Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   26

özünüidarə  icra  bələdiyyəsinin  orqanı  şəhər  bələdiyyə  rəisi  və  4  il  müddətinə 

seçilən  duma  üzvlərindən  ibarət  idi.  19-cü  yüzilliyin  ikinci  yarısında  şəhərlərin 

çoxunun xarici görkəmi xeyli dəyişmiş, yeni tipli evlər tikilmiş, yollar salınmışdı. 

Bu  baxımdan  Bakı  şəhəri  xüsusilə  fərqlənirdi.  Şəhər  əhalisinin  tərkibi  də 

dəyişilirdi.   

 

 



47. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda qeyri-neft sənaye 

sahələri 

XIX  əsrin  ikinci  yarısında  Neft  sənayesi  ilə  yanaşı,  Azərbaycanda  dağ-

mədən  və  emaledici  sənayenin  digər  sahələri  də  inkişaf  edirdi.  Maraqlıdır  ki,  bu 

sənaye  müəssisələrinin  bir  hissəsi  şəhərlərdə  deyil,  qəzalarda,  kəndlərdə, 

dəmiryolu stansiyaları yaxınlığında yerləşirdi. Belə iri kapitalist müəssisələrindən 

biri  Gədəbəydəki  misəridən  zavod  idi.  Orada  misəridən  zavodun  tikintisinə  60-cı 

illərin  ortalarından  başlayır.  Prussiya  təbəəsi  Volter  Simens  1865-ci  ildə  burada 

misəridən  iri  bir  zavod  tikdirdi.  V.Simens  1883-cü  ilin  yayında  Qalakənd  çayı 

yaxınlığında  ikinci  misəridən  zavod  tikdirdi.  Simens  mədəndən  filizi  zavodlara 

daşımaq üçün darxətli dəmiryolu çəkdirmiş və bu yolu Qalakənd zavoduna qədər 

uzatmışdır.  

1889-cu  ilə  qədər  Dəllər  stansiyasından  nefti  və  mazutu  dəmir  boçkalarda 

Gədəbəyə furqonlarla daşıyırdılar.  Simens Dəllər stansiyasından Çardaxlı kəndinə 

qədər 21 verst məsafədə boru çəkdirdi. Misin əridilməsi üçün hər il 330 min pud 

dəmir filizi lazım gəlirdi ki, həmin filiz də Gədəbəydə çıxarılırdı.  

Neft  və  kimya  sənayesinin  inkişafı  Bakıda  metal  emalı  sənayesinin 

inkişafına səbəb oldu. Demək olar ki, hər bir neft şirkətinin mexaniki zavodu və ya 

emalatxanası  vardı.  Mexaniki  istehsalın  tərkib  hissələrindən  biri  gəmiqayıran  və 

təmiredən  zavodlar  idi.  90-cı  illərin  sonlarında  isə  A.Dadaşovun  gəmi  təmiri 

zavodu və başqaları yarandı. 1900-cü ildə Bakıda 9 gəmitəmiri müəssisəsi vardı. 

Kapitalizmin  inkişafı  tikinti  materialları  sənayesinin  də  inkişafını 

sürətləndirdi.  Abşeronun  daş  karxanalarından  tikinti  daşları  çıxarılmağa  başlandı. 

Bakıdakı  elektrik  stansiyaları  öz  gücünə  görə  Peterburq  və  Moskvadan  sonra 

Rusiyada  üçüncü  yeri  tuturdu.  1861-ci  ildə  Nuxada  fəaliyyətə  başlayan  ipəkçilik 

fabrikində 432 dəzgah və 64 hovuz vardı. Dəzgahlar buxar mühərriki ilə hərəkətə 

gəlirdi.  Bu  tip  iri  fabriklər  Şuşada  və  Ordubadda  da  fəaliyyət  göstərirdi.  Ön 

Qafqazdan  ixrac  olunan  ipəyin  90%-i  Azərbaycanın  payına  düşürdü.  Bakıda, 

Şə

kidə, Şamaxıda tütün fabrikləri var idi. Şərabçılıq da xeyli inkişaf etmişdi. 1882-



ci  ildə  Elenondorfda  (indiki  Göy-göl)  alman  kolonistlərindən  Forer  qardaşları 

şə

rabçılıqla məşğul olan ticarət-sənaye aksioner cəmiyyəti yaratmışdı.  



Pambıq  istehsalının  və  toxuculuq  sənayesinin  inkişafı  70-90-cı  illərdə 

Azərbaycanda pambıq təmizləyən zavodların sayca artmasına səbəb oldu. Bakı və 

Gəncə quberniyalarında 90-cı illərin sonunda 27 pambıqtəmizləyən zavod vardı.  

Sənaye  sahələri  içərisində  Naxçıvanda  daş  duz,  Bakı  ətrafı  göllərdə 

(Masazır, Zığ və s.) şor duzun çıxarılması və emalı da xüsusi yer tuturdu. 

80-ci  ilin  əvvəlində  balıq  sənayesində  müqaitə  sisteminin  ləğv  olunması 

balıqçılığın  inkişafına  yaxşı  təsir  edir.  ΧΙΧ  əsrin  ikinci  yarısında  Azərbaycanın 



qəzalarını  bir-biri  ilə  və  onları  dəmir  yolu  stansiyaları  və  dəniz  limanları  ilə 

birləşdirən  yollar  çəkildi.  1878-1880-ci  illərdə  Bakını  Sabunçu,  Suraxanı  və 

Balaxanı  neft  mədənləri  ilə  birləşdirən  dəmir  yolu  xətti  çəkildi.  1879-cu  ilin 

dekabrında  Tiflisdən  Bakıya  515  km  uzunluğunda  dəmir  yolu  xəttinin  çəkilişinə 

başlanıldı və 1883-cü il mayın 8-də istifadəyə verildi. 1900-cu ildə isə Azərbaycanı 

Rusiya  ilə  birləşdirən  Biləcəri-Dərbənd-Port-Petrovski  (Mahaçqala)  dəmir  yolu 

xətti istifadəyə verildi.  

90-cı illərin sonunda Xəzərdə maye yükü daşıyan gəmilərin sayı 350-yə 

çatırdı.  Hələ  XIX  əsrin  40-cı  illərində  Xəzər  dənizində  ilk  paraxodlar 

işləməyə başladı. 1859-cu ildə Bakıda böyük liman tikintisi başlandı. 1860-cı 

illərin  əvvəllərində  fəaliyyətə  başlayan  “Qafqaz  və  Merkuri”  aksioner 

cəmiyyətinin  gəmiləri  Azərbaycan  limanlarına  daxil  olmaqla  ran  və 

Həştərxan arasında üzürdü. Bakıda və qəzalarda kapitalist sənayesinin inkişafı 

rabitənin  də  inkişafına  kömək  etdi.  1863-cü  ildə  yaradılan  Qafqaz  poçt 

idarəsinin dörd idarəsindən biri Bakıda yerləşirdi. 60-70-ci illərdə Göyçayda, 

Ağdaşda, Zaqatalada, Culfada, Ordubadda poçt idarələri təşkil edildi. 1864-cü 

ildə  Tiflislə  Naxçıvanı,  1868-ci  ildə  Tiflislə  Bakı,  Nuxa,  Gəncə  və  başqa 

şə

hərləri  Teleqraf  xətti  birləşdirdi.  Bakıda  telefonlar  1886–cı  ildə  çəkildi. 



Dəmir yolu çəkildikdən sonra rabitənin inkişafı sürətləndi. 

Bununla yanaşı Azərbaycanda bir sıra şosse yolları da şəkilmişdi.  

 

 

48. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti 



 

Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər ΧΙΧ 

ə

srin  ikinci  yarısında  mədəniyyətdə  də  əksini  tapırdı.  Əsrin  birinci  yarısında 



fəaliyyət göstərən məktəblər və mədrəsələr yenə qalmaqda idi.  

Rusiyada  həyata  keçirilən  məktəb  islahatları  70-ci  illərdən  başlayaraq 

Azərbaycanda  ibtidai  təhsil  sahəsində  canlanmaya  səbəb  oldu.  Məktəbdə 

təhsil  müddəti  dörd  il  idi.  Tədris  planına  ana  dili,  şəriət,  rus  dili,  hesab, 

coğrafiya,  tarix,  nəğmə,  təbiətşünaslıq  fənləri  daxil  idi.  1887-ci  ildə  Bakıda 

Rus-Azərbaycan  məktəbi  açıldı.  Onun  rəhbərləri  S.M.Qənizadə  və  H.  

Mahmudbəyov idi.  

1864-cü  ildə  Zaqatalada  təhsil  müddəti  bir  il  olan  qız  məktəbi  açıldı. 

Naxçıvan,  Yelizavetpol,  Şamaxı,  Nuxa,  Şuşada  dördsinifli  qəza  məktəbləri 

(cəmisi  5)  açılmışdı.  XIX  əsrin  70-ci  illərində  Yelizavetpolda  orta  məktəb, 

Bakıda Real məktəb və s. açılmışdı.  

 1876-cı ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təşkil 

olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı. 

1896-cı  ildə  Bakıda  H.Z.Tağıyev  öz  puluna  qızlar  məktəbi  açdı. 

Kitabxanalar açılırdı. Məsələn N.Nərimanov 1894-cü ildə qiraətxana açdı.  

 ΧΙΧ  əsrdə  Azərbaycanda  fəlsəfi  və  ictimai  fikirin  inkişafı 

M.F.Axundovun adı ilə bağlıdır. Onun yaradıcılığı və dünyagörüşü ΧΙΧ əsrin 

60-70-ci  illərində  fəlsəfi  fikir  tarixində  bütöv  hadisə  idi.  O,  həm  də 

Azərbaycanda dramaturgiyanın banisi hesab olunur (altı komediyası). 



ΧΙΧ  əsrin  ikinci  yarısında  poeziya  əsas  etibarilə  dörd  qol  üzrə  –  yazılı 

ə

dəbiyyatda aşıq şeri, realist satirik cərəyan, qəzəl şeiri və dini mərsiyyə şeiri 



–  inkişaf  edirdi.  Bu  dövrün  xalq  aşıqlarından  Dədə  Ələsgər,  aşıq  Nəcəfqulu, 

Hüseyn  Bozalqanlı,  Çoban  Əfqan,  Mola  Cümə  və  başqaları  böyük  şöhrət 

qazanmışdı. 

Qəzəlçiliyin  geniş  yayılması  ilə  əlaqədar  olaraq  Bakıda,  Şamaxıda, 

Qarabağda,  Lənkəranda,  Ordubadda  şairlərin  bir  sıra  ədəbi  məclisləri  təşkil 

olunmuşdu.  Şuşadakı  «məclisi-üns»  ədəbi  məclisin  üzvlərindən  biri  xan  qızı 

Xurşidbanu Natəvan (1832-1897) idi. 

Bu  dövrdə  realist  satirik  poeziyanın  ən  görkəmli  nümayəndəsi 

S.Ə.Şirvani idi. O, zəngin irs qoyub getmişdi.  

1875-ci  il  iyunun  22-də  H.B.Zərdabinin  «Əkinçi»  qəzetinin  birinci 

nömrəsi  çapdan  çıxdı.  1877-ci  il  sentyabrın  29-dək  çap  olunan  «Əkinçi» 

qəzeti ayda iki dəfə 300-400 tirajla çap olunmaqla cəmi 56 nömrəsi çıxmışdı. 

1873-cü  il  martın  22-də  M.F.Axundovun  “Hacı-Qara”  komediyası  tamaşaya 

qoyulmuşdu.  Bu  işdə  H.B.Zərdabinin  böyük  rolu  olmuşdu.  Bununla 

Azərbaycanda Teatr sənətinin əsası qoyulmuşdu.  

1879-cu  ildə  Tiflisdə  Azərbaycan  dilində  «Ziya»  adlı  yeni  qəzet 

çıxmağa başladı. 1880-ci ilin sonunda «Ziya» qəzeti «Ziyayi Qafqaziyyə» adı 

ilə çıxmağa başladı. Onun nəşri 1884-cü ilin iyun ayına qədər davam etdi. 70-

90-cı  illərdə  Bakıda  burjuaziyanın  vəsaiti  ilə  onun  ideologiyasını  təbliğ  edən 

bir sıra («Bakinskiye izvestiya», «Kaspi» və s.) qəzetlər nəşr edilirdi. 1873-cü 

ildə Bakıda çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı.  

ΧΙΧ  əsrin  ikinci  yarısında  musiqi  ifaçılığı  sahəsində  istedadlı  ustalar 

yetişmişdi.  Onların  sırasına  Xarrat  Qulu,  Sadıqcan,  Hacı  Hüsü,  Cabbar, 

Qaryağdı, Ələsgər Abdullayev, Keçəçi Məmməd və onlarla başqaları daxil idi. 

Keçmiş  əsrlərdə  tikilmiş  abidələrin  bərpası  sahəsində  də  iş  aparılırdı.  50-ci 

illərdə  Şəkidə  xan  sarayının  bərpası  başa  çatdırıldı.  Rəssamlıqda  və  təsviri 

sənətdə    M.M.Nəvvabın,  X.Natəvanın,  M.Q. rəvaninin  əsərləri  marağa  səbəb 

olurdu. 


 

 

 



49.XX əsrin əvvəllərində Şimali Azərbaycanda kənd təsərrüfatı. 

 Aqrar qanunlar. 

XX əsrin əvvəllərində Azərbaycan kəndlilərinin əsas məşğulliyyəti əkincilik 

və  maldarlıq  olaraq  qalırdı.  1900-1903-cü  illərdə  Azərbaycanda  ildə  orta  hesabla 

50 mln. puda qədər taxıl istehsal olunurdu. 1913-cü ildə Azərbaycanda 60 milyon 

puda  qədər  taxıl  əldə  edilmişdi.  Bunun  41  milyon  pudunu  buğda,  12  milyon 

pudunu  arpa,  5,5  milyon  pudunu  düyü  və  s.  təşkil  edirdi.  Bu  dövrdə  barama 

istehsalı  və  ipəkçilik  üzrə  də  Azərbaycan  Zaqafqaziyada  mühüm  yer  tuturdu. 

Rusiya  sənayesinin  mahlıca  olan  tələbatının  artması  nəticəsində  Azərbaycanda 

pambıqçılıq  təsərrüfatı  da  genişlənməkdə  idi.  Yelizavetpol  quberniyasının  8 

qəzasından  6-sında  pambıq  becərilirdi.  Bakı  quberniyasının    Cavad  və  Göyçay 

qəzalarında pambıqçılıq daha çox inkişaf etmişdi.  



Torpağın  əsas  hissəsi  (750  min  desyatindən  çox)  mülkədarların  əlində  idi. 

1900-1913-cü  illər  arasında  pambıq  əkini  sahələri  9  min  desyatindən  105  min 

desyatinə qədər artmışdır. Rusiya sənayesinin pambığa olan tələbatı artmışdı.  

   Azərbaycanda  kənd  təsərüfatı  sahələrindən  biri  olan  tütüncülik,  keçən 

ə

srlərdə  olduğu  kimi,  yenə  də  Zaqatala  dairəsi,  Quba,  Nuxa  qəzalarında    inkişaf 



etdirilirdi.  Azərbaycanın  kənd  təsərrüfatında  mühüm  yeri  olan  bağçılıq    və 

üzümçülüklə isə əsasən Yelizavetpol quberniyasının Şuşa, Yelizavetpol, Qazax və 

Ə

rəş  qəzalarında, Bakı quberniyasının Göyçay, Bakı, Şamaxı qəzalarında məşğul 



olurdular.  1903-cü  ildə  Bakı  quberniyasında  bağların  sahəsi  10948  desyatinə, 

Yelizavetpol quberniyasında isə 11835 desyatinə bərabər idi. 

Bu dövrdə ipəkçilik, tütünçülük, bağçılıq və üzümçülük, maldarlıq da xeyli 

inkişafa malik idi.  

    Lakin  bu  dövrdə  dövlət  xəzinəsinə,  bəylərə,  mülkədarlara  və  sələmçilərə  ağir 

verği  və  mükəlləfiyyətlər  ödəyən  Azərbaycan  kəndlilərinin  vəziyyəti  çarizmin 

milli-müstəmləkə  siyasəti  ilə  daha  da  ağırlaşmışdı.  1900-cü  il  mayın  1-də  çar 

hökumətinin  guya  azərbaycan  kəndlilərinin  torpaq  problemini  həll  etmək  üçün  

dövlət  kəndlilərinə  töycü  (məhsul  vergisi)  ödəmək  şərtilə  xəzinə  torpaqlarından 

daimi  istifadə  etmək  hüququnu  verdi.  Lakin  əslində  bu  xüsusi  mülkiyyət  hüququ 

deyil,  yalnız  xəzinənin  xeyrinə  ağır  töycülər  ödəmək  şərtilə  torpaqdan  daimi 

istifadə etmək hüququ idi. 

Azərbaycan  kəndlilərinin  vəziyyətini  çarizmin  milli  ucqarlarda  yeritdiyi 

müstəmləkəçi  torpaq  siyasəti  daha  da  ağırlaşdırırdı.  Kəndli  torpaqları  bəy  və 

mülkədarlar tərəfindən zəbt olunmaqla yanaşı, Rusiya imperiyası 1830-cü illərdən 

etibarən  minlərcə  rus  kəndlisini  münbit  Azərbaycan  torpaqlarında  yerləşdirməyə 

başlamışdı.  Bununla  yanaşı  Türkmənçay  və  Ədrinə  müqavilələrinin  müvafiq 

bəndlərinə əsasən  ran və Türkiyədən Azərbaycan ərazisinə çoxsaylı erməni əhalisi 

də  köçürülmüş,  XIX  əsrin  20-ci  illərindən  alman  kolonistlərinə  Azərbaycanda 

torpaq  sahələri  ayrılmışdır.  Beləliklə,  əksər  münbit  torpaqlar  əcnəbilərə 

paylanmışdır.  Bu  isə  yerli  əhalinin  sosial-iqtisadi,  sonralar  isə  ictimai  durumuna 

mənfi təsir göstərmişdi. 

Ə

ldə olan torpağın da 70%-dən çoxu dövlətin əlində idi. Təkcə Yelizavetpol 



quberniyasında torpaqsız kəndlilərin sayı 1907-ci ildə 110 min nəfərə çatdı. Şuşa 

qəzasında  38  min  kəndli  müflisləşmişdi.  Çar  höküməti  müxtəlif  qanun  və 

qaydalarda  bu  sahədə  vəziyyəti  nizama  salmağa  çalışsa  da  vəziyyəti  nizamlamaq 

mümkün olmamışdır. Bunlara 1900-cü ilin 1 may, 1903-cü ilin 21 aprel, 1905-ci 

ilin noyabr tarixli “qanun” və “qərarları” misal gətirmək olar. 

1911-ci ildə “Qafqazda kəndi məsələlərinin nizamlanması haqqında“ qanun 

layihəsi Nazirlər Sovetindən baxılaraq III Dövlət Dumasına təsdiqə verildi.  1912-

ci  il  dekabrın  19-da  Dövlət  Duması  tərəfindən  təsdiq  olunduqdan  sonra  qanun 

Dövlət  Şurası  tərəfindən  qəbul  olundu.  1912-ci  il  dekabrın  20-də  çar  II  Nikolay 

tərəfindən imzalandıqdan sonra qanun qüvvəsinə mindi. Bu qanunda əslində icma 

torpaqlarının  ləğv  olunması  və  kəndlilərin  icmadan  çıxması  nəzərdə  tutulurdu. 

Həmin  qanunla  1  yanvar  1913-cü  ildə  Cənubi  Qafqazın  öz  pay  torpaqlarını 

məcburi  qaydada  satın  almalı  idi.  Bu  qanun  Azərbaycanın  Zaqatala  dairəsi  və 



Dağıstan vilayəti üçün 7 iyul 1913-cü ildə tətbiq olundu. Kəndlilərin asılığına son 

qoyuldu.  



 

 

50. XX əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi partiyaların yaranması 

1900-1903-cü  illərin  sənaye  böhranı  bütövlükdə  Rusiya  imperiyası,  o 

cümlədən  Azərbaycanda  siyasi  mübarizəni  kəskinləşdirmişdi.  Fəhlə  hərəkatı 

genişlənir,  eyni  zamanda  partiyalaşma  prosesi  gedirdi.  Belə  bir  şəraitdə  bir  sıra 

siyasi təşkilatlar  -  Difai,  Qeyrət,  Müadafiə,  ttifaqi-müsəlman,  Hümmət,  Müsavat 

kimi siyasi partiyalar və  təşkilatlar yaradılmışdı.  

1901-ci  ilin  yazında  Rusiya  Sosial–Demokrat  Fəhlə  Partiyasının  Bank 

komitəsi  yarandı.  1902-ci  ilin  aprelində  Bakıda  ilk  kütləvi  fəhlə  nümayişi  baş 

verdi.  1903-cü  ilin  yayında  Bakıda  ilk  ümumi  tətil  başlandı.  Iyulun  4-də  hərəkat 

ümumBakı miqyasını aldı. Fəhlələr 8 saatlıq iş günü əmək haqqının artırılması, iş 

şə

raitinin yaxşılaşdırılmasını və s. tələb edirdi. 



Birinci Rus burjua demokratik inqilabı gedişində, 1905-ci il oktyabrın 17-də 

çar  II  Nikolay  “Manifest”  imzaladı.  Söz,  mətbuat,  yığıncaq,  ittifaq,  partiya 

yaratmaq,  Dövlət  Duması  çağırmaq  haqqında  söz  verildi.  Bundan  istifadə  edərək 

müxtəlif  istiqamətli  qüvvələr  bir  sıra  partiya  və  təşkilatlar  yaratdı.  Məsələn,  “17 

oktyabr  ittifaqı”,  “Kadetlər”  (konstitusiya-demokrat  partiyası).  Hümmət,  RSDFP-

nin Bakı Komutəsi leqal iş şəraitinə keçdi. 1905-1907-ci il I rus inqilabının təsiri 

altında  Umumrusiya  müsəlmanlarının  siyasi  təşkilatı  olan  « ttifaqi-müsəlman»  - 

Ümumrusiya Müsəlman  ttifaqı yarandı.   

1905-1906-cı  illərdə  Əhməd  bəy  Ağayevin  təşəbbüsü  ilə  rus-erməni 

birliyinə  qarşı  mübarizə  təşkilatı  kimi  «Difai»  (dəf  etmək-qarşısını  almaq)  siyasi 

təşkilatı  yaradıldı.  Onun  tərkibinə  Əhməd  bəy  Ağayev,  Qarabəy  Qarabəyov, 

Məmməd  Həsən  Hacinski  və  b.  daxil  idilər.«Difai»nin  fəaliyyəti1912-1917-ci 

illərə qədər davam etmişdi. 

1905-ci  ildə    Gəncədə  “Qeyrət”  Partiyası  yaradıldı.  “Qeyrət”  Partiyasının 

ideyası-muxtariyyət 

və 


Rusiyanın 

federativ 

quruluşu 

idi. 


Partyianın 

lideləriA.Xasməmmədov,  N. Yusifbəyli olmuşdur. “Qeyrət” Partiyası 1908- 1912-

ci illərədək fəaliyyət göstərmişdir.  

1907-ci  ildə  “Müadfiə”  partiyası  yarandı.  Partiyanın  rəhbəri  I  Dövlət 

Dumasının  deputatı  smayılxan  Ziyadxanov  idi.  Müdafiə  partiyanın  ideyası 

mülkədar  torpaqlarının  kəndlilər  arasında  bölüşdürülməsi,  müsəlmanlar  arasında 

ictimai birliklərin yaradılması, onların maarifləndirilməsi idi. “Müdafiə” partiyası 

1908-ci ilə  qədər  fəaliyyət göstərmişdir.  

Azərbaycanda  milli  hərəkatın  rəhbəri  olmuş  “Müsavat”  (bərabərlik) 

partiyası  1911-ci  ildə  yaradılmışdı.  (yaradanlar:  Tağı  Nağı  oğlu,  Məmməd  Əli 

Rəsulzadə,  Abbas  Kazımzadə).  Partiyanın  ideya  rəhbəri  olan  Məmməd  Əmin 

Rəsulzadə bu zaman siyasi mühacirətdə idi. 1913-cü ildə M.Rəsulzadə Rusiyadakı 

ə

fv  ümumi  ilə  əlaqədar  olaraq  mühacirətdən  geri  dönür  və    həmin  vaxtdan 



«Müsavat»a  rəhbərlik  edir.  Partiya  qeyri-leqal  idi  və  1917-ci  ilin  fevralına  qədər 

gizli,  ciddi  məxfilik  şəraitində    işləmişdi.  «Müsavat»ın  ilk  proqramı  1912-ci  ildə  

qəbul edilərək, kitabça şəklində çap olunmuşdu.  Proqramda millətlər arasında fərq 



qoymadan  bütün  müsəlman  xalqlarının  birləşməsi,  müstəqillik  uğrunda  mübarizə 

aparan  müsəlman  ölkələrinə  maddi  və  mənəvi  kömək  göstərilməsi  və  s.  kimi  

vəzifələr yer almışdı. 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 





 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə