların  atılması  hökumətin  qarşısına  qoyduğu  ən  mühüm  prioritetlərdən  birinə 

çevrilməlidir.  

 

Bu  tədqiqatın  məqsədi  Azərbaycanın  xarici  ticarət  siyasətinin,  idxalat  və  ixracatın 



dinamikasını təhlil etməklə azad ticarətə mane olan faktorları  və bunun nəticəsində 

adambaşına  düşən  xərci  müəyyən  etməkdir.  Təhlil  3  hissədən  ibarətdir:  gömrük 

siyasəti  və  normativ-hüquqi  bazaya  baxış;  ölkənin  xarici  ticarət  göstəriciliərinin 

təhlili; azad ticarət qarşısındakı baryerlər və adambaşına düşən xərc.  

 

Tədqiqat zamanı gərəkli məlumatlar masa-arxası ilkin araşdırma və Dövlət Statistika 



Komitəsi,  Dövlət  Gömrük  Komitəsi,  Nazirlər  Kabineti  və  başqa  rəsmi  qurumların, 

araşdırma  mərkəzlərinin  internet  səhifələri  və  hesabatlarından  toplanıb.  Buna  əlavə 

olaraq,  hazırkı  vəziyyəti  anlamaq  üçün  xarici  ticarətlə  məşğul  olan  sahibkarlardan 

dərinləşdirilmiş  müsahibələr  aparılmışdır.  Həmin  sahibkarlar  öz  sektorları  üzrə 

malların idxalına görə tanınmış yerli şirkətlərin təmsilçiləri olmaqla yanaşı, bazarda 

dominant  rol  oynamır  və  digər  proteksionist  şirkətlər  ilə,  ağrılı  olsa  belə,  rəqabət 

aparmaqla  heç  bir  yüksək  rütbəli  dövlət  məmurunun  çətiri  altında  fəaliyyət 

göstərmirlər.    

 

Hüquqi  bazanın  təhlili  göstərir  ki,  ticarət  siyasətində  dövlətin  rolu  kifayət  qədər 



yüksəkdir.  Bu,  bazada  müdaxilə,  şirkətlər  arasında  ayrı-seçkiliyin  qoyulması,  rəsmi 

və  qeyri-rəsmi  ödənişlərin  kifayət  qədər  yüksək  olması  ilə  əsaslandırılır.  Eyni 

zamanda,  milli  iqtisadiyyat  fenomeni  də  bazarda  istehlakçıların  marağına  cavab 

verən  mexanizm  olaraq  belə  görünmür.  Son  illərdə  DTT-a  üzvlük  danışıqları  artsa 




 

belə,  indiki  durumu  nəzərə  almaqla,  yaxın  zamanda  bunun  reallaşacağına  şübhə 



edənlər  də  az  deyil.  Halbuki,  2007-ci  ildən  başlayaraq  dövlət  proqramlarında 

sahibkarlıq 

subyektləri 

üçün 


əlverişli 

şəraitin 

yaradılması, 

inhisarçılığın 

məhdudlaşdırılması, ixrac yönümlü siyasət kimi məsələlər öz əksini tapıb.  

 

Müntəzəm  olaraq  dəyişdirilən  qanunvericilik  bazasına  baxmayaraq,  tədqiqat 



boyunca  müşahidə  olunub  ki,  xarici  ticarət  hissəsində  dövlət  statistikasında  şübhə 

doğuran  məqamlar,  kifayət  qədər  boşluqlar  və  ya  informasiya  assimetriyası  var.

1

  

Müsahibələr  göstərir  ki,  hazırda  gömrük  sistemində  də  ciddi  boşluqlar  var.  Bura 



vəzifədən  sui-istifadə    və  qeyri-rəsmi  yığımların  olması,  inhisarçıların  bazarda 

müstəsna rolu kiçik sahibkarların fəaliyyətinə mənfi təsir göstərir. Tədqiqat boyunca 

statistikaya  əsaslanaraq,  qeyd  etmək  olar  ki,  artan  ticari  dinamikaya  baxmayaraq, 

ticarətdə  tətbiq  edilən  maneələr  adambaşına  düşən  xərci  də  artırmaqdadır.  Son 

illərdə  cəmiyyətdə  baş  verən  modernləşmə  diskursunun  tərkib  hissəsi  olaraq, 

iqtisadiyyatın  diversifikasiyası,  regionların  sosial-iqtisadi  inkişafı  və  uzun  müddətli 

inkişaf  üçün  DTT-ə  inteqrasiya  ticarət  siyasətində  əsas  komponentlərdən  birinə 

çevrilməlidir.  

 

Rəsmi  məlumatlara  nəzər  saldıqda,  ticari  dövriyyənin  son  5  ildə  yüksək  şəkildə 



artımını  müşahidə  etmək  mümkündür.  Bunun  əsas  səbəbi  neft  və  qaz  müqavilələri 

sayəsində dünya bazarına xammalın  ixracı  və qiymətlərin artması olub. 2006-cı  ildə 

idxal  və  ixrac  arasında  fərq  az  olmasına  baxmayaraq,  2010-cu  ildə  bu  fərq  kifayət 

qədər yüksək olub. Son illərdə ixrac strukturuna baxdıqda, ixracatın böyük hissəsinin 

(90%-dən  yüksək)  mineral  yanacaq,  neft  və  neft  məhsullarının  üzərinə  düşdüyünü 

görmək  mümkündür.  Qeyd  etmək  olar  ki,  ticarət  dövriyyəsi  karbohidrogen 

ehtiyatları  üzərində  qurulduğundan,  ixracat  əsasən  Avropa  bazarına  bağlıdır. 

Regional və MDB ölkələrinə baxdıqda  isə, Rusiya, Ukrayna və Türkiyə müqayisədə 

daha yüksək göstəricilərə malikdir, lakin böyük və rəqabətli bazarlarla kifayət qədər 

                                                 

1

 Ətraflı məlumat üçün: Qubad Đbadoğlu, “Azərbaycan Respublikasında “Güzgü Statistikası” və xarici 



ticarət göstəricilərinin əsaslandırılması”, Đqtisadi Tədqiqatlar Mərkəzi, Bakı, 2011 


 

aşağıdır.  Bu  göstəricilərə  əsaslanaraq,  iqtisadiyyatın  diversifikasiyası  hökumətin 



qarşıya  qoyduğu  ən mühüm  məsələlərdən biridir.  Təbii  ki,  bu  proses  iqtisadiyyatın 

və eyni zamanda, ticarətin liberallaşmasından keçir.  

 

 

1. Gömrük siyasəti və normativ-hüquqi baza 



Azərbaycan  Respublikasının  xarici  ticarəti  “Gömrük  Məcəlləsi”,  “Gömrük  tarifi 

haqqında” qanunla və digər normativ-hüquqi aktlarla tənzimlənir. Bu siyasət əsasən 

aşağıdakı məqsədləri daşıyır

2



Gömrük  ərazisində  gömrük  nəzarəti  və  mal  dövriyyəsinin  tənzimlənməsi 

vasitələrindən daha səmərəli istifadə  

Daxili bazarın qorunması  



Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması  

Dövlətin  iqtisadi  siyasətindən  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsinə 



kömək etmək.  

Qeyd  olunan  məqsədlərə  əsasən,  azad  ticarət  və  onun  təşviq  edilməsi  və  ya 

stimullaşdırılması gömrük siyasətinin prioritet etdiyi məqamlarla uyğunlaşmır. Ölkə 

ərazisində  daxili  bazarın  və  istehsalın  qorunması  ilk  növbədə  rəqabətə  və  malların 

daha  ucuz  və  keyfiyyətli  ölkə  bazarına  idxal  olmasına  şərait  yaratmamaqla  yanaşı, 

eyni  zamanda  idxala  əlavə  maneələr  törətməkdədir.  Xaricdən  gətirilən  mallara 

yüksək  rüsumların  və  qeyri-rəsmi  ödənişlərin  süni  şəkildə  tətbiq  olunması  idxal 

olunan  mallarının  qiymətini  artırır  və  yerli  istehsal  ilə  müqayisədə  qeyri-səmərəli 

vəziyyət  yaradır.  Müqayisəli  üstünlük  prizmasından  yanaşdıqda,  yerli  istehsalçılar 

bu  prosesin  qısa  zamanda  bəhrəsini  görməsinə  baxmayaraq,  uzun  müddətli  inkişaf 

və  istehlakçıların  hüququnun  qorunması  yönündə  o  heç  də  uğurlu  addım 

sayılmamaqdadır. Nəticə etibarı ilə yerli istehsalçıların qısa müddətli maraqlarını əks 

etdirən  proteksionist  (qorunan)  xarici  ticarət  mexanizmi  istehsakçıların  maraqlarına 

heç  də  cavab  vermir  (yüksək  qiymət,  aşağı  xidmət  və  keyfiyyət,  bazar  tələblərinə 

cavab verməyən istehsal və s. səbəblərini qeyd etmək olar). 

                                                 

2

 Azərbaycan Respublikası Gömrük Məcəlləsi, Maddə 2. 




 



 

Gömrük tarifi haqqında qanuna əsasən

3

, malların idxal olunması prosesində bir neçə 



rüsum  növləri  tətbiq  olunur:  mövsümi  və  gömrük.  Ticarətin  hər  hansı  bir 

mövsümündə  intensivliyini  qorumaq  və  birbaşa  tənzimləmək  üçün  mövsümi 

rüsumlar tətbiq oluna bilər. Bu, 6 aydan çox olmayan bir zamanla limitləşdirilir. Buna 

əlavə olaraq, daxili bazarın qorunması üçün (yəni ki, yerli  sahibkarları qorumaq və ya 

dolayısı  ilə subsidiyalaşdırmaq),  idxal olunan mallara əlavə rüsumlar tətbiq olunur. 

Bunlar  xüsusi  rüsumlar  (yerli  istehsalçıların  bazarına  ziyan  vuracaq  kəmiyyətdə 

gətirildikdə),  antidempinq  rüsumları  (istehsal  olunduğu  ölkədə  real  dəyəri  aşağı 

olduğu  halda  və  yerli  bazar  iştirakçılarına  çətinlik  yaratdıqda)  və  kommersiya 

rüsumlarıdır (yerli istehsalçılara ziyan olmaması üçün).  

 

 Qeyd olunan rüsumlar üç növdə tətbiq olunur - advalor (malların gömrük dəyərinə 



görə  faizlə  hesablanan),  spesifik  (mal  vahidinə  görə  müəyyən  olunmuş  dəyərlə 

hesablanan)  və  kombinə  edilmiş  (hər  iki  növü  birləşdirən).

4

 Buradan  göründüyü 



kimi, AR Gömrük qanunvericiliyi daha çox yerli istehsalçıları qorumaq üçün yüksək 

dərəcəli  rüsumlar  tətbiq  edir.  Halbuki,  qeyri-neft  sektorunun  çox  aşağı  səviyyədə 

olması  və  ÜDM-də  çox  kiçik  pay  almasını  nəzərə  alaraq  ticarət  siyasətində 

dəyişikliklərin  olunması  qaçılmazdır.  Eyni  zamanda,  konseptual  olaraq  dövlət  və 

özəl  sektorların  ayrı  olmasına  baxmayaraq,  gömrük  tarifləri  ilə  malları  istehsal  və 

istehlak əmtəə strukturunda mütərəqqi dəyişikliklərə şərait yaradılması üçün bazara 

fərqli  yollarla  müdaxilələr  baş  verir.  Nəticə  etibarı  ilə  icra  olunan  yüksək  rüsumlar 

idxal olunan malların süni şəkildə qiymətinin artırılmasına və istehlakçıların alıcılıq 

qabiliyyətinin  azaldılmasına  yönəlir.  Müqayisə  olaraq  qeyd  etmək  olar  ki,  istehlak 

səbəti qonşu ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir.  

 

Son  illərdə  gömrük  sisteminin  və  qanunvericiliyinin  müasirləşdirilməsində  xeyli 



dəyişikliklər edilib. Bunların bir çoxu ümumi olaraq Gömrük sisteminin 2007-2011-ci 

                                                 

3

 Azərbaycan Respublikasının Qanunu, Gömrük Tarifi haqqında  



http://customs.gov.az/addons/qanun/uploads/1995.06.20_1064.pdf

 

4



 Gömrük tarifi haqqında Qanun, 4-10-cu maddələr 


 

illərdə  inkişafına dair  Dövlət Proqramında öz əksini tapmaqdadır



5

. Ölkə siyasətinin 

daha  uğurla  həyata  keçirilməsi  və  sosial-iqtisadi  inkişafı  təmin  etmək  üçün  bu 

proqram aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur: 

mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektləri üçün əlverişli 



şəraitin yaradılması  

inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının 



alınması  

ixracın təşviqi və genişləndirilməsi, daxili bazarın qorunması üçün 



mexanizmin təkmilləşdirilməsi 

gömrük sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi  



 

Bu  məqsədlərin  həyata  keçirilməsi  üçün  qanunvericilik  və  gömrük  tənzimlənmə 

bazasının  təkmilləşdirilməsi,  gömrük  nəzarəti  metodlarının  beynəlxalq  standartlara 

uyğunlaşdırılması  və  gömrük  prosedurlarının  avtomatlaşdırılması;    qaçaqmalçılığa 

və  gömrük  işi  sahəsində  digər  hüquqpozmalara  qarşı  mübarizənin  gücləndirilməsi; 

gömrük  infrastrukturunun  inkişaf  etdirilməsi;  kadr  hazırlığı  və  beynəlxalq 

əməkdaşlığın  genişləndirilməsi  prioritet  istiqamət  olmuşdur.  Bu  proqramın  yerinə 

yetirilməsi  ilə  gömrük  sisteminin  maddi-texniki  bazasının  möhkəmlənməsi  və 

avtomatlaşdırılması,  infrastrukturun  müasirləşdirilməsi  və  kadr  potensialının 

güclənməsi,  dövlət  büdcəsinin  artması,  ticari  prosesdə  müasir  tarif  və  qeyri-tarif 

tədbirlərinin  daha  geniş  tətbiq  olunması;  DTT-a  üzv  olma  prosesinin  sürətlənməsi, 

iqtisadi təhlükəsizliyin möhkəmlənməsi,  sosial-iqtisadi  inkişafda gömrük sisteminin 

rolunun  artırılması  və  nəhayət,  ticari  əməliyyatların  rəsmiləşdirilməsinin 

sadələşdirilməsi daxildir.  

 

Eyni  zamanda,  “bir  pəncərə”  sisteminin  populyar  olduğu  bir  dövrdə,  dövlət 



sərhəddinin  keçid  məntəqələrinin  buraxılış  qabiliyyətinin  artırılmasının  vacib 

olduğunu nəzərə alaraq, 2009-cu ildən uyğun prezident fərmanının icrasına başlanıb. 

                                                 

5

 Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı; 2007-ci il 1 



fevral tarixli, 1925 nömrəli Sərəncam. 


 

Bu  fərmanın  məqsədi  (1)  dövlət  sərhəddindən  keçirilən  malların  və  nəqliyyat 



vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, (2) idxal-ixrac 

əməliyyatlarının  müasir  tələblərə  uyğun  aparılması  üçün  münbit  şəraitin 

yaradılmasıdır.

6

 



 

Beləliklə,  Azərbaycanın  gömrük  siyasəti  və  hüquqi  baza  “milli  iqtisadiyyat”  adı 

altında  yerli  istehsalçıları  qorumaq  məqsədi  ilə  bazara  müdaxiləni  təşviq  edir. 

Yüksək xərc tələb edən bu siyasət (azad) bazar prinsiplərinə cavab verməyərək, eyni 

zamanda  ayrı-seçkilik  və  qeyri-effektiv  atmosfer  yaradır.  2007-ci  il  dövlət 

proqramının  tərkib  hissəsi  olaraq  inhisarçılığın  azaldılması,  gömrük  sistemində 

texniki  bazanın  möhkənlənməsi  və  sahibkarlığın  inkişafı  üçün  münbit  şəraitin 

yaradılması  prinsipləri  öz  əksini  tapmışdır.  Halbuki,  bu  komponentlərin  ədalətli 

tətbiqinin nə dərəcədə effektiv olması sual altında qalmaqdadır.   

 

2. Xarici ticarətin dinamikası 



 

Ölkənin  ticarət  dinamikasına  baxış  iki  aspektdən  təhlil  edilib:  (1)  idxal  və  ixracın 

ümumi  strukturu  və  (2)  region  ölkələrlə  ticarətin  dinamikası  və  onu  şərtləndirən 

amillər.  



 

2.1 İdxal və ixracın ümumi strukturu 

 

Rəsmi  statistikaya  əsasən,  xarici  ticarət  əlaqələri  son  5  ildə  idxal  və  ixrac 

komponentləri  üzrə  artıb  (11  milyard  ABŞ  dollarından  27  milyard  ABŞ  dollarına 

qədər). Sadəcə, 2008-ci ildə ixracatda yüksək templi artım müşahidə olunmuşdur (54 

milyard  ABŞ  dolları).  Bunun  səbəbi  isə  beynəlxalq  neft  müqavilələri  üzrə 

Azərbaycanın  böyük  neft  gəlirləri  əldə  etməyə  başlaması  və  eyni  zamanda,  dünya 

bazarında  neftin qiymətinin kəskin artması ilə bağlı olub.  

                                                 

6

 Dövlət  Gömrük  Komitəsi,  “Azərbaycan  Respublikası  dövlət  sərhəddinin  buraxılış  məntəqələrindən  keçirilən 



malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılmasında “Bir  Pəncərə”  prinsipinin  tətbiqi  haqqında Azərbaycan 

Respublikası Prezidentinin fərmanı”, 11 noyabr 2008-ci il.  

http://www.customs.gov.az/az/Bir%20P%C9%99nc%C9%99r%C9%99_f%C9%99rman.html

 



 

Qrafik 1-də 2006-2010-cu illərdə ticarət dövriyyəsinin illik 11.6 milyard dollardan 28 



milyarda  qədər  artmasına  baxmayaraq,  ixracat  həcminin  ümumi  portfelinde  kifayət 

qədər böyük rol oynamamasını müşahidə etmək olar. 

 

Qrafik 1: Xarici ticarət əlaqələrinin dinamikası  

 

0

10000

20000

30000

40000

50000

60000

2006

2007

2008

2009

2010

Import

Export

 

 



Burada, artım tempi kifayət qədər yüksək olsa da (6 milyarddan 21 milyard dollar), 

Dövlət  Statistika  Komitəsinin  məlumatına  görə  ticarətin  böyük  hissəsinin  mineral 

yanacaq,  neft  və  neft  məhsulları  olduğunu  görə  bilərik.  İllər  üzrə  bölgü  aparsaq, 

bunun 2006-ci ildə 84%, 2007-ci ildə 81%, 2008-ci ildə 97%, 2009-cu ildə 93%, 2010-cu 

ildə 94% olduğunu müşahidə etmək olar (Cədvəl 1). Bu isə mineral yanacaq, neft və 

neft  emalı  məhsullarının  ixracatda  və  eyni  zamanda,  bütün  ticari  dövriyyədə 

dominant rol oynadığını göstərir.  

 

Cədvəl 1: Đxracın əmtəə strukturu (min ABŞ dolları) 

 

        N 

Mal qrupları 

2006 

2007 

2008 

2009 

2010 

  

Cəmi 



6 372165.0  6058 222.3 

47 756040.2 

14 701358.8 

21 360210.2 

Mineral yanacaq, 



neft və neft emalı 

məhsulları 

5390 286.0 

4931 210.5 

46 362 868.4 

13 639 469.0  20 110 198.2 

 

İxrac olunan qeyr-neft məhsullarının həcmi ümumi ixracatın cüzi bir hissəsini təşkil 



edir. Bu kateqoriyadan olan ərzaq məhsulları, içki və tütün (2%), az qiymətli metallar 

və onlardan hazırlanan məhsullar (1%-dən aşağı), heyvan və bitki mənşəli piylər və 

yağlar (1%) ümumi ixracatın təxminən 5%-i qədərdir.  

Milyon ABŞ dolları ilə 

Đllər 

ticarət 


dövriyyəsi 

idxal 


Ixrac 

saldo  


2006 

11 638,9 

5 266,7 

6 372,2 


1 105,5 

2007 


11 771,7 

5 713,5 


6 058,2 

344,7 


2008 

54 926,0 

7 170,0 

47 756,0 

40 586,0 

2009 


20 824,5 

6 123,1 


14 701,4 

8 578,3 


2010 

27 960,8 

6 600,6 

21 360,2 

14 759,6 



 

 



Mineral  yanacaq,  neft  və  neft  emalı  məhsullarının  ixracatın  əksər  hissəsini  təşkil 

etməsinin  səbəbi  isə  2005-ci  ildən  sonra  Azərbaycanın  beynəlxalq  neft-qaz 

müqavilələrindən  böyük  gəlirlər  əldə  etməsi  və  eyni  zamanda,  neftin  dünya  bazarı 

qiymətinin  kəskin  bahalaşmasıdır.  Əldə  olunan  gəlirlərin  mühüm  bir  hissəsi  dövlət 

büdcəsi vasitəsilə infrastruktura və qeyri-neft sektoruna yönəldilsə də, bunun qeyri-

neft  sektorunun  ixracat  potensialının  artmasına  elə  bir  təsir  göstərmədiyi 

aydınlaşmaqdadır. 

 

İdxalın  strukturuna  baxsaq  (Cədvəl  2),  son  5  ildə  idxal  olunan  malların  təxminən 



30%-nin  maşın,  mexanizmlər,  elektrotexniki  avadanlıqlar  və  aparatların  üzərinə 

düşdüyü aydınlaşır. Bundan sonrakı sırada 12-15%-lə quru nəqliyyat vasitələri, uçan 

aparatlar və üzən nəqliyyat vasitələri kateqoriyası gəlir. Beləliklə, ölkəyə idxal olunan 

malların təxminən yarısı texniki avadanlıqlardır. Qeyd olunan bu məhsullar daxildə 

istehsal edilmir. Digər mal qrupları isə ümumi idxalda kiçik çəkiyə malikdir.  

 

Cədvəl 2: İdxalın əmtəə strukturu (faizlə) 





Mal qrupları 

2006 

2007 

2008 

2009 

2010 

1   Bitki mənşəlı məhsullar 

3.8 


6.6 

7.2 


5.1 

6.6 


 2 

Hazır ərzaq məhsulları, spirtli və spirtsiz 

içkilər, sirkə, tütün 

5.2 


7.7 

6.8 


8.5 

9.3 


 3 

Az qiymətli metallar və onlardan 

hazırlanan məmulatlar 

11.7 


12.3 

10.7 


10.8 

14.1 


 4 

Maşınlar, mexanizmlər, elektrotexniki 

avadanlıqlar, aparatlar 

29.4 


30.2 

30.8 


34.8 

28.8 


 5 

Quru nəqliyyat vasitələri, uçan aparatlar, 

üzən nəqliyyat vasitələri 

16.7 


15.5 

17.1 


12.7 

12.1 


 

Azərbaycanın dünya bazarında mineral yanacaq, neft və neft məhsullarının ixracatçı 

ölkə  olaraq  tanınması  və  ticarət  dövriyyəsində  dominant  rol  oynaması,  təbii  olaraq 

bu  məhsulun  idxal  hissəsində  cüzi  paya  malik  olduğunu  görmək  mümkündür. 

Rəsmi statistikaya əsaslanaraq, bu məhsulun 2006-cı ildən sonra idxalı kifayət qədər 



 

10 


azalmış, lakin son illərdə daha stabil olmuşdur (Qrafik 2).

7

 Bu azalma da 2006-cı ildən 



sonra  Azərbaycanın  qaz  hasilatının  artması  ilə  əlaqədar  Rusiyadan  qaz  idxalını 

dayandırması ilə bağlıdır. 



 

 

Qrafik 2: Mineral yanacaq, neft və neft emalı məhsullarının idxalı  

(min ABŞ dolları) 

0

1000

2000

3000

4000

5000

6000

7000

8000

2006


2007

2008


2009

2010


Idxal (mineral yanacaq, neft və

neft məhsullarını çıxmaqla)

Ümumi idxal

 

Göründüyü  kimi,  2006-cı  ildən  ölkənin  xarici  ticarət  dinamikasında  kifayət  qədər 



yüksək  sıçrayış    müşahidə  edilib.  Əmtəə  strukturuna  nəzər  saldıqda,  mineral 

yanacaq, neft və neft emalı məhsullarının dominantlığı nəzərə çarpır. İxracatı artıran 

neft  hasilatı  və  yüksək  qiymət  dövlət  büdcəsinə  də  müsbət  təsir  edir.  İdxalın 

strukturuna  gəldikdə  isə,  texniki  avadanlıqların  və  nəqliyyat  vasitələrinin  daha 

yüksək pay aldığını görmək mümkündür. Beləliklə, artan ticarət dinamikasının neft 

və  neft  məhsullarının  ixracatı  üzərində  qurulduğunu  nəzərə  alaraq,  iqtisadiyyatın 

davamlı  inkişafı  diversifikasiya  strategiyasını  və  azad  bazar  modelinə  keçidi  tələb 

etməkdədir.     

 

2.2 Regional ticarət əlaqələri 

  

Ticarət dövriyyəsinin 2006-2010-cu illərdən xarici ticarətin 11 milyarddan 28 milyard 

ABŞ  dollarına  qədər  artmasının  fonunda  regiaonal  ticarət  əlaqələrində  də  mühüm 

                                                 

7

 2006-ci il 11.6%, 2007-ci il 2.5%, 2008-ci il 1.6%, 2009-ci il 1.1%, 2010-cu il 1.2%. 




 

11 


dəyişikliklər baş verib. 2010-cu ildə ən yüksək paya İtaliya (7.1 milyard), Fransa (1.9 

milyard), Rusiya Federasiyası (1.9 milyard), Amerika Birləşmiş Ştatları (1.8 milyard), 

İsrail  (1.8  milyard),  Çin  (0.9  milyard)  və  Tükiyə  (0.9  milyard)  sahibdirlər.  MDB 

ölkələri  arasında  isə  artım  bir  o  qədər  də  ürəkaçan  olmamışdır:  2006-ci  ildə  həmən 

qrup  ölkələri  ilə  ticarət  dövriyyəsi  2.6  milyard  ABŞ  dolları  idisə,  2010-cu  ildə  bu 

rəqəm sadəcə 4 milyard ABŞ dollarına qədər artıb. Bu artımda Ukrayna, Qırğızıstan 

və Türkmənistan qeyd olunan qrup ölkələri ilə müqayisədə kəskin  olaraq fərqlənib.  

 

Cədvəl 3: MDB və digər qonşu dövlətlər ilə ticari dövriyyə  



Ölkələr 

2006 

2007 

2008 

2009 

2010 

Qazaxıstan 

232 908,0 

349 888,5 

490 300,6 

205 771,8 

338 144,3 

Qırğızıstan 

7 507,0 

3 622,3 


4 927,6 

5 310,1 


41 547,7 

Özbəkistan 

34 347,4 

23 586,2 

29 893,1 

18 135,1 

32 634,1 

Rusiya 


Federasiyası 

1 525 843,5 

1 531 305,0 

1 933 258,0 

1 818 498,5 

1 918 560,5 

Türkmənistan 

378 532,1 

53 893,7 

72 561,2 

63 649,8 

214 596,4 

Ukrayna 

355 915,9 

494 745,7 

739 354,8 

695 786,6 

1 354 197,8 

Gürcüstan 

334 477,3 

406 750,5 

542 202,8 

454 891,4 

461 382,1 

Türkiyə 

773 185,0 

1 680 895,5 

1 433 326,1 

1 014 604,2 

942 336,1 

Đran Đslam 

Respublikası 

381 819,0 

539 966,8 

452 874,8 

168 811,5 

243 219,3 

 

MDB və digər qonşu ölkələrlə tiracət dövriyyəsinin başqa ölkələrlə müqayisədə daha 



zəif artmasının bir neçə səbəbi vardır:  

Azərbaycan  ixracatının  böyük  hissəsi  neft  və  qaz  ehtiyyatları  olduğundan, 



ticari  tərəfdaşlar  neft  idxal  edən  ölkələrdir  (məsələn:  Avropa,  ABŞ  və 

sənayenin inkişaf etdiyi digər bazarlar); 

Əksər qonşu ölkələrin iqtisadiyyatının diversifikasiya olunmaması və ya digər 



sənayelərin  istehsal  gücünün  zəif  olması  və  eyni  zamanda,  neft  sənayesinin 

üzərində  qurulması  (məsələn,  Rusiya,  Qazaxıstan  və  s.)  Azərbaycan  bazarı 

üçün uyğun idxal predmetləri istehsal etmir; 



 

12 


Qonşu  ölkələrin/  iqtisadi  rejimlərin  bir  çoxunun  proteksionist  siyasət  və  ya 

qeyri-azad  bazar  prinsiplərinə  əsaslanmasıdır.  Yerli  sənayenin  zəif  olması  və 

müasir bazar tələblərinə cavab verməməsi ixracın yüksəlməsini əngəlləyir. 

 

Azərbaycan iqtisadiyyatının ticarətdə MDB dövlətləri ilə əlaqəsinə baxdıqda, idxalın 



(ixrac ilə müqayisədə) daha yüksək pay almasını görmək mümkündür. Bu halda son 

illər üzrə ticarət dinamikasını qrafik 3-də təsvir etmək olar (daha ətraflı informasiya 

üçün əlavədəki cədvələ bax).  

 

Qrafik 3: Ölkələr üzrə Azərbaycana idxal (min ABŞ dolları)

8

 

0

100

200

300

400

500

600

700

800

900

1000

1100

1200

1300

1400

1500

2006

2007

2008

2009

2010

Qazaxıstan

Qırğızıstan

Özbəkistan

Rusiya

Türkmənistan

Ukrayna

Türkiyə

Gürcüstan

 

 



Buradan  görsəndiyi  kimi,  qonşu  ölkələrdən  Azərbaycan  bazarına  idxal  olunan 

malların əksəriyyəti Rusiyaya aiddir. Bundan sonra Türkiyə və Ukrayna gəlir. 2006-ci 

ildən  sonra  yüksək  artım  olsa  belə,  2009-cu  ildə  hər  iki  ölkədən  idxal  olan  malların 

miqdarı azalmışdır. Qırğızıstandan idxal olunan mallar üzrə son illərdə kifayət qədər 

qeyri-stabillik müşahidə olunur. Bu dəyişikliyin əsas səbəbi yaxın regionlar olsa da, 

Azərbaycan və Qırğızıstan arasındakı uzun məsafənin olması, nəinki quru nəqliyyat 

əlaqələrinin,  hətta  birbaşa  hava  nəqliyyatı  əlaqələrinin  olmamasıdır.  Digər  qonşu 

ölkələrdən idxal olunan mallar ticarət dövriyyəsinə görə daha kiçik pay almaqdadır 

                                                 

8

 Daha detallı informasiya üçün əlavədəki cədvələ bax (ölkələr üzrə idxal) 




 

13 


(Qazaxıstan, Türkmənistan, Özbəkistan və Gürcüstan). Bunun səbəbi isə qeyd olunan 

ölkələrin üçünün əksəriyyətinin neft və qaz hasilatçısı olması, Gürcüstanın  isə daha 

çox  Avropa  bazarına  üstünlük  verməsi,  həmçinin  Azərbaycana  idxal  prosesindəki 

inhisarçılıq  meylləridir.  Bununla  da,  belə  nəticəyə  gəlmək  olar  ki,  neftin  ölkə 

iqtisadiyyatında  dominant  rol  oynaması  ixrac  yönümlü  ticarət  yaratmaqla,  əsasən 

Azərbaycanı  Avropa  və  digər  böyük  bazarlarla  birləşdirir;  MDB  ölkələri  ilə  ticarət 

əlaqələri  siyasi  amillərdən  asılı  olaraq  digər  ölkələrlə  müqayisədə  daha  zəifdir  və 

eyni  zamanda,  daha  çox  idxalatda    yer  alır.  Buradan  belə  görsənir  ki,  regional 

iqtisadiyyatların  inteqrasiyası  və  ümumi  gömrük  xidmətinin  yaranmasına  ehtiyac 

var.  Bu,  ticari  dövriyyəni  artırmaqla  yanaşı,  eyni  zamanda,  istehlakçıların  mal  və 

xidmətlərlə təmin edilməsində qiymətlərin ucuzlaşması ilə nəticələnə bilərdi.  

 

3. Real vəziyyət və xərclər 



 

Hazırkı  vəziyyəti  dərindən  qavramaq  üçün  idxal  prosesində  olan  baryerlərin 

formasını və növlərini təhlil etmək vacibdir. Bura rəsmi (institusional), qeyri-rəsmi və 

infrastruktur baryerlər daxildir. Eyni zamanda, daha obyektiv araşdırma üçün biznes 

qurumlarından  dərinləşdirilmiş  müsahibələr  aparılıb.  Kifayət  qədər  yüksək 

ödənişlərin  olduğunu  nəzərə  alaraq,  ticarətin  liberallaşması  və  DTT-a  üzvlük 

prosesində  adambaşına  düşən  xərci  hesablamaq  vacib  komponentlərdən  biridir. 

Hesablamalar  göstərir  ki,  son  illərdə  ticarət  dövriyyəsinin  artması  ilə  adambaşına 

düşən xərc də kifayət qədər yüksəlib.  

 

3.1 İdxal baryerlərinin forması və növləri 

 

Ümumiyyətlə, azad ticarətin qarşısını alan baryerlərə bir neçə tərəfdən baxmaq olar. 



Birincisi,    idxal  prosesinin  rəsmi  hissəsidir.  Bir  az  da  aydınlaşdırsaq, 

qanunvericilikdən  törəyən  komponentlər  və  əngəlləri  qeyd  etmək  olar.  İkincisi, 

qeyri-rəsmi  baryerlərdir.  Burada  söhbət  gömrük  orqanı  rəsmiləri  tərəfindən 



 

14 


qanunsuz şəkildə ticarətçilərdən alınan vəsait və ya idxal olunan malın üzərinə əlavə 

edilmiş  qeyri-rəsmi  ödənişlərdən  gedir..  Üçüncü  baryer  olaraq  infrastrukturu 

göstərmək olar, hansı ki, ticarət prosesdə müstəsna rol oynamaqdadır.    

 

Son  illərdə  hazırlanmış  yeni  institusional  mexanizmlər  və  anti-korrupsiya 



fəaliyyətləri  ilə  sahibkarlıq  və  gömrük  sahəsində  dəyişikliyə  doğru  addımların 

olduğunu görmək mümkündür. Gömrük sisteminin yeni yaranmış veb-səhifəsi bəzi 

ticarətçilər üçün müsbət qarşılana bilər. Bu prosesin iştirakçıları üçün hüquqi baza ilə 

tanış  olmaqla  yanaşı,  eyni  zamanda  elektron  ödəmə  sistemləri,  gömrük  yığımları, 

ödəmə  kalkulyatoru  və  digər  mexanizmlər  qurulmuşdur.  Əlavə  olaraq,  qaynar  xətt 

də ilkin informasiya mənbəyi kimi yaradılıb.  

 

Nəzəri  baxımdan  son  illərdə  həyata  keçirilən  siyasət  və  tətbiq  olunan  yeni 



mexanizmlər daha cəlbedici və müsbət atmosfer yaradacaq kimi görünsə də, hazırkı 

praktiki və ya qeyri-rəsmi faktorları təhlil etmək vacibdir. Bu prosesə daha yaxından 

bələd  olmaq  üçün  anonim  qalmaq  istəyən  şirkət  təmsilciləri  ilə  dərinləşdirilmiş 

müsahibə  aparılmışdır.

9

 20  ilə  yaxın  şəhər  mərkəzində  xırda  ölçülü  və  dəyərli 



malların  ticarəti  ilə  məşğul  olan  şirkət  sahibi  idxal  baryerləri  və  indiki  situasiyanın 

mürəkkəb  olduğunu  bildirir.  Aydındır  ki,  ticarətlə  məşğul  olmaq  istəyən  hər  hansı  

şəxs  ilk olaraq Dövlət Gömrük Komitəsinə üz tutur. Onlar yerində idxal rüsumlarını 

öyrənməyə  və  xərclərin  düzgün  (aşağı)  hesablanmasına  nail  olmaq  istəyirlər.  Lakin 

gömrük  orqanlarına  getməmişdən  əvvəl  qanunvericiliyin  araşdırılmasına  praktiki 

olaraq  “ehtiyac  qalmır”.  Çünki  cəmiyyətdə qanunvericilik  və  rəsmi  məlumatın  əldə 

olunması  ilə  əlaqədar  informasiya  assimetriyası  var.  Eyni  zamanda,  kiçik  ticarətlə 

məşğul  olanların  məlumatlılıq  səviyyəsinin  aşağı  olması  da  digər  problemlərdən 

biridir.  Hətta  rəsmi  prosedurlar  barədə  məlumatlı  olmaq  işlərin  daha  nizamlı  və 

qanunauyğun gedəcəyinə zəmanət vermir. Ticarət və gömrük sistemində qeyri-rəsmi 

proseslər və tez-tez dəyişən ödəmə formaları kifayət qədərdir (idxal olunan ölkədən 

                                                 

9

 Təbii ki, bu şirkətlər bazarda inhisarçı mövqedə deyil və eyni zamanda, fəaliyyət göstərdikləri sektor üzrə 



böyük hissəsini təmsil etmirlər. 


 

15 


və maldan asılı olaraq). Bunun da başında  süni bürokratik əngəllər, əlavə ödənişlər 

və inhisarçılıq durur. 

 

Ticarətlə  məşqul  olan  digər  sahibkar  qeyd  edir  ki,  son  illər  ərzində  qanuna  əlavə 



edilən  yeni  mexanizmlərin  çoxu  gözdən  pərdə  asmaq  məqsədi  daşıyır:  bu  alətlər 

sadəcə  virtual  aləm  ilə  uzlaşmaqdadır,  lakin  reallıqda  gömrük  sistemində  ciddi 

çətinliklər müşahidə olunur. Son illər ticarət sistemində müsbət dəyişikliklər nəzərə 

çarpmır, əksinə  hər dəfə yeni baryerlər və əlavə ödəmələr ortaya çıxır. Bu isə alıcılıq 

qabiliyyəti zəif olan vətəndaşların marağına cavab vermir. Eyni zamanda, gömrükdə 

inhisarçılıq əlavə problemlərdən biridir ki, bir qrup adamlar üçün sui-istifadə halları 

ilə  müqayisəli  üstünlük  yaradır,  o  cümlədən  bazarda  tələb-təklif  balansını  kifayət 

qədər pozur.  

 

Ümumiyyətlə,  ticarətlə  məşğul  olan  şirkətlərin  və  şəxslərin  böyük  hissəsi 



qanunvericilik  və  rəsmi  proseslər  bir  tərəfə,  əsasən  qeyri-rəsmi  yığımlardan 

şikayətlənir.  Eyni  zamanda,  bu  narazılığa  baxmayaraq,  şikayət  etməyin  fayda 

verəcəyinə də inanmırlar.. İcra və məhkəmə orqanları arasında tarazlığın pozulması, 

icra  hakimiyyəti  strukturlarında    bir  çox  hallarda  vəzifədən    sui-istifadə  hallarını 

artırır.  Riyazi  olaraq,  qeyri-rəsmi  və  ya  qeydə  alınmayan  ödənişlərin  hesablanması 

əslində  asan  olmayan  bir  prosesdir.  Digər  ölkələrlə  müqayisə  və  hesablama 

aparılarkən  vergidən  yayınma  halları  və  eyni  zamanda,  büdcəyə  daxil  olmalarda 

çatışmayan  resursları  göstərmək  olar.  İqtisadi  Tədqiqatlar  Mərkəzinin  (2010),  2003-

2009-cu  ilin  məlumat  bazası  ilə  Azərbaycanın  xarici  ticarətdə  63-80%-ə  qədər  payı 

olan  16  ölkə  üzrə  “Güzgü  statistikası  metodu”  ilə  apardığı  araşdırmalara  əsasən, 

idxal statistikasında kənarlaşmanın məbləği 10 milyard 646 milyona yaxınlaşmışdır. 

Son  illərdə  ən  yüksək  kənarlaşma  həddi  2008-ci  il  üzrə  qeydə  alınaraq,  3  milyard 

dollar təşkil edib.

10

  



 

                                                 

10

 Đqtisadi Tədqiqatlar Mərkəzi, “Azərbaycanın ticarət statistikasının dürüstləşdirilməsinə ehtiyac var”



oktyabr, 2010-cu il.   

http://www.erc-az.org/new/view.php?lang=az&menu=0&id=747

 



 

16 


Qeyd olunan praktiki məqamlara və qüsurlara baxmayaraq, Dünya Bankının idxalçı  

şirkətlərlə  apardığı  sorğunun  nəticəsi  göstərir  ki,  Azərbaycanda  gömrük  və  tiracət 

prosedurlarında  (tənzimlənmə)  2005-ci  ildə  39%  problem  qeyd  olunduğu  təqdirdə, 

bu  rəqəm  2008-ci  ildə  24%-ə  enib.  Müqayisə  üçün  qeyd  etmək  mümkündür  ki, 

Azərbaycandakı  bu  vəziyyət  keçmiş  sovet  ölkələri  ilə  müqayisədə  yaxşı,  lakin 

Avropa ölkələri ilə müqayisədə kafi səciyyə daşımaqdadır.

11

 Amerikanın “Heritage” 



Fondunun  2001-2010-cu  illəri  əhatə  edən    indeksləri  göstərir  ki,  2005-2008-ci  illərdə 

ticarətin azad olunması prosesində müsbətə doğru sıçrayışın olduğunu görmək olar. 

Lakin 2009-2010-cu illər arasında  bu sahədə geriləmə olub.

12

  



 

Növbəti  diqqət  yetiriləcək  məqam  infrastruktur  ilə  əlaqədardır:  coğrafi  olaraq, 

Azərbaycan  qapalı  ölkə  olduğundan  (okeanlara  birbaşa  çıxışın  olmaması)  və  eyni 

zamanda,  regiondakı  siyasi  vəziyyətin  qeyri-stabil  olduğunu  nəzərə  alaraq, 

investisiyanın  və  ticarət  dövriyyəsinin  artırılması  üçün  infrastrukturun  optimal 

vəziyyətdə olması mütləq komponentdir. Bura limanlar, avto və dəmir yolları, hava 

yolları  və  aeroport.  daxildir.  Avropa  Birliyi  tərəfindən  dəstəklənən  TRACECA 

layihəsi  də  regiondakı  inkişafı  və  ticarəti  artırmaq  üçün  infrastrukturun 

yaxşılaşdırılması yolunda mühüm bir təşəbbüs olub.  

 

Ölkə iqtisadiyyatı  üçün ticarətdə əsas  infrastrukdur boru xətləri (BTC və CQBK) və 



dəmir  yollarıdır.  Nəzərə  alsaq  ki,  ticarətin  böyük  hissəsini  neft-qaz  və  neft 

məhsullarının  ixracı  təşkil  edir,  idxal  olunan  mallar  üçün  də  əsas  infrastruktur 

limanlar,  dəmir  yollları  və  avtomobil  yollarının  üzərinə  düşür.  Onların  bərpası  və 

modern  standartlara  cavab  verməsi  qaçılmazdır.  Eyni  zamanda,  bu  infrastruktur 

növləri  və  onların  modernləşdirilməsi  sadəcə  Azərbaycan  bazarı  üçün  deyil,  eyni 

zamanda  Şərq-Qərb  tranzit  dəhlizi  üzrə  böyük  bir  arealın  ticarət  əlaqələri  üçün 

vacibdir.  Ticari  əlaqələrin  tərkib  hissəsi  olaraq,  Gürcüstanla  qarşılıqlı  bağlılıq 

                                                 

11

 The World Bank Group: BEEPS at-a-glance, 2008 Azerbaijan, January 2010, p.10 



http://siteresources.worldbank.org/INTECAREGTOPANTCOR/Resources/704589-

1267561320871/Azerbaijan_2010.pdf

 

12

 



“Heritage”  Fondu (Heritage Foundation), Đqtisadi Azadlıq Đndeksi, 2011. 

http://www.heritage.org/index/Visualize?countries=azerbaijan&type=2

 



 

17 


ticarətin  daha  intensivləşməsi  və  gömrük  birliklərinin  yaranması  üçün  bir  imkan 

olaraq nəzərə alınmalıdır. 

 

Sözügedən  institusional,  qeyri-rəsmi  və  infrastruktur  əngəllərini  nəzərə  alaraq,  bu 



qənaətə  gəlmək  olar  ki,  rəsmi  proses  ilə  hazırkı  durum  arasında  böyük  boşluq  var. 

Bu  komponentlər  azad  ticarətin  qarşısını  alan  əngəllərdir.  Onların  malların 

qiymətinın  süni  artmasına  və  eyni  zamanda,  istehlakçıların  alıcılıq  qabiliyyətinin 

zəifləməsinə müstəsna təsiri var.  

 

3.2 Adambaşına düşən xərc 

 

Azad ticarətin qarşısını alan rəsmi baryerlərin adambaşına düşən xərcini hesablamaq 

üçün  idxaldan  dövlət  büdcəsinə  daxil  olan  vergi  və  rüsumların  əhalinin  sayına 

nisbətini müəyyən edirik. 

 

Cədvəl 4: Dövlət Gömrük Komitəsinin topladığı rəsmi rüsumlar 

Rüsumların növü 

2006 

2007 

2008 

2009 

2010 

Malların idxalına görə 

əlavə dəyər vergisi 

351 389 700 

535056092 

775232241 

832490823 

810957251 

Malların idxalına görə 

aksiz 


23 383 100 

72359464 

91148343 

67779118 

62884956 

Gömrük rüsumları 

139 338 200 

160277089 

238645274 

205680814 

218254067 

Xarici avtonəqliyyat 

vasitələri sahibləri 

tərəfindən ödənilən yol 

vergisi 

1 848 400 

4319787 

5347915 


6746016 

 

9631250 



Cəmi 

515 959 400 

772 012 432 

1 110 373 773 

1 112 696 771 

1 101 727 524 

 

 

Cədvəl  4-də  qeyd  olunduğu  kimi,  DGK  tərəfindən  toplanılan  rəsmi  ödənişlərin 



həcmi 2006-cı ildə 515 milyon manatdan 1 milyard manata yüksəlib. Son üç ildə bu, 

stabil olaraq 1 milyardın üzərində qalıb. Neft və qaz ixracatından  əldə olunan böyük 

miqdarda  maliyyə  resursları  idxal  olunan  malların  strukturuna  da  təsirini  göstərib. 

İdxalın əmtəə strukturuna baxdıqda, bura daha çox texniki avadanlıqlar və nəqliyyat 

vasitələri  daxildir  (cədvəl  2).  2005-ci  il  vəziyyəti  ilə  müqayisədə,  sürətlə  artan 

rüsümlar adambaşına düşən xərci də artırıb. Cədvəl 5-də göründüyü kimi, idxaldan 

əldə  olunan  rəsmi  statistikaya  görə  2006-ci  ildə  adambaşına  düşən  xərc  60,3  manat 



 

18 


təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 122 manat olmuşdur. Təbii ki, bu sadəcə dövlət 

gömrük komitəsi tərəfindən əldə olunan rəsmi məbləğdir.  

 

Cədvəl 5: Rəsmi idxal vergiləri üzrə adambaşına düşən xərc 

 

 



2006 

2007 

2008 

2009 

2010 

Əhali sayı (milyon) 

8,55 

 

8,66 



 

8,77 


 

8,89 


 

9,0 


Adambaşına düşən 

xərc (AZN) 

60.3 

89 


126 

125 


122 

 

Rəsmi statistikaya və dərinləşdirilmiş müsahibələrə əsasən qeyd etmək mümkündür 



ki,  Azərbaycanda  idxal  zamanı  toplanılan  rüsumlar  ümumi  vəsaitin  sadəcə  bir 

hissəsidir.  Bu  qeyri-adekvat  situasiyaya    səbəb  isə  bir  neçə  növ  qeyri-rəsmi  (və  ya 

rəsmi qeydə alınmayan) ödənişlərin olmasıdır: bura “inhisarçılıq xərci” və ya rüşvət, 

müxtəlif  komponentlərin  əlavə  olunması  (m

3

,  çəki  və  digər  komponentlərə  uyğun 



olaraq)  və  digər  maddi  idxal  əngəlləri  daxildir.  Eyni  zamanda,  bir  çox  sahə  üzrə 

monopolist  və  ya  oliqopolist  qrupların  olması  daxili  bazarda  rəqabəti  zəiflədir  və 

əvəz  olunan  məhsulların  idxalı  ilə  məşğul  olan  kiçik  sayda  şirkət  daxili  bazarda 

tələb-təklif  balansının  pozulması  ilə  bazardan  kənarlaşır.  Nəticə  etibarı  ilə  bu 

rüsumların  və  prosesin  tətbiq  olunması  idxal  olunan  malların  qiymətinin 

artırılmasında müstəsna dərəcədə böyük rol oynamaqdadır.  

 

 

4. Nəticələr və növbəti addımlar: 



 

Azad ticarət- tərəflər arasındakı uduş situasiyasıdır (win-win situation). Bunun üçün 

keçid  ölkələrində  iqtisadiyyatın  liberallaşması  və  bazar  mexanizmlərinin  tətbiqi 

vacibdir. Bu prosesdə  hökumətin qarşında duran ilk vəzifələrdən biri ticarətin azad 

olması  yönündə  reformların  edilməsidir.  Azad  ticarət  və  ticari  sistemin 

modernləşməsi iqtisadi inteqrasiyanın əsas bünövrəsini təşkil edir. Azərbaycan üçün 

iqtisadiyyatın  diversifikasiyası  və  büdcə  gəlirlərinin  daha  sabit  və  uzun  müddətli 

artırılması üçün DTT üzvlüyü əsas predmetə çevrilərək hökumətin qarşısında duran 

prioritet olmalıdır.  

 



 

19 


DTT-ə  üzvlük  birmənalı  olaraq  qarşılanmır.  Təbii  olaraq,  inhisarçı  şirkətlər  bazarın 

əldən  verilməsini  güman  edərək  qarşıya  hər  növ  baryerlər  çıxarır.  Lakin  siyasi 

elitanın  daha  sivil  sistemə  keçidi  və  eyni  zamanda,  alıcı  maraqlarının  qorunması 

yönündə  indiki  sistemin  qeyri-qanuni  proseslərini  texniki  islahatlar  yolu  ilə 

dəyişdirilməsi  və  azad  bazar  uğrunda  bu  kluba  üzvlük  bir  alət  və  qaçılmaz  bir 

prosesin tərkib hissəsidir.  

 

DTT öz prinsipləri daxilində ən əlverişli rejim (MFN), milli və xarici mallar arasında 



ayrı seçkiliyin azaldılması, tariflərin azaldılması və kvotaların yığışdırılması, şəffaflıq 

və  azad  rəqabət  üzərində  birləşdirərək  daha  cəlbedici  qlobal  instituta  və  təşkilata 

çevrilmişdir.  Bu  təşkilat  qısa  zaman  ərzində  texnologiyadan  və  yeni  sistemdən 

istifadə  edə  bilən  şirkətlərin  bazarda  qalması,  qlobal  ticarət  bazarına  çıxış,  rəqabət, 

malların  keyfiyyətinin  artması  və  qiymətin  azalmasını  vəd  edir.  Keçmiş  Sovet 

ölkələrinin  bir  hissəsinin  DTT  üzvlüyü  göstərir  ki,  qlobal  ticari  inteqrasiya 

investiyanın artması və iqtisadiyyatın diversifikasiyası ilə də nəticələnməkdədir.  

 

Expertlərin  fikrincə,  hazırkı  qanunvericilik  DTT-ə  üzvlüyü  gecikdirir.  Bura 



tənzimləmə  mexanizmi,  intellektual  mülkiyyət  və  investisiya  ilə  əlaqədar  olan 

hüquqi  baza  daha  qabarıq  şəkildə  öz  əksini  tapmaqdadır.  Halbuki,  DTT-ə  üzvlük 

şəffaflıq  sahəsində  ticarətin  daha  asan,  proqnozlaşdırıla  bilən  və  iqtisadi 

münaqişələrın daha effektiv şəkildə həll olunacağı ilə nəticələnməkdədir.

13

 Beləliklə, 



Azərbaycan  üçün  regionların  davamlı  iqtisadi  inkişafı  və  istehlakçıların  iqtisadi 

maraqlarına tam şəkildə cavab verməsinin yolu DTT üzvlüyündən keçir.  

 

 

 



 

 

 



 

 

                                                 



13

 Vüqar Bayramov, “Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü; müsbət və mənfi tərəflər”, Đqtisadi 

və Sosial Araşdırmaları Mərkəzi, 2010, p 17-18 



 

20 


 

Əlavələr: 

 

Əlavə 1: İlkin müsahibə sualları: 

 

1.  Gömrük sistemində son 5 ildə hansı dəyişikliklər baş vermişdir? 



Hüquqi: qanunvericilikdə hansı dəyişikliklərin praktikada müsbət təsiri 

olmuşdur?  

Qeyri rəsmi hissə: korrupsiyanın səviyyəsi, şəffaflıq məsələsi, qeydə alınma, 



inhisarçılıq halları idxal prosesinə (sizin biznesə) nə dərəcədə təsir etmişdir? 

Əlavə qeyri- rəsmi ödənişlərin sayında və miqdarında nə dərəcədə dəyişiklik 



olmuşdur? 

2.  “Bir pəncərə” sisteminin idxala təsiri necə olmuşdur? 

3.  İdxalı həvəsləndirən addımlar nə olmuşdur? 

4.  “İnhisar olunmuş” sektor hansıdır? Həmin malların idxalını necə həyata 

keçirirsiniz və hansı baryerlərlə üzləşirsiniz? 

5.  Veb-sayt və yeni elektron əlaqə alətlərindən istifadə edirsinizmi? 

6.  Şikayətiniz olursa, hər hansı bir orqana müraciət olunurmu? 

 

 



 

Əlavə 2: Ölkələr üzrə idxal (min ABŞ dolları) 

 

 

2006 



2007 

2008 

2009 

2010 

Qazaxıstan 

127 252,0 

222 294,2 

200 052,1 

63 617,7 

293 552,9 

Qırğızıstan 

474,6 

924,1 


1 342,5 

751,6 


1 006,5 

Özbəkistan 

27 489,3 

19 131,5 

22 439,0 

12 365,8 

12 332,7 

Rusiya 


Federasiyası 

1 181 584,0  1 004 181,0  1 350 366,9  1 072 072,2  1 145 008,7 

Türkmənistan 

369 007,2 

40 294,0 

51 559,0 

26 172,3 

13 918,4 

Ukrayna 

317 512,3 

465 557,6 

567 228,5 

511 741,3 

465 559,8 

Amerika 

Birləşmiş 

Ştatları 

197 949,0 

269 039,0 

267 439,4 

260 555,0 

206 271,1 

Türkiyə 

385 040,2 

624 572,5 

807 168,9 

906 984,2 

771 442,4 

Gürcüstan 

49 201,8 

62 930,8 

51 535,2 

59 883,8 

50 412,7 



 

Yüklə 182,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə