Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   28   29   30   31   32   33   34   35   36

 
200
 
Əzizinəm pis günə
Calanmışam pis günə. 
Qızım məni tərk edib, 
Qalmışam lap pis günə. 
 
Əzizinəm yasdayam, 
Ayaqda yox başdayam. 
Balam yox olan gündən, 
Şad olmuram yasdayam. 
 
 
Əzizinəm başdadı, 
Ağarmış saç başdadı. 
Balamı itirəndən, 
 
   Gözlərim qan yaşdadı. 
 
Əzizim bu nə haldı, 
Ürəyimi qəm aldı, 
Təkcə cüt balan deyil, 
Atan da yetim qaldı. 
 
Əzizim qəhər oldu, 
Dünyam birtəhər oldu. 
Səndən sonra bal yedim, 
Ağzımda zəhər oldu. 
 
Əzizinəm gül hanı, 
Bülbül hanı, gül hanı. 


 
201
Hər gün atacan deyən, 
Şirin şəkər dil hanı?! 
 
Əzizim bəd nəfəsə, 
Bəd gözə bəd nəfəsə. 
Mənim istəkli balam, 
Tuş gəldi bəd nəfəsə. 
 
 
 
 
Əzizim dilim ağlar, 
Ağzımda dilim ağlar. 
Anan sənsiz dünyada, 
Başına qara bağlar. 
 
 
Əzizim yasım olar, 
Yaxından yasım olar. 
 Xatirimdə ay qızım, 
Qalan,  göz yaşım olar. 
 
Əzizinəm qıymadın, 
Bu həyatdan doymadın. 
Evə gəlin gətirib, 
Ələ xına qoymadın. 
 
 
 
                   
 Göydə ulduzun axdı, 
 Başında şimşək çaxdı. 
 Oğul toyu çaldırıb, 
  
 
 
 Etmədin xina yaxdı. 
 


 
202
 Əzizinəm qan sızıb, 
 Su yerinə qan sızıb. 
 Ağlamaqdan ananın, 
Gözlərinə qan sızıb. 
 
 
  
 
 
 Əzizim lal olubdu, 
  
 
 
 Anan bihal olubdu. 
 Görsən heç tanımazsan, 
 
    
Saçlarını yolubdu. 
 
Əzizim sinəsinə, 
Mərmərtək sinəsinə. 
Ölümün dağ çəkibdi
Ananın sinəsinə. 
 
Əzizim oda yandı, 
Balalar oda yandı. 
Ananın naləsindən, 
Sinəmdə od qalandı. 
 
Əzizinəm talandı, 
Ahıl ömrüm talandı. 
Olan qalan günlərim, 
Ocaqlara qalandı. 
 
Əzizinəm hər ayı, 
Hər həftəni, hər ayı. 
Ah naləmdən alışır, 


 
203
Gecələr də çarpayı. 
 
Əzizinəm çaya bax, 
Dəryayı bax, çaya bax. 
Ömrün yarımçıq qaldı, 
Allah verən paya bax
 
 
Əzizinəm atına, 
Girdim dərdin qatına. 
Qızım vaxtsız minibdi, 
Əzrayılın atına. 
 
Əzizim sona neynim, 
Oyan bu yana, neynim?
 
Ana balası üçün, 
Od tutub yana, neynim?
 
 
Əzizinəm yanıma, 
And olsun vicdanıma. 
Sənsizlik yuxumda da, 
Odu salır canıma. 
 
Əzizim qatammıram, 
Başımı qatammıram. 
Qızım yada düşəndə, 
Gecələr yatammıram. 
 
Əzizinəm çatmadı, 
Qaşlar çatma-çatmadı. 


 
204
Balam çox əhd eylədi, 
Heç birinə çatmadı. 
 
Əzizinəm yuvası, 
Hər quşun öz yuvası. 
Balam vaxtsız köçübdü, 
Boş qalıbdı yuvası. 
 
Əzizim perik düşüb, 
Quşlar da perik düşüb. 
Sevimli balaların, 
Evindən perik düşüb. 
 
Əzizim Orxanına, 
Nəcəflə Orxanına; 
Atan yaman tələsir, 
Gəlmək üçün yanına. 
 
Əzizinəm qara bax, 
Yayda yağan qara bax. 
Ananın gözlərində, 
Sənsiz intizara bax. 
 
Əzizinəm narına, 
Baxçandakı narına. 
Qızım mən necə dözüm
Sənin intizarına. 
 
 


 
205
Əzizim balam hanı,  
İlahi balam hanı. 
Hər gün haray salıram, 
Soruram balam hanı. 
 
Əzizim qovğalıdı, 
Günlərim qovğalıdı. 
Əzəldən də atanın, 
Başı çox qovğalıdı. 
 
Əzizinəm aşıma, 
 Zəhər qatdın aşıma. 
Qızım vaxtsız gətirdin, 
Yaş üstündən yaşıma. 
 
Əzizim külü qaldı, 
Ocağın külü qaldı. 
Qızım sənin dərdindən, 
Belim bükülü qaldı. 
 
Əzizinəm sinəmə, 
Taxtalanmış sinəmə; 
Dağlar boyda dağ çəkdin, 
Ay qızım bu sinəmə. 
 
Əzizim əkdiyimi, 
Biçmədim əkdiyimi. 
Bircə yaradan bilir, 
Mən nələr çəkdiyimi.! 


 
206
 
Əzizinəm bu dağa, 
Gözüm dönüb bulağa, 
İlahi necə dözüm, 
Sinəmdəki bu dağa?! 
 
Əzizim ilə baxdım, 
Dönübdü külə baxdım. 
Aylar keçdi gəlmədi, 
Çevrilib ilə baxdım. 
 
Əzizim bərəsinə, 
Övçünün bərəsinə. 
Balam niyə tuş oldu, 
Fələyin bərəsinə. 
 
Əzizinəm axşama, 
Ümüd qalıb axşama. 
Qızım səhər gəlmədi, 
Göz tikmişəm axşama. 
 
 
Əzizim yandırıbdı, 
Hər yeri yandırbdı. 
Ay Kəmalə ölümün, 
Hamını yandırıbdı. 
 
Əzizinəm dünyadan, 
Kim doyubdu, dünyadan. 


 
207
Ay qızım əl götürüb, 
Nakam getdin dünyadan. 
 
Əzizinəm küsübdü, 
Bülbül güldən küsübdü. 
Məni tək qoyub getdin, 
Qəlbim səndən küsübdü. 
 
Əzizim oda yandı, 
Sinəmdə od qalandı. 
Kəmaləm ölüb getdi, 
Nəcəfim oda yandı. 
 
Əzizinəm ələndi, 
Dağlara qar ələndi. 
Balamdan ayrı düşdüm, 
Üstümə qar ələndi. 
 
Əzizinəm tora bax
Köksümdəki qora bax. 
Fələyin balam üçün, 
Toxuduğu tora bax. 
 
Əzizinəm qatara, 
Hay-küy düşdü qatara. 
Çox çalışdım çatmadım, 
Balam minən qatara. 
 
 


 
208
Əzizim karvanıdı, 
Bu kimin karvanıdı. 
Əbədiyyətə gedən, 
Balamın karvanıdı. 
 
Əzizinəm ayıldı, 
Aləmə qəm yayıldı. 
Balamın karvanının, 
Sarvanı Əzrayıldı. 
 
 
 
 
Əzizinəm vuranı, 
 
 
 
Tut əlində quranı. 
   Milyon 
sağalda bilməz, 
 
 
 
Bir Əzrayıl vuranı. 
 
Əzizinəm nə etdi, 
Fələk gör nələr etdi. 
Mələklər cərgəsinə, 
Balam qoşulub getdi. 
 
 
 
 
Əzizim qayıdarmı? 
 
 
 
Çay geri qayıdarmı? 
 
 
 
Qızım əbədiyyətdən, 
 
 
 
Geriyə qayıdarmı? 
 
Əzizim nübar edib, 
Ürəyim qubar edib. 
Mənim nakam balamı, 
Əzrayıl nübar edib. 


 
209
 
 
 
 
Əzizinəm yaxıldı, 
 
 
 
Aləm yandı yaxıldı. 
   Balam 
köçdü 
dünyadan, 
   Orxan 
yandı-yaxıldı. 
 
Əzizim karvanında, 
Dəvənin karvanında. 
Bizdən küsüb gedibdi, 
Balam qəm karvanında. 
 
 
 
 
Əzizim daşa çaldı, 
   Oxumu 
daşa çaldı. 
   Balam 
köçdü 
dünyadan, 
 
 
 
Atası yetim qaldı. 
 
Əzizinəm hədəfə, 
Ox dəymədi hədəfə. 
Qəm-qüssə qismət oldu, 
Yeniyetmə Nəcəfə. 
 
 
 
 
Əzizim harasıdı, 
   Ömrümün 
harasıdı. 
 
 
 
Ürəyimin başında, 
 
 
 
Balamın yarasıdı. 
 
Əzizim çarasıdı, 
Hələ bu harasıdı. 
Balamın şəfa əli, 


 
210
Yaramın çarasıdı. 
 
Əzizinəm aşanı, 
Dağ-dərəni aşanı. 
Atanın ah-naləsi, 
Yandırar kəhkəşanı. 
 
Əzizim əl çəkənim, 
Əl tutub, əl çəkənim. 
Bu dünyadan köçübdü, 
Başıma əl çəkənim. 
 
 
 
 
Əzizim eyliyənim, 
 
 
 
Məni şad eyləyənim. 
 
 
 
Vaxtsız köçüb dünyadan
   “Can 
ata” 
söyləyənim. 
 
Əzizim eyləmədi, 
Məni şad eyləmədi. 
Gizlin köçdü dünyadan, 
Dərdini söyləmədi. 
 
 
 
 
Qızım yandırdı məni, 
   Odsuz 
yandırdı məni. 
   Son 
sözünü 
demədi, 
   Oda 
yandırdı məni. 
 
Əzizinəm yağında, 
Balam cənnət bağında. 


 
211
Şamlarını yandırdım, 
Gözlərimin yağında. 
 
 
 
 
Əzizim tikə-tikə, 
 
 
 
Kəfənim tikə-tikə. 
 
 
 
Balamı unutmaram, 
 
 
 
Etsələr tikə-tikə. 
 
Əzizinəm qalmağa, 
Həvəsim yox qalmağa. 
Qızım gümanım yoxdu, 
Ad gününə qalmağa. 
 
Əzizim borc alımmı, 
Ömrünü borc alımmı. 
Allaha yalvararaq, 
İlinəcən qalımmı?! 
 
Əzizim çalışmıram, 
Heç kimə alışmıram. 
Səbr et, unut deyirlər, 
Bunlarla barışmıram. 
 
Əzizim haralıyam, 
Ömrü, günü vaylıyam; 
Fələyin oxu dəyib, 
Ürəkdən yaralıyam. 
 
 
 
 
 
 


 
212
Əzizinəm oydu qızım, 
 
 
 
Məni yetim qoydu qızım. 
 
 
 
Gəlib çatdı doğum günü, 
 
 
 
Kaş doğulmuyeydi qızım. 
 
Əzizim paralandım, 
Köksümdən yaralandım. 
Fələk bir gediş etdi, 
Balamdan aralandım. 
 
 
 
 
Əzizim əkəmmərəm, 
 
 
 
Gül-çiçək əkəmmərəm. 
 
 
 
Fələk sinəmə çəkən, 
 
 
 
Bu dağı çəkəmmərəm. 
 
Əzizim parçalandı, 
Həyatım parçalandı. 
Balam yox olan gündən, 
Ömrüm də parçalandı. 
 
 
 
 
Əzizinəm bu dağa, 
 
 
 
Bu çeşməyə bu dağa. 
   Bala 
itirən ata, 
 
 
 
Çətin dözər bu dağa. 
 
Əzizim eylədilər, 
Gör mənə neylədilər. 
Mənim qönçə balamın, 
Ömrünü çeynədilər. 


 
213
 
 
 
 
Əzizim dağdan aşdı, 
   Dilim 
yaman 
dolaşdı. 
   Balam 
dünyadan 
köçdü, 
 
 
 
Mən qaldım gözü yaşlı. 
 
Əzizim arşınıyla, 
Fələyin arşınıyla. 
Balamın ömrün ölçdü
Allah öz arşımıyla. 
 
 
 
 
Əzizim dərələrdə, 
 
 
 
Dağlarda dərələrdə. 
 
 
 
Balamı itirəndən, 
 
 
 
Qalmışam bərələrdə. 
 
Əzizim çalışmışam, 
Boş yerə çalışmışam. 
Balam üçün göz yaşı, 
Tökməyə alışmışam. 
 
 
 
 
Əzizim çəkin dara, 
 
 
 
Qəlbimi çəkin dara. 
   Balama 
çatmaq 
üçün, 
 
 
 
Tez məni çəkin dara. 
 
Əzizinəm çinara, 
Əlim çatmaz çinara. 
Ay mənim nakam qızım, 


 
214
Sən hara, ölüm hara. 
 
 
Əzizim yaralıdı, 
 
 
 
Dağları qar alıdı. 
 
 
 
İncitdilər balamı, 
 
 
 
Ürəyim yaralıdı. 
 
Əzizim qar alıdı, 
Çəmənlər saralıdı. 
Toxunmayın balama, 
Köksündən yaralıdı. 
 
 
 
 
Əzizim ceyranımı, 
 
 
 
Qaçırdım ceyranımı. 
   Balam 
damarlarımda, 
   Dondurubdu 
qanımı. 
 
Əzizim qaçammıram, 
Yol tutub qaçammıram. 
Fələyin bu işindən, 
Heç cür baş açammıram. 
 
 
 
 
Əzizim yaraşarmı, 
   Qar 
yaya 
yaraşarmı. 
 
 
 
Ölüm sənə ay qızım, 
 
 
 
Bu yaşda yaraşarmı?! 
 
 
Əzizim düşdüm hara, 


 
215
Ünüm çatacaq hara. 
Səndən sonra uf deməm, 
Çəksələr məni dara. 
 
 
 
 
Əzizim ovçusudu, 
 
 
 
Tərlanlar ovçusudu. 
 
 
 
Mənim nakam balamın, 
 
 
 
Əzrayıl ovçsudu. 
 
Əzizinəm aşdı gəl, 
Səbrim dolub-daşdı gəl. 
Əziz balam bu atan, 
Qalıb gözü yaşdı gəl. 
 
 
 
 
Əzizim yollarına, 
 
 
 
Qurbanam yollarına. 
   Bir 
cüt 
balan 
hər axşam, 
   Göz 
tikir 
yollarına. 
 
Əzizinəm əlində, 
Şirin nəğmə dilində. 
Orxan deyir ki, anam, 
Pay gətirir əlində. 
 
 
 
 
Əzizim uzaqdadı, 
 
 
 
Fələk məni budadı. 
 
 
 
İndi hiss edirəm ki, 
   Balam 
çox 
uzaqdadı. 
 


 
216
Əzizinəm gəlmədi, 
Gəlib dərdim bilmədi. 
Cəmi balalar gəldi, 
Tək mənimki gəlmədi. 
 
 
 
 
 
Əzizim bağlanıbdı, 
 
 
 
Yollarım bağlanıbdı. 
 
 
 
Qızım ölən saatdan
 
 
 
Ürəyim dağlanıbdı. 
 
Əzizinəm dəyişər, 
Çay mənbəyin dəyişər. 
Atan kəfənin geyib, 
Libasını dəyişər. 
 
 
 
 
Əzizim qalmaqalda, 
   Çürüdüm 
qalmaqalda. 
 
 
 
Qızım öləndən bəri, 
        
 
Qalmışam qalmaqalda. 
 
Əzizim qəm dağıdı, 
Dərdimi kim dağıdı. 
Balamın həsrətindən, 
Ürəyim qəm dağıdı. 
 
 
 
 
Əzizinəm çağlamaz, 
 
 
 
Sellər sular çağlamaz. 
 
 
 
Qızım vuran yaralar, 


 
217
   Heç 
vaxt 
qaysaq 
bağlamaz. 
 
Əzizim dalğalandı, 
Əzrayıl can alandı. 
Atanın naləsindən, 
Dənizlər dalğalandı. 
 
 
 
 
Əzizim aparaydı, 
 
 
 
Əzrayıl aparaydı. 
 
 
 
Sənin yerinə qızım, 
 
 
 
Kaş məni aparaydı. 
 
Əzizim günə qurban, 
Gəzdiyin günə qurban. 
Orxanı əzizləyib, 
Sevdiyin günə qurban. 
 
 
 
 
 
Əzizinəm yarıda, 
 
 
 
Yol kəsildi yarıda. 
 
 
 
Ay qızım arzuların, 
 
 
 
Niyə qaldı yarıda. 
 
Əzizim gecə yarı, 
Olubdu gecə yarı. 
Əziz balam ömürün, 
Niyə qalıbdı yarı. 
 
 
 
 
 


 
218
 
 
 
Əzizinəm oduna, 
   And 
içirəm adına. 
   Firudun 
gecə-gündüz, 
 
 
 
Yanır sənin oduna. 
 
Əzizim ağlar qaldı, 
Baxçalar ağlar qaldı. 
Qızım sinəm üstünə, 
Çəkdiyin dağlar qaldı.  
 
 
   
 
Əzizinəm yetmədi, 
 
 
 
Harayıma yetmədi. 
 
 
 
Balam əbədi gedib, 
   Arzusuna 
yetmədi. 
 
Əzizim qara çəkdi
Bəxtimə qara çəkdi. 
Özü ilə bərabər, 
Məni də dara çəkdi. 
 
 
 
 
Əzizim oldu qızım, 
   Saralıb soldu qızım. 
 
 
 
Bilmədim son nəfəsdə, 
 
 
 
Sözün nə oldu qızım. 
 
Əzizim aldı səni, 
Dərd-qəmə saldı. 
Əlimizdən ay qızım, 
Əzrayıl aldı səni. 


 
219
 
 
 
 
Əzizim ağlar qaldı, 
 
 
 
El-oba ağlar qaldı. 
 
 
 
Sənsiz keçən günləri, 
   Balalar 
ağlar qaldı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
220
TƏRCÜMEYİ-HAL 
 
           1944-cü    ildə    Qərbi   Azərbaycanın  Göyçə 
mahalının Basarkeçər  rayonunun Pəmbək kəndində  
doğulmuşdur. 1964-cü  ildə  orta  məktəbi  bitirərək, 
keçmiş  Lenin  adına  APİ-nin  fizika-riyaziyyat   
fakültəsinin  fizika   şöbəsinə  qəbul  olmuşdur. 
          1964-1967-ci    illərdə    hərbi   xidmətdə  
olmuşam, APİ-nin  fizika fakültəsini 1972-ci  ildə   
bitirərək, 1974-cü  ilə    qədər  təyinatлa    Şamaxı   
rayonunda, 1974-1983-cü  illərdə  Bakının  50  saylı  
orta   məktəbində  müəllim  işləmişdir. 
       1983-cü ildə APİ-nun fizika fakültəsinin“Nəzəri  
fizika”  kafedrasına  baş  laborant   vəzifəsinə   təyin  
olunmuşdur. 1990-ci  ildə ”Təbiət–riyaziyyat  silsiləli  
fənlərin   əlaqəli  tədrisi  prosesində   şagirdlərin   elmi   
dünyagörüşünün   formalaşdırılması”  mövzusunda  
dissertasiya   müdafiə    edərək  pedaqoji   elmlər   
namizədi  alimlik   dərəcəsi   almışdır. 1993-cü ildə 
Politexnikuma tədris işləri üzrə direktor müavini 
vəzifəsinə  təyin edilmişdir. 1994-cü  ildə “Nəzəri  
fizika”  kafedrasında  baş    müəllim   vəzifəsinə   
seçilmişdir. 1996-cı  ildə “Nəzəri  fizika” 
 
kafedrasında  0,5  ştatda saxlanылmaqla  Azərbaycan  
Dövlət Televiziyasının  “Elmi  kütləvi  təhsil  
proqramлары” baş redaksiyasına   böyük  redaktor 
vəzifəsinə  dəvət  olunmuşdur. 
        2010-cu    ildə  yenidən  ADPU-nun “Nəzəri  
fizika”  kafedrasına  tam  ştatla  baş  müəllim  


 
221
vəzifəsinə  təyin   olunmuş, 2011-ci  ildə    həmin  
kafedrada  dosent  vəzifəsinə    seçilmiş, hal-hazırda  
həmin  vəzifədə  işləyir. Beş kitabın, 20-dən  çox  
elmi-metodik  məqalənin  müəllifidir. Fakültə  elmi  
şurasının  üzvüdür. 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə