Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

qazanmışdır.  Fətəli  xanın  ölümündən  sonra  hakimiyyətə  Əhməd  xan,  sonradan 

Ş

eyx Əli xan Quba xanı oldu. 



         Şimali  Azərbaycan  ərazisində  Lənkəran  (Talış),  Bakı,  Gəncə,  Dərbənd, 

Ş

amaxı,  Naxçıvan,  rəvan  xanlıqları  da  mövcud  olmuşdur.  Azərbaycanın 



cənubunda  isə  Qaradağ,  Təbriz,  Marağa,  Ərdəbil,  Urmiya,  Xoy,  Sərab,  Maku 

xanlıqları  yarnmışdır.  Adların  çəkilən xanlıqlardan  əlavə,  Kür və  Araz  çaylarının 

qovşağında Cavad xanlığı, Kür çayının mənsəbində isə Salyan xanlığı mövcud idi. 

Bütövlükdə, Azərbaycanda bu dövrdə on səkkiz  xanlıq  yaranmışdı. 

Şə

ki  və  Gəncə  xanlığının  tərkibində  sultanlıqlar,  Qarabağ  xanlığının 



tərkibində isə məlikliklər olmuşdur. 

 

 



37. Qarabağ  xanlığı

 

      


Qarabağ  xanlığının  əsası  Pənahəli  xan  tərəfindən  qoyulmuşdur.  O,1738-ci 

ildə  Nadir  şahın  qulluğundan  uzaqlaşaraq  Qarabağa  gəlir  və  Qarabağ 

bəylərbəyliyinin  qərbində  yeni  xanlığı  yaratmağa  başlamışdır.Bu  xanlıq  cənubda 

Araz çayı, qərbdə  rəvan, şimalda Sınıq körpü, şərqdə Kür çayı ilə həmsərhəd idi. 

Xanlığın  əsası  isə  1748-  ci  ildə  qoyulmuşdur.  Pənahəli  xan  əvvəlcə  Qarabağda 

müstəqil fəaliyyət göstərən ayrı - ayrı feodal hakimlərini mərkəzi hakimiyyətə tabe 

etdirmək  siyasəti  yürüdərək  sonradan  xanlığın  ərazisini  genişləndirməyə  başladı. 

Birinci mərhələdə müdafiə  xarakterli qalalar (1748 –ci ildə Bayat qalası, sonra isə 

Ş

ahbulaq  qalası)  tikdirdi.  Qarabağ  ərazisində  yerləşən  5  məlikliyi  (Çiləbörd, 



Vərəndə, Gülüstan, Dizaq, Xaçın) mərkəzi  hakimiyyətə tabe etdi.   Pənahəli xan 

1756-1757  –  cı    ildə  Şuşa  qalasını  tikdirərək,  onu  xanlığın  inzibati  və  ticarət 

mərkəzinə  çevirdi.  Qarabağ  xanı  Pənahəli  xanın  əsas  məqsədi  Gəncə,  rəvan, 

Naxçıvan,  Ərdəbil  xanıqlarını  ələ  keçirməkdən  ibarət  idi.  Bu  xanlıqları  nigah 

diplomatiyası ilə öz təsir dairəsinə salan Pənahəli xan cənub – qərbə doğru əraziləri 

– Tatev , Sisyan, Qafan, Mehrini də Qarabağa birləşdirdi. 

     

1751- ci ildə Qarabağ xarici müdaxilə ilə sarsıldı.  randan Məhəmmədhəsən 



xan  Qacar  Qarabağa  hücum  etdi.  Qarabağı  bu  basqından  qorumaq  üçün  Şəki 

hakimi də ciddi köməklik göstərdi.Məhəmmədhəsən xan Qarabağı tərk edən kimi 

xanlıq ərazisinə yeni bir işğalçı-Urmiya hakimi Fətəli xan Əfşar hücum etdi.1760- 

cı  ildə  Qarabağa  daxil  olan  Əfşar  Şuşa  qalasını  mühasirəyə  aldı.  Pənahəli  xan 

oğlunu ( brahimxəlil xanı) girov verərək Şuşanı mühasirədən azad etdi. 

     


Bu dövrdə  randa hakimiyyət uğrunda mübarizəyə qoşulan Kərim xan Zənd 

Urmiya xanı Fətəli xan Əfşara qarşı ittifaq təklif etdi  və Qarabağ xanı bu təkliflə 

razılaşdı.  1763  –  cü  ildə  birləşmiş  qüvvələr  Urmiya  xanlığına  qarşı  uğurlu  hərbi 

ə

məliyyat  keçirərək  qalib  gəldilər.  Lakin  qələbədən  sonra  Kərim  xan  Zənd 



Pənahəli  xanı  randa  (Şirazda)  saxladı.  Beləliklə,  1763-cü  ildə  Qarabağda 

hakimiyyət girovluqdan azad olunan  brahimxəlil xana (1763-1806) tapşırıldı. 

     

  brahimxəlil xan Qarabağda hakimiyyətə gəldikdən sonra Gəncə, Naxçıvan, 



rəvan  və  Qaradağ  xanlıqları  üzərində    siyasi  üstünlüyünü  qoruyurdu.Şəki  xanı 

Səlim xanla qohumluq münasibətləri yaratmışdı, həmçinin  brahimxəlil xan Gürcü 

çarı  II  rakli  ilə  də  dostluq  münasibətləri  saxlayırdı.  Qarabağın  daxili  siyasi 



vəziyyəti  60-80-  ci  illərdə  nisbətən  pozulsada,  brahimxəlil  xan  xanlıq  daxilində 

siyasi sabitliyi bərpa edərək, hətta hərbi yürüşlərə də çıxdı. Lakin Qarabağ xanının  

Naxçıvan  və  Xoy  səfərləri  uğursuz sona  çatdı.  1795-  ci  ildə  Qarabağ xanlığı  ağa 

Məhəmməd xan (sonra şah) Qacarın yürüşləri ilə yenidən sarsıldı. Lakin 1797–ci 

ildə  Ağa  Məhəmməd  şah  Qacarın  öldürülməsi  Qarabağda  brahimxəlil  xanın 

hakimiyyətinin  bərpa  edilməsinə  şərait  yaratdı.  Qarabağ  xanlığı  rusların 

Azərbaycana işğalına qədər (1805-ci ilə) öz varlığını qorudu. 

 

 



 

38.Cənubi Azərbaycan xanlıqları. Ağa Məhəmməşah Qacarın Şimali 

Azərbaycana yürüşləri 

Nadir  şahın  ölümündən  sonra  (1747-ci  il  mayın  8-dən  9-a  keçən  gecə, 

yaxud  iyunun  16-sı)  bir  il  yarım  müddətində  (1747-1748),  4  iddiaçı  şah  taxtı 

uğrunda  mübarizə  apardı-bunlar  Nadir  şahın  qardaşı  oğlu  Əli  Qulu  Mirzə,  (Agil 

ş

ah  adı  ilə,  onun  qardaşı  brahim  Mirzə,  Səfəvi  nəslindən  olan  və  II  Süleyman 



adını  götürən  Səid  Məhəmməd,  nəhayət  Nadir  şahın  nəvəsi  Şahrux  idilər.  Lakin 

bunların  heç  biri  hakimiyyətdə  qala  bilmədilər.  Dövlət  süqut  etdi.  Həm  Şimali, 

həm  də  Cənubi  Azərbaycanda  ayrı-ayrı  feodal  dövlətləri  yarandı.  Cənubi 

Azərbaycan  xanlıqlarından  Ərdəbil,  Maku,  Cərab,  Təbriz,  Urmiya,  Salmas, 

Qaradağ, Mərənd, Marağa, Astarabad və s. göstərmək olar. 

          Azərbaycanın  cənubunda  yerləşən  və  əsası  Fətəli  xan  Əfşar  (Əfşar  tayfası) 

tərəfindən  qoyulan  Urmiya  xanlığı  1747  –  ci  ildən  1763  –  cü  ilə  qədər  fəaliyyət 

göstərmişdir.  Həmin  tarixdə  xanlıq  Kərim  xan  Zənd  və  onun  müttəfiqləri 

tərəfindən tutulmuşdu. 

     


Qaradağ xanlığının əsasını isə Kazım xan  (1748-1752) qoymuşdur (Qaradağ 

tayfası). Xanlığın mərkəzi Əhərdə yerləşirdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və 

Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal olunmuşdu. 

    


Təbriz  xanlığının  banisi  Dünbuli  tayfasından  olan  Nəcəfqulu  xan  (1745-

1780)  (başqa  məlumata  görə  Əmir  Aslan  xan)  olmuşdur.  Müəyyən  vaxtlarda 

Urmiya xanlığından asılı düşsədə, sonradan müstə- qillik qazanmışdı. 

  

 Marağa  xanlığının  əsası  Əliqulu  xan  Müqəddəm  (Müqəddəm  tayfası) 



(1747-1750)  tərəfindən  qoyulmuşdur.  Ağa  Məhəmməd  Qacarın  hakimiyyətə 

gəlişinə qədər fəaliyyət göstərmişdir.  

   

Ə

rdəbil  xanlığı  Şahsevən  tayfasından  olan  Nəzərəli  bəyin(1747-1783)  



dövründə  yaradılmışdı.  O,  Qarabağ  xanı  və  Lənkəran  xanı  ilə  dostluq 

münasibətləri  saxlayırdı.  Kərim  xan  Zənd  tərəfindən  1779-cu  ilə  qədər  əsir 

saxlanılsada, sonra- dan xanlığın idarəsini yenidən ələ almışdı. 

    


 Xoy  xanlığının  ilk  hakimi  Şahbaz  xan  (1747-1763)  (başqa  məlumata  görə 

Ə

hməd  xan)  olmuşdur.  Xoy  xanlığı  Urmiya  xanlığı  ilə  dostluq  münasibətləri 



saxlayırdı.  Maku  xanlığı  isə  Bayat  tayfasından  olan  Əhməd  Sultan(1747-1778) 

qoymuşdur.  Sonra  isə  brahim  bəy  hakimiyyətdə  olmuşdur.  Xanlığın  paytaxtı 

Maku şəhəri olmuşdur. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə