Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   2   3   4   5   6   7   8   9   ...   36

 
11
Sən həyatı, təbiəti, insanları necə  də sevirdin, 
onlara qayğı ilə yanaşırdın. Xüsusilə  də  mənə 
(atana).Çünki, mənim  şəkərim vardı. Qorxurdun ki, 
ölərəm. Əfsus ki belə olmadı. 
Sən mənə  ağlamaq  əvəzinə, mən sənə  ağladım 
mənim Kəmaləm. 
Hər gün evə  gələndə gözlərim telefona dikilir. 
Heç yerə  tərpənmirəm ki, indicə  Kəmaləmin  şaqraq 
səsi eşidiləcək. Ata necəsən? Ağrımırsan ki, bazar 
günü tezdən gələrsən  şəkərinin miqdarını ölçərik. 
Lazım olarsa sistem köçürərik. Fikir eləmə 
ölməmişəm ki, səni qoymaram ağrımağa. 
Əfsuslar olsun ki, qızım qoydun ağrımağa. 
Nəinki, ağrımağa, dağ boyda dağı sinəmə  çəkdin, 
kainatı üstümə  yıxdın, Günəşimi söndürdün ay 
insafsız.  İndi o, vaxt ağrılarım yox olar ki, sənin 
yanına gəlim sən mənə layla çalasan. 
Qızım sənsiz qərib kimiyəm, hər  şey gözümdə 
dəyişib, elə bil şəhər qəribsəyib, insanlar başqalaşıb, 
divarlar soyuyub. Hara baxıram sənin gülümsər 
çöhrəni görürəm, səsini eşidirəm: nə var, nə yox. 
Nəcəfdən nigaran deyiləm, bilirəm ki, o mənim 
arzularımı doğruldacaq... 
Qızım sən heç vaxt nə var, nə yoxla 
kifayətlənmirdin. Hamının dərd-sərinə  şərik olurdun 
köməyinə yetirdin, hamıya qarşı diqqətli və qayğıkeş 
idin. Səndə insanlara qarşı bir mehranəlik vardı. 
Xüsusilə qaynatana, qaynanana. Onları öz 
valideynlərindən seçməzdin.  Əsl müsəlmanlara xas 


 
12
olan adət-ənənəni qoruyub saxlayan gəlin idin. Bir 
sözlə, mənim  əziz nakam balam sənin hərəkətlərin 
dünyagörmüş, zəngin həyat təcrübəsi olan bir insanın 
həyat yolunu xatırladırdı. Odur ki, sənin kimilər heç 
vaxt ölmürlər. Anar demişkən: 
İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox 
olmurlar, nə  qədər ki, onları xatırlayan, onların 
səslərini, sifətlərini, yaddaşında saxlayan adamlar 
durur, bu ölənlər də  hələ yaşayır-fikirlərdə, 
xəyallarda, təsəvvürlərdə... 
Səndə yaşayacaqsan mənim balam. Çünki, səni 
xatirələrdə yaşadanlar var olacaq. Onlar əsrdən əsirə, 
nəsildən nəsilə ötürərək daim yaşadacaqlar. 
 
Allah rəhmət eləsin əziz balam, qəbrin nurla 
dolsun, yerin behişt olsun. 
 
 
 
 
 
 
 
 
 
 
II BÖLÜM 
 


 
13
Deyilən söz yadigardır 
 
Allah ucalardan uca, ululardan uludur 
Görəsən bu dünyadan doydum deyən olubmu?! 
Görəsən bu dünyanı tutub qalan olubmu?! Görəsən bu 
dünyadan razı qalan olubmu?! Bu görəsənlərin sayını 
çoxaltmaq olar. Bu görəsənlərə cavablar da çox ola 
bilər. Bu görəsənlər çoxlarını dil-dil ötməyə də vadar 
edə bilər. Bunların hamısını çox təbii və səmimi qəbul 
etmək lazımdır. Həqiqətdən kənar heç nə yoxdur. 
Bütün gizli olanlar da tez-gec həqiqətin imtahanından 
keçməli olur. Həqiqətə baş əyməli olur, həqiqətlə üz-
üzə dayanmalı olur.  
Allah dünyanın  əşrəfi olan insanı  xəlq etdi. 
Yaratdığı digər varlıqları onun naminə yaratdı. 
Bununla belə, insanı zaman-zaman imtahana da çəkdi. 
İmtahandan üzüağ  çıxanlar da oldu, imtahandan çıxa 
bilməyənlər də... Hər halda Allah yaratdıqlarına, 
xüsusilə insana olan nəzərini heç zaman kəsmədi. 
İnsan övladının bütün yaşantıları da bunu sübut etdi. 
Odur ki, “Allah bilən məsləhətdir” deyimi   elə - belə 
yaranmadı. Həmişə bu deyimlə insanlar Allahdan heç 
nəyin gizli olmadığını etiraf etdilər. Allahın  əmrinə 
tabe olduqlarını bəyan etdilər. Allah xatirinə hər şeylə 
razılaşmalı oldular. Ümid və inam yerləri yenə  də 
Allah oldu. “Allah hər  şeyi görür”, “Allah hər  şeyi 
bilir” deməklə bir daha Allaha sığındılar. Onun 
səxavətinə ümid və inam bəslədilər. Onun 
səxavətindən tez-gec gün doğacağına inandılar. Ancaq 


 
14
bununla belə, insanların bir-birindən umacaqları da az 
olmadı. Elə bu umacaqlar naminə bir-birindən bəzən 
küsdülər, bir-biri ilə əqidə, məslək yolunda birləşdilər, 
bir-biri ilə küsülülər barışdılar, bir-biri ilə  əqidə, 
məslək yolunda kəsişdilər. Ancaq onu da unutdular ki, 
bunların hamısını Allah görür və bilir. Unutdular ki, 
Allah insanların bütün əməllərinin hesabatını aparır. 
Unutdular ki, Allah bütün insanları  əməllərinə görə 
sınağa çəkir.  
Allah bu dünyanı bir sınaq meydanına çevirdi. 
İnsanları tez-tez sınağa çəkdi, insanları tez-tez 
yoxladı. Bəzən dünyanın naz-nemətinə, var-dövlətinə 
aldananlara güldü. Ancaq səxavəti böyük olduğu 
üçün, səbri tükənmədiyi üçün hər  şeyi yerbəyer 
etməyə  tələsmədi. Belə olduğundan hərə öz ağlına 
uyğun hərəkət etdi, hərə öz arşını ilə gördüklərini, 
bildiklərini və etdiklərini ölçdü. İnsanlar hər  şeyi öz 
arşınları ilə ölçdüyündən  əqidə, məslək, düşüncə, 
əməl baxımından müxtəlif qruplarda birləşdilər. Hər 
kəs öz mənsub olduğu qrupda özünü daha rahat hiss 
etdi. Hər kəs öz mənsub olduğu qrupda özünü haqlı 
saydı. Dünya yaranandan dünyanın gəliş-gedişi belə 
oldu, bu cür də davam edir və belə  də olacaqdır. 
İnsanların haqlı və haqsız olmasından asılı olmayaraq 
onlar bu gəlimli-gedimli dünyanın dəyirmanında 
üyüdüldü. Un kimi üyüdüldü. İnsanın başına nələr 
gəldi.  İnsan özü öz başına nələr açdı.  İnsanın ağlına 
gəlməyənlər onun başına gəldi.  Əzab-əziyyətlə 
yaşayanlar da oldu. Kefdə, damaqda olanlar da oldu. 


 
15
Həyatından ləzzət alanlar da oldu. Həyatından 
bezənlər də oldu. Bunların hamısı oldu və olacaqdır. 
Ancaq bu olub-keçənlər içərisində insan övladını daha 
çox göynədən, ağrıdan, bu dünyadan nakam gedənlər, 
vaxtsız köçənlər oldu. Çünki onlar nə bu həyatdan 
doydular, nə  də insanlar – qohumlar, qardaşlar, 
bacılar, atalar, analar, əmilər, dayılar, dost-tanışlar 
onlardan doydu. Yuqoslaviyalı türk şairi Rauf Qırkül 
demişkən:  
                             Bir həyat az 
iki olsa... yenə az 
    çünki sənə və həyata 
                             doyum olmaz. 
Biz çox şeyləri bilmirik. Onu da bilmirik ki, 
sabah nə olacaq, nə baş verəcək. Bəlkə sabah nə baş 
verəcəyini bilsək, onda dünyanın dadı, ləzzəti qaçar. 
Yenə də Rauf Qırkül demişkən:  
       Bu gecə güldük, əyləndik 
                           Söhbətimiz bol oldu 
                           yarın harda, kiminlə 
                           necə olacağımızı kim bilsin... 
                           zatən, yarını bilmək 
                           dadını qaçırır həyatın, acısı olardı. 
Ancaq bizdən qabaq baş verənlərdən az-çox 
məlumatımız var. Bu günə qədər baş verənləri az-çox 
bilirik. Bildiklərimiz və gördüklərimiz içində sevinc, 
fərəh olduğu kimi, üzüntülü anlar, kədərli günlər də az 
olmayıbdır. Bu, bizdən asılı olmayan bir yaşantıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə