Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə115/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   ...   111   112   113   114   115   116   117   118   ...   158

Biblioqrafiya 
 
459
tarixindən /Mehman Süleymanov; elmi red. H.Əliyev.- Bakı: Hərb nəşriy-
yatı, 1997.- 159 s. 
Kitab İrəvan Azərbaycan xanlığının xarici işğala qarşı mübarizəsinə 
həsr edilmişdir. Kitabda İrəvan  əhalisinin, döyüşçülərinin və xanlarının 
müstəqillik uğrundakı mübarizəsi, bu xanlığın işğal edilərək erməniləşdi-
rilməsi çoxsaylı faktlar əsasında açıqlanır. Kitabda İrəvan qalası, Sərdar 
Sarayı haqqında məlumat verilir [S.23-26]. 
 
1998 
4814. Arzumanlı, V Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. 
Qaçqınlıq /Vaqif Arzumanlı, Nazim Mustafa; elmi red. T.Əhmədli; AEA 
Milli Münasibətlər İn-tu.- Bakı: Qartal, 1998.- 279 s. 
Əsərdə Qərbi Azərbaycan abidələri və toponimlərindən də bəhs edilir. 
4815. Budaqov, B. Ermənistanda Azərbaycan mənşəli toponimlərin 
izahlı lüğəti /Budaq Budaqov, Q.Qeybullayev; red. B.Budaqov; rəy. 
H.Orucov.- Bakı: Oğuz eli, 1998.- 452 s. 
Əsərdə indiki Ermənistan ərazisində qədim dövrlərdən 1988-ci ilə qə-
dər mövcud olmuş toponimlərin izahlı lüğəti verilmişdir. Lüğətin mətnin-
dən aydın olur ki, bu ərzidə türk mənşəli tayfalar hələ eramızdan  əvvəl 
birinci minillikdə yaşamaqla əhalinin əksəriyyətini təşkil etmişlər. 
4816. Koçaş, S. Tarixdə ermənilər və türk-erməni münasibətləri 
/M.Sədi Koçaş; baş red.: İ.Vəliyev; red. hey.: V.Arzumanlı, T.Əhmədov, 
Z.Mustafayev və b.; tərc. ed.: Ş.Qədimov.- Bakı: Azərbaycan ensik. nəşr. 
poliq. birl., 1998.- 158 s.  
Kitabın “Osmanlı dövləti xidmətində ermənilər” bölməsində türk 
adlarının erməniləşdirilməsindən bəhs edilir [S.62-67]. 
4817. Rüstəmov,  Ə. Qədim Oğuz yurdu Zəngəzurun türk mənşəli 
yer-yurd adları /Ə.Rüstəmov.- Bakı, 1998. 
4818. Vəli, H. Babək Xürrəmidinin son taleyi /Həmzə  Vəli; red. 
T.Əliyev; rəssam F.Əli.- Bakı, 1998.  
Kitabda xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutan, böyük 
sərkərdə Babəkin həyat və fəaliyyətinin müəyyən səhifələri işıqlandırılır. 
Müəllif geniş toponimik faktlar əsasında Babəkin ərəb işğalçılarına qarşı 
vuruşduğu ərazini dəqiqləşdirir, Buğakar piri haqqında məlumat verir. 
4819. Vəli, H. Nüvədi kitabələri /Həmzə  Vəli; red.T.Əliyev.- Bakı, 
1998. 
Tədqiqatlar nəticəsində əldə edilən Nüvədi kitabələri Zəngəzur maha-
lının Nüvədi kəndinin Qarqadaşı dağında – e. ə. minilliklərinə aiddir. 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
460 
1999 
4820. Dərələyəzli, A. Dərələyəzim dərdim mənim /Alim Dərələyəzli; 
red. Ə.Ələkbərli.- Bakı: Ağrıdağ nəşriyyatı, 1999.- 201 s.  
Dərələyəz mahalının Sal-sal qalası, Ərkəzdəki Ərkəz piri, Qabaxlıda 
Qara Seyidin ocağı və b. abidələri haqqında  məlumat var [S.30-76]. 
4821. Əliyev, V. Azərbaycanın toponimiyası: [dərs vəsaiti] /Vilayət 
Əliyev; N.Tusi ad. ADPU; elmi red.: Ə.Tanrıverdiyev; rəy.: M.Rəhimov, 
İ.Bayramov.- Bakı: M.N.Tusi ad. APİ, 1999.- 278 s.  
Kitabın sonunda Qərbi Azərbaycan toponimlərinin lüğəti verilib.  
4822. Hidayət.  Sözün vaxtı:  Şəxsiyyət, zaman, sənət /Hidayət; red. 
N.Rüstəmli; rəssam F.Fərəcov.- Bakı: Şərq-Qərb, 1999.- 676 s.  
Kitab  İrəvan xanlığı, Zəngəzur, Göyçə, Hamamlı, Ağbaba mahalla-
rından qovulmuş həmvətənlərimizin taleyi və toponimləri haqqındadır. 
4823. İsmayıl, E. Oğuz yurdun övladları /Eldar İsmayıl; red. A.Ab-
basəliyev.- Bakı: Təbib, 1999.- 376 s.  
Kitabın “Faciələrimizin səsi” bölməsində abidə  və toponimlərdən 
söhbət açılır [S.8-16;44-55]. 
4824. Musayev, T. XX əsrdə ermənilər tərəfindən xalqımızın başına 
gətirilmiş faciələr /T.Musayev.- Bakı: Ağrıdağ, 1999.- 320 s. 
1918-19-cu illər – Vedi, Millidərə, Qədirli, Qaracıq, Şahbaslı, Göyçə 
qırğınları haqqında [S.44-49,62]. 
 
2000 
4825. Bayramov, İ. Qərbi Azərbaycan toponimlərinin tərkibində iş-
lənən söz və coğrafi terminlər lüğəti /İbrahim Bayramov; elmi red.: 
H.Mirzəyev; ön söz əvəzi V.Arzumanlı; ADPU, AEA Beynəlxalq Müna-
sibətlər İn-tu.- Bakı: Elm, 2000.- 106 s. 
4826. Ələkbərli,  Ə.  Qərbi Azərbaycan: [10 cilddə] /Əziz Ələkbərli; 
məsl. O.Məmmədov; red. V.Şadlinski; АМЕА Nizami ad. Ədəbiyyat İn-
tu, Dədə-Qorqud ad. Folklor Elmi-Mədəni  İn-tu.- Bakı: Ağrıdağ, 2000.- 
C.1: Vedibasar mahalı, Vedibasar və Qarabağlar r-ları.- 663 s.  
Kitabın içindəkilər: Vedibasar mahalı; Vedibasar mahalının kəndləri; 
Əlavələr; Vedibasar folklorundan nümunələr, şeirlər və abidələr, Aselişad 
- Xorvirab məbədləri, Dvin sarayı  və  məbədi [S.458-460] haqqında da 
məlumat verilir. 
4827. Xəlilov, B. “Zəngəzur” adlı kitab, yaxud erməni uydurmasına 
tutarlı cavab /B.Xəlilov.- Bakı: Nurlan, 2000.- 422 s. 
Kitab qədim Azərbaycan mahalının toponimlərindən bəhs edir. 


Biblioqrafiya 
 
461
4828. İsmayılov,  İ. Yaddaşımızın yaralı  səhifələri /İnqilab  İsmayı-
lov; red. N.Hacızadə; naşir Q.İsabəyli; ön söz H.Ağayev.- Bakı:  Şirvan-
nəşr, 2000.- 104 s. 
Kitabda qədim Oğuz torpaqları olan İrəvan xanlığının tarixindən, yer-
yurd adlarının erməniləşdirilməsindən söhbət açılır. 
4829. Məmmədov, A.  Gəncəbasarın alban dövrü xristian abidələri 
/Arif Məmmədov; elmi red.: VVəliyev, V.Kərimov.- Bakı: Ağrıdağ, 
2000.- 53 s. 
4830. Nəbibəyli, Z. Zəngəzurun qısa və tarixi coğrafiyası /Ziyadxan 
Nəbibəyli; red. M.Zəngilanlı.- Bakı: Qanun, 2000.- 72 s.  
“Zəngəzur yadigarları”
 
adlı bölmədə tarixi abidələrdən söhbət açılır 
[S.57-66]. 
4831. Oğuz elindən - ozan dilindən /tərt. ed. və çapa hazırl. A.Bay-
ramov; red. B.Xəlilov.- Bakı: Elm, 2000.- 242 s.  
Kitab Qərbi Azərbaycanın Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin 
folklorundan, adət ənənələrindən, orada işlənən toponimlərdən bəhs edir. 
4832. Şükürov, S. İrəvan hakimi Hüseynqulu xan və onun Zəngiba-
sar mahalı /S.Şükürov.- Gəncə, 2000.-  51 s. 
Kitabda İrəvanda olan Göy məscid, Hüseynəli xan məscidi haqqında 
məlumat verilir. 
4833. Urud, M. Urud: Tarix, etnoqrafiya, publisistika, nəsr /Musa 
Urud; red. Ş.Səlimbəyli; elmi red.: Q.Qeybullayev, V.Əliyev.- Bakı: Araz, 
2000.- 432 s. 
Kitabda Qərbi Azərbaycan ellərinin tarixi taleyindən, etnoqrafiyasından, 
“Urud qəbiristanlıği” bölməsində isə tarixi abidələrdən söhbət açılır [S.28]. 
 
2001 
4834. Dərələyəzli, K. Dərələyəz od içində /Kamil Dərələyəzli; red. 
Ə.Ələkbərli.- Bakı: Ağrıdağ, 2001.- 562 s. 
Kitabda Dərələyəz bölgəsinin toponimlərinə geniş yer verilir, Qında-
vaz monastrı [S.114-115] Aysəsi [S.135-139] Her-Her-Qoşavəng, Əxi Tə-
vəkkül Zaviyəsi türk-müsəlman məbədlərindən [S.110], Əngəz  Ərqazan 
pirindən [S.108-110], Dədəli, Qılkörpü [S.94] körpülərindən [S.86-90] 
danışılır. 
4835. Göyçə dastanları və aşıq rəvayətləri /topl., tərt. ed., ön söz., 
qeyd və izahl. müəl. H.İsmayılov; red. Y.Qarayev; nəşrə  məs.  Ə.Ələk-
bərli; AMEA, Nizami ad. Ədəbiyyat  İn-tu, Folklor Elmi-Mədəni Mər-
kəzi.- Bakı: Səda, 2001.- 700 s.  
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
462 
4836. İsmayıl, E. Oğuz yurdun övladları /Eldar İsmayıl; red. İ.Məm-
mədov.- Bakı: Nurlan.- 2001.- K.II.- 397 s.  
Kitabda Göyçə mahalında tarixi-mədəni abidələrin ermənilər tərəfın-
dən necə məhv edildiyi göstərilir [S.14-15]. 
4837. Səfoiu, A. (Alıyev) Qaçaq Səfo /topl. tərt. ed. Alı Səfoiu; elmi 
red. H.Mirzəyev /S.Alı.- Bakı: Adiloğlu, 2001.- 202 s. 
Dastanda cərəyan edən hadisələr Qərbi Azərbaycanın Dərələyəz böl-
gəsində baş verir və mahalın qədim abidələri, yer-yurd adları çəkilir. 
 
2002 
4838. Bayramov,  İ.  Qərbi Azərbaycanın türk mənşəli toponimləri 
/İbrahim Bayramov; red. B.Budaqov, H.Mirzəyev, S.Məmmədov.- Bakı: 
Elm, 2002.- 695 s. 
Kitabda Qərbi Azərbaycanın toponimləri ilə yanaşı Alıxan pəyəsi [S. 
65], Körsoylan körpüsü [S.429-527] haqqında da məlumatlar verilmişdir. 
4839. Bayramov, A.  Ağbabaya gedən yollar: [şeirlər, hekayələr, 
oçerklər] /Аbdulla Q.Bayramov; red. А.İsabəyli.- Bakı: Şirvannəşr, 2002.- 
140 s. 
Kitabda gedən oçerklərdə  Qərbi Azərbaycanın Ağbaba,  Şörəyel, Pəm-
bək bölgələrinin tarixindən, yer-yurd adlarından, abidələrindən söhbət açılır. 
4840. Budaqov, B.Vətən yanğısı: XX əsrdə Azərbaycana qarşı ermə-
ni təcavüzü /Budaq Budaqov; red. R.Kərimova; AMEA, akad. H.Ə.Əliyev 
ad. Coğrafiya İn-tu.- Bakı: Oğuz Eli, 2002.- 232 s. 
4841. Ələkbərli,  Ə.  Qərbi Azərbaycan: [10 cilddə] /Əziz Ələkbərli; 
red.: B.Budaqov, E.Sabiroğlu; АМЕА, Nizami ad. Ədəbiyyat İn-tu, Dədə-
Qorqud ad. Folklor Elmi-Mədəni  İn-tu.- Bakı: Ağrıdağ, 2002.- C.2: 
Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları.- 735 s. 
Kitabda Gərni qalası, Dvin sarayı [S.425-428], Gərni [S.546-549], 
Avan [S.541-543], Putqun-Putqni [S.631-632], Gerqaç (Əyrivəng, Yuxa-
rıvəng, Gögart) [S.577-579] məbədləri haqqında məlumat verilmişdir. 
4842. İsmayıl, E.  Məndən ötrü Ermənistan yoxdu, yox...  /Eldar 
İsmayıl; red. R.Fərəcov.- Bakı: Nurlan, 2002.- 299 s.  
Kitabda “Ziyarətgahlar, Ağbulaq qəbristanlığı  və  məscidi” başlıqlı 
bölmə verilmişdir [S.119-120]. 
4843. Qarayev, S. Qazangöl həsrəti /Səməd Qarayev; red. E.Qara-
yev.- Yenidən işlənmiş  və  təkmilləşdirilmiş II nəşri.- Bakı: Azərbaycan
2002.- 464 s. 
Kitab Qərbi Azərbaycan Zəngəzur qəzasının Qafan rayonun tarixi 
coğrafıyası, toponimləri haqqındadır. 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə