Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə10/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   ...   6   7   8   9   10   11   12   13   ...   158

Biblioqrafiya 
 
37
şindən günümüzədək xəbər verən mənəvi inanc yerləri - pirlər və ziyarət-
gahlar, o cümlədən də tarixi arxeoloji abidələrdən bəhs edir. 
170. Fərzəli, Ə. Gəmiqaya - Qobustan mədəniyyəti: e.ə. VIII-V min-
illiklər /Əjdər Fərzəli; elmi red. Q.Məşədiyev; məsl. və rəy.: N.Xəzri [və 
b.].- Bakı: Nurlan, 2008.- 335 s. 
171. Quliyev, F. Azərbaycanın kurqan qəbirlərində at dəfni /Fərhad 
Quliyev; elmi red. İ.Nərimanov, H.Aşurov; rəy.: Q.İsmayılzadə, T.Əliyev; 
AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu.- Bakı: Elm, 2008.- 394 s. 
172. Naxçıvan abidələri ensiklopediyası /AMEA Naxçıvan bölməsi; 
burax. məsul V.Talıbov; red. hey. V.Talıbov və b.; ing. dilinə  tərc. ed. 
Z.Zülfüqarov.Naxçıvan, 2008.- 519 s. 
173. Rüstəmov, C. Qobustan: Kiçikdaş abidələri /C.Rüstəmov, 
F.Muradova.- Bakı: E.L. Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008.- 325 s. 
174. Şəmkir: Arxeoloji irsi, tarixi və memarlığı: Birinci Respubli-
ka elmi-praktik konfransın materialları. 28-29 noyabr 2007, Şəmkir /red. 
hey. M.Rəhimova və b.; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, 
AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu, Azərb. Memarlıq və İnşaat Un-
ti, Regionların İnkişafı İctimai Birliyi.- Bakı: Çaşıoğlu, 2008.- 496 s. 
 
2009 
175. Aliyev, İ. Abşeron açıqlamaları /İdris Aliyev; tərc. ed. G.Rzaye-
va; foto. A.Rzayev; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na-
zirliyi.- Bakı, 2009.- 24 s. 
Kitabçada Abşeron ərazisində aparılan arxeoloji qazıntılar zamanı əl-
də olunan tapıntılardan bəhs olunur, Abşeron torpağında e.ə. III-II minil-
liklərə aid Bəndüstü yaşayış məskənində aşkarlanan qədim şumerlərin Dü-
muzi əfsanəsi barədə məlumat verilir. 
176. Axundov, T. Astarada 20 gün /Tufan Axundov; AMEA, Arxeo-
logiya və Etnoqrafiya İn-tu.- Bakı: Şərq-Qərb, 2009.- 111 s. 
Kitab Astarada aparılan arxeoloji tədqiqatlarn nəticəsi və abidələrin 
elmi təsnifatı verilmişdir. 
177. Fayql, E. İpək yolu üzərində Odlar Yurdu – Azərbaycan tarixi 
/Erix Fayql; elmi red. F.Vahabov, K.Şükürov; red.: D.İsmayılov, T.Nuri-
yeva.- Bakı, 2009.- 183 s. 
178. Fərəcova, M. Azərbaycan qayaüstü incəsənəti /Məlahət Fərəco-
va; elmi red. V.Əliyev; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.- 
Bakı: Aspoliqraf, 2009.- 319 s. 
179. Xəlilov, M. Albaniyanın qəbir abidələri: IV-X əsrlər /Mübariz 
Xəlilov; elmi red. T.Dostiyev, Q.Qoşqarlı; AMEA, Arxeologiya və Etnoq-
rafiya İn-tu.- Bakı: Nafta-Press, 2009.- 179 s. 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
38 
180. Hadıyeva, K. XIX-XX əsrin əvvəllərində Azərbaycanda ənənə-
vi qadın bəzəkləri: tarixi-etnoqrafik tədqiqat /Kəmalə Hadıyeva; red. 
E.Kərimov; AMEA Arxeologiya və Etnoqrafiya İn-tu.- Bakı: Xəzər Un-ti, 
2009.- 172 s. 
181. Hüseynov, R. Qaynaq /Rafael Hüseynov.- Bakı: Araz, 2009.-
C.III.- 327 s. 
Kitaba arxeologiya nümunələrinin rəngli fotoları ilə yanaşı müfəssəl 
elmi təsviri və təhlili daxil edilmişdir. 
182. İpək yolu üzərində odlar yurdu - Azərbaycan tarixi /Erix 
Fayql; elmi red. F.Vahabov, K.Şükürov; red. D.İsmayılov, T.Nuriyeva.- 
Bakı, 2009.- 183 s. 
183. Kvaçidze, V. Xəzər atlantidası: [kataloq] /Viktor Kvaçidze; elmi 
red. N.Vəlixanlı, tərc. ed. Ə.Əfəndiyev; AMEA, Milli Azərb. Tarixi 
Muzeyi.- Bakı, 2009.- 112 s. 
Kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 1968-1990-cı 
illərdə  Xəzər dənizinin hidroarxeoloji tədqiqatlarına həsr olunmuşdur. 
Burada Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda müha-
fizə edilən və bir hissəsi muzeyin elmi ekspozisiyasında nümayiş olunan 
sualtı arxeoloji materiallar haqqında məlumat toplanmışdır. 
184. Qala arxeoloji etnoqrafik  muzey kompleksi /Heydər  Əliyev 
Fondu.- Bakı, 2009.-32 s. 
185. Pirquliyeva, Q. Numizmatikanın əsasları: [Elektron resurs] /Qə-
nirə Pirquliyeva; red. M.Seyfəddini; AMEA, Arxeologiya və Etnoqrafiya 
İn-tu.- Bakı: Nafta-Press, 2009.- 63 s. 
186. Rəcəbova, B. Azərbaycanın ənənəvi sənətkarlıq məmulatı və is-
tehsalı tarixindən (IV-XVII əsrlər): tarixi-arxeoloji tədqiqat /Badisəbah 
Rəcəbova; elmi red. T.Dostiyev; rəssam R.Cəfərova; AMEA, Arxeologiya 
və Etnoqrafiya İn-tu.- Bakı: Elm, 2009.- 303 s. 
Azərbaycanın orta əsr abidələrindən aşkar olunmuş zəngin arxeoloji 
materiallar əsasında yazılmış monoqrafiya Azərbaycanın orta əsr ənənəvi 
sənətkarlıq məmulatına həsr edilmişdir. 
187. Şabran:  dünəndən bu günə: (qədim yazılı  mənbə  və dövri 
nəşrlərdə) /burax. məsul və ön söz. müəl. N.Novruzov; topl. tərt. ed 
Ə.Səmədov.- Bakı: Şirvannəşr, 2009.- 84 s. 
188. Tuncay, B. Sakların tarixi, dili və ədəbiyyatı /Bəxtiyar Tuncay; 
red. F.Abbasquliyeva.- Bakı: Apostrof, 2009.- 279 s. 
 
2010 
189. Ağsu  şəhəri orta əsrlərdə: Kitab-albom Ağsu arxeoloji ekspe-
disiyasının 2010-cu ilin mart-aprel ayları ərzində aparmış olduğu tədqiqat-


Biblioqrafiya 
 
39
ların ilkin, həm də yığcam təqdimatıdır [İzomaterial]: Ağsu arxeoloji eks-
pedisiyası 2010. Orta əsrlər Ağsu şəhəri.- Bakı, 2010.-bur.1.- 182 [1] s. 
190. Ağsu  şəhəri orta əsrlərdə: Ağsu arxeoloji ekspedisiyasının 
2010-cu il tədqiqatları: tarixi-arxeoloji araşdırma /AMEA, Arxeologiya və 
Etnoqrafiya İn-tu; Milli Azərbaycan Tarixi Muzeyi; “Miras” Mədəni İrsin 
öyrənilməsinə kömək  İctimai Birliyi; nəşrə  məsul Q.Cəbiyev, F.Xəlilli; 
ing. dil. tərc. Ş.Bayramova; italyan dil. tərc. Z.Muradova; bədii tərt. S.Hü-
seynov.- Bakı: Polyqrappic production, 2010.- bur. 2.- 386 s.  
191. Alıyev, H. Sumqayıt şəhərinin tarixi: [monoqrafiya] Həmid Alı-
yev; elmi red. A.Baxşəliyev; Azərbaycan Respublikası  Təhsil Nazirliyi, 
Sumqayıt Dövlət Un-ti.- Bakı: Elm və təhsil, 2011.- 542 s.  
192. Azərbaycanda arxeoloji tədqiqatlar - 2009 /məsul red. M.Rə-
himova; red. hey.: T.Bünyadov, İ.Babayev;  AMEA, Arxeologiya və 
Etnoqrafiya İn-tu.-Bakı: Xəzər Universiteti, 2010.-310 s. 
193. Avşarova, İ. Qafqaz arxeologiyası /İradə Avşarova, Qənirə Pir-
quliyeva; elmi red. Q.İsmayılzadə; rəy.: V.Əliyev, K.Məmmədov; Azərb. 
Resp. Təhsil Nazirliyi, BDU.- Bakı: Bakı Universiteti, 2010.- 247 s. 
194. Baxşəliyev, V. Naxçıvanda arxeoloji tədqiqatlar: II Kültəpə, I 
Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatların il-
kin nəticələri /Vəli Baxşəliyev, L.Ristvet, H. Gopnik, S.Aşurov; elmi red. 
İ.Hacıyev; albomun məsl. V.Talıbov; AMEA Naxçıvan Bölməsi; Univer-
sity of Pennsylvania.- Naxçıvan: Əcəmi, 2010.- 119 s. 
195. Baxşəliyev, V. Ovçulartəpəsi: 2006-2008-ci il tədqiqatlarının ilk 
nəticələri /Vəli Baxşəliyev, Catherin Marro, Səfər Aşurov; elmi red. 
V.Baxşəliyev; AMEA, Naxçıvan bölməsi; Arxeologiya və Etnoqrafiya İn-
tu; Fransa Milli Elmi Araşdırmalar Mərkəzi.-Bakı: Elm, 2010.-153 s. 
196. Baxşəliyev, V. Sirabda arxeoloji araşdırmalar /Vəli Baxşəliyev; 
elmi red. İ.Hacıyev; elmi məsl. İ.Həbibbəyli; rəy.: H.Cəfərov, A.Seyidov.- 
Bakı: Oskar, 2010.- 160 s. 
197. Cəbiyev, Q. Girdman tarixi: IV-IX əsrlər /Qafar Cəbiyev; red. 
Y.Mahmudov; rəy.:  İ.Babayev, V.Əliyev; AMEA, A.A.Bakıxanov ad. 
Tarix İn-tu.- Bakı: Şərq-Qərb, 2010.- 615 s. 
198. Beyləqan: ensiklopedik toplu /tərt. Vəsimə  İsmayılqızı; elmi 
red. B.Budaqov, V.Əliyev, S.Aşurov; məsl.  İ.Əliyev; [fotolar S.Kulişov 
və b.].- Bakı: İsmayıl NPM, 2010.- 678 s. 
199. “Keşikçidağ” - dövlət tarix-mədəniyyət qoruğu /tərt. ed. 
M.Mursaquliyev, İ.Hacıyev.- Bakı: Mütərcim, 2010.- 19 s. 
200. Mustafayev, A. Azərbaycanın maddi-mədəni irsi: etnotipoloji 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
40 
tədqiqat /Arif Mustafayev; elmi məsl. R.Əfəndiyev; elmi red. Y.Mahmu-
dov; rəsm və foto.: B.Muradova və b.; AMEA, A.A.Bakıxanov ad. Tarix 
İn-tu; AR Təhsil Nazirliyi, BDU.- Bakı: Adiloğlu, 2010.- 637 s. 
Monoqrafiyanın “Azərbaycanın maddi-mədəni irsinin inkişaf mərhə-
lələri” bölməsində Azərbaycanın bir çox yaşayış yerləri, qədim abidələri 
[S.16-30], Xınalıq, Qrız, Buduq kəndləri [S.511] şəhərtipli məskənlər, 
Şuşa və Şəki şəhərləri [S.512] haqqında məlumat verilmişdir.  
201. Ramazanlı, H.  Şimali Azərbaycanda fayans istehsalı e.ə. IV 
min. - y.e. XIV ə. /Həsənağa Ramazanlı; elmi red. A.Məmmədov.- Bakı: 
Elm, 2010.- 383 s. 
202. Tağısoy, N. Etnos və epos: keçmişdən bugünə /Nizami Tağısoy; 
elmi red. H.İsmayılov; red. R.Kamal.- Bakı: Mütərcim, 2010.- 370 s. 
203. Vəliyev, F. XIX-XX əsrin  əvvəllərində Azərbaycanın maddi 
mədəniyyəti: tarixi-etnoqrafik tədqiqat /Fəzail Vəliyev; elmi red. 
T.Bünyadov; AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu.- Bakı:  Şərq-
Qərb, 2010.- 307 s. 
 
2011 
204. Azərbaycan inciləri: [buklet] /Azərb. Resp. Prezidenti yanında 
Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası; MİRAS Mədəni İr-
sin öyrənilməsinə kömək İctimai Birliyi; layih. rəhb. R.İbrahimov; red. və 
tərc. Ş.Bayramova; foto M.Rəhimov.- Bakı, 2011.- 14 s. 
205. Ağsu  şəhəri orta əsrlərdə: Ağsu  şəhər yerindən aşkar edilmiş 
maddi-mədəniyyət nümunələrinin kataloqu [İzomaterial].- Bakı: Miras 
Nəşriyyat Mərkəzi, 2011.- bur.3.- 231 s. Ağsu arxeoloji ekspedisiyası 
2010. Orta əsrlər Ağsu şəhəri. 
206. Boru kəmərləri dəhlizində  keçmiş  və  gələcək irs: Azərbay-
can, Gürcüstan və Türkiyə: Arxeologiya və Etnoqrafiya İn-tu (Bakı, 
Azərbaycan), Gürcüstan Dövlət Muzeyi (Tbilisi, Gürcüstan) və Qazi Un-ti 
(Ankara, Türkiyə) tərəfindən aparılmış arxeoloji tapıntılar /Maykl Pol 
Teylor, R.Kristofor Polqleyz, Nəcəf Müseyibli və b.; Asiya Mədəniyyət 
Tarixi Proqramı; Smitsonian İn-tu; foto BP Eksploreyşn Kaspian Sİ LTD.- 
Washington, 2011.- 239 s. Azərbaycan və ing. dilində. 
2003-cü ildə başlamış Cənubi Qafqaz (CQ) təbii qaz boru kəmərləri-
nin tikinti işləri Azərbaycan, Gürcüstan, Türkiyə, Britaniya və Amerika-
dan olan arxeoloqlardan ibarət qruplar tərəfindən həyata keçirilən tədqiqat 
işləri ilə müşaiyət olunmuşdur. Bu qruplar boru kəmərlərinin bütün uzun-
luğu boyunca səfər edərək məlum arxeoloji sahələri təhlil etmiş, əvvəllər 
məlum olmayan və arxeoloji qazıntı  işləri aparılmamış yüzlərlə sahəni 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə