Microsoft Word azerbaycanin tarixi abideleri 18 noyabr doc



Yüklə 4,54 Kb.
Pdf görüntüsü
səhifə92/158
tarix30.12.2017
ölçüsü4,54 Kb.
#18437
1   ...   88   89   90   91   92   93   94   95   ...   158

Biblioqrafiya 
 
365
Kiabda “Qarabağ toponimikası” başlıqlı bölmə verilmişdir [S.51-68]. 
3781. Azərbaycan onomostikası problemlərinə dair konfransın 
materialları /AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, V.İ.Lenin ad. 
ADPİ; red. hey.: A.Qurbanov [və b.].- Bakı: APİ, 1987.- 333 s. Azər-
baycan və rus dillərində. 
Kitabda DQMV-nin bəzi etnotoponimləri haqqında geniş  məlumat 
var [S.154-155]. 
3782. Yusifov, Y. Toponimikanın əsasları: [ali məktəb üçün dərslik] 
/Yusif Yusifov, S.Kərimov; red. A.Qurbanov; rəy.: K.Əliyev, L.Quliye-
va.- Bakı: Maarif, 1987.- 204 s.  
Kitabda Qarabağ toponimləri haqqında ətraflı məlumat verilir [S.43, 
51, 65, 182]. 
 
1988 
3783.  Azərbaycan tarix və  mədəniyyət abidələrinin Mühafizə  Cə-
miyyətinin Nizamnaməsi /red. M.Quliyeva.- Bakı: Azərnəşr, 1988.- 23 s. 
 
1989 
3784. Azərbaycan abidələri  /Azərbaycan Tarix və  Mədəniyyət 
Abidələrini Mühafizə  Cəmiyyəti; red.: M.Quliyeva, C.Mustafayeva; rəs. 
N.Babayev.- Bakı: Azərnəşr, 1989.- 125 s. Azərb. və rus dillərində. 
Kitabda Qarabağın tarix və  mədəniyyət abidələri haqqında maraqlı 
faktlar verilir [S.14,34]. 
3785. Əhmədov, Q. Bu günə necə  gəlib çıxmışıq /Q.Əhmədov.- 
Bakı: Azərnəşr, 1989.- 115 s. 
Kitabda Qarabağ abidələri – Azıx mağarası  və digər abidələr haq-
qında məlumat verilir [S.29-37]. 
3786. Məmmədov, A. Nizami  əsrinin Gülüstan qalası: [Ağdərə  və 
Ağcakəndin sərhədində yerləşir] /Arif Məmmədov; red. A.Nuriyev; rəs. 
R.Cəfərova; rəy.: A.Nuriyev, R.Əhmədov, K.Məmmədzadə; AzSSR EA, 
Tarix İn-tu Arxeologiya və Etnoqrafiya Sektoru.- Bakı: Elm, 1989.- 40 s. 
3787. Səfərov, Y. Qədim Azərbaycan: nə bilirik /Yusif Səfərov; rəy. 
İ.Babayev.- Bakı: Azərnəşr, 1989.- 157 s. 
Kitabda Azərbaycan  ərazisində siniflərdən qabaqkı  və erkən sinifli 
cəmiyyətlərin mənşəyi və inkişafı, Füzuli r-nunda “Azıx” mağarası, La-
çın, Qubadlı  və  Kəlbəcərdə aparılan arxeoloji qazıntılar haqqında məlu-
matlar verilir. 
 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
366 
1990 
3788. Bünyadov, Z. Azərbaycan VII-IX əsrlərdə /Ziya Bünyadov.- 
Bakı: Azərnəşr, 1990.- 334 s. 
Kitabda Qarabağ  şəhərlərinin yaranması haqqında məlumat veril-
mişdir [S.152-154]. 
3789. Cəfərov,  Ə. Quruçay dərəsində  /Əsədulla Cəfərov.- Bakı: 
Azərnəşr, 1990.- 64 s. 
Kitabda “Quruçay dərəsi” başlıqlı yazıda Füzuli və Hadrut ərazisində 
olan abidələr [S.19-26] “Azıx düşərgəsində” [S.27-40], “Ulu babalarımı-
zın məskəni” başlıqlı yazıda isə ən qədim insan düşərgəsi olan Qarabağın 
Tağlar mağarası haqqında məlumat verilir [S.41-56]. 
3790. Qeybullayev, Q. Qarabağ: etnik və siyasi tarixinə dair 
/Q.Qeybullayev.- Bakı: Elm, 1990.- 248 s. 
 
1991 
3791. Əhmədov, T. Azərbaycan toponimikasının  əsasları /Tofiq 
Əhmədov; elmi red. A.Axundov.- Bakı: ADU-nun nəşri, 1991.- 312 s. 
3792. Əsədov, Ə. Toponimlər coğrafi xəritələrdə /Əsəd Əsədov; red. 
M.Məmmədov; V.İ.Lenin ad. ADPU.- Bakı, 1991.- 86 s. 
3793. Göyüşov, R. SSRİ arxeologiyası: [dərs vəsaiti] /R.Göyüşov, 
A.Martınov.- Bakı: Maarif, 1991.- 272 s. 
Kitabda Laçın, Qubadlı, Ağdam və Kəlbəcərdə olan abidələr haqqın-
da məlumat öz əksini tapıb [S.192-193]. 
3794. Həvilov, H. Azərbaycan etnoqrafiyası: [oçerklər] /Həvil 
Həvilov; red. Q.Qeybullayev; BDU.- Bakı: Elm, 1991.- 256 s. 
Kitabda Azərbaycanın keçmiş  sənətkarlığı, yaşayış  məskənləri və 
evləri, xalq geyimləri, yemək və içkiləri, xalq nəqliyyat vasitələri, yolları 
eyni zamanda Qarabağın maddi-mənəvi mədəniyyəti və yaşayış 
məskənləri araşdırılır [S.51, 185, 246]. 
3795. Qiyasi, C. Nizami dövrü memarlıq abidələri /Cəfər Qiyasi; 
elmi red. Ş.Fətullayev; rəy. R.Bayramov.- Bakı: İşıq, 1991.- 256 s. 
Kitab Azərbaycan memarlığının  ən parlaq yüksəliş  mərhələlərindən 
olan Nizami dövrünün - XI-XIII yüzillərin abidələrinə  həsr olunmuşdur. 
Əsərdə Xudafərin körpüləri (Cəbrayıl r-nu) [S.136-138], Məlik  Əjdər 
türbəsi (Laçın r-nu) haqqında məlumatlar verilmişdir [S.101]. 
 
1992 
3796. Axundzadə,  İ.  Azərbaycan incisi: Mil-Muğan,  Şirvan və 
Qarabağ: Xatirələr /İshaq Axundzadə; red. Ə.Novruzlu.- Bakı: Elm, 
1992.- 232 s.  


Biblioqrafiya 
 
367
3797. Xəlilov, X. Qarabağın elat dünyası /Xaliyəddin Xəlilov; rəyçi 
M.İsmayılov.- Bakı: Azərnəşr, 1992.- 118 s. 
Kitabda Qarabağın maddi və  mənəvi mədəniyyətindən, toponimlə-
rindən bəhs olunur. 
3798. Nemət, M. Azərbaycanda pirlər: (Sosial-ideoloji, iqtisadi-si-
yasi mərkəzlər) /Məşədixanım Nemət; red. T.Babayev; rəs. B.Xanayev; 
rəy. Q.Əhmədov.- Bakı: Azərnəşr, 1992.- 100 s. 
Kitabda Şeyx Babı, Yəqub Xanəgahı (Füzuli r-nu) [S.13-16], Cəbra-
yıl abidələri [S.16-19] haqqında məlumat verilib. 
3799. Rzayev, N. Əcdadların izi ilə /Nəsir Rzayev; red. M.Quliyeva; 
rəs. E.Aslanov.- Bakı: Azərnəşr, 1992.- 103 s.  
 
1993 
3800. Göyüşov, R. Qarabağın keçmişinə  səyahət /Rəşid Göyüşov. 
red. T.Babayev.- Bakı: Azərnəşr, 1993.- 83 s. 
Əsərdə abidələr, eləcə də Qarabağın qədim adları və əhalisinin etnik 
tarixi, dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarası, Qaf-
qazda ilk şəhər nümunəsi olan Üzərliktəpə, Kovurqala abidələri haqqında 
məlumat verilir. 
3801. Məmmədova, F. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və 
tarixi coğrafiyası: E.ə. III əsr - e. VIII əsri /Fəridə  Məmmədova; tərc. 
R.Savalan, Ə.Əsgər; elmi red. Z.Bünyadov; red. T.Babayev.- Bakı: Azər-
nəşr, 1993.- 262 s. 
Kitabda antik və orta əsr mənbələri əsasında antik və erkən orta əsrlər 
Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən 
hadisələr, onun mədəniyyət məsələləri verilmişdir. 
3802. Nəvvab, M. 1905-1906-cı illərdə erməni-müsəlman davası 
/Mirmöhsün Nəvvab; red. V.Quliyev.- Bakı: Azərbaycan, 1993.- 123 s. 
Kitabda 1905-ci il Qarabağda, Şuşa şəhərinin ətrafında baş verən ha-
disələr,  Şuşa qalası,  Əsgəran qalası [S.25-30], Şuşa  şəhərinin  ətrafındakı 
kəndlərdə baş verən  əhvalatlar [S.49-54], Malıbəyli, Gülablı  əhvalatı [S. 
72-76,87] haqqında məlumat verilir. 
3803. Rəsuloğlu, T. Günəş  dənizdən doğur /Təvəkkül Rəsuloğlu; 
red. S.İsmayılova.- Bakı: Elm, 1993.- 99 s. 
Bu kitab Qarabağ torpağının tarix və mədəniyyət abidələrinə, onlar-
dan tapılan maddi-mədəniyyət nümunələrinə  həsr olunub. Kitabda insan 
və  təbiət arasındakı qarşılıqlı münasibətdən, bu münasibət nəticəsində 
meydana gəlib formalaşan mədəniyyədən söhbət açılır, ulu qalalardan, 
Azərbaycanın tarixi abidələri və toponimləri 
 
368 
torpağa gömülmüş şəhərlərdən danışılır. 
3804. Vəliyev, M. Azərbaycan: (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi 
oçerk) /Məhəmməd Həsən Vəliyev (Baharlı); ruscadan tərc. ed. V.Quli-
yev.- Bakı: Azərbaycan, 1993.- 189 s. 
Kitabda Azərbaycanın tarixi, etnoqrafiyası, təbiəti, yeraltı və yerüstü 
təbii sərvətlərindən geniş bəhs olunmuş, Qarabağ toponimlərinə geniş yer 
verilmişdir. 
 
1994 
3805. Cəfərov,  Ə.  İnsanlığın səhəri /Əsədulla Cəfərov; rəy. M.Hü-
seynov; red. S.Cabbarov; rəs. A.Ələkbərov.- Bakı: Azərnəşr, 1994.- 78 s. 
Kitabda Azıx mağarası, arxeoloji tapıntılar əsasında bəşəriyyətin qə-
dim keçmişi, ilk insanların əmək alətləri hazırlanması, yığıcılıq və ovçu-
luq məşğuliyyəti, ibtidai yaşayış tikililəri yaratması, odu kəşf etməsindən 
başlamış müasir dövrə qədərki insanlığın tarixi inkişaf mərhələləri haqqın-
da məlumat var. 
3806. Qeybullayev, Q. Azərbaycan türklərinin təşəkkül tarixindən 
/Q.Qeybullayev.- Bakı: Azərnəşr, 1994.- 247 s.  
Kitab azərbaycanlıların mənşəyi, Qarabağın yer-yurd adları (topo-
nimlər) haqqında məlumat verir. 
3807. Rəhimli, A. İşğal /Akif Rəhimli; red. N.Əliyev.- Bakı: Azər-
baycan, 1994.- 165 s. 
Kitabda Zəngilan r-nun kənd adları (toponimlər) geniş yer tutur [S.9-10]. 
 
1995 
3808. Kazımov, Ç. Cəbrayıl toponimləri /Çapar Kazımov; elmi red. 
Q.Kazımov.- Bakı: Sabah, 1995.-52 s. 
3809. Qarabağda talan var... /tərt. Ə.Tofiqoğlu.- Bakı: Azərbaycan 
Ensiklopediyası NPB, 1996.- 176 s. 
Kitabda Qarabağ toponimləri geniş əks olunub. 
3810. Qarabağlı, R. Memar Kərbəlayı  Səfixan Qarabaği /Rizvan 
Qarabağlı; red.V.Quliyev.- Bakı: Azərbaycan, 1995.- 80 s. 
Kitabda müəllif Şərqin böyük memarı Kərbəlayı Səfixan Qarabağinin 
misilsiz məktəbini, sənətkarlığını elmi dəlil-sübutlarla təhlil etmiş, onun 
adı ilə bağlı Qarabağda mövcud olan memarlıq abidələri haqqında 
məlumat vermişdir [S.4, 18, 22, 68]. 


Yüklə 4,54 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə