Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   2   3   4   5   6   7   8   9   10   ...   36

 
28
obrazlarında epitet və  təşbehlərində  dərhal sezilir. 
Bütün ifadəlilik sisteminin səmimiliyi  şeirin ifadə 
tərzinə bir nəvaziş  gətirir. Firudinin bayatılarındakı 
bədii lövhələrdə qeyri – adi obrazlar, ata qəlbinin, 
valideyn düşüncələrinin güclü əks – sədası vardır. 
Burada hər bir təsvir detalı onun yaşadığı müsibətin 
poetik əks – sədasıdır. Misralar təbii olduğu qədər də 
nüfuz edicidir. Onun keçirdiyi əndişələri, ürəyinin 
dərinliklərindən gələn kədəri oxucu da yaşayır, həssas 
oxucunun üzünə  qəm – kədər qondurur. “Onunla nə 
demək istəyir Fələk”  şeiridə doğrudan – doğruya 
oxucuya qəm – kədər gətirir. 
Gözsüzlərə Günəş nuru yayaraq, 
Getdin sanki bu dünyadan doyaraq. 
Nəcəfini boynu bükük qoyaraq, 
Həyatını zəhrimara döndərib, 
Onunla nə demək istəyir Fələk? 
Bayatılar vasitəsilə Firudin qəlbinin 
hərarətini, övladına tükənməz məhəbbətini 
canlandırmış, öz hissi – psixoloji aləmini  şeirin 
predmetinə çevirə bilmişdir. Zahiri strukturuna görə 
ənənəvi olan bu şeirlər fikir və emosiya təzəliyi ilk 
diqqət çəkir. Hər bənddə  sərt həyat hadisələrinin 
təzahürünü ifadə etmək  şeirlərin  əsas poetik 
mənalandırma formasıdır. Onun sözdə canlandırılan 
narahat ürəyi böyük bir aləmdir. Bu ürək elə bir söz 
gücüdür ki, onda kövrək və duyğular dil açıb danışır. 
Bu həssas güzgüdə zərif, həzin duyğular öz zənginliyi 
ilə heyrət doğurur. 


 
29
            Əzizinəm hər ayı 
            Hər həftəni hər ayı. 
            Yolçunu yoldan eylər, 
            Emilyanın harayı. 
Böyük daxili lirik həyacanlardan, yaşantıdan 
doğan  şeirlər göstərir ki, müəllif həmin hissləri 
dərindən – dərinə yaşamış, bu həyəcanların odu ilə 
isinərək öz duyğularını  qələmə almışdır. Hər bir şeir 
sətrində hiss fikri üstələyir, mənəviyyat aspekti bütün 
motivlərin fövqündə dayanır. Bu şeirlərin  ən güclü 
tərəfi məhz məzmunun  şəxsi hiss, həyəcan 
səviyyəsində ifadəsindən ibarətdir. Narahat və 
həyəcanlı lirikasında Firudinə məxsus əsas yaradıcılıq 
məziyyəti – poetik hissetmə, bədii duyma qabiliyyəti 
aydın sezilir. O da aşkar şəkildə nəzərə çarpır ki, o, öz 
hisslərini quru, cansız, ifadə  tərzində yox, poetik 
canlandırma yolu ilə  təlqin edir. Onun şeirlərində 
bədii təsvir və ifadə vasitələri sadəcə müəyyən bir 
mənzərə yaratmaq funksiyası daşımır, eyni zamanda 
müəllifin dünya gərdişinin poetik duyumunun 
məzmunu ifadə edir, məhz buna görə də şeirlər fəlsəfi 
cəhətdən, estetik baxımdan tutumlu olur. “Ürəyimin 
odu sönməyəcəkdi” şeiri bu baxımdan çox maraq kəsb 
edir. 
Bilirəm qanundur gedən qayıtmaz, 
Ömrünü yarımçıq edən qayıtmaz. 
Məzarda uyuyan bədən qayıtmaz, 
Balam daha geri dönməyəcəkdi. 
Ürəyimin odu sönməyəcəkdi. 


 
30
F.Zeynallının  şeirləri emosional cəhətdən 
tutumlu, daxilən mündəricəli və bitkindir. Onun fərdi 
üslublarının özünəməxsusluğu vardır. Onun şeirləri 
lirik  əhvali – ruhiyyənin poetik təfəkkürünün dərin 
qaynaqlarından süzülüb gələn obrazlılıqla 
birləşməsinin bariz nümunəsidir. Taleyin sərt sınaqları 
ilə üzbəüz olan müəllifin  şair ürəyi məhrumiyyətlər 
üzərində çırpınır. Insan taleyinin real cizgiləri, həm də 
duyğulu və duyğulu cizgiləri onun şeirlərində geniş 
miqyas alır,  şeirin ideya – emosional məğzi, lirik 
həyacanın, lirik təəssüratın ifadəsi həzin təəssürat 
doğurur. 
F.Zeynallının son şeirləri mövzu və poetik 
düşüncə dairəsinə görə ilk qələm təcrübəsinə nisbətən 
fərqli notlarla fərqlənir. Bu şeirlər daha həzin, daha 
dalğın və qayğılıdır. Bu şeirləri oxuduqca biz 
müəllifin obrazlarında təzə  və emosional çalarlar 
görüb təsirlənirik. 
Həyatdan vaxtsız köçmüş  əzizini xatırladıqca 
keçirdiyi həyəcanlar Firudinin bütün poetik 
təfəkküratlarının özülündə dayanır. Onun qəlbindəki 
munis hisslər o dərəcədə  aşıb – daşır ki, o bu 
mövzunu daim davam etdirir, xatirələr onun 
rahatlığını əlindən alır və eyni motivlərə dönə - dönə 
müraciət edir. 
F.Zeynallının  şeir üslubunda diqqət çəkən 
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onda hiss – 
fikir tutumu genişdir və bu məziyyət müəllifin təsvir 
obyektini obrazlı mündəricə predmetinə çevirmə 


 
31
qabiliyyətindən qaynaqlanır. Onun hər bir şeirində 
poetik duyumu məzmun təsirli dillə ifadə olunur, hiss 
və duyğular arasında assosiativ əlaqələrin geniş  və 
rəngarəng sintezi sözün semantik tutumluluğunu 
şərtləndirir. “Balamı bir daha görə bilmərəm” şeiri də 
ürəkdağlayandır. 
         Sənsiz inanmıram sevinəm güləm, 
         Dünyanın sirrini çətin ki, biləm. 
         Yığılsa məxluqat, yığılsa aləm, 
         Balamı bir daha görə bilmərəm. 
         Orxana təsəlli verə bilmərəm. 
Firudinin son şeirlərində daha çox qəlbinin 
sarsıntıları  əks olunur. Onun ürəyindən və 
mühakimələrindən keçənlər söz libasında oxucunun 
ruhuna və fikirlərinə yol tapır. Duyğuların emosional 
təsviri, fəlakətin təsirli və qabarıq göstərilməsi 
şeirlərin məna yükünün, bədii sanbalının 
güclənməsinə xidmət edir. “Tarixi daşlarda 
yaşayacaqsan” şeirini misal göstərmək olar. 
           Firudinəm gətirirəm diləcə, 
           Qocalmayıb qalacaqsan beləcə. 
           Mənim balam necə varsan eləcə, 
           Tarixi daşlarda yaşayacaqsan. 
Lirik monoloq səciyyəli  şeirlərdəki müəyyən 
detallar və  ştrixlər imkan verir ki, oxucu müəllifi
onun iztirablarını bütün icnəlikləri ilə  dərk etsin. 
Misraların ancaq məzmunu yox, həmçinin ritm və 
intonasiyası, təfərüatların xarakterləri və s. faciənin 
dözülməzliyini  əyaniləşdirir. Qəmli, acı hisslərlə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə