Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   26

5.Azərbaycan  ərazisində qədim  tayfa ittifaqları və erkən dövlət  

qurumları  haqqında  məlumat 

 

   E



.  ə  .  III  minillikdə  Azərbaycan  ərazisində  qədim    tayfa  ittifaqları  və  erkən 

dövlət  qurumları  yaranmağa  başladı.Qədim  tayfa  ittifaqları  və  dövlət  qurumları 

haqqında  ilk  məlumatlar  Şumer  -  Akkad  mixi  yazılarında

 

ə



ks  olunmuşdur.    Bu 

məlumatlara  əsəsən  Cənubi  Azərbaycan    ərazisində  yaşayan  tayfalar 

kiçayarasında  mövcud  olmuş  şəhər  dövlətləri  ilə  iqtisadi  və  erkən  siyasi 

münasibətlər saxlamışlar. 

     lk dövlət qurumu  e.ə.III minilliyin I  yarısında Urmiya gölünün cənub və cənub 

–  şərq hissəsini  əhatə  edən  Arrata   olmuşdur. Şumer  qaynaqlarında  “saf  ənənələr 

ölkəsi”  adlandırılan  Arrata  e.  ə  .XXVIII  –  XXVII    əsrlərdə  mövcud  olmuş  Uruk 

şə

hər dövləti ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdir. Aratta hökmarı En - 



Sukuşsiranın  Uruk  dövlətinin  başçısı  En  –  Merkar  arasında  baş  vermiş  siyasi 

rəqabət  və  qismən  də  dostluq  münasibətləri  Şumer  –  Arrata  əlaqələri    haqqında 

geniş  məlumatlar  verir.  E.  ə.  XXVII  əsrdə    Arattada  hökmdara  məxsus  vahid 

hakimiyyət  və  dövlət  idarələri  mövcud  olmuşdur.  Dini  görüşləri  çoxallahlıq  olan 

Arattada bərəkət və məhəbbət allahı olan  nnanaya ibadət geniş yayılmışdı. 

      Arattanın   siyasi səhnədən    çıxmasından  sonra  Azərbaycanda  yaranmış  ikinci 

dövlət  qurumu  Lullubi  olmuşdur.    E.ə.  XXIII  əsrdə  Urmiya  gölünün  cənubunda 

yaranmış    Lullubi  dövlət  qurumu    e.ə.  XXIV  –  XXII  əsrlərdə  kiçayarasında 

hakimiyyəti ələ keçirmiş Akkad dövləti ilə  mübarizə apararaq öz mövcudluğunu 

təsdiq  etməyə  çalışmışdır.  Lullubi  hökmdarı  Satuni  (e.ə.  2230  –  2200)  və 

mmaşqun  (e.ə.2200  -  2170)  mərkəzi  Lullubi  dövlətini  möhkəmləndirməyə 

çalışmış  və  buna  nail  olmuşlar.  Lullubi  hökmdarı  Annubaninin  (e.ə.2170-  2150)  

dövründə  artıq  lulubilərin  ölkəsi  cənubda  Diyala  çayına,  şimalda  Urmiya  gölünə 

qədər uzanırdı. 

     E. ə. III minillikdə  Urmiya gölünün qərb və cənub qərb torpaqlarında yaranmış 

kuti tayfalarının dövləti formalaşmağa  başladı. Kutilər Akkad dövlətinin işğalçılıq  

siyasətinə  qarşı  çıxaraq  hətta  kiçayarası  ərazisinə  müdaxilə    edirdilər.  Kuti 

hökmdarları  mta  (e.ə.  2204-  2197),  nqeşauş(e.ə  2198-  2192),Sarlaq  (e.ə.2191- 

2185), Yarlaqaş (e.ə.2184- 2178) akkadlarla mübarizədə məglub olsalarda, onların 

sələfi Elulumeş (e.ə. 2177- 2171) bu vəzifənin öhdəsindən gəlmiş və e.ə. 2175 – ci 

ildə  Kutilər  kiçayarasına  sahib  olmuşlar.  Lakin  sonradan  zəifləyən  kuti  etnik 

birliyi  e.ə.  2104  –  cü  ildə    hökmdar  Tirikanın  dövründə  onların  kiçayarasındakı 

hakimiyyəti ləğv edilmişdir. 

 

 



  6.Manna  dövlətinin  yaranması,  dövlət  quruluşu    və  təsərrüfat 

həyatı 

 

     Manna  haqqında  ilk  məlumatlar  assur  qaynaqlarında  yer  almışdır. 



E.ə. 843 – cü ildə  yaranan Manna dövləti ərazisində hələ IX əsrdən ayrı 


–ayrı  xırda  dövlət  birləşmələri  fəaliyyət  göstərirdi.  Urmiya  gölu 

hövzəsində  yerləşən  bu  vilayətlərin  (Zamua,  Mazamua  Gilzan,Gizil- 

bunda,  Meişta  -  Mesi    və  s  )  vahid  dövlət  şəklində  birləşməsi  e.ə  .IX- 

VIII əsrlərin hüdudunda baş vermişdir.  

      Mannanın yüksəlişi isə  ranzunun(e.ə. 740 -719) hakimiyyətə gəldiyi 

dövrə  təsadüf edir.  ranzu müstəqil hakimləri mərkəzi hakimiyyətə tabe 

etdi  və  canişinlik  sistemi  yaratdı.Təxmini  məlumatlara  əsasən,  Manna  

dövləti  şimalda  Araz  çayı,cənub  və  cənub  şərqdə  Kassi  ölkəsi,  qərbdə 

Urartunun cənubuna qədər uzanırdı. 

     Manna  hökmdarı  qeyri  –  məhdud  hakimiyyətə  malik  idi.  Xarici 

siyasəti    müstəqil  şəkildə  müəyyənləşdirmək  səlahiyyətinə  malik  olan 

Manna hökmdarının idarəetmə sisteminə ağsaqqallar şurası da daxil idi. 

Hökmdardan asılı şəkildə fəaliiyət göstərən əyanlar və dövlət məmurları 

ölkənin  idarəçilik  sistemində  mühüm  rol  oynayırdılar.  Bütövlükdə 

Mannada canişinlik sistemi yaradılmışdı.   

    Manna  sənətkarlığını  əks  etdirən  böyük  abidələrindən  biri  Həsənəli 

arxeoloji  mədəniyyətidir.  Burada  çoxlu  sənətkarlıq  sahələri  (zər  -

gər,misgər,  heykəltaraş  və  s.)  ilə  məşgul  olan  sənətkarlar  fəaliyyət  

göstərirdilər. E.ə. IX – VIII əsrlərə  aid Qızıl cam Manna incəsənətinin 

ə

n  gözəl  nümunələrindəndir.  Qədim  Ziviyədən  tapılmış  zərgərlik 



əş

yaları da zəngin Manna mədəniyyətini əks etdirir. 

     Dini dünyagörüşlərinə görə çoxallahlı olan mannalılar  müxtəlif ilahi 

qüvvələrə  sitayiş  edirdilər.  Mannada  allahlar  mifaloji  obrazda  əks 

olunmuşdur.  

    Manna  əhalisi  əkinçilik  və  maldarlıqla  məşğul  olurdu.  Manna 

atlarının  şöhrəti  geniş  yayılmışdı.  Subi  viayətində  çoxlu  ilxılar 

saxlanılırdı. Həmçinin Mannada atçılıq da inkişaf etmişdi.  

 

 

   



7.Manna dövlətinin Assuriya və Urartu dövlətləri ilə münasibətləri

 

 

    E. ə. IX əsrin ortalarında yaranmış Manna dövləti xarici işğallçıların təzyiqlərinə  



məruz qaldı. Assuriyanın Manna ərazisinə basqınları hələ mərkəzləşmiş  dövlətin 

olmadığı  dövrlərdə  başlamışdı. E.ə.880 – ci ildə Assur   hökmdarı II Aşurnasipral 

(e.ə.883- 859) Mannanın Zamua ərazisinə hucum etmiş , ərazini işğal edərək çoxlu 

qənimət  ələ  keçirmişdi.  Assur    hökmdarı    III  Salmanasarın    (e.ə.859  -  829) 

dövründə  də  Manna  ərazilərinə  assur  basqınları  davam  etmişdi.  Hətta  III 

Salmanasar e.ə.829 – cu ildə Ualkinin rəhbərliyində olan Manna paytaxtı Zirtunu 

ə

lə keçirmişdi.  




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə