Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

 
32
aşılanmış misralarda sevimli övlad obrazı onun 
yoxluğunun təsviri vasitəsi ilə qavranılır. Müəllifin 
matəm çökmüş misralarında sevimli insan yoxluğu 
anlayışı real və ifadəli bədii boyalarla emosional və 
təsirli obrazlarla verilir. Ölümün gözəl bir insani, 
yetkin bir həcmi həyatdan vaxtsız qopardığını son 
dərəcə sadə, ağır və sarsıdıcı ifadələrlə, orijinal bir 
səpkidə canlandırır.  Şeirlər bütövlükdə  həyatın sərt 
qanunları haqqında müəllifin subyektiv təəssüratlar və 
həyəcanlardan ibarət olan bu şeirlərdə iztirablar içində 
qovrulan bir insanın acı  fəryadlarını duymamaq 
mümkün deyil. Fikrimizə “Nakam Kəmaləmə 
çatacağammı?” şeiri ilə aydınlıq gətirmək istərdim. 
      Allahdır ömürlər divarın hörən, 
      Yoxdur ürəkləri hələlik görən. 
      Sinəmdə kök salıb inilti verən. 
      Dərd – qəmi haçansa atacağammı? 
      Nakam Kəmaləmə çatacağammı? 
Məhərrəm Hüseynov, 
filologiya elmləri doktoru 
 
 
 
 
 
 
 
 
 


 
33
ATA FƏRYADI 
 
Doğrusu, talelər kimi kitablar da müxtəlifdir. 
Bəlkə  də  hər tale özü bir kitabdır. Səhifələdikcə 
qarşında ucu-bucağı görünməyən sirlə, sehrlə, 
müəmmalarla  dolu mənzərələr yaranır. Onu açmağa, 
öyrənməyə çalışırsan. Səni uzaq-uzaq yerlərə, bir 
tərəfdən fəxr, iftixar, digər tərəfdən ağrı dolu 
keçmişlərə aparır. İçində bir acı, göynərti baş qaldırır. 
Təəssüflərdən və  təsəllidən başqa deyiləsi nəsə 
qalmır. Firudin Zeynallının “Ata fəryadı” (Bakı,  
2014) kitabı da, son dövrlərdə başına gələnlər də 
belədir. Kitab məni tamamilə başqa, kövrək, ağrılarla 
dolu olan hisslərə köklədi. Onu oxumağım həcminin 
az olmasına baxmayaraq (152 səhifə) günlərlə  çəkdi. 
Hər epizod, əhvalat içimdə göynərtilər qopardı. Çünki 
Firudin müəllimi yaxından, lap yaxından tanıyırdım. 
Haqqında bir alim, şeirə, sənətə köklənən ziyalı kimi 
danışmalıydım. Ancaq onun son dövrlərdə başına 
gələnlər, eləcə də “Ata fəryadı” kitabı məni tamamilə 
başqa istiqamətə, kövrək notlara köklədi.  
Firudin Zeynallını  təxminən keçən  əsrin 
səksəninci illərindən tanıyıram. Onda o, namizədlik 
dissertasiyası müdafiə edirdi. Tez-tez Hüseyn 
müəlimin (prof.H.Əhmədov nəzərdə tutulur) yanına 
gələrdi. Onunla müxtəlif məsələllər  ətrafında 
söhbətləşərdi. Səmimiyyəti, həmyerli olmağımız 
Firudin müəllimlə  mənim aramda yaxınlığımızın 
başlanğıcını qoydu. Pəmbəkdən idi. Münasibətlərimiz 


 
34
həmişə yaxşılaşan istiqamətdə getdi və dostluğa qədər 
gəlib çıxdı. Ailəvi tanış olduq. Qohumlarını, 
yaxınlarını tanıdım. Köməkliklərini gördüm. 
Qardaşının xeyirxahlığı sayəsində (turizm şirkəti 
vardı) xaricə  səfərlərim də oldu. Yadımda həmişə 
yaxşılıqlarla qaldılar. Hətta bir dəfə  eşitdim ki, 
Firudin müəllim xəstələnibdi. Harahat oldum. Çox 
keçmədi ki, həmin ağrılardan özünü düzəltdi. Müalicə 
olunub sağaldı, təzədən işlərinə başladı. Fikirləşdik ki, 
daha qurtardıq, hər  şey yaxşılığa doğru gedəcək. 
Ancaq belə deyilmiş. Qabaqda olduqca ağır, çəkilməsi 
çətin olan bir övlad itkisi varmış. Firudin müəllim 
bunları yaşadı. 
Azərbaycanımızın, bütünlükdə göyçəlilərin son 
dövrlərdə  kifayət qədər ağrıları var. Tarixi torpaqların 
itkisi, Qərbi Azərbaycandan soydaşlarımızın 
qovulması, Qarabağ savaşı, ermınilərin apardığı 
işğalçılıq siyasəti, 20 Yanvar faciəsi, Xocalı soyqırımı 
və s. hamısı son dövrdə xalqımızın qarşılaşdığı 
müsibətlərdi. Firudin müəllim də bir ziyalı kimi 
bunları yaşamışdı. Göyçə itkisi digər həmvətənləri 
kimi onun da taleyindən keçirdi. Dədə-baba yurd 
yerləri,  əsrarəngiz təbiət, onun füsunkarlığı, tarixi 
abidələrimiz, milli-mənəvi sərvətimizin böyük bir 
hissəsi itkilərlə üzləşdi. Hansı yurd yerləri ki, orada 
ulularımızın min illər boyu formalaşdırdığı genetik 
yaddaş vardı. Orada Dədəm Qorqudun müqəddəsliyə 
bürünən qopuzunun sədası, Ağ  Aşığın, Aşıq Alının, 
Aşıq Ələsgərin sazının səsi, Koroğlu dəli nərəsi, Qırat 


 
35
kişnəməsi vardı. Göyçə bir coğrafi məkan kimi Oğuz 
Kağandan, Xan Qazandan Dəli Alıya qədər bir tarixi
tarixi qəhrəmanlığı sərgiləyir. Bütün olanlarımız üçün 
o keşmişə, keçmişimizi  əməlləri, böyüklükləri ilə 
yaradanlara borcluyuq. Keçmiş bizim üçün iftixar, 
fəxr, qürur yeridi. Göyçə  də bir mədəniyyət, 
mənəviyyat məkanı kimi bizim gen yaddaşımızın 
hadisəsidi. Böyükdən  kiçiyə hər birimizin yaddaşında 
bir Göyçə  ağrısı, torpaq nisgili var. Sazımızla, 
sözümüzlə, bütünlükdə Azərbaycanımızla dünyüya 
daşınır. Firidun Zeynallının da “Ata fəryadı” kitabının 
mahiyyətində bir istiqamətdə  vətən, torpaq, yurd, 
övlad sevgisi dayanırsa, digər istiqamətdə o böyük 
sevginin ağrıları ifadəsini tapır. Elə kitab da məhz 
düşünülmüş olaraq “Ata fəryadı” adı ilə adlanmışdı. 
Bu fəryadın göynərtiləri çox-çox dərinlərdən gəlir. 
Firudin müəlimin ciyərparası  Kəmaləni vaxtsız 
itirməsi  onun onsuz da qaysaqlanmayan yaralarını bir 
daha göynətdi.  Əlbəttə bu övlad itkisi idi. Onun 
ağırlığı, çəkilməsi isə bir dərd kimi çox ağırdı. Biz 
yaxınları, iş yoldaşları Firudin müəllimin qarşılaşdığı 
faciəni dərk edir, ona təskinlik veririk. Kitab o 
göynərtinin ifadəsidi. Səhifələdikcə  hər söz, hər sətir 
Kəmalə xanım haqqında təsəvvür yaradır.  İş 
yoldaşlarının, tələbə həmkarlarının xatirələri bir insan 
kimi ona münasibəti aşkarlayır. Bu sətirlərdə səslənən 
yanğı, yarım səhifəlik, bir səhifəlik yazıların  
sonundakı “Allah sənə  rəhmət eləsin” sonluğu göz 
yaşları ilə doludur. Sanki bir dolu kimi tökülür.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə