Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

müharibələr  meydanından  kənarda  qalan  Quba  əsrin  sonuna  qədər  öz  iqtisadi  və 

siyasi əhəmiyyətini saxlamışdı.   

             Azərbaycanda  bazar  münasibətləri  əsasən  hakim  feodal  sinfinin 

mənafeyinə xidmət edirdi.  Şah başda olmaqla feodallar öz vasitəçilərinin köməyilə 

ticarətdə,    xüsusilə  xarici  ticarətdə  iştirak  edirdilər.    Azərbaycan  şəhərləri,    ilk 

növbədə  Bakı,    Təbriz,    Naxçıvan,  Ordubad  və  Şamaxı  Səfəvilərin  daxili 

ticarətində müstəsna rol oynayırdı. Marağa, Mərənd, Qarabağ və Muğanda döyüş 

atları  yetişdirilirdi.    Qarabağda,  Mərənddə,    Marağada  xüsusi  ilxılar  var  idi.  

Ş

amaxıda,  arıçılıq inkişaf etmişdi. Dəmirçi,  misgər,  toxucu,  dulusçu,  boyaqçı,  



xarrat,  dərzi,  zərgər və başqaları müxtəlif əsnaflarda birləşirdilər.  Belə əsnaflar 

daha çox Gəncə ətrafında yerləşirdilər.   

        Azərbaycan  şəhərləri  qonşu  ölkələrlə  sıx  ticarət  əlaqələri  saxlayırdı.  Qonşu 

ölkələrlə  yanaşı  qərblə  də  ticarət  əlaqələri  var  idi.  Volqa-Xəzər  yolu,  həmçinin 

Azərbaycandan  keçən  quru  ticarət  yolu  beynəlxalq  əhəmiyyət  kəsb  edirdi.    Bakı 

liman şəhəri idi və tranzit ticarətdə mühüm yer tuturdu.   

         Şirvan,   Xoy,  Gəncə,  Bakı,  Təbriz,  Marağada pambiq,  Gəncə,  Şamaxı,  

Təbriz,  Ərdəbil,  Marağa və Naxçıvanda çəltik və paxla yetişdirilirdi.   

        Şəhərlərdə  bütün  hakimiyyət  iri  torpaq  sahibi  olan  bəylərbəyinin  əlində  idi.  

Hər  bir  şəhərdə  mərkəzi  hakimiyyətin,    yerli  torpaq  sahibliyinin  səlahiyyətini  öz 

ə

lində  cəmləşdirən  hakimlər,    həmin  səlahiyyətlə  də  mülki  bürokratiya  fəaliyyət 



göstərirdi.   

 

 



34.XVIII ƏSR N ƏVVƏLLƏR NDƏ XƏZƏRSAH L  V LAYƏTLƏR N 

RUSLAR TƏRƏF NDƏN  ŞĞALI.  PETERBURQ RAZILAŞMASI. 

   


 

 

 



 

 

 



 

Hər  zaman  Azərbaycan  öz  strateji  mövqeyi,  təbii  sərvətləri,  xammal 

ehtiyatları ilə qonşu ölkələrin, xüsusilə, Rusiyanın diqqətini cəlb edib. Rusiya hər 

zaman  Azərbaycanı  isğal  etməyə  can  atıb.  Öz  gücünü  bərpa  edən1721-ci  ilin 

Nistad sülhü ilə özünü imperiya elan edən, Avropaya, dənizlərə yol açan  Rusiya 

Azərbaycanın  Xəzəryanı  sahələrini  isğal  etməyi  qərara  alır.  Bu  yürüşün  əsas 

məqsədi  Xəzər  dənizinin  qərb  sahilini  ələ  keçirmək  və  imkan  daxilində  burada 

möhkəmlənmək  idi.  XVIII  əsrin  əvvəllərində  Rusiyanın  Xəzəryanı  bölgələrini 

isğal  etmək    siyasəti  ilə  Osmanlı  dövlətinin  siyasəti  toqquşurdu.Osmanlı  dövləti 

Rusiyanın  bu  əraziləri  isğal  etməsinə  öz  etirazını  bildirir.  Buna  görə  də  I  Pyotr 

məsələnin həllini gələcəyə saxlamağı qərara alır.   

Sonradan Rusların Xəzəryanı vilayətlərə soxulmağı üçün bəhanə tapılır. Guya 

Rusiya  Şirvan  üsyanı  zamanı  öldürülən  tacirlərinin  intiqamını  almaq  üçün  bu 

ə

razilərə  qoşun  göndərir.  Ancaq  bu  sadəcə  I  Pyotrun  əsas  məqsədini  pərdələmək 



üçün bir vasitə idi. I Pyotrun gəlməyini eşidən Hacı Davud kömək üçün Osmanlı 

sultanı II Əhmədə müraciət edir. Əhməd bu təklifi qəbul edir. Bununla da Osmanlı 

Türkiyəsi Azərbaycanın daxili işlərinə qarışmaq üçün yaxşı fürsət əldə edir. Rusiya 

həm  inkişaf  etməkdə  olan  manufaktura  sənayesini  xammalla  təmin  etmək  üçün, 

həm  də  Osmanlının  burada  möhkəmlənməsinin  qarşını  almaq  üçün  isğalını 

sürətləndirir.1722-ci  ildə  I  Pyotr  Həştərxan  əzazisindən  işğala  baslayır.  Digər 




ə

razilərdə  isə  ona  qarşı  ciddi  müqavimət  göstərilmirdi.  Çünki  səfəvi  sərkərdələri 

qüvvələrin  fərqini  başa  düşərək  döyüşmürdülər.  I  Pyotr  din  amilindən  istifadə 

edərək  xalqı  da  öz  tərəfinə  çəkirdi.  O,  xristian  əhaliyə  onları  müsəlmanların 

zülmündən  xilas  etməyə  gəldiyini  bildirirdi.  Müsəlman  əhaliyə  isə  bu  ərazilərə 

işğal  üçün  yox,  əmin-amanlıq  yaratmaq  üçün  gəldiyini  inandırmağa  çalışırdı.  

Hətta bunun üçün Azərbaycan dilində  Bəyannamə də qəbul edir. Əlbəttə, bu onun 

öz  riyakar  planının  üstünü  örtmək  üçün  vasitə  idi.  1722-ci  ilin  avqustunda  rus 

qoşunu  Dərbəndə  çatır.  mamqulu  bəy  şəhərin  açarını  I  Pyotra  verir.  I  Pyotr 

sveçin  müharibə  təhlükəsi  yaratmağına  görə  geri  qayıtmağa  məcbur  olur,  yerinə 

isə  Matyuşkini  komandir  təyin  edir.  I  Pyotrun  əmri  ilə  1722-ci    ilin  dekabrında 

Rəst şəhəri tutulur, 1723-cü il iyulun 6-da rus eskadrası Bakı körfəzinə daxil olur. 

Məhəmməd  Hüseyn  bəyin  müqavimət  göstərməsinə  baxmayaraq,  rus  qoşununun 

top  atəşləri  nəticəsində  şəhər  1723-cü  il  iyulun  23-də  zəbt  edilir.  Bakının 

tutulmasına I Pyotr o qədər sevinir ki, onun əmri ilə Sank-Peterburqda yaylım atəşi 

açılır.  Bakı  xanı isə həbs  olunaraq  Roqaçevskə  sürgün  olunur.  Bakıdan sonra  rus 

qoşunu Salyanı da asanlıqla ələ keçirir. 

1723-cü il sentyabrın 12-də II Təhmasibin Sank-Peterburqa göndərdiyi elçisi 

smayıl  bəy  şahdan  xəbərsiz  Rusiya  ilə  razılaşma  imzalayır.  Səfəvi  şahı  bu 

razılaşmanı tanımasa da, 1724-ci ildə demək olar ki, eyni şərtlərlə yeni müqavilə 

imzalandı.  Rusiya  ilə  Səfəvi  arasında  bağlanan  Peterburq  müqaviləsinə  görə 

Xəzəryanı bölgələr-Səfəvilərin Dərbənddən Gilana qədər olan torpaqları (Dərbənd, 

Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəli) Rusiyaya ilhaq edilir. Bunun əvəzində isə 

Rusiya  Səfəvi  şahına  əfqanlarla  mübarizədə  hərbi  yardım  edəcəyini  öz  üzərinə 

götürür.  Lakin  Səfəvi  şahı  bu  müqaviləni  təstiq  etmir.  Beləliklə  də,  rusların 

Xəzəryanı bölgələrə olan 1722-1723-cü il isğalları başa çatır.    

Öz  növbəsində  Osmanlı  Türkiyəsi  Azərbaycanın  Cənublu-Şimallı  qalan 

torpaqlarını qısa vaxtda işğal edir. Türk qoşunlarının Qafqaz ərazilərinə irəliləməsi 

Rusiyanı  narahat  etməsə  də  yenidən  bir  neçə  istiqamətdə  müharibə  aparmağın 

çətinliyini başa düşən Rusiya Türkiyə ilə sülh danışıqları aparmağa məcbur oldu. 

1724-cü  il  iyulun  12-də  stanbulda  Rusiya  ilə  Türkiyə  arasında  sülh  müqaviləsi 

imzalandı. Əslində 1723-cü ilin Peterburq razılaşması təsdiq olundu.  

 

 

 



 

 

 



 

35. AZƏRBAYCAN NAD R ŞAH ƏFŞARIN HAK M YYƏT  DÖVRÜNDƏ 

 

Səfəvi  şahı  II  Təhmasibin  uğursuz  daxili  və  xarici  siyasəti,  Azərbaycanın 

ə

slində Rusiya və Türkiyə arasında işğal zonasına bölünməsi ölkədə vəziyyəti son 



dərəcə  ağırlaşdırdı.  Belə  bir  şəraitdə  vaxtilə  Xorasana  köçürülmüş  Əfşar 

tayfasından olan Nadir xanın yüksəlməsi başlayır. Onun başçılığı ilə ruslar əvvəlcə 

Kürün  sol  sahil  zonasından  (1732-ci  ilin  Rəşt  müqaviləsinə  görə)  sonra  isə 

bütövlükdə  Cənubi  Qafqazdan  (1735-ci  ilin  Gəncə  müqaviləsi  ilə)  uzaqlaşdırıldı. 

Bunun ardınca 1735-ci ilin sonunda Türk qoşunları Ön Qafqazdan çıxarıldı. Hələ 

1732-ci  ildə  II  Təhmasibi  taxtdan  salaraq  yerinə  kiçik  yaşlı  III  Abbas  kimi 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə