Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə149/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   ...   145   146   147   148   149   150   151   152   ...   158

Biblioqrafiya 
 
601
 
Kəlbəcər 
 
Qayaüstü təsvirlər - ilk və orta tunc dövrü (Dəlidağ dağı) 
Yaşayış yeri - ilk və orta tunc dövrü (İstisu qəsəbəsi) 
Dovşanlı nekropol - son tunc ilk dəmir dövrü (Araçadzod kəndi) 
Balıqqaya nekropolu - son tunc ilk dəmir dövrü (Sırxavənd kəndinin 
şərqində) 
Zar mağara düşərgəsi- paleolit (Zar kəndinin qərb tərəfində) 
Qala - 1284-cü il (Vəngli kəndi) 
Məbəd - XIII əsr (Vəngli kəndi) 
Məbəd- 1251-ci il 
Kilsə - 1668-ci il (Dovşanlı kəndi) 
Kilsə - XVII əsr 
Qırmızı məbəd - XVII əsr (Qozlu kəndi) 
Alban məbədi - 718-ci il 
Kilsə- 1894-cü il 
Kilsə - 1898-ci il (Madaqiz kəndi) 
Ürək məbədi - 1279-cu il (Talış kəndi) 
Kilsə- 1883-cü il (Maxrataq kəndi) 
Mədəb - 1881-ci il (Maxrataq kəndi) 
Comərd qalası - (Pirilər kəndi) 
Qalaboyun qalası - (Qalaboyun kəndi) 
Körpü - (Zəyli kəndi) 
Uluxan qalası - XVII əsr (Qaraxançallı kəndi) 
Alban məbədi - 713-cü il (Dastaqir kəndi) 
Daş qoç fıquru ərəb yazısı ilə - XIX əsr (Zar kəndi) 
Daş at fıquru - (Zəylik kəndi) 
Lök qalası - XIII-X1V əsrlər (Qanlıkənd kəndi, meşədə) 
Xanabert qalası (Vənkli kəndi) 
Müqəddəs Yaqub kilsəsi - 635- ci il (Kolataq kəndi) 
Alban məbədi - 614-cü il (Kolataq kəndi) 
Qala - (Şaplar kəndi) 
Alban məbədi - XII əsr (Çıldıran kəndi) 
Qırmızı məbədi - XIII əsr (Çıldıran kəndi) 
Alban məbədi - X əsr (Qarnakar kəndi) 
Alban kilsəsi - XI əsr (Qarnakar kəndi) 
“Xotəvəng” məbədi - 1204-cü il (Qozlu kəndi) 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
602 
Alban məbədi - 698-ci il (Qocaqot kəndi) 
Alban məbədi - 672- ci il (Qocaqot kəndi) 
Məbəd - 1283-cü il (Həsənriz kəndi) 
Alban məbədi - 500-cü il (Həsənriz kəndi) 
Gəncəsər monastrı - 1238-ci il (Vənkli kəndi) 
Xudavəng monastrı - XII-XVII əsrlər (Kəlbəcər rayonu, Tərtər çayının 
qərbində) 
 
 
 
 


Biblioqrafiya 
 
603
 
Qərbi Azərbaycan toponimləri 
Türk toponimlərinə təcavüz dövrləri 
 
İndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini 
aşağıdakı dövrlərə bölmək olar. 
1.  19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər 
2.  1918-1920 
3.  1920-1930 
4.  1930-1960 
5.  1960-1980 
6.  1991-ci ildən sonra dəyişdirilənlər 
 
 
İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövrün-
də türk mənşəli adlar rus mənşəli toponimlərlə  əvəz edilmişdir. Bu da 
ərazinin Rusiya tərəfindən işğalı  və oraya rusların kütləvi  şəkildə köçü-
rülməsi ilə bağlıdır. 
İlk dəyişdirilən ad Calaloğlu (Stepanovan) rayonundakı Qaraməhəm-
məd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb . 
1918-1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk 
mənşəli adlar: 
 
Molla Dursun - Şaumyan (Eçmiədzin) 
 
Yuxarı Ağdam - Qanzakar (İcevan) 
 
Tamamlı - Burastan (Artaşat) və s. 
 
SSRİ dövründə toponimlərin dəyişdirilməsi 
1924-1930 illər  ərzində Ermənistanda 80 toponim dəyişdirilmişdir. 
Toponimlərin dəyişdirilməsinə səbəb kimi 3 yanvar 1935-ci ildə Ermənis-
tan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda deyilirdi ki, Ermə-
nistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini 
özündə əks etdirdiyinə görə dəyişdirilməlidir.  Ermənistandakı Türk topo-
nimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların Türk mənşəli olmasıdır 
və bu da indiki Ermənistanda etnik əhalinin Azərbaycanlılar olduğunu 
sübut edən əsas dəlildir.   
Toponimlərin dəyişdirilməsi prosesi İİ Dünya Müharibəsindən sonra 
(1946-1950), daha da sürətləndi. Buna əsas səbəb 1946-1948-ci illərdə 
Yaxın  Şərqdən,  Şərqi Avropa və Amerikadan Ermənistana köçən 
ermənilərin sayının artması idi. Bu illər  ərzində  təqribən 90 000 erməni 
Qərbi Azərbaycana köçürülmüşdür.
 
  
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
604 
1930-60-cı illərdə  dəyişdirilən toponimlər; Addəyişmə 1935-ci ildə 
müvəqqəti təxirə salınıb. Lakin 1935-ci il yanvarın 3-dən isə bu iş yenidən 
başlamış  və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı 
imzalamışdır və ilk fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək 
mənəvi soyqırım qurbanı olmuşdur. 
 
Qızıl kilsə - Karmiravan (Qukasyan) 
 
Böyük kəpənək - Musaelyan (Axuryan) 
 
Künən - Getaşen (İcevan) 
 
Boğaz kəsən - Dzorakan (Ani) 
 
İtquan - Gülüstan (Əzizbəyov) və s. 
 
Daşkənd (Göyçə)  
Daşkənd - Göyçə mahalında kənd. Kənd Aşağı Şorça, Yuxarı Şorca, 
Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. 
1988-ci ildə isə axırıncı azərbaycanlılar sovet ordusunun ermənilərə 
köməyi nəticəsində öz ata-baba yurdundan qovulmuşdur. 
Onların  əksər hissəsi Bərdə rayonunun Yeni Daşkənd kəndində 
yaşayır. 
 
Zod  
Zod - Göyçə mahalında yerləşən, XX əsrin ortalarına kimi əhalisi 
əsasən azərbaycanlılardan ibarət olan qədim yaşayış məskəni (kənd). Hal-
hazırda Ermənistanın  ərazisindədir Tarixən Azərbaycan türklərinin 
məskunlaşdığı kəndi 1923-cü ildə Sovet rəhbərliyi bütöv Göyçə mahalı ilə 
birlikdə Ermənistana verib  
Zodlular hazırda  əsasən Göygöl rayonunda, xüsusən həmin rayonun 
Yeni Zod kəndində məskunlaşmışlar. 
 
Abaran - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) 
Abaran mahalı ərazisində rayondur. 
Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci yanvarın 3-nə 
kimi Abaran,daha sonra isə Aparan rayonu adlandırılıb. Rayon ərazisin-
dən Qarasu (dəyişdirilmiş adı Sev-Çur) çayının sol qolu olan Abaran 
(dəyişdirilmiş adı Kasax) çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzə-
sinin sahəsi 1852 kv. km-dir. Çay öz başlanğıcını Qərbi Azərbaycanda ən 
hündür dağ olan Alagöz (hündürlüyü 4090 m),(dəyişdirilmiş adı Araqats) 
dağının yamacından götürür. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə