Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   26

Alt  Paleolit  dövrünün  sonunda  əmək  alətlərinin  yeni  növləri  meydana 

gəlmişdir. Alətlər daha çox çaxmaqdaşından, bazalt və obsidiandan (vulkanik şüşə-

dəvəgözü)hazırlanmırdı. Çünki insanlar onları asanlıqlaqəlpələyir və ucu iti, dişli-

kəzli, oymalı kəsici alətlər hazırlayırdılar. 

 

 

3.



Orta daş dövrünü (mezolit) əvvəlki mərhələlərdən fərqləndirə

ə

sas xüsusiyyətlər nələrdən ibarətdir? 

 

Mezolit - Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə. 



8-ci  minilliyə  qədər  bir  dövrü  əhatə  edir.  Mezolit  dövründə  yaşayış  üçün  daha 

ə

lverişli  iqlim  şəraiti  olmuşdur.  Qəbilələr  halında  birləşmiş  insanların  həyatında, 



dünyagörüşündə,  ətraf  aləmə  münasibətlərində  xeyli  dəyişikliklər  baş  vermişdir. 

Yeni  əmək  alətləri  yaratmış  insanlar  əsasən  ovçuluq,  yığıcılıq  və  balıqçılıqla 

məşğul olmuşlar. 

Mezolit  dövründə  ox  və  kaman  ixtira  edilmişdir.  Bu  silahın  köməyi  ilə 

insanlar  heyvanları  daha  uzaq  məsafədən  ovlaya  bilirdilər.  Onlar  qida  ehtiyatını 

artırmağa nail olmuş və tədricən heyvanları əhilləşdirməyə başlamışlar.  lk vaxtlar 

heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai maldarlığın 

ə

sası  qoyulurdu.  Lakin  heyvanların  əhilləşdirilməsi  çox  uzun  dövr  ərzində 



mümkün olmuşdur. 

Mezolit  dövründə  ilk  əkinçilik  vərdişləri  də  yaranır.  Ət  ehtiyatının  artması 

insanların  ərzağa  olan  tələbatını  qismən  ödədiyinə  görə,  toplanmış  yabanı  bitki 

toxumlarının  da  bir  hissəsini  ehtiyat  üçün  saxlayırdılar.  Bu  isə  ibtidai  əkinçiliyin 

meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini 

müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər. 

Beləliklə,  Mezolit  dövründə  mənimsəmə  təsərrüfatından  istehsal 

təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması 

bir qədər gec – Yeni Daş dövründə başa çatmışdır. 

Azərbaycanda  Mezolit  dövrü  əhalisinin  yaşayışı,  məşğuliyyəti  Qobustan 

abidələri  («Öküzlər»,  «Ana  Zağa»,  «Firuz»  və  s.)  əsasında öyrənilmişdir.  Burada 

insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, 

balıqçılıq  və  yığıcılıqla,  zaman  keçdikcə  isə  maldarlıq  və  əkinçiliklə  məşğul 

olmuşlar.  Qədim  qobustanlılar  mikrolit  (kiçik  ölçülü)  lövhələrdən  iti  uclu,  gəzli, 

bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxu həndəsi formalıdır 

(üçbucaqlı,  dördbucaqlı  və  s.).  Sümükdən  biz,  ox  ucu,  balıq  torunun 

toxunulmasında istifadə olunan digər alətlər hazırlamışlar.  

Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları 

üzərində  həkk  olunmuş  qayaüstü  rəsmlər  ibtidai  insanların  dini  görüşlərini,  ətraf 

aləmə  münasibətlərini  əks etdirməklə  o dövrün bitki və heyvanat  aləmi  haqqında 

məlumat  verir.  Bu  rəsmlər  əsasında  mezolit  dövrü  insanlarının  ovsun-totem 

(heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür. 

Mezolit  dövründə  insanlar  axirət  dünyasına  inanmış,  dəfn  zamanı  ölülərin 

yanına  əmək  alətləri,  bəzək  əşyaları  qoymuşlar.  Qobustanda  «Firuz» 




düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır. 

 

 



4. stehsal təsərrüfatı nə vaxt yaranıb? Onun mahiyyətini açın. 

Yeni daş dövrünün (Neolit) cəmiyyətin inkişafında yeri və rolu 

 

Eramızdan  əvvəl  VIII-VII  minillikləri  əhatə  edən  yeni  daş  dövrü  –  Neolit 



dövrü adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri 

yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə 

lazım  olan  məhsulların  istehsalına  başlamışlar.  nsanların  məşğuliyyət  sahələri 

içərisində  maldarlıq  və  əkinçilik  əsas  yer  tuturdu.  Azərbaycan  ərazisində  bu  iki 

təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi.  

Neolit dövründə insanlar  saxsı  qablar  hazırlamış,  daş  alətləri  cilalamağı  və 

deşməyi  öyrənmiş,  toxuculuqla  məşğul  olmuşlar.  Bəşər  tarixindəki  bu  yeniliklər 

Neolit inqilabı adlandırılmışdır. 

Neolit  dövründən  başlayaraq  əhali  oturaq  həyata  keçmiş,  əkinçilik  və 

maldarlıqla  yanaşı,  ovçuluqla,  balıqçılıqla  da  məşğul  olmuşlar.  Əmək  alətləri, 

ə

sasən,  çaxmaqdaşından  və  obsidiandan  (vulkanik  şüşə  –  dəvəgözü)  hazırlanırdı. 



Ə

kinçilik yeni əkin və biçin alətlərinin yaranmasına səbəb olmuşdur. Daş toxalar, 

oraq dişi hazırlanırdı. Daş baltalar, çəkiclər də bu dövrdə yaranmışdır.  

Naxçıvanda,  Gəncə  ətrafında,  Təbriz  yaxınlığında,  Qobustanda,  Qazax 

bölgəsində  Neolit  dövrü  abidələrindən  daş  toxalar,  oraq  dişləri,  çəkic,  balta  və 

lövhələrdən  ibarət  əmək  alətləri  tapılmışdır.  Gəncə  yaxınlığındakı  neolit 

düşərgəsinin  əmək  alətləri  müxtəlifliyi  ilə  seçilir.  Bunlar  çaxmaqdaşından 

düzəldilmiş  bıçaqvari  lövhələrdən,  qaşovlardan,  dəvəgözündən  hazırlanmış  əmək 

alətlərindən ibarətdir. Bu alətlərdən əkin, biçin, doğrama, kəsmə işlərində istifadə 

edilmişdir. Toxuculuq və saxsı qablar istehsalı insanların həyatında mühüm yenilik 

idi.  Onların  yaradıcıları  qadınlar  olmuşdu.  Ona  görə  də  hələ  bu  dövrdə  «ana 

xaqanlığı» hökm sürürdü. 

E.ə.  VI  minillikdən  Azərbaycan  ərazisində  eneolit  (mis-daş  dövrü) 

başlamışdır. Bu dövr e.ə. IV minilliyə qədər davam etmişdir.Bu dövr daş dövrünün 

başqa mərhələlərindən fərqlənir. Çünki qədim insanlar bu dövrdə daş məmulatı ilə 

yanaşı  metaldan  da  istifadə  etmişlər.  ilk  vaxtlar  misdən  soyuq  döymə  üsulu  ilə 

müxtəlif əşyalar hazırlayırdılar. Zaman keçdikcə əmək vərdişləri artır, təkmilləşir 

və  qədim  insanlar  mis  külçələrini  əvvəlcə  ocaqda  qızdırmaq,  sonra  isə  əritməklə 

ibtidai metalişləmənin sirrlərinə bələd olurdular.  

Azərbaycan ərazisində eneolit dövrü əkinçi-maldar tayfaları kiçik kəndlərdə, 

qəbilə icmaları halında yaşamışlar. Yaşayış məskənləri çay kənarında, əkinçilik və 

maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları və təsərrüfat tikintiləri 

çiy kərpic və möhrədən dairəvi planda inşa olunmuşdur. 

Eneolitin son mərhələsində (e.ə.IV minilliyin birinci yarısı) metalişləmənin 

inkişafının yeni dövrü başlayır. Tunc dövrünə keçidin əsası qoyulur. 

 

 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə