Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   26

tutdu.  Üsyanın  rəhbəri  Hacı  Məhəmməd  dörd  il  çəkən  istintaqdan  sonra  1841-ci 

ildə Bakı Hərbi səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı.   



 

 

Şə

ki  üsyanı.  Digər  müsəlman  əyalətlərində  olduğu  kimi  Şəkidə  də  çar 

hökümətinin tətbiq etdiyi ağır maliyyə -vergi sistemi əhalinin vəziyyətini olduqca 

ağırlaşdırmışdı.  Şəkinin  keçmiş  hakimi  Səlim  xanın  oğlu  Hacı  xan  tərəfindən 

Şə

kiyə  göndərilən  Məşədi  Məmməd  5  minlik  qoşun  toplayaraq  1838-ci  ildə 



hökümətə  qarşı  üsyan  başladı.  Rus  hərbi  qarnizonu  ilə  üsyançılar  arasında  Şəki 

yaxınlığında  baş  vermiş  ilk  döyüşdə    ruslar  məğlubiyyətə  uğradılar.Qalanı 

çıxmaqla,  bütün  şəhər  üsyançıların  əlinə  keçdi.  Qafqazın  baş  komandanı  başqa 

ə

yalətlərdən  Şəkiyə  qoşun  yeridərək  üsyançıları  məğlubiyyətə  uğratdı.  Məşədi 



Məmməd  yenidən  Cənubi  Azərbaycana  qayıtmağa  məcbur  oldu.XIX  əsrin  30-cu 

illərində  Şimali  Azərbaycanda  rus  müstəmləkə  əsarətinə  qarşı  baş  vermiş 

üsyanlarda hökümətə  “sədaqətli” olan kiçik bir zümrəni çıxmaqla, əhalinin bütün 

təbəqələri  iştirak  edirdi.  Kəndlilər,  şəhərlilər,  bəylər,  ağalar  və  ruhanilərin  bir 

cəbhədə çıxış etməsi həmin üsyanların əsas xüsusiyyəti sayıla bilər. 30-cu illərdə 

baş vermiş üsyanlar böyük tarixi əhəmiyyətə malik idi. Bu üsyanlar məğlub olsada, 

təsirsiz  qalmadı.  Çar  höküməti  Şimali  Azərbaycanda  öz  siyasətini  dəyişməyə 

məcbur oldu, komendant üsul-idarəsini ləğv etməyin zəruriliyini anladı.     

 

 

44.XIX əsrin I yarısında Şimali Azərbaycan mədəniyyəti 



Maarif. XIX əsrin birinci yarısı Şimali Azərbaycanda maarif işində yeni bir 

dövrdür. Bu dövrdə qabaqcıl ziyalılar  Azərbaycanda xalq maarifini yüksəltməklə 

xalqın  savadlanması  qayğısına  qalır,yeni  tipli  təhsil  ocaqları  açmaq  üçün  hakim 

dairələrə  müraciətlər  edirdilər.  Həmin  dövr  Azərbaycan  ziyalıları  arasında 

A.Bakıxanov və M.F.Axundov xüsusi yer tuturdular. 

 

 



 

 

 



XIX  əsrin  birinci  yarısında  Şimali  Azərbaycanda  təhsil  ocaqları,əsasən 

məscidlərin  nəzdindəki  məktəblər  və  mədrəsələr  idi.  1858-ci  ildə  Şamaxı 

quberniyasında  4700  nəfərin  təhsil  aldığı  299  məktəb  və  mədrəsə  var  idi.Şimali 

Azərbaycan  işğal  edildikdən  sonra  milli  maarifçilərin  səyi  ilə  Azərbaycan-rus 

məktəbləri yaradıldı.Bu tipli məktəblər XIX əsrin 30-cu illərində Şuşada, Nuxada, 

Bakıda,  Gəncədə,  Şamaxıda  və  Naxçıvanda  açılmışdı.  Sonrakı  illərdə  bu 

məktəblərdən  əlavə  dörd  sinifli  məktəblər  də  açıldı.  Bu  tədris  müəssisələrini 

açmaqda  çar  hökumətinin  əsas  məqsədi  yerli  inzibati  idarələrdə  müstəmləkə 

siyasətini  yürütməkdə  ona  kömək  edə  biləcək  tərcüməçilər,  mirzələr-bir  sözlə, 

etibarlı milli kadrlar yetişdirmək idi.   

 

 

 



 

 

Elm.  XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycanda  çox  inkişaf  etmiş  elm 

sahələrindən  biri  tarix  elmi  idi.  Həmin  dövrdə  yaşayıb  yaratmış  Mirzə  Adıgözəl 

bəy, Mirzə Camal, Kərim Ağa Fateh, Seyid Əbdül Həmid bu gün də əhəmiyyətini 

saxlayan  bir  sıra  qiymətli  tarix  əsərləri  yaratmışlar.  Əsasən  xanlıqlar  dövrünün 

tarixinə  həsr  edilmiş  həmin  əsərlərdən  fərli  olaraq  A.Bakıxanovun  “Gülüstani-

rəm”ində qədim dövrdən başlamış XIX yüzilliyin əvvəllərindək Şirvanın tarixi öz 

ə

ksini tapmışdır. Azərbaycanlı alimlər rus şərqşünaslığının əsasının qoyulması və 



inkişafında  da  mühüm  rol  oynamışlar.  XIX  yüzilliyin  başlanğıcında  Mirzə  Cəfər 

Topçubaşov  Peterburq  universitetində  Şərq  dillərini  tədris  etmiş,  ran  ədəbiyyatı 




kafedrasının  müdiri  olmuşdur.  Görkəmli  şərqşünas  alim  Mirzə  Məhəmmədəli 

Kazımbəy  Qazan  universitetində  ran  ədəbiyyatı,  türk-tatar  dilləri  müəllimi, 

professoru,  fakültə  dekanı  olmuşdu.  Şərqşünaslıq  sahəsində  100-dən  çox  əsər 

yazmış M.Kazımbəy Azərbaycan dilinin qrammatikasını nəşr etdirmişdi.  Məşhur 

səyyah-alim  Hacı  Zeynalabdin  Şirvani  Şərq  ölkələrinin  çoxunu  gəzmiş,  36  il 

müddətində 60 min km qədər yol qət etmiş, əsərlərində gəzdiyi, gördüyü ölkələrin 

xalqlarının  iqtisadi-mədəni  həyatını,  məişət  və  adətlərini  təsvir  etmişdir.  XIX 

yüzilliyin 30-cu illərində Azərbaycan mətbuatının əsası qoyulmuşdu. 1832-ci ildə 

Tiflisdə  həftədə  bir  dəfə  “Tatar  xəbərləri”  qəzeti  çıxmağa  başlamışdı.  1850-ci 

illərin sonlarında Şamaxı quberniyasında iki kiçik mətbəə fəaliyyət göstərirdi. 

 

 

 



Ə

dəbiyyat.  XIX  yüzilliyin    birinci  yarısında  Azərbaycan  ədəbiyyatı  iki-

romantikvə realist cərəyan istiqamətində inkişaf edirdi. Görkəmli mütəfəkkir Mirzə 

Şə

fi  Vazeh  (1794-1852)  Gəncədə  memar  ailəsində  anadan  olmuşdu.  M.Ş.Vazeh 



lirik şerlər yazmış, əsərlərində azadlıq müjdəçisi kimi çıxış etmişdir. A.Bakıxanov 

da  Qüdsi  təxəllüsü  ilə  bir  çox  bədii  əsərlər  yazmışdır.  Realist  ədəbi  cərəyana 

smayıl bəy Qutqaşınlı da daxil idi Qutqaşınlı fransız dilində yazılmış “Rəşid bəy 

və Səadət xanım” povestinin müəllifidir. Azərbaycan satirik poeziyasının görkəmli 

nümayəndəsi Qasım bəy Zakir (1786-1857) olmuşdur. XIX yüzillikdə Azərbaycan 

mədəniyyətinin  ən  böyük  nümayəndəsi  heç  şübhəsiz  ki,  maarifçi-demokrat, 

görkəmli  ictimai  xadim,  Azərbaycan  realist  ədəbiyyatının  əsasını  qoymuş  Mirzə 

Fətəli  Axundov  (1812-1878)  olmuşdur.  M.F.Axundov  Azərbaycan  ədəbiyyatında 

dramaturgiyanın  əsasını  qoymuşdur.  50-ci  illərdə  yazdığı  dram  əsərlərlərini  o 

dövrün güzgüsü adlandırmaq olar.    

 

 

 



 

ncəsənət.  XIX  yüzilliyin  biirnci  yarısında  Azərbaycanın  xalq  musiqisi, 

təsviri  və  tətbiqi  incəsənəti,  memarlığı  inkişaf  edir,  teatr  sənəti  sahəsində  ilk 

addımlar  atılırdı.  Bu  dövrdə  aşıq  sənət  ilə  sıx  bağlı  olan  musiqili  folklor  xeyli 

inkişaf etdi, aşıq dəstələrinin çıxışları kütlələr arasında böyük rəğbətlə qarşılanırdı. 

Azərbaycanın  gözəl  güçəsi  Qarabağ  xanəndələr  məskəni  idi.  Azərbaycanda  ilk 

teatr  tamaşalarının  qoyulmasıda  bu  dövrdə  olmuşdur.  Şuşa,  Lənkəran  və  Şamaxı 

şə

hərlərində teatr tamaşaları qoyulurdu. 



 

 

 



 

 

 



 

Təsviri  incəsənət  sahəsində  realist  ənənələr  inkişaf  edirdi.  Bu  ənənələr 

görkəmli  rəssam  Mirzə  Qədim  rəvananının  yaradıcılığında  öz  parlaq  əksini 

tapmışdır.  Azərbaycan  tətbiqi  sənətinin  ən  gözəl  nümunələri  ölkənin  bir  çox 

yerində geniş inkişaf  etmiş  xalçaçılığda, tikmələrdə,  təkalduzçuluqda, zərgərlikdə 

öz  əksini  tapmışdır.  Memarlıq  sənəti  sahəsində  də  görkəmli  nailiyyətlər  əldə 

edilmişdir.  Bu  dövrdə  Şamaxı  şəhərinin  bərpasına  başlanmış,  bəzi  inzibati,  yeni 

tipli yaşayış binaları tikilmişdir.  



 

 

 

 

 

 

 

 



 

45.XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda kənd təsərrüfatı.  

Sosial münasibətlə

XIX  əsrin  60-70-ci  illərində  Rusiyanın  daxili  siyasi  həyatında  bir  sıra 

ə

həmiyyətli  dəyişikliklər  baş  verdi.  Ölkə  daxilində  60-cı  illərdə  baş  verən 



hadisələrin fövqündə təhkimçilik hüququnun ləğv edilməsi dayanırdı.  


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə