Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   26

döyüşün  ümumi    nəticəsinə    görə  Əhəmənilər    bütövlükdə  Arazdan 

ş

imalda  yerləşən torpaqları ələ  keçirə  bilmirlər. 



    II Kambizin (e.ə. 530-522) hakimiyyəti  illərində Əhəmənilər  Misirin 

işğalını həyata keçirdikləri dövrdə dövlət  daxilində  çevriliş  baş verir. 

Qaumata adlanan maq tərəfindən başlanan üsyan nəticəsində  Əhəməni 

taxtına  I  Dara(e.ə.522  -  486)  sahib  olur.  Lakin  Qaumatını  dəstəkləyən 

bəzi  ərazilərdə  (Fars,  Midiya,  Babilistan  və  s  )  üsyanlar  qalxmağa 

başlayır .Bu üsyanlar cərgəsində Azərbaycanın adı çəkilmir. Herodotun 

məlumatına  görə,  Araz  çayından  şimalda  yaşayan  tayfalar  könüllü 

olaraq Əhəməni  dövlətini  tanımış və ona xərac  verməyə  razılaşmışlar. 

     I Dara uğurlu hərbi əməliyyatlar apararaq Əhəməni ərazisini Arazdan 

ş

imala  doğru  genişləndirmiş  və  işgal    etdiyi    ölkələri  20  satraplığa  



bölmüşdü.  Azərbaycan  bu  tarixdən  etibarən  Əhəmənilərin  vergi 

dairələrinə düşərək yarımasılı canişinliyə çevrilir. 

 

 

 



 

10.Makedoniyalı  skəndərin Şərqə hərbi yürüşləri. 

 

E.ə. 336 –cı ildə II Filippin ölümündən sonra hakimiyyətə onun oğlu  skəndərin 

(e.ə.  336-323  illər)  gəldi.  O,  atasının  siyasətini  davam  etdirərək  Şərq  ölkələrinə 

yürüşə  hazırlaşdı.  Bu  zaman  Şərq  ölkələri  Əhəmənilərin  hakimiyyəti  altında  idi. 

E.ə. 334-cü ilin yazında  skəndərin 35 minlik ordusu şərqə doğru hərəkətə başladı. 

Ə

həməni  şahı  III  Dara  40  minlik  ordusu  ilə  Qranik  çayı  yaxınlığında  skəndərlə 



qarşılaşdı, lakin məğlub oldu. 

III  Dara  yenidən  böyük  ordu  toplayaraq  Suriyada  so  şəhəri  yaxınlığında 

skəndərlə  üz-üzə  gəldi.  Iskəndər  bu  dəfə  də  qələbə  çaldı.  III  Dara  döyüş 

meydanından qaçdı, onun anası, arvadı, iki qızı və körpə oğlu əsir düşdü. 

Bu qələbdən sonra  skəndər Misirə yola düşdü. Misir müqavimət göstərmədi. 

Iskəndər  Misirdən  çıxaraq  kiçayarasına  doğru  hərəkət  etdi.  III  Dara  döyüşə 

ciddi  hazırlaşmış,  100  mindən  artıq  hərbi  qüvvə  toplamışdı.  Qavqamel  (Cancal) 

döyüşünə  Azərbaycanda  yaşayan  tayfalar  da  cəlb  olunmuşdu  (alban,  sakesin, 

kaspi, kadusi, mard, sak). 

E.ə. 331-ci il oktyabr ayının 1-də Qavqamel (Çançal) düzənliyində qanlı döyüş 

başlandı.  

Iskəndər  döyüşün  gedişində  dönüş  yaratmaq  üçün  süvari  dəstəsilə  birlikdə 

özünü Əhəməni ordusunun mərkəzinə saldı.  

Daranın canına qorxu düşdü və müvəffəqiyyətlə uda biləcəyi döyüşü yarımçıq 

qoyub Midiyaya qaçdı. Başsız qalmış ordu darmadağın edildi. Bu döyüş Əhəməni 

dövlətinin  süqutunu  başa  çatdırdı.  Qələbədən  sonra  skəndər  müqavimətsiz  Babil 

və Elamın paytaxtı Suz şəhərini zəbt etdi, şah xəzinəsini ələ keçirdi. 

Daha sonra  skəndər Əhəməni şahlarının vətəni Persidaya (Parsaya) yola düşdü. 




skəndər  Persepol  şəhərini  tutdu  və  120  min  talant  qızıl  və  gümüşdən  ibarət 

xəzniyə sahib oldu. Persepol yandırıldı.  

E.ə. 330-cu ildə  skəndər xarabalığa çevrilmiş Persepolu tərk edərək Midiyanın 

paytaxtı  Ekbatan  şəhərinə  gəldi.  III  Dara  skəndərin  gəlməsi  xəbərini  eşidəndə 

ranın  şərqinə qaçdı. Lakin  Orta  Asiyaya  gedən  yolda  e.ə.  330-cu ildə öldürüldü. 

Bununla  da  Əhəməni  sülaləsinin  hakimiyyətinə  son  qoyuldu.  Iskəndər  özünü 

Ə

həməni  şahlarının  varisi  elan  etdi.  Beləliklə,  skəndərin  10  il  davam  edən  (e.ə. 



334-324) hərbi yürüşü qərbi Hindistanda sona yetdi. Iskəndər dünyanı zəbt etmək 

fikrindən dönməmişdi. Lakin o, bu arzunu həyata keçirə bilmədi və e.ə. 323 ildə 33 

yaşında vəfat etdi. 

 

 



 

11.Qafqaz Albaniyası dövlətinin yaranması, tayfaları, şəhərləri,  

təsərrüfatı haqqında məlumat verin. 

Azərbaycanın  Araz  çayından  şimalda  yerləşən  torpaqları  antik  qaynaqlarda 

Albaniya adlandırılırdı. Ilk məlumatçı Strabona görə, Albaniya şimalda Sarmatiya, 

qərbdə  beriya, cənub və cənub-qərbdə Atropatena ilə həmsərhəd idi: Albaniyanın 

paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə idi. 

Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan  etnosların birliyini 

təşkil edirdi. Burada sakasen, mük, uti, qarqar, udin, ud sovde, kaspi, qel, leq və s. 

adları daşıyan əhali təmsil olunmuşdu. Eyni zamanda Albaniyada türk etnosları da 

yaşayırdılar. Antik müəlliflərdən Plini və Yuli Solin  skəndərin işğal etdiyi ölkələr 

arasında Albaniyanı da yad etmişlər. Bunu nəzərə alıb demək olar ki, e.ə. IV əsrdə 

Albaniyada dövlət qurumu olmuşdur. 

Azərbaycanın  beynəlxalq  ticarətə  cəlb  olunması  daxili  ticarətin  genişlənməsi, 

yeni  şəhərlərin  yaranmasına  və  köhnə  şəhərlərin  iqtisadi  cəhətdən 

möhkəmlənməsinə,  bazar  üçün  mal  istehsalına  əlverişli  şərait  yaradırdı.  Yazılı 

mənbələr  bu  dövr  Azərbaycan  şəhərləri  barədə  kifayət  qədər  məlumat 

saxlamamışdır. Azərbaycan şəhərlərindən yalnız Qazaka, Vera, Kabalaka, Aynian 

və  Anariakın  adları  yad  edilmişdir.  Şübhəsiz  bu  şəhərlər  qala  divarı  ilə  əhatə 

olunmuş və bazar meydanlarına malik idi. 

Eyni zamanda qaynaqlarda Albaniya ərazisinin 29 şəhər və yaşayış məntəqələri 

yad edilmişdir. Kaspianada şəhərlərin olması qeydə alınmışdır. Azərbaycanda əhali 

ə

vvəlki dövrlərdə olduğu kimi əkinçilik və maldarlıqla məşğul olurdu. 



Strabonun məlumatına görə albanlar “bərəkətli torpağa malikdirlər və lap yaxşı 

yaşaya bilərlər”. Torpağı cütlə (xış) şumlayırdılar. 

Qədim Azərbaycanda ən çox becərilən taxıl- arpa, buğda, darı olmuşdu. Taxılı 

dəmir oraqla biçirdilər. Toplanmış taxıl gəm (vəl) vasitəsilə xırmanda döyülürdü. 

Taxılı saxlamaq üçün böyük küplərdən də istifadə olunurdu.  

Azərbaycan  əhalisinin  təsərrüfat  həyatında  bağçılıq  və  üzümçülük  də  mühüm 

yer  tuturdu.  Balıqçılıq  Xəzər  dənizi  və  çay  sahillərində  yaşayan  əhalinin 

məşğuliyyəti idi. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə