Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   26

Qədim  Azərbaycan  özünün  geniş  və  yaşıl  otlaq  sahələrinə  malik  olmuşdu. 

Məhz  buna  görə  də  burada  maldarlığın  müxtəlif  sahələri  inkişaf  etmişdi.  əhali 

qoyun-quzu, iri buynuzlu mal-qara saxlayır, atçılıq və dəvəçiliklə məşğul olurdu. 

Dəvə əsasən yük və minik heyvanı olmuşdu. Elian xəbər verir ki, təsərrüfatda 

dəvədən  ietifadə  edirlər  və  kaspilərin  çoxlu  dəvəsi  var  idi.  Dəvə  yunu  qiymətli 

xammal hesab edilirdi. Dəvə yunundan toxunan paltarı kahinlər, həmçinin varlı və 

qüdrətli kaspilər geyirdilər. 

 

 



12.Qafqaz Albaniyasında Roma işğalçılarına qarşı mübarizə

 

Roma  sərkərdəsi  Pompey  VI    Mitridatın  ardınca  hərəkət  edərək  Albanların 

ölkəsinə gəlib çatdı. Titlivi yazırdı: “Mitridatı izləyən Qney Pompey ən ucqar və 

naməlum xalqlara – iberlərə və albanlara rast gəldi. Bunlar yolu kəsdilər lakin, o, 

döyüşdə  qələbə  çaldı”.  Plutarx  isə  xəbər  verir  ki,  “albanlar  romalılar  Saturnalı 

bayramını qeyd edən zaman 40 min ordu ilə Kür çayını keçib onlara hücum etdilər. 

Bu  zaman  Alban  hökmdarı  Oroys  idi.  Döyüş  başlandı.  Oroys  Metel  və  Kelerin 

dəstəsinə hücumu öz üzərinə götürmüşdü. Lakin, Pompey Kelerin köməyinə gəldi. 

Albanlar uğursuzluğa düçar oldular.   Döyüşü uduzacağını başa düşən Oroys Kür 

çayını keçdi və döyüş meydanından uzaqlaşdı. Beləliklə, e.ə. 66-cı ilin dekabrında 

romalılar  ilə  döyüş  albanların  uğursuzluğu  ilə  başa  çatdı,  Pompeylə  müqavilə 

bağlandı.  Pompey  VI  Mitridatı  təqib  edərkən  iberlərlə  döyüşməli  oldu,  onları 

məğlubiyyətə  uğratdı.  E.ə.  65-ci  ilin  əvvəlində  o,  albanların  üsyan  qaldırması 

xəbərini aldı.  

Pompey  hirs  və  qəsəb  içində  geriyə,  onlara  qarşı  döndü.  Pompey  Kür  çayını 

keçdi. düşmənə qarşı gedən Pompey onları Alazan çayı yaxınlığında,  artıq döyüş 

qaydasında düzülmüş gördü. Albanların ordusu 60 min piyada və 12 min süvaridən 

ibarət idi.   

Plutarxın  məlumatına  görə  alban  ordusunun  başında  hökmdarın  qardaşı  Kosis 

dayanmışdı.  Döyüş  başlandı.  Hərbi  taktikadan  istifadə  edən  Pompey  albanları 

mühasirəyə aldı. Döyüşün gedişində Kosis Pompeyin dayandığı yerə çatıb nizəsini 

ona atdı. Lakin nizə onun zirehli geyiminə dəyib yerə düşdü. Pompeyin atdığı nizə 

isə onu ölümcül yaraladı.  

E.ə.  65-ci  ildə  baş  vermiş  bu  döyüş  romalıların  qələbəsilə  sona  yetdi.  Alban 

qoşununun qalan hissəsi meşədə gizləndi. Pompey meşəni mühasirəyə aldı. Onun 

ə

mrilə meşə yandırıldı və oradakı alban döyüşçüləri həlak oldular. Oroys dağlara 



çəkildi. Güman ki, o yenidən müqavimət göstərmək istəyirmiş. Lakin Pompey sülh 

yolu ilə albanları razı saldı. Oroys ona hədiyyələr göndərdi.  

E.ə.  36-cı  ildə  roma  sərkərdəsi  Krass  Albaniyaya  soxuldu.  O,  albanlara  qalib 

gəldi və hökmdar Zoberi Romanın müttəfiqinə çevirdi. 

68-ci  ildə  Roma  imperatoru  Neron  albanlara  qarşı  böyük  yürüş  hazırlamağa 

başladı. Lakin onun bu niyyəti baş tutmadı. Roma əhalisinin üsyanı zamanı o həlak 

oldu.  Roma  hökmdarı  Adrian  (117-138)  albanlar  ilə  dostluq  münasibətləri 

saxlayırdı.    

 



13.Azərbaycan feodal münasibətlərinin yaranması. Feodal cəmiyyətinin 

sinifləri, feodal mülkiyyət formaları, vergilər. 

III-V əsrlərdə Azərbaycanda feodalizmə xas olan əsas iqtisadi münasibətlər 

bərqərar oldu. 

Məhsuldar  qüvvələrin  və  istehsal  münasibətlərinin  tədricən  inkişafı  feodal 

istehsal  üsülunun  bərqərar  olmasına  şərait  yaradırdı.  Əmək  alətlərinin 

təkmilləşməsi  və  onların  hazırlanmasında  dəmirin  tətbiqi  əkinçiliyin  və 

sənətkarlığın geniş inkişafına səbəb oldu. Hökmdar və onun ətrafındakı istismarçı 

sinif  nümayəndələri  torpaq  sahibkarlarına  çevrilirdilər.  Hökmdar,  yaxud  dövlət 

torpaqları  xidmət  əvəzi  olaraq  hərbçilər  və  dövlət  işçilərinə  paylanırdı,  bəzən  də 

hədiyyə verilirdi. 

  Xüsusi  xidmət  adamlarına  paylanmış  belə  torpaqlar  feod,  yəni  “mülk” 

adlanırdı. Feodalizm adı da buradan əmələ gəlmişdi. Feodal torpaqlarında  kəndli 

ə

məyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi,  çünki o 



feodalın torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməliydi. Kəndli 

eyni  zamanda  müxtəlif  mükəlləfiyyətləri  yerinə  yetirməli  idi.  Lakin  onun  əsas 

gəliri icarəyə götürdüyü feodal torpağı ilə bağlı idi. 

Feodalızm  dövründə  iki  sinif-feodal  və  kəndli  sinifi  yarandı.  Kəndlilər  əsas 

istehsalçı qüvvəni təşkil edirdilər.  Kəndlilər, sənətkarlar və tacirlər dövlətə vergi 

verən təbəqəyə mənsub idilər. Sasani dövlətində əhali dörd sosial təbəqəyə kahin, 

döyüşçü, mirzə və vergi verən təbəqələrinə bölünmüşdü. Son təbəqə can (qezit) və 

torpaq (xaraq) vergisi verirdi. Bundan başqa kəndlilər əmək mükəlləfiyyətinə cəlb 

olunurdular. 

III-VII  əsrlərdə    Azərbaycanda  feodal  münasibətləri  inkişaf  edir,  feodal 

istismarı  möhkəmlənirdi.  Feodallar  arasında  iri  və  xırda  feodal  təbəqələri 

formalaşırdı. Iri feodallar patrik ( Bizans qaynaqlarında), xırda feodallar azat ( ran 

qaynaqlarında) adlanırdılar. Feodal münasibətlərı dini idarələri də bürümüşdü. 

Torpaq sahələri olan məbəd və kilsələrə əhali dini ibadət xətrinə vergi verməyə 

və müəyyən mükəlləfiyyətləri yerinə yetirməyə məcbur edilirdi. Əsas istehsalçılar 

ş

inakan və ramik adlanırdılar. Onlar qismən torpağa təhkim olunmuşdular. Lakin 



təhkimçilik  qeyri-xristian  təsərrüfatında  yayılmadı,  burada  feodaldan  asılı  kəndli 

təbəqələri yarandı. 

Feodal  torpaq  mülkiyyəti  dastakert  (irsən  keçən  mülk)  adıni  daşıyırdı.  Belə 

torpaqlar kəndlilərə icarəyə verilirdi. 

Kəndlilərin  torpağa  təhkimləşməsi  Azərbaycanın  ancaq  xristian  feodallarının 

mülklərində meydana gəlməyə başladı. 

 

 

                                          14.



Azərbaycanda Sasani ışğallari 

224-cü ildə  ranın cənubunda yerləşən Fars vilayətinin Sasan nəslindən olan 

hökmdarı  Ərdəşir  (Artoşir)  Papakan  Arşaki  hökmdarı  V  Artabanı  məğlubiyyətə 

uğradır.  226-cı  ildə  o,  ran  şahənşahı  elan  edilir,Ktesifon-Selevkiya  Sasanilərin 

paytaxtı olur. I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan 

ə

razisi canişinlik sisteminə daxil edilir. Lakin ilk dövrdəAzərbaycan (Adərbayqan 



və  Albaniya)  I  Ərdəşirin  hakimyyəti  altına  alınmamışdı.  Sasanilər  Roma  ilə 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə