Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   26

  E.ə. IX əsrdə Urartu  dövlətinin yaranmasından  sonra Manna üzərində Assuriya 

və Urartu  arasında  siyasi  rəqabət güclənməyə  başladı. E.ə. IX əsrin əvvəllərində 

Urartu  hökmdarı  şpuini  (e.ə.  825  –  812)  Mannanın  qərb  ərazilərini    işğal  etdi. 

Assuriya tərəfindən Manna ərazilərinin geri qaytarılmasına  baxmayaraq Urartunun 

hərbi  müdaxiləsi e.ə. 812 – ci ildə də  davam etdi.  

    E.ə VIII əsrin birinci yarısında Assuriya dövləti siyasi  böhran  keçirdiyi zaman 

Manna  ərazisinə  Urartu    təzyiqləri    daha  da    artdı.  Xüsusilə  I  Argişti  (e.ə.781  – 

760) e.ə. 779 - 774 illər   arasında Manna ərazisinə hərbi işğallar həyata keçirdi.  

Urartu hökmdarı II Sarduri sələflərinin işini uğurla başa  çatdiraraq e.ə . VIII əsrin  

40 – cı illərində Mannanı demək  olar ki, Urartudan  asılı  hala  saldı.  

     E.ə.  VIII  əsrdə    Manna  uğrunda  Assuriya  –  Urartu    rəqabəti  yeni    mərhələyə 

qədəm qoydu. Assur  hökmdarı III Tiqlatpalasar (e.ə . 744- 727) Assur  dövlətinin  

siyasi  nüfuzunu  möhkəmləndirərək  əzəli  rəqibi  olan  Urartuya  qarşı  hərbi  

ə

məliyyatlara    başladı.  Mannanın  Mazamua    ərazisini    ələ  keçirərək  Urartunu  bu 



ə

razidən  uzaqlaşdırdı.  Assur  dövləti  Mannanın  mərkəzləşdirmə  siyasətinə  

hörmətlə  yanaşaraq  qalan  ərazilərə toxunmadı. Assuriyanın dəstəyindən istifadə 

edən  ranzu    Assur  meylli  siyasət    yürüdərək    Manna  vilayətlərini  öz  əlində  

cəmləşdirə bildi. Lakin bu vəziyyətlə Urartu  razılaşmadı. 

   Urartu   hökmdarı  I Rusa (e.ə.730 – 714) Manna daxilində ixtişaşlar   yaradaraq  

Manna    dövlətini  zəifləməsinə  çalışırdı.  Uratunun    bu    siyasətinə  cavab  olaraq 

Assur    hökmdarı  II  Sarqon    (e.ə.  722  -  705)    e.  ə  716  –  cı  ildən    başlayan  hərbi 

müdaxiləsi  Mannada Urartu meylli siyasi  dairələrin fəaliyyətini  zəiflətməyə və 

Mannada  Assur  mövqeyini  möhkəmləndirməyə  və  Urartunu  birdəfəlik    bu 

ə

razilərdən  uzaqlaşdırmağa  yönəlmişdi. Nəhayət , e.ə .714 – cü ildə  I Rusanı ağır  



məglub  edərək  Assurya    hökmdarı  məqsədinə    nail  oldu    və  həmin    tarixdən  

etibarən Urartunun Manna  ərazilərinə basqınlarına   son qoyuldu. 

 

 

8.Midiya dövlətinin yaranması. Kiaksarın Midiya dövlətini 



gücləndirilməsi 

    


     Midiya haqqında  ilk  məlumatlar  e.ə.IX əsrə aiddir.   E.ə.IX - VIII 

ə

srdə Midiya ərazisi  kiçik vilayətlərə bölünmüşdu və ayrı-ayrı hakimlər 



tərəfindən  idarə  olunurdu.  Midiya  e.ə.IX  əsrin  II  yarısından  etibarən 

xarici müdaxilələrə məruz qaldı. Xüsusulə Assuriya Midiya ərazisini ələ 

keçirməyə çalışırdı.   

    Midiya  tayfalarını  birləşdirərək  yeni  dövlətin  əsasını  qoyan  

Deyokdan  sonra  Fraorta  (e.ə.675-653)  onun  işini  davam  etdirmişdir. 

Fraorta  həm  xarici  hərbi  müdaxilələrin  qarşısını  aldı  və  həmçinin 

Midiyanı  vahid  mərkəzdə  birləşdirməyə  nail  oldu.  Lakin  Fraortanın 

Asuriya  və  Skif  çarlığı  ilə  apardığı  mübarizə  uğursuz  oldu.  Nəticədə 

Fraorta öldürüldü və Midiya Skif çarlığından asılı hala düşdü. 



   E.ə. 625 – ci ildə hakimiyyətə gələn Midiya hökmdarı Kiaksar əvvəlcə 

skiflərin  Midiya  ərazisindən  çıxarılmasına  nail  oldu  və  hətta  öz 

ə

razilərini cənub - şərqdə yerləşən  fars torpaqlarına qədər genişləndirdi. 



Yeni  Midiya  hökmdarı  Assur  ağalığına  son  qoymaq  üçün  Babilistan 

hökmdarı  Nabulpalasar  ilə  birləşdi.  Müttəfiqlərin  Assuriya  üzərinə 

hücumu  e.ə.  616  –  cı  ildə  baş  tutdu.  E.ə.615-  612-  ci  illərdə  Assuriya 

üzərinə  növbəti  həmlələr  də  uğurlu  oldu.  Assuriya  e.ə.  604  –  cü  ildə 

süquta uğradıldı.  

   Kiaksarın  Midiya  ərazisini  genişləndirmək  cəhdləri  Assuriyanın 

məğlub  edilməsindən  sonra  da  davam  etdi.  Kiçik  Asiya  üzərində  

yerləşən  Urartu  Midiya  ərazisinə  qatıldı  və  Kiaksar  Lidiyanın  işğalına 

başladı.  E.ə.  585  -  ci  ildə  uzun    mübarizədən  sonra  Midiya  Lidiya 

dövlətini özündən asılı hala saldı və demək olar ki , Kiaksarın dövründə 

Midiya Ön Asiyanın ən qüdrətli dövlətinə çevrildi.  

    Kiaksarın  e.ə.  585  –  ci  ildə  ölümündən  sonra  hakimiyyətə  Astiaq 

(e.ə.585-  550)  gəldi.  Onun  hakimiyyəti  dövründə  Midiya  ərazilərinin 

böyük  hissəsi  itirildi  və  həmçinin  mərkəzi  hakimiyyətin  zəifləməsi 

müşayət olunmağa başladı. Bunun nəticəsində Əhəmənilər  hakimiyyəti 

ə

lə keçirdilər. 



 

 

9.Azərbaycanının  Əhəmənilər  imperiyasından  asılı  vəziyyətə 



şməsi və nəticələri 

 

    Əhəmini sülaləsinin əsası Pars əyalətində qoyulmuşdur. Əhəmənidən 

sonra    Çişpiş  (e.ə.675  -  640)  Əhəmənilərin  əyalət  hakimliyini  davam 

etdirmiş  və  oğlu  I  Kirin  dövründə  (e.ə.640-604)  Əhəmənilər  artıq 

“Parsuamaş  hökmdarı”  rütbəsini  daşıyırdılar.  E.ə.  584  –  558  -  ci    ildə 

hakimiyyətə olan I Kambiz Midiya hakimiyətinə tabe  edilsədə, oğlu II 

Kir e.ə. 550- ci ildə Midiya dövlətinə qalib gələrək  yeni dövlətin əsasını 

qoymuşdu. 

  II  Kir    Əhəməni  dövlətini  yaratdıqdan  sonra  ərazini  genişləndirmək  

başladı . Şərq  istiqamətində başlanan Əhəməni yürüşləri Orta Asiyanı, 

Hindistanı ələ keçirməyə  yönəlmişdi. Bu ərazilərin  işğalından  sonra II 

Kir  şimala,  massaget  tayfalarına  qarşı  səfərə  çıxır.  Azərbaycan 

ə

razisində  hələ  e.ə.  VII  əsrdə  yaşamağa  başlayan    skif  və  saklar  kimi 



massagetlər  də  qədim  Azərbaycan  əhalisi  hesab  olunurdu.  Lakin 

massaqetlər  üzərinə  II  Kirin  müdaxiləsi  uğursuz  olur.  Massaqetlərin  

hökmdarı  Tomris  Əhəməni  şahı    qarşısında  böyük  qələbə    qazanır.  Bu 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə