Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

də Əbubəkrin ögey qardaşı inanc nəslindən olan(ana tərəfindən) Qutluq  nanc da dəfələrlə (1 ay 

ə

rzində 4 dəfə) onun üzərinə hücum etmişdi.  



Mənbələrdən məlum olduğu kimi Şəmsəddin Eldəgizin böyük oğlu Məhəmməd Cahan 

Pəhləvanın oğlanları üç qadından doğulmuşdu. Onlardan Qutluq inanc Mahmud və Əmir Əmiran 

Ömərin  anası  nanc  Xatun,  Əbu  Bəkrin  anası  türk  qızı  Quteybə  xatun,  Özbəyin  anası  kəniz 

Zahidə xatun idi. 

Qızıl  Arslanı  əvəz  etmiş  Əbubəkr  (1191-1210)  sələflərinin  ənənələrini  davam  etdirə 

bilmədi.  20  illik  hakimiyyəti  dövründə  təmsil  etdiyi  sülalənin  nüfuzunu  zəiflətdi.  Mənbələrdə 

deyildiyi  kimi  o,  dövlət  işləri  ilə  çox  az  məşğul  olurdu.Atabəylərin  son  nümayəndəsi 

Özbək(1210-1225)  isə  ölkənin  müdafiəsini  təşkil  etmək  iqtidarında  deyildi.  Onun  hakimiyyəti 

dövründə Gürcü çarı Tamar və Xarəzmşah Məhəmməd Atabəy Özbəyin torpaqlarına hücum etdi. 

Özbək asılılığı qəbul etməyə məcbur oldu. Atabəylərin bütün xəzinəsi xarəzmşahın əlinə keçdi. 

Xəzinənin  boşalması,  təsərrüfatın  dağılması,  vergilərin  artırılması,  özbaşnalıq  dövləti  tam 

zəiflətdi.  Yaramaz  əməllərlə  məşğul  olan  Özbək  bir  hökmdar  kimi  əhali  arasında  nüfuzunu 

itirmişdir.  Mövcud  vəziyyətdən  istifadə  edən  monqollar  Azərbaycan  üzərinə  yürüşlərə  başladı. 

Azərbaycanda hökm sürən feodal pərakəndəliyi Monqol dövlətinin istialası üçün əlverişli şərait 

yaratdı.  ran,  Orta  Asiya,  Azərbaycanın  yerli  feodal  əyanları  arasında  hökm  sürən  daxili 

çəkişmələr onları monqollara qarşı birgə mübarizə aparmaq imkanından məhrum etdi.  



 

22.Xarəzmşah Cəlaləddinin Azərbaycanı işğal etməsi 

 

Monqolların  zərbələri  altında  dağılmış  Xarəzmşah  dövlətinin  keçmiş 

hökmdarı Məhəmmədin oğlu Cəlaləddin ölkəsini qorumaq əvəzinə başqa əraziləri 

viran qoymaq yolunu seçdi. 

1225-ci  ilin  may  ayında  Xarəzmşah  Cəlaləddinin  qoşunları 

Azərbaycana soxulur və Marağanı tutdu. O, Marağadan Təbrizə hücum etdi. 

7  günlük  mübarizədən  sonra  1225-ci  ilin  iyul  ayının  15-də  Təbriz 

Cəlaləddin  tərəfindən  tutuldu.  Bu  zaman  şəhərin  müdafiəsinə  Şəmsəddin 

Tuğrayinin  qardaşı  oğlu  Nizaməddin  ət-Tuğrayi  başçılıq  edirdi.  Atabəy 

Özbək  özü  Gəncəyə  qaçmışdı.  Sonra  Atabəy  Özbək  Gəncədən  Naxçıvana 

gələrək  Əlincə  qalasında  gizləndi.  O,  burada  1225-ci  ildə  bir  neçə  gündən 

sonra  öldü.  Bununla  da  Azərbaycan  Atabəyləri  dövləti  süqut  etdi. 

Atabəylərin  hakimiyyəti  altında  olan  ərazilər-Azərbaycan,  Arran,  Şirvan 

Cəlaləddinin hakimiyyəti altına keçdi.   




Təbrizdə  olarkən  Cəlaləddin  rəis  Şəmsəddin  ət-Tuğrayini  şəhərin 

başçısı təyin etdi. Cəlaləddin oradan gürcülərə qarşı döyüşə çıxdı. Təbrizdə 

qalan  Cəlaləddinin  vəziri  Şərəf  əl-Mülk  Təbriz  əhalisinin  Tuğrayi  nəslinə 

olan hörmətini qəbul edə bilməyib onları sultanın gözündən salmaq üçün şər 

ataraq  bildirir  ki,  onlar  təbrizliləri  xarəzmlilərin  üzərinə  qaldırmaq 

istəyirlər.  Tezliklə  Nizaməddin  ət-Tuğrayi  edam  olunur.  Şəmsəddin  ət-

Tuğrayi isə həbsə atılır. Yalnız 1228-ci ildə sultan peşiman olub Şəmsəddini 

yenidən Təbrizə canişin təyin etdi. 

Gəncəni işğal edən Cəlaləddin buranı özünə iqamətgah seçdi. 1228-ci 

ildə 50 minlik qıpçaq qoşunları ilə birlikdə Cəlaləddin Dərbəndi mühasirəyə 

aldı.  Sonra  Gürcüstana,  buradan  Xilat qalasına  hücum  edib  onu  mühasirəyə 

aldı.  l  yarımlıq  mühasirədən  sonra  1230-cu  il  aprelin  14-də  qala  təslim 

oldu. Xilatın alınması Cəlaləddinin son qələbəsi idi. 

1231-ci  ildə  yadellilərə  qarşı  sənətkar  Bəndərin  rəhbərliyi  ilə  Gəncə 

yoxsulları üsyana qalxdı. Xarəzmşah  bir  neçə  gün  onlara  təslim  olmaq  təklifi 

göndərdi,  amma  bunun  nəticəsi  olmadı.  Gəncəlilər  qaladan  çıxaraq 

Cəlaləddinin qoşunları üzərinə hücum çəkirlər. Qüvvələrin qeyri-bərabərliyi  

nəticəsində üsyan məğlub oldu. Bəndər başda olmaqla 30 nəfər edam edildi. 

Monqollar  1231-ci  ilin  oktyabrında  yenidən  Azərbaycana  soxuldular. 

Bunula  da  monqolların  ikinci  yürüşü  başlandı.  Cəlaləddin  bir  neçə  min 

döyüşçü  toplayaraq  monqollarla  döyüşmək  üçün  Ağdam  yaxınlığında 

Qarqarçay  sahilində  məskən  saldı.  Monqol  elçisi  Cəlaləddinə  təslim  olmaq 

təklif  edir.  Cəlaləddin  isə  razılaşmayıb  Gəncəyə  çəkilir,  lakin  müqavimətin 

mümkünsüzlüyünü başa düşərək buradan Kiçik Asiyaya yollanan Cəlaləddin 

Diyarbəkirdə öldürüldü. 

 

 



23.Hülakülər dövlətinin yaranması. Azərbaycan Hülakülər dövlətinin 

tərkibində 

1253-cü ildə monqol xaqanı - Çingiz xanın nəvəsi, Tuluy xaqanın oğlu 

Münkə xaqan  Ön Asiyada istilaları davam etdirmək üçün göndərdiyi böyük 



orduya  onun  qardaşı  Şahzadə  Hülakü  xan  başçılıq  edirdi.1253-1256-cı 

illərdə  Hülakü  xan  istiladan  kənarda  qalmış  Ön  Asiya  ərazilərini  də  zəbt 

etdi.  Onun qoşunları 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı alırlar. 

Döyüşə  Hülakü  xan  özü  və  onun  sərkərdəsi  Baqu  rəhbərlik  edirdi.  508  il 

davam  edən  Abbasilər  sülaləsinin  son  nümayəndəsi  əl-Müstəsim  öldürüldü. 

Beləliklə,  Yaxın  və  Orta  Şərqdə  raq-i  Ərəb,  raq-i  Əcəm,  Gürcüstan, 

Azərbaycan,  Fars,  Kiçik  Asiya,  Rum,  Kirman,  Xorasan,  Xuzistan  və  digər 

ölkələr  daxil  olmaqla  geniş  ərazini  əhatə  edən  Hülakülər  dövləti  yarandı. 

Amu-Dəryadan  Aralıq  dənizinə,  Dərbənddən  ran  körfəzinə  qədər  olan 

ə

razidə  yeni-5-ci  Monqol  Ulusu  yaradıldı.  Bu  dövlət  Hülakülər  dövləti 



adlanmaqla  yanaşı,  hökmdarları  Elxan  rütbəsi  daşıdığı  üçün  Elxanilər 

dövləti də adlanırdı. 

Hülakü  xan  (1256-1265-cı  illər)  Azərbaycanda  möhkəmləndi. 

Azərbaycan  Hülakülər-Elxanilər  dövlətinin  mərkəzi  vilayətinə  çevrilir. 

Ölkənin  paytaxtı  Marağa,  Təbriz  və  XIV  əsrdə  Sultaniyyə  şəhərləri  idi. 

Azərbaycan  100  il  boyu  Qızıl  Orda  xanları  ilə  Hülakülər  arasında  döyüş 

meydanına  çevrilmişdi.  Qızıl  Ordalılar  1263,  1265,  1288,  1290,  1318  və  b. 

illərdə Azərbaycana basqınlar etmişdilər. 

 Şirvanşahlar  dövləti  Elxanilərdən  vassal  asılı  dövlət  idi.  Lakin 

Hülakü  xanın  hakimiyyəti  illərində  Şirvan  xüsusi  nəzarət  altında 

saxlanılırdı.  1260-cı  ildə  isə  Şirvanşah  II  Axsitan  Hülakü  xanın  əmri  ilə 

öldürüldü.  Hülakü  xan  II  Fərruxzadı  Şirvana  hakim  təyin  etdi.  Hülakü 

hökmdarı  Abaqa  xanın  (1265-1282)  ölümündən  sonra  hakimiyyət  uğrunda 

ayrı-ayrı  şəxslər  arasında  mübarizə  gücləndi.  Feodal  ara  müharibələri 

nəticəsində  Abaqa  xanın  varisləri  Əhməd  xanın  (1282-1284),    Arqun  xanın 

(1284-1291),  Keyxatu  xanın  (1291-1295)  və  Hülakü  xanın  nəvəsi  Baydu 

xanın  (1295)  dövründə  dövlətin  daxili  və  xarici  vəziyyəti  daha  da 

gərginləşdi.  Arqun  xanın  oğlu  Keyxatu  xanın  dövründə  (1291-1295) 

maliyyə  vəziyyətini  düzəltmək  üçün  kağız  pullar  (çao)  buraxıldı.  Lakin 

bunun  köməyi  olmadı.  Arqun  xanın  başqa  oğlu  Qazan  xan  (1295-1304) 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə