Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   2   3   4   5   6   7   8   9   ...   36
    Bu səhifədəki naviqasiya:
  • Yaxud

 
20
                              Eləmin daşlar ağlar
                              Ağarmış başlar ağlar. 
                              Atanın naləsindən 
                              Ətrafda daşlar ağlar. 
                                   Yaxud: 
                              Eləmin qaralıbdı, 
                              Dağları qar alıbdı. 
                              Əziz balam, atanın 
                              Günləri qaralıbdı.  
 Firudin 
müəllim ağrıdan,  əzabdan, kədər və 
qəmdən gizlənmir. Onu tapan kədərin atanı hansı hala, 
vəziyyətə saldığını etiraf edir.  
                              Əzizinəm pis günə, 
                              Calanmışam pis günə. 
                              Qızım yox olan gündən  
                              Mən qalmışam pis günə. 
 
Etiraf acizlik, zəiflik  əlaməti deyil. Etiraf 
insanın sadəliyi, səmimiliyidir. Sadəlik, səmimilik 
Firudin müəllimin təbiətidir, xarakterində və bir insan 
kimliyində özünü göstərən keyfiyyətdir. Odur ki, o, 
dərdə qapanıb, sadəcə olaraq, dərdini etiraf etmir. O, 
başına gələni (dərdi) sadə, səmimi, kövrək bir insan 
kimi bayatıların misralarına çevirir. Bununla az da 
olsa təsəlli tapır, rahatlanır, ruhunun onu didib 
parçalamasına müqavimət göstərir. Belə olmasa, 
insanın (o cümlədən Firudin müəllimin) ürəyi 
partlayar, dərddən bütün canı od tutub yanar. Övlad 
itirmiş ata üçün ürəyin partlaması da, canının od tutub 
yanması da heç nədir. Bu dərdin qarşısında bu, 


 
21
doğrudan heç nədir. Bəlkə  də  əksinə, ürəyinin 
partlaması da, canının od tutub yanması da can 
rahatlığıdır. Ancaq Allahın Firudin müəllimə verdiyi 
bu dərd Allahın səxavəti ilə  də müalicə olunur. 
Allahın böyüklüyü və  səxavəti ilə onun dərdinə 
məlhəm qoyulur. Böyük Allah dərd verəndə onun 
dərmanını da verir. Allah üçün ən müqəddəs 
olanlardan biri də sözdür. Müqəddəs Allah  Firudin 
müəllimə sözü dərman, məlhəm kimi göndərir və 
istəyi budur ki, o, dərdin əlində aciz qalmasın. Axı o, 
Allahın bəndəsidir. Axı o, Allahın quludur. Axı o, 
yeri, göyü yaradana inanandır. Axı o, imanlı adamdır. 
Axı o, Allahın yaratdıqlarını sevən, onların qədrini 
bilən insandır. Axı o, heç bir qarışqanı da tapdamayan 
bir insandır. Axı o, Allahın sevimli bəndəsidir.  
 Firudin 
müəllim bayatılarının birində yazır:  
                             Eləmin Orxanına, 
                             Nəcəflə Orxanına 
                             Atan yaman tələsir
                             Gəlmək üçün yanına. 
 Başa düşürük və başa düşməliyik. Ata dərddən 
o qədər qovrulur ki, yaşamağına etiraz edir, qızına 
qovuşmağa can atır. Ancaq unudur ki, Allahın işinə 
qarışmaq olmaz. Bunu ona unutduran dərddir, 
kədərdir. Onu yandıran dərddir, onu qovuran dərddir. 
Bunu da başa düşməmək mümkün deyildir və insan 
olan hər bir kəs də bunu başa düşür. Ancaq Firudin 
müəllimə bir tarixi hadisəni xatırlatmağı da özümə 
borc bilirəm. Bu da Həzrəti Yusiflə bağlı olan 


 
22
hadisədir. O, Peyğəmbərlik mərtəbəsinə yüksələnə 
qədər çoxlu əzablardan keçdi. Hətta atası  Həzrəti 
Yaqub  ah-nalə etdi, göz yaşı tökdü və  nəticədə 
gözləri də tutuldu. Ancaq Allahdan bir vəh gəldi. Vəh 
gəldi ki, Yusifi sənə Allah verib. O, Allahın 
sevimlisidir. Onun yolunda bu qədər göz yaşı tökmə, 
Yusifi sənə verən Allahın özü hər  şeyi yaxşı bilir. 
Bununla da Allah Həzrəti Yaqubun göz yaşı 
tökməsini, ah-nalə etməsini onun işinə qarışmaq hesab 
edir və bunu vəhlə çatdırırdı.  
 Firudin 
müəllim bu hadisələri bilir. Həyatda 
çox hadisələr görüb. Həyatın hər üzü ilə qarşılaşıbdır. 
Allahın onu sözlə dilləndirməsinə  də dözməlidir. 
Allah hər  şeyi görür və bilir. Allah ucalardan uca, 
ululardan 
uludur. 
 
    
                                 
                                                    Buludxan Xəlilov 
 
           filologiya üzrə elmlər doktoru, professor 
08.05.2014-cü il 
 
 
 
 
 
 
 
 
 
 
 


 
23
 
OBRAZLI DUYUM, POETİK DEYİM 
 
Firudin Zeynallının poetik yaradıcılığında 
özünü ifadə  məqamları daha çox hiss olunur. Ona 
təsvir və  tərənnümlərinin  əsasında adətən yaranmış 
günlərin xatirəsi, yaddaşda  əbədiyyətə qovuşmuş 
anların təəssüratları lirik başlanğıc kimi özünü 
göstərir. Yaşanmış illərlə bağlı yaddaşı  və xatirələri 
yenidən canlandırmaq, bununla bilavasitə bağlı olan 
düşüncə  və mühakimələr aləminə nüfuz etmək 
müəllifin başlıca orijinal üslubunu, mövzu 
istiqamətini təşkil edir. Son günlərin məhsulu olan 
nəzm  əsərlərinin  əsas leyt – motivi tragizm 
əlamətləridir. Təkidli, həyəcanlı suallar, həzin 
müraciət intonasiyaları  şeirlərin forma – üslub 
xüsusiyyətlərini formalaşdırır. Ümumiyyətlə, öz iç 
dünyasını ifadə, yaşanmış  həyat hadisələrini lirik 
qavrama F.Zeynallının son şeirlərinin məxsusi 
tərəfidir, konkret desək, qız balasının faciəli həyat 
sonluğundan yaranan sarsıntılar onun lirik 
təhkiyəsinin  əsas mövzusudur. Bədii mətləblə bağlı 
onun düşüncə  və emosiyalarının  əsas istiqamətini 
psixoloji – poetik təhlil təşkil edir. Şeirlərini 
oxuduqca dərindən hiss edirsən ki, Firudin öz qəlbini, 
öz ruhunu kağıza köçürmüşdür. O da aydın duyulur 
ki, bu cəlbedici şeir və nümunələrində müəllifin qəlb 
çırpıntıları, ürəyinin səsi eşidilir. Bu da səbəbsiz deyil. 
Firudin bədii sözün bütün imkanlarının səfərbərliyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə