Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə153/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   ...   150   151   152   153   154   155   156   157   158

Biblioqrafiya 
 
617
1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və 
həmin il tərk etməyə  məcbur olduqları yaşayış  məntəqələri:  Şurnuxu, 
Ağbulaq, Şamsız, Qurdqulax, Şahverdilər, Gorus... 
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə 
tarixi 
Gorus Qoris  ... 
Quladərəsi Qalidzor 
... 
Əliqulu Azataşen 01.06.1940 
Körü Dzoraşen 19.04.1950 
Muğancıq Haygedazor 19.04.1950 
Yayıcı Qarjis  03.07.1968 
Bayandur Bağatur 07.05.1969 
 
Gorus (şəhər) 
Gorus - Qərbi Azərbaycanda Gorus çayı sahilində, 1370 metr 
yüksəklikdə yerləşən şəhər. Gorus rayonunun inzibati mərkəzidir. İlk dəfə 
1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi 
təsdiq olunub. 
Güllübulaq 
Güllübulaq kəndi 1988-ci ilə  qədər Qərbi Azərbaycanın Amasiya 
(Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə  qədər bu kənddə azər-
baycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndi də dağıdıl-
mışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. 
 
Gümrü 
Qərbi Azərbaycanın  Şörəyel mahalının Düzkənd rayonu ərazisində 
şəhər.  Əvvəllər Qumayrı adlanan şəhər sonralar Gümrü, rus işğalından 
sonra 1837-1924-cü illərdə Aleksandropol, 1924-1990-cı illərdə Leni-
nakan, 1990-cı ildən isə Kumayri adlandırılır. Qərbi Azərbaycanda 
İrəvandan sonra ikinci böyük şəhərdir. 
 
Hamamlı - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) 
Pəmbək mahalı ərazisində rayon. 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
618 
1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər 
Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Rayon 
mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. 
Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı 
Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu 
axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd 
olub. Onlardan bəziləri 1918-1920-i illərdə ermənilər tərəfindən məhv 
edilmiş, digərlərinin isə  əhalisi SSRİ dövründə Azərbaycan 
Respublikasına köçürülmüşdür. Nəticədə 1988-ci ildə artıq yalnız üç 
kənddə - Qursalı, Saral və  Qızılörən kəndlərində azərbaycanlılar 
yaşayırdılar. 
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə 
tarixi 
Bəykənd Medz 
Parni  ... 
Keşişkənd Geharot 
03.01.1935 
Avdıbəy Tsaxkaşen 04.05.1939 
Tsaxkaşen Tsaxkaber 
21.10.1967 
Ağbulaq Lusaxpyur 
26.04.1946 
Göy Yoxuş Saralanc 
26.04.1946 
Goran Qoqaren 
26.04.1946 
Qaltaxçı Artagyuğ 26.04.1946 
Qaraboya Xikoyan 
26.04.1946 
Qaral Katnacur  26.04.1946 
Qaçağan Lernavan 
26.04.1946 
Qızılörən 
Şenavan 26.04.1946 
Muncuqlu Tsilkar 
26.04.1946 
Çotur Sarameç  26.04.1946 
Əfəndi Karadzor 
26.04.1946 
Hamamlı Spitak 
26.04.1946 
Spitak Lernantsk  19.04.1950 
Güllücə Saraart 
19.04.1950 
Nalbənd 
Şirakamut 25.01.1978 
Tapanlı Geğasar 25.01.1978 
Çikdəməl Arevşoğ 25.01.1978 
 


Biblioqrafiya 
 
619
Hamamlı (şəhər) 
Hamamlı - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) 
Hamamlı rayonu ərazisində  şəhər, həmin rayonun inzibati mərkəzi. 
Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) 
sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. 
 
Karvansaray - Qərbi Azərbaycanda (indiki Ermənistan 
Respublikası) tarixi Qazax-Şəmşəddil sultanlığı ərazisində rayon. 
1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv km-dir. Rayon 
mərkəzi respublika tabeli Karvansaray (dəyişdirilmiş adı İcevan) şəhəridir  
Karvansaray rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir 
hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansaray 
dağ silsilələri ilə  əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu 
axır. 
Çar Rusiyası dövründə rayon ərazisi Gəncə quberniyasının Qazax 
qəzasına daxil idi. XX əsrin  əvvəllərində bu ərazilər də erməni 
daşnaqlarının hücumuna məruz qalıb. 
1988-ci ilə  qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və 
həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Salah, Murtel, 
Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad... 
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə 
rayon üzrə dəyişdirilmiş tarixi yer adları: 
 
Əsl adı 
Dəyişdirilmiş adı 
Dəyişdirilmə tarixi 
Qaranlıxdərə Xavaradzor 
... 
Xavaradzor Lusadzor 
03.01.1935 
Saratu Hacdarak ... 
Alaçıxqaya Alaçıx ... 
Haçasu Acaçur 
... 
Güney Getaşen 03.01.1935 
Getaşen Kirants 
25.05.1967 
Qaradaş Sevkar 
... 
Aşhigah Lalakənd ... 
Lalakənd Lalikyuğ ... 
Lalikyuğ Vazaşen 25.01.1978 
Bibiş Berkaber 25.01.1978 
Ayrım Polad 
Ayrim 
... 
Karvansaray 
İcevan ... 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
620 
Kürdəvan Yenokavan  03.01.1935 
Carheç Kuybışev 02.03.1940 
Məlikkənd Melikkyuğ ... 
Melikkyuğ Tsaxkavan 
02.03.1940 
Sarıgah Sarıkyuğ 10.05.1951 
Yuxarı Ağdan Aqdan 
25.05.1967 
Ağdan Qandzakar 25.01.1978 
Aşağı Ağdan Morut 
25.05.1967 
Morut Haxnaxpyur 
11.11.1970 
Uzuntala Onut 
25.05.1967 
Onut Aygehovit 
12.02.1969 
Rəvazlı Ditavan 
25.05.1967 
Murtel Çiçəkbulaq 25.01.1978 
Tala Getahovit 
25.01.1978 
Haqqıxlı 
Səməd Vurğun 25.01.1978 
 
Karvansaray (şəhər) 
Karvansaray - Qərbi Azərbaycanda Karvansaray rayonu ərazisində
İrəvan-Tiflis şosse yolunun üstündə Ağstafa çayı sahilində yerləşən şəhər. 
Ermənilər  şəhərin adını  dəyişərək  İcevan qoyublar. 1961-ci ildən 
respublika tabeli şəhərdir. 
 
Keşişkənd - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) 
Dərələyəz mahalı ərazisində rayon. 
1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi 
Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan 
rayonu, ondan sonra isə Yeğenadzor rayonu adlandırılıb. Rayon mərkəzi 
Keşişkənd rayonudur.   
Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon 
ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, 
digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir. 
1920-ci ildə rayon ərazisində 66 sırf azərbaycanlı kəndi olduğu halda 
1988-ci ildə bu rəqəm 7-yə endirilmişdi:  Ələyəz, Aysəsi, Qovuşuq, 
Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan. 
1988-ci ilə  qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və 
həmin il tərk etməyə  məcbur olduqları yaşayış  məntəqələri: Aysəsi, 
Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan, Ələyəz, Qalasər, 
Əmağu, Sallı, Hors, Ağkənd, Civə və s. 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə