Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə 

xəzinəyə  müəyyən  məbləğ verilməsini tələb etdi. Pul islahatı keçirdi. Maliyyə işi 

qaydaya  salındı.  7,7  qram  ağırlığında  olan  qızıl  və  gümüş  skkələr  (Abbası)  uzun 

müddət təkcə Səfəvilər deyil, şərqdə sərbəst dövriyyədə olmuşdur. 

On illərlə davam edən dağıdıcı müharibələrdən sonra, 1590-cı ildə  stanbulda 

Səfəvi-Türkiyə  dövlətləri  arasında  sülh  müqaviləsi  imzalandı.  Sülh  müqaviləsi 

Azərbaycanı  Səfəvi  və  Türkiyə  dövlətləri  arasında  böldü,  ölkənin  böyük  hissəsi 

Osmanlı feodallarının sərəncamına keçdi. Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa 

və  onların  qərbində  yerləşən  digər  torpaqlar  Türkiyəyə  verildi.  Xalxal,  Ərdəbil, 

Qaracadağ  və  Talış  Səfəvilər  tərəfində  qaldı.  Beləliklə,  Səfəvi-Osmanlı  arasında 

bağlanmış  1590-cı  il  müqaviləsi  Azərbaycan  torpaqlarını  parçaladı.  Əslində 

Amasiya müqaviləsinin şərtləri tamamilə pozuldu.  

Lakin  I  Şah  Abbasın  apardığı  məqsədyönlü  siyasət  Səfəvilər  dövlətinin 

tədricən  yenidən  dirçəlməsinə  şərait  yaratdı.  XVII  əsrin  əvvəllərindən 

Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi.  

1603-cü  ilin  sentyabrından  I  Abbas  Azərbaycan  torpaqlarını  geri  qaytarmaq 

məqsədilə hərbi yürüşə başladı. Öz növbəsində Təbrizlilər Osmanlılara qarşı üsyan 

qaldırdılar.  1603-cü  ilin  oktyabrında  I  Abbas  Təbrizi  tutdu.  Yürüşlərini  davam 

etdirən I Abbas Mərənd, Xoy, Salmas, daha sonra Culfa, Naxçıvanı  və b. şəhərləri 

azad  etdi.  1604-cü  ilin  iyun  ayında  rəvan  qalası  tutuldu.  Elə  bu  ərəfədə 

Gürcüstanla məsələlər Səfəvilərin xeyrinə həll olundu.  

Bundan  sonra  Azərbaycanın  şimal  torpaqları  uğrunda  mübarizə  davam 

etdirildi.  1606-cı  ilin  iyun  ayında  Gəncə,  1607-ci  ilin  qışında  Bakı,  1607-ci  ilin 

martında  Dərbənd  tutuldu.  1612-ci  ilin  Sərab  sülhünə  görə  1555-ci  ilin  sülh 

müqaviləsinin  şərtləri  bərpa  olundu.  1618-ci  ilin  Mərənd  sülhü  bunu  bir  daha 

təsdiq  etdi.  1639-cu  il  mayın  17-də  imzalanmış  Qəsri-Şirin  müqaviləsi  Osmanlı-

Səfəvi münasibətlərini bir daha yoluna qoydu və 1612-ci ilin müqaviləsini təsdiq 

etdi.  Bağdad  daxil  olmaqla  ərəb  raqı  Osmanlı  dövlətinə  verildi.  Eyni  zamanda 

Van, Qars, Axıska əraziləri də Osmanlı dövlətinə çatdı.  

 

 



 

33.XVII əsrdə Azərbaycanda iqtisadi həyat. Şəhərlə

 

I  Şah  Abbasın  dövlətin  gücləndirilməsi  istiqamətində  apardığı  uğurlu 

siyasət,  sülalə  çəkişmələrinə  və  Osmanlı  ilə  müharibələrin  səngiməsi  sonrakı 

dövrlərdə sabitliyə şərait yaratmasıdır. Ona görə də XVII yüzillikdə Azərbaycanın 

iqtisadi həyatında inkişaf nəzərə çarpırdı. Səyyahlardan Övliyyə Çələbi, Kempfer, 

Adam  Ollari,  Jan  Batis  Tavarye  həmin  dövrdə  Azərbaycan  iqtisadiyyatındakı 

dirçəlişi qeydə almışlar.  

Kənd təsərrüfatında əsas yeri dənli bitkilər (arpa, buğda, çəltik, paxla və 

s.), pambıq tuturdu. Şirvanda Xoy, Gəncə, Təbriz, Marağada pambığın yeddi növü 

becərilirdi. Meyvəçilik (alma, armud, şaftalı, ərik, badam, püstə, gavalı, əncir, qoz, 

ş

abalıd və s.) üzümçülük inkişaf etmişdi. Təbrizdə üzümün 60 növü yetişdirilirdi. 



Tərəvəzçilik  və  bostançılıq  Təbrizdə,  Şamaxı,  Bakı,  Naxçıvan,  Qarabağda  geniş 


yayılmışdı.  Azərbaycanda  ipəkçilik  ayrıca  qeyd  olunmuşdur.  XVII  əsrin  30-cu 

illərində  Səfəvi  dövlətində  18  min  yük  ipək  istehsal  olunmuşdu.  Tədricən  yeni 

bitki  növü  olan  tütün  becərilirdi.  XVII  əsr  iqtisadiyyatında  maldarlıq  da  mühüm 

yer tuturdu. XVI əsrin 40-60-cı illərində təkcə Qarabağda yüz mindən artıq qoyun 

saxlanılırdı.  

Dulusçuluq,  toxuculuq,  miskərlik,  arıçılıq  və  s.  də  inkişaf  etmişdir. 

Suvarma şəbəkələrindən geniş istifadə olunurdu.  

        Səfəvi-Osmanlı  müharibələri  Azərbaycana  ağır  zərbələr  vurmuş,    şəhərlərdə 

böyük  dağıntılar  baş  vermişdi.  I  Abbasın  “böyük  sürgün”  siyasəti  şəhərləri 

tənəzzülə  uğratdı.  Şəhərlərin  təsərrüfat  və  mədəni  həyatı  gerilədi.    Lakin 

Azərbaycan  xalqı  təsərrüfatını  bərpa  etmək  və  şəhər  həyatını  canlandırmaq 

ə

zmindən  əl  çəkmədi.  Azərbaycan  şəhərləri  yalnız  XVII  əsrin  ortalarında  özünə 



gəldi  və  öz  incəsənət,  ticarət,  sənətkarlıq,  mədəniyyət  şöhrətini  geri  qaytardı.  

Karvan ticarəti bərpa edildi,  çoxsahəli sənətkarlıq sahələri qaydaya salındı.   

        Təbriz  şəhəri  tezliklə  dirçəldi,    əsrin  60-70-ci  illərində  əhalisinin  sayı  550 

minə çatırdı. Təbrizdə 47 mədrəsə,  600-ə qədər ibtidai məktəb,  320 məscid,  200-

ə

 yaxın karvansara,  müxtəlif məmulatlar və mallar satılan 7000 dükan var idi.   



Gəncə də tədricən keçmiş qüdrətini qaytardı.   

Qacar  nəslinin  əyanlarının  iqamətgahı  da  Gəncə  idi.    Gəncədə  nəzərə 

çarpacaq  dərəcədə  abadlıq  işləri  görülmüş,    bunun  da  nəticəsində  şəhərdə  əmin-

amanlıq hökm sürmüşdür.  Şamaxı da XVII əsrin əvvəllərində möhkəmləndirilmiş 

böyük şəhər idi.  Burada 50-60 min əhali yaşayırdı.  1668-ci  il yanvarın 4-ü baş 

vermiş zəlzələ şəhər həyatına zərbə vurdu.  Lakin şəhər tezliklə dirçəldi.  Bu şəhər 

öz ipəyi ilə çox məşhur idi.  Bu bölgənin Lahıc kəndi xəncər,  mis qab-qacağı ilə 

məşhur  idi.    Quba  xalçasına,  Şəki  ipək  parçasına  görə  fərqlənirdi.    Abşeron,  

Qarabağ,  Naxçıvanda xalçaçılıq geniş yayılmışdır.  Təbrizdə,  Ərdəbildə zərgərlik 

məmulatı hazırlanırdı.   

           Əsrin sonunda Səfəvi imperiyasını əhatə edən iqtisadi tənəzzül şəhərlərə də 

öz təsirini göstərmişdir.  Şəhər həyatı durğunluq keçirirdi.  Gəncə,  Ərdəbil,  Şəki,  

Bakı  şəhərlərində  8  minə  yaxın  əhali  yaşayırdı.    Azərbaycan  qonşu  ölkələrlə  sıx 

ticarət əlaqələri saxlayırdı.  Şəki və Gəncə ipəyi Rusiya,   taliya,  Türkiyə və  rana 

ixrac  olunurdu.    Bu  dövrdə  Səfəvi  dövlətində  müxtəlif  ölçü,    çəki  sistemlərinin 

olması  iqtisadiyyata  mənfi  təsir  göstərmiş,  Azərbaycanda  əmtəə-pul 

münasibətlərinin yayılmasına mane olmuşdur. Bakı əvvəlki mövqeyini saxlayırdı.  

Bu şəhərdə çoxlu məscid,  karvansara,  hamam,  bazar var idi.  Dərbənd isə hərbi 

istehkam  kimi  tanınırdı.  Bu  şəhərdə  Narınqala  adlı  istehkam  var  idi.  I  Abbas 

Dərbənd əhalisinə dövlət vergilərini bağısladı.  Marağa şəhəri də öz meyvə bağları 

ilə şöhrət tapmısdır.  Səfəvi-Osmanlı müharibələrindən kənarda qalan şəhərlərdən 

biri  də  Əhər  şəhəri  idi.  Əhər  Ərdəbil  və  Gəncə  arasındakı  Xudafərin  vasitəsilə 

karvan  ticarət  yolu  üzərində  yerləşirdi.  Əsrin  sonunda  bu  şəhər  tənəzzülə  uğradı.  

XVII  əsrdə  iki  dəfə  dağılmış  Naxçıvan  bir  qədər  dirçəldi  lakin  əvvəlki  qüdrətini 

bərpa  edə  bilmədi.  Miyanə,  Xalxal,  Sərab  şəhərləri  karvan  yolları  üzərində 

yerləşir  və    təsərrüfat  həyatında  diqqətəlayiq  rol  oynayırdı.  Azərbaycanın 

ş

imalında  yerləşən  Şabran,  Ərəş,  Niyazabad  tam  tənəzzülə  uğradılar.  Qanlı 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə