Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə152/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   ...   148   149   150   151   152   153   154   155   ...   158

Biblioqrafiya 
 
613
Böyük Qarakilsə (şəhər) 
Böyük Qarakilsə - Qərbi Azərbaycanda (indiki Ermənistan 
Respublikası) Pəmbək mahalı, Böyük Qarakilsə rayonu ərazisində şəhər.   
1924-cü ildən respublika tabelidir 1980-ci ildə 149 min əhalisi olub 
və əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. 
Comərdli kəndi 
Comərdli kəndi Qarakilsə rayon mərkəzindən 15 kilometr aralıda - 
Salvartı dağının ətəyində yerləşirdi. Comərdli Qarakilsənin ən böyük türk 
kəndlərindən biri idi. 1918-ci ildə daşnak Antranik Ozanyanın quldur 
dəstəsi Qarakilsəyə qan uddurduğu vaxt onun zülmünə tuş olmuş 
kəndlərdən biri də  məhz Comərdli idi. Əhalinin yarıdan çoxu qətlə 
yetirilmiş, bəladan sıyrılanlar isə  sıldırımlı dağları, qayalıqları  aşaraq 
Naxçıvana pənah aparmışlar. 
Böyük vətənpərvər alimimiz Həsən  Əliyev danışırdı ki, 1918-ci il 
iyul ayının 13-də Andronik(Antranik Ozanyan)in ordusu bizim kəndə 
(Sisyan (Zəngəzur) rayonunun Comərdli (Tanahat) kəndi) hücum etdi. 
Adamları güllə ilə yaralayır, sonra isə sürüyüb tonqala atırdılar. Qəddar 
ermənilər anamı  və babamı beləcə  işgəncə ilə yandırdılar.  İndi də bu 
hadisəni xatırlayanda həyəcanlanıram...  
 
Cəlaloğlu – Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) 
Dağ Borçalısının Loru mahalı ərazisində rayon. 
1930-cu ildə yaradılıb. Rayon mərkəzi respublika tabeli Cəlaloğlu 
şəhəridir. 
Cəlaloğlu rayonunun ərazisindən Tona (dəyişdirilmiş adı Debed) çayı 
axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur. 
1988-ci ilə  qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və 
həmin il tərk etməyə  məcbur olduqları yaşayış  məntəqələri: Gərgər, 
Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s. 
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə tarixi 
Cəlaloğlu Stepanavan 
1924-cü 
il 
Qoturbulaq Katnaxpyur 
03.01.1935 
Qaraməmməd Aleksandrovka ... 
Çubuqlu Pokrovka 
... 
Heydərbəy Sverdlov 
01.08.1940 
Ovandərə Ovanadzor 
19.04.1950 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
614 
Cəlaloğlu - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) 
Loru mahalı, Cəlaloğlu rayonunda, Tona (dəyişdirilmiş adı Debed) 
çayının sahilində yerləşən şəhər. 
1938-ci ildən respublika tabeli şəhərdir. Hazırda vaxtilə bolşevik 
cildinə girmiş erməni cəlladı Stepan Şaumyanın adını daşıyır. 
 
Dilican - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) 
Ağstafa çayı  dərəsində,dəniz səviyyəsindən 1255-1510 m yüksəklikdə 
yerləşən şəhər. 
1951-i ildən respublika tabeli şəhərdir.   
Düzkənd  
Düzkənd - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) 
Şörəyel (Şirək+el) mahalı ərazisində rayon. 
1937-ci il dekabrın 31-də yaradılıb. 1945-ci il dekabrın 7-nə kimi 
Düzkənd rayonu, həmin tarixdən etibarən isə Axuryan rayonu adlandırılıb.   
Rayon  ərazisinn böyük bir hissəsini qədim türk tayfası olan 
Şirakların adını daşıyan  Şirək düzənliyi təşkil edir.Şirək sıra dağları isə 
rayonun Qızıl Qoç rayonu ilə  sərhəddindən keçir. Rayon boyu Arpaçay 
axır. 
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə 
tarixi 
Gümrü Aleksandropol 
... 
Aleksandropol Leninakan  27.01.1924 
Hacı Nəzər Kamo  03.01.1935 
Türk Qarakilsəsi Axurik 
03.01.1935 
Böyük Kəpənəkçi        Musaelyan 
03.01.1935 
Aralıq Yerazqavors 
07.12.1945 
Ağkilsə Kraşen 07.12.1945 
Bacoğlu Haykavan 
07.12.1945 
Dərbənd Karmrakar 
26.04.1946 
Düzkənd Axuryan 
07.12.1945 
Düzkənd r-nu 
Axuryan r-nu 
... 
Daharlı Getk 07.12.1945 
Kiçik Qarakilsə Azatan 
07.12.1945 
Kiçik Kəpənəkçi Hovit 
07.12.1945 


Biblioqrafiya 
 
615
Təpədolaq Arevik 07.12.1945 
Toparlı Atsik 
07.12.1945 
Çirxan Beniamin 
07.12.1945 
Çıraqlı Crarat 
07.12.1945 
Yasavul Ovuni 
07.12.1945 
Böyük Sarıyal Medz 
Sarial 
07.12.1945 
Molla Musa 
Musakan 
... 
Musakan Voskehask 
26.04.1946 
Dirəklər Karnut 
26.04.1946 
İlxıyabı Hayqabats 
26.04.1946 
Yuxarı Qanlıca Marmaraşen 26.04.1946 
Aşağı Qanlıca Vahramaberd 
26.04.1946 
Böyük Kəti Keti 
26.04.1946 
Kiçik Kəti Lernatsk 
26.04.1946 
Ocaqqulu Arapi 26.04.1946 
Ortakilsə Maisyan 
26.04.1946 
Arıxvəli Lernut 
21.10.1967 
 
Ellər 
Ellər - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qırx-
bulaq mahalı ərazisində rayon. 
1930-cu il,sentyabrın 9-da yaradılıb. 1961-ci il,oktyabrın 12-nə qədər 
Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. 
Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) 
şəhəridir.  
Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon 
ərazisinə düşür.  Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon 
ərazisindəki ən hündür zirvəsidir. 
1948-1951-ci illərin köçürmə siyasətinə  ən çox məruz qalan 
rayonlardan biri də Ellər rayonudur. Bu illərdə rayonun Ellər, Başkənd, 
Avdallar, Göykilsə, Çadqıran, Dəlləkli, Muradtəpə, Alakilsə, Ağadərəsi, 
Yelqovan, Zar, Şahab, Təzəkənd, Tutiyyə, Qaraqala, Kərpicli,  Ərtiz və 
başqa rayonlarının azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür. 
1970-ci illərdə rayon ərazisinin bir hissəsi  Əştərək rayonunun bir 
hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılmışdır. 
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
616 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə 
tarixi 
Baş Gərni Gərni 03.01.1935 
Kərpicli Geğadir 03.01.1935 
Çadqıran Razdan 
03.01.1935 
Razdan Gehaşen 21.10.1967 
Göykilsə Kaputan 
03.01.1935 
Yelqovan Kotayk 
03.01.1935 
Şahab Mayakovski 
11.04.1940 
Başkənd Akunk 
04.04.1946 
Avdallar Atsavan 
04.04.1946 
Ərtiz Gehard  04.04.1946 
Təcrəbax Dozaraxpyur  04.04.1946 
Ağadərəsi Katnaxpyur 
04.04.1946 
Qətran Getameç  21.06.1948 
Dəlləkli Zovaşen 21.06.1948 
Tutiyyə Saranist 
21.06.1948 
Qaraqala Sevaberd 
21.06.1948 
Ellər Abovyan  12.10.1961 
Muradtəpə Kanakeravan  15.08.1964 
Muqub Balahovit  26.12.1968 
Güllücə Zovk 
25.01.1978 
Kəmrəz Kamaris 
25.01.1978 
Kənkan Hatis 
25.01.1978 
 
Ellər (şəhər) 
Ellər - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası Ellər 
rayonu  ərazisində  şəhər  Erməni yazıçısı X.Abovyanın adı verilməklə 
tarixi adı dəyişdirilib. 
 
Gorus 
Gorus - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) 
Zəngəzur mahalı ərazisində rayon. 
1930-cu il sentyabrın 9-da yaradılıb. Rayon mərkəzi respublika tabeli 
Gorus  şəhəridir. Bazarçay çayı Gorus rayonunun ərazisini kəsib keçir. 
Böyük  İşıqlı dağının bir hissəsi və Üçtəpə dağı (h.2124 m) da rayon 
ərazisinə düşür. 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə